Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Sədrəzam
Baş vəzir, sədrəzəm və ya vəziri-əzəm (osman. صدر اعظم, وزیر اعظم) — İslam dünyasında əsasən erkən və orta əsrlərdə hökumət başçısının daşımış olduğu tarixi titul. Osmanlı dövlətində sultanın adından dövlət işlərini idarə edən ən yüksək dərəcəli şəxsə verilən siyasi rütbədir. Bugünkü baş nazir vəzifəsi ilə eynidir. Osmanlı dövlətinin quruluş dönəmində sadəcə vəzir ünvanı işlədilmişdir. Orxan Qazi səltənətində 4 vəzir elmiyyə sinfindən seçilmişdir. I Murad səltənətində Çandarlılar qazılıqdan vəzirliyə yüksəlmiş, eyni dönəmdə vəzirlərin sayı artdığından əvvəlcə I vəzir, II vəzir ifadələri, daha sonra vəzir-i əzəm və nəhayət Bab-ı Əlinin qurulması ilə sədrəzəm ünvanı işlədilmişdir. 15. əsrin sonlarına qədər vəzir sayı üçü keçməmişdir. Vəzirlər Divan-ı Hümayun məclisi üçün Topqapı Sarayının Qübbəaltı adlanan hissəsində yığışdıqları üçün adətən onlar qübbə vəziri və ya qübbəaltı vəziri adlanırdılar.