Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Sahibkar
Sahibkar — xidmət, ticarət və ya istehsal şəklində qazanc əldə etmək məqsədi ilə bir iş sahibi olan şəxs. Sahibkar mənfəət əldə etmək üçün bütün məsuliyyəti öz üzərinə götürüb, bütün gücünü sərf etməklə sahibkarlıq fəaliyyətini həyata keçirən şəxsdir. == Sahibkarlıq fəaliyyəti == Sahibkarlığın iqtisadi fəaliyyət növü kimi yaranma tarixi orta əsrlərdən başlanır. Artıq bu dövrlərdə tacirlər, satıcılar, sənətkarlar, habelə xeyriyyəçi missionerlər belə sahibkarlıqla məşğul olmağa başlamışdılar. Kapitalizmin yaranması ilə əlaqədar sərvətin artırılmasına cəhd mənfəətin həcminin də hədsiz dərəcədə artmasına gətirib çıxardı. Məhsuldar qüvvələrin və istehsal münasibətlərinin inkişafı nəticəsində sahibkarlıq fəaliyyəti daha çox bəşəri xarakter almışdır. Sahibkarlığın inkişafı hazırda yüksək bir mərhələyə gəlib çıxmışdır. İndi sahibkar özünəməxsus olan fabrik və zavodda digər işçilərlə bərabər çalışır. XVIəsrin ortalarından etibarən səhm kapitalı əsasında səhmdar cəmiyyətləri təşkil edilməyə başladı. İlk səhmdar şirkəti beynəlxalq ticarətsferasında yaradılmışdı.
Sabirxan (Şot)
Sabirxan (fars. صبيرخان‎) - İranın Qərbi Azərbaycan ostanının Şot şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə nə qədər əhalinin yaşaması barədə məlumat yoxdur.
Aleksey Abrikosov (sahibkar)
Aleksey İvanoviç Abrikosov (20 fevral 1824, Moskva – 31 yanvar 1904, Moskva; rus. Алексе́й Ива́нович Абрико́сов) — Rusiya sahibkarı, istehsalçısı. O, XIX əsrin ikinci yarısında "A. İ. Abrikosov oğulları zavodu və ticarət ortaqlığı" (indiki " Babayevski" konserni), habelə Moskvada qənnadı məmulatları və çay mağazalarına sahib olmuşdur. Abrikosov həmçinin, İmperator Əlahəzrət Məhkəməsinin Təchizatı, Mühasibat Bankı Şurasının sədri, faktiki dövlət müşaviri kimi xidmət etmişdir. == Mükafatlar == 1870-ci ildə irsi fəxri vətəndaşlar sinfinə təyin edilmişdir. 1879-cu ildə Ticarət Şurasının üzvü adını almışdır. Ömrünün son illərində ona irsi zadəganlıq hüququ verən həqiqi dövlət müşaviri rütbəsi verilmişdir. Mükafatlardan o, Müqəddəs Andreyev lentində "Çalışmaya görə" medalı (1876), 2-ci dərəcəli "Müqəddəs Anna" və "Müqəddəs Stanislav" ordenlərinə layiq görülmüşdür. == İstinadlar == == Əlavə ədəbiyyat == Предпринимательство и городская культура в России. 1861—1914: сборник.
Fərid Məmmədov (sahibkar)
Fərid Adil oğlu Məmmədov (25 iyun 1974, Bakı) — sahibkar, Tərəqqi medalı mükafatçısı, "Caspian Event Organisers" şirkətinin baş direktoru, "Iteca Caspian LLC" şirkətinin icraçı direktoru və eyni zamanda "Azərbaycan Sərgi Təşkilatçıları Assosiasiyası" İctimai Birliyinin İdarə Heyətinin sədridir. == Həyatı == Fərid Məmmədov 25 iyun 1974-cü ildə Bakı şəhərində anadan olmuşdur. 1981-ci ildə orta məktəbə getmiş 1991-ci ildə bitirmişdir. 1992-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin İqtisadiyyatın Dövlət Tərəfindən Tənzimlənməsi ixtisasına daxil olmuşdur. 1992-ci ilin aprel ayından Material Ehtiyatları Nazirliyində çalışmağa başlamışdır. 1998-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetini bitirmişdir. Fərid Məmmədov 1992–1994-cü illərdə hərbi qulluqdan qayıtmış və təhsilini davam etdirmişdir, eyni zamanda Material Ehtiyatları Nazirliyində 2000-ci ilədək çalışmışdır. Fərid Məmmədov peşəkar avtomobil idmançısıdır. Yerli və beynəlxalq yarışlarda 8 medal, Azərbaycan avtomobil idmanı tarixində beynəlxalq yarışlarda isə ilk qızıl medal qazanmışdır. === Ailəsi === Ailəlidir, iki övladı var.
Hafiz Məmmədov (sahibkar)
Hafiz Məcid oğlu Məmmədov (2 dekabr 1964, Naxçıvan) — "Bakı" futbol klubunun prezidenti, AFFA İcraiyyə Komitəsinin üzvü, Baghlan Group FZCO-nun prezidenti. == Həyatı == 2 dekabr 1964-cü il tarixində Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərində anadan olmuşdur. 1981-ci ildə Naxçıvan şəhəri 3 saylı orta məktəbini, 1985-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu mühasib ixtisası ilə bitirmişdir. 1985–1986-cı illərdə Azərbaycan SSR Yeyinti Sənayesi Nazirliyinin Sabunçu rayon şöbəsində mühasib vəzifəsində çalışmışdır. 1987–1988-ci illərdə Naxçıvan MR-nın Yeyinti Sənaye Nazirliyində iqtisadçı vəzifəsində işləmişdir. 1988–1992-ci illərdə Naxçıvan MR-nın Naxçıvan şəhərində Əmanətbank filialının kredit şöbəsinin müdiri vəzifəsində işləmişdir. 1992–1995-ci illərdə "Sənan" kiçik müəssisəsində baş menecer, 1995–97-ci illərdə "Alfa plyus" Kommersiya Təşkilatında baş menecer, 1998-ci illərdə "Baghlan Traiding" şirkətinin direktorlar şurasının sədri vəzifələrində işləmişdir. 2001-ci ildən "Baghlan General Traiding" MMC- də baş menecer vəzifəsində fəaliyyətə başlamışdır. 2003-cü ildən bu günədək "Baghlan Group FZCO"-nun prezidenti vəzifəsində çalışır. 2004-cü ilin noyabr ayından etibarən "Bakı" Futbol Klubunun prezidenti, 2005-ci ildən AFFA İcraiyyə Komitəsinin üzvüdür.
Vüqar Abbasov (sahibkar)
Vüqar Zakir oğlu Abbasov (12 aprel 1974, Naxçıvan) — azərbaycanlı iş adamı, Cahan Holdingin prezidenti, Naxçıvan Muxtar Respublikası Sahibkarlar Konfederasiyasının İdarə Heyətinin sədri, Naxçıvan Muxtar Respublikası Futbol Federasiyasının sədri, Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin VI çağırış deputatı. == Həyatı == Vüqar Zakir oğlu Abbasov 1974-cü il aprel ayının 12-də Naxçıvan şəhərində anadan olmuşdur. İlk təhsilini 1981-ci ildə Naxçıvan şəhər 7 nömrəli orta məktəbdə başlamış və oranı 1991-ci ildə qırmızı attestatla bitirmişdir. Elə həmin ildə Naxçıvan Dövlət Universitetinin İqtisad fakültəsinə qəbul olmuş, 1996-cı ildə fərqlənmə diplomu ilə oranı bitirmişdir. 1998–2001-ci illərdə Naxçıvan Dövlət Universitetinin Hüquq və iqtisadiyyat fakültəsində, 2001–2006-cı illərdə isə Hüquq fakültəsində təhsil alaraq hər ikisini qırmızı diplomla bitirmişdir. 2008-ci ildə AMEA İqtisadiyyat İnstitutunun dissertantı olmuş, xarici ölkələrdə 10-dan çox elmi əsəri çapdan çıxmışdır. 2016-cı ildə Regionda Sahibkarlığın İnkişafı üzrə elmi işini müdafiə edərək İqtisad elmləri üzrə fəlsəfə doktoru elmi adını almışdır. Cahan Holdingin 1995-ci ildən təsisçisi və rəhbəridir. == Siyasi fəaliyyəti == Vüqar Abbasov 9 fevral 2020-ci ildə keçirilən Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilərdə Yeni Azərbaycan Partiyasının namizədi olaraq 24 saylı Naxçıvan şəhər seçki dairəsindən deputatlığa namizəd olmuşdur. Vüqar Abbasov 24 saylı Naxçıvan şəhər seçki dairəsi üzrə seçicilərin 3681-nin və ya 80,8%-nin səsini toplayaraq deputat seçilmişdir.Vüqar Abbasov 18 yanvar 2022-ci il tarixində Naxçıvan Muxtar Respublikası Futbol Federasiyasının hesabat-seçki yığıncağında federasiyanın sədri seçilmişdir.
Zəfər Məmmədov (sahibkar)
Zəfər Məmmədov (tam adı: Zəfər Nadir oğlu Məmmədov) — Azərbaycan biznesmeni, sahibkarı, hüquqşünası, memarı, "Zaferoğlu inşaat" şirkətinin qurucusu. == Bioqrafiya == Zəfər Məmmədov 30 may 1982-ci ildə Azərbaycan SSR-in Gəncə şəhərində anadan olub. 1988-ci ildə Mirzə Ələkbər Sabir adına Gəncə şəhər 5 saylı orta məktəbə daxil olub. 1999-cu ildə Gəncə şəhəri 18 saylı orta məktəbi bitirib. 1999-cu ildə Odlar Yurdu Universitetinin Hüquq fakültəsinə daxil olmuş və 2003-cü ildə oranı bitirib. 2003–2005-ci illərdə həmin universitetdə mülki hüquq ixtisası üzrə magistr təhsili alıb. 2005–2006-cı illərdə hərbi xidmətdə olub. 2006-cı ilin sonlarında "Gəmiqaya-ZMH" adlı daşınmaz əmlak agentliyini yaradıb və oranın rəhbəri olub. 2007-ci ildə inşaat şirkətinin yaradıcısı və 50 % səhmdarı olub. 2010-cu ildə "Zaferoğlu" inşaat şirkətini yaradıb və o vaxtdan oranın rəhbəridir.
Ömər Cəbrayılov (sahibkar)
Ömər Cəbrayılov — Rusiyalı iş adamı, dövlət xadimi, xeyriyyəçi. Moskva Müasir İncəsənət Muzeyinin Qəyyumlar Şurasının sədri, Rusiya Rəssamlıq Akademiyasının fəxri akademiki, Rusiya Rəssamlar İttifaqının strateji və xüsusi layihələr üzrə vitse-prezidenti. Çeçenistan Respublikası dövlət hakimiyyəti icra orqanından Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının nümayəndəsi (2004–2009), Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsi sədrinin müavini (2004–2009). "Avanti" İş Vətənpərvərliyinin İnkişafı Sahibkarlar Birliyinin qurucusu və rəhbəri. == Bioqrafiyası == Ömər Cəbrayılov 28 iyun 1958-ci ildə Qroznı şəhərində anadan olmuşdur (Çeçen-İnquş MSSR, RSFSR, SSRİ). Milliyətcə çeçendir. Atası Əli Cəbrayılov Qazaxıstana deportasiya edilir. Çeçenistana qayıtdıqdan sonra rayon komsomol komitəsinin katibi vəzifəsini tutur, respublikanın neft sənayesində çalışır, mətbuatla əməkdaşlıq edir, şeirlər yazır. Anası Rumi Sarakayeva olmuşdur. Ömərdən başqa ailənin daha üç qardaşı və iki bacısı var idi.
Əli Bayramov (sahibkar)
Bayramov Əli Məhəmməd oğlu (1959, Şişqaya, Basarkeçər rayonu) — Aqrolizinq Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri (2007–2014). == Həyatı == Əli Bayramov 1959-cu ildə Qərbi Azərbaycanın Göyçə mahalının Basarkeçər rayonunun Şişqaya kəndində аnаdаn оlmuşdur. Dоğmа Şişqаyа kənd оrtа məktəbini bitirmiş və təhsilini dаvаm еtdirmək üçün Bаkı şəhərinə gəlmişdir. 1977-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutuna daxil olmuş və 1981-ci ildə iqtisadçı ixtisasını bitirmişdir. 1984-cü ildən Dövlət Maddi Texniki Təchizat Komitəsində (Material Ehtiyatları Nazirliyi) müxtəlif vəzifələrdə çalışmışdır. 1997-ci ildə 1 saylı Bakı Şərab Zavoduna direktor təyin olunmuşdur. 2007-ci ildən Əli Bayramov Aqrolizinq Açıq Səhmdar Cəmiyyəti idarə heyətinin sədri vəzifəsində çalışmış və 21 may 2014-cü ildə vəzifəsindən azad olunmuşdur. Əli Bayramov 2010-cu il may ayının 13-14-də İrəvan şəhərində keçirilən BMT-nin Ərzaq və kənd təsərrüfatı təşkilatı - FAO-nun 27-ci regional konfransında İsmət Abasov və Rəşad Məcidov ilə birgə iştirak etmişdir. Tədbirdən sonra Əli Bayramov anadan olduğu Şişqaya kəndinə gedib. == Ailəsi == Ailəlidir, üç övladı var.
Elçin Zeynalov (sahibkar)
Elçin Zeynalov Fuad oğlu 1966-cı ildə Bakı şəhərində anadan olub. O, "İtaldizain Holdinq "in əsas səhmdarlarından biridir. "İtaldizain Holdinq"in uğurlarında böyük rolu olan Elçin Zeynalov həm də Azərbaycan Milli Avarçəkmə Federasiyasının prezidenti kimi bu sahənin inkişafına ciddi töhfələr vermişdir. == Təhsil və hərbi xidmət == 1990-cı ildə Bakı Dövlət Universitetinin tarix fakültəsini bitirib. 2000-ci ildə Sankt Peterburq şəhərində Rusiya Hüquq Universitetini bitirib. 1984-86-cı illərdə Sovet Ordusunda hərbi xidmət keçib. == Karyera və uğurları == 1989-91-ci illərdə Bakı şəhərində Rayon Komsomol Komitəsinin katibi vəzifəsində çalışıb. 1991-ci ildə Elçin Zeynalov əmək fəaliyyətini Azer-İmesco şirkətinin icraçı direktoru və idarə heyətinin üzvü kimi davam etdirməyə başladı. 1994-cü ildən O, Moskva şəhərində Ros-İmesco şirkətinin direktoru və idarə heyətinin üzvü vəzifəsində çalışıb. 1996-cı ildən bugünə qədər Elçin Zeynalov Italdizain Şirkətlər Qrupunun baş direktoru vəzifəsini icra edir.
Talıbxan
Talıbxan — kişi adı.
Talıbxan (Marağa)
Talıbxan (fars. طالبخان‎‎‎‎) — İranın Şərqi Azərbaycan ostanının Marağa şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1,632 nəfər yaşayır (430 ailə).
Talıbxan bəy Talıbxanov
Talıbxan bəy Talıbxanov (24 may 1859, Qaryagin, Şuşa qəzası – Konstantinopol) — Azərbaycan Xalq Cümhuriyyəti dönəmində Şamaxı qəzasının rəisi. == Həyatı == Talıbxan bəy Məşədi Hüseyn bəy oğlu 24 may 1859-cu ildə Şuşa qəzasının Vərəndə sahəsinin Qacar kəndində anadan olmuşdu. Molla yanında ibtidai təhsil almışdı. Sonra ailə şəraitində rus dilini öyrənmişdi. 1881-ci ilin avqustun 1-də Bakı şəhəri Ivanov sahəsində katib köməkçisi kimi işə başlamışdı. 1882-ci ildə Quba qəzasına tərcüməçi kimi göndərilmişdi. 1883-cü ilin dekabrından Quba qəzasında pristav köməkçisi vəzifəsinə dəyişilmişdi.4 iyun 1884-cü ildə Qubadakı həbsxanaya baxıcı təyin edilmişdi. 22 sentyabr 1888-ci ildə Quba şəhər pristavının köməkçisi vəzifəsinə dəyişilmişdi. 18 oktyabr 1890-cı ildə yenidən həbsxana baxıcısı vəzifəsinə göndərilmişdi. Talıbxan bəy 31 mart 1892-ci ildə Göyçay qəzasının Bərgüşad nahiyəsinə polis pristavı təyin edilmişdi.