ƏSHAB

is. [ ər. ] köhn.
1. Sahibkar.
2. Tərəfdarlıq.
3. Həmsöhbətlər, müsahiblər.

Этимология

  • ƏSHAB Ərəb mənşəlidir. Əsabə sözünün təhrifidir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
ƏSGİNAS
ƏSHABƏ
OBASTAN VİKİ
Əshabi-Kəf mağarası
Əshabi-Kəhf — Culfa rayonunda mağaradır. Zəngəzur silsiləsinin suayırıcısındakı Aracı (3071 m) yüksəkliyindən cənub-qərbə ayrılan Dibəkli qolunun Qırxlardağ şaxəsinin qərb istiqamətli eyniadlı ayrılmasının qurtaracağında, Orta Miosenin Tarxan regiomərtəbəsinin alt hissəsinə aid Çaşırdağ lay dəstəsinin vulkanogen süxurlarından və Orta Miosen yaşlı teşenitlərdən təşkil olunmuş eyniadlı dağın cənub-qərb ətəyində yerləşir. Tektonik cəhətdən Naxçıvan çökəkliyinin şimal-şərq cinahında müşahidə edilən Saltaq-Kotandağ antiklinalının cənub qanadında yerləşir. Nadir geomorfoloji obyektdir. Mənşəcə psevdokarsta aid edilən mağaranın girişi qayalar dalında gizlədilmiş dar dərənin axırında yerləşir. Hündürlüyü 5 metrdən artıq olan mağara zalının sahəsi 10 metrlərlə ölçülür və divarlarını həm təbiətin, həm də insan əlinin açdığı böyük oyuqlar bəzəyir. Mağara Şərqin ən məşhur mağaralarından biri, eyni zamanda Azərbaycanın ən böyük piridir. Mağaranın adı ərəb dilindən götürülmüşdür və tərcüməsi "mağara insanları" mənasını verir. Onun adı hətta müqəddəs Qurani-Kərimin "Əl-Kəhf" surəsində xatırlanılır, lakin tədqiqatlar göstərir ki, hələ yüz illər bundan əvvəl mağara qədim türklərin müqəddəs sitayiş yeri olub, insanların buradan sığınacaq kimi istifadə etmə tarixi isə ibtidai icma quruluşu dövrünə qədər gedib çıxır. Eyniadlı yerin Kiçik Asiya, Fələstin, o cümlədən İtaliya ərazisində olması haqqında qədim dini və bədi ədəbiyyatlarda bəzi məlumatlar vardır.
Əshabi-Kəhf
Əshabi-kəhf dağı
Əshabi-Kəhf (film, 2000)
Əshabi-Kəhf — Rejissorlar Xamiz Muradov və Tofiq Məmmədovun filmi. Film bəzi mənbələrdə "Alkaf", bəzilərində "Əshabi-Kəhf", bəzilərində isə "Yeddilər" adlanan və Naxçıvanda yerləşən "Əshabi-Kəhf" mağarası haqqındadır. Filmdə bu möhtəşəm ziyarətgahın yaranma tarixi açıqlanır, eləcə də burada ziyarətgaha gələn zəvvarlar, kəsilən qurbanlar, oxunan dualar haqqında danışılır. Mağara haqqında "Qurani-Kərim"in 18-ci surəsində verilən məlumatlardan, ziyarətgahın bu günündən bəhs olunur. Rejissor: Xamiz Muradov, Tofiq Məmmədov Ssenari müəllifi: Zaur Məhərrəmov Operator: Rəfael Salamzadə Səs operatoru: Kamal Seyidov Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh.
Əshabi-Kəhf (mağara)
Əshabi-Kəhf — Culfa rayonunda mağaradır. Zəngəzur silsiləsinin suayırıcısındakı Aracı (3071 m) yüksəkliyindən cənub-qərbə ayrılan Dibəkli qolunun Qırxlardağ şaxəsinin qərb istiqamətli eyniadlı ayrılmasının qurtaracağında, Orta Miosenin Tarxan regiomərtəbəsinin alt hissəsinə aid Çaşırdağ lay dəstəsinin vulkanogen süxurlarından və Orta Miosen yaşlı teşenitlərdən təşkil olunmuş eyniadlı dağın cənub-qərb ətəyində yerləşir. Tektonik cəhətdən Naxçıvan çökəkliyinin şimal-şərq cinahında müşahidə edilən Saltaq-Kotandağ antiklinalının cənub qanadında yerləşir. Nadir geomorfoloji obyektdir. Mənşəcə psevdokarsta aid edilən mağaranın girişi qayalar dalında gizlədilmiş dar dərənin axırında yerləşir. Hündürlüyü 5 metrdən artıq olan mağara zalının sahəsi 10 metrlərlə ölçülür və divarlarını həm təbiətin, həm də insan əlinin açdığı böyük oyuqlar bəzəyir. Mağara Şərqin ən məşhur mağaralarından biri, eyni zamanda Azərbaycanın ən böyük piridir. Mağaranın adı ərəb dilindən götürülmüşdür və tərcüməsi "mağara insanları" mənasını verir. Onun adı hətta müqəddəs Qurani-Kərimin "Əl-Kəhf" surəsində xatırlanılır, lakin tədqiqatlar göstərir ki, hələ yüz illər bundan əvvəl mağara qədim türklərin müqəddəs sitayiş yeri olub, insanların buradan sığınacaq kimi istifadə etmə tarixi isə ibtidai icma quruluşu dövrünə qədər gedib çıxır. Eyniadlı yerin Kiçik Asiya, Fələstin, o cümlədən İtaliya ərazisində olması haqqında qədim dini və bədi ədəbiyyatlarda bəzi məlumatlar vardır.
Əshabi-Kəhf (ziyarətgah)
Əshabi-Kəhf – Culfa rayonunda ziyarətgahdır. Əshab-i Kəhf dağın (1665 m) və pirin adıdır. Naxçıvan əhalisinin müqəddəs sandığı yer – Əshab-i Kəhf mağarası dağlar arasında yerləşir. "Əshab" yeniyetmə cavan oğlanlar, "kəhf" isə mağara, sığınacaq yeri deməkdir. Deməli, Əshab-i Kəhf yeniyetmə cavanların sığınacaq yeri – mağara mənasındadır. İslam rəvayətlərinə görə, mağaradakılar Dəqyanus adlı padşahın zülmündən qaçıb burada gizlənərək, 300 il yuxuya getdikdən sonra ayılaraq behiştə düşmüş altı yeniyetmə cavan oğlandan və onların yanında olan Qitmir adlı itdən ibarət olmuşdur. Digər rəvayətə görə, Dəqyanus padşah olduğu vaxt əhalini bütpərəstliyə məcbur edirdi. Təkallahlığa inanan yeniyetmə cavan oğlanlar şahın zülm və təqiblərindən yaxa qurtarmaq üçün şəhərdən qaçıb mağarada özləri üçün sığınacaq tapmışlar. Çələbi, Beyzavinin təfsiri haşiyəsində yazır ki, Rəqim ayəsi lövhəyə yazılıb, həmin mağaranın qapısında təfsir olunmuşdur. O, dağm və ya kəndin adı ilə daşa həkk olunmuş yazıda şərh edilmişdir.
Əshabi-Kəhf mineral bulağı
Əshabi-Kəhf mineral bulağı — Culfa rayonu ərazisində , Naxçıvan şəhərindən 12 km. məsafədə müqəddəs "Əshabi Kəhf (Culus) dağı" nın ətəyindədir. Oradakı "təndirdən" (yer çatından) hər 15 dəqiqədən bir mineral soyuq su köpüklənərək təzyiqlə çıxır. Zəif minerallaşmış suyun tərkibi radonlu, karbonqazlı, hidrokarbonatlı-xlorlu-sulfatlı və natriumlukalsiumludur. Rusiyadakı "Pyatiqorsk" (Şimali Qafqaz) mineral suyunun analoqudur. Rematik xəstəliklərin müalicəsində suya girməklə 10–15 dəqiqə gözləməli və sonra bədəni günəş şüaları ilə qurutmaq lazımdır. Müalicə məqsədilə vanna kursu on gün davam edilməlidir. Qahab kəndindən 6 km cənub-şərqdə, Naxçıvan şəhərindən 12 km məsafədə, Əshabi-kəhf dağının ətəyindədir. Minerallaşma dərəcəsi 4,7 q/l-dir. Gündəlik su sərfi 259000 litr, qələviliyi 6,5, temperaturu isə 18 C0 təşkil edir.
Əshabi-kəhf dağı
Əshabi-kəhf dağı – Babək rayonu ərazisində dağ (hünd. 1685,9 m). Zəngəzur silsiləsinin suayırıcısındakı Aracı yüksəkliyindən (3071,6 m) cənub-qərbə ayrılan Dibəkli qolunun eyni istiqamətli Qırxlardağ şaxəsindən qərbə uzanan eyniadlı ayrılmasının qurtaracağında, Nəcəfəlidizə kəndindən 4,5 km şərqdə yerləşən qövsvari sıldırım yamaclı tirənin suayırıcısında zirvə. Orta Miosenin Tarxan reğiomərtəbəsinin alt hissəsinə aid Çaşırdağ lay dəstəsinin vulkanogen süxurlarını yarıb çıxan Orta Miosen yaşlı teşenitlərdən ibarət şimal-şərq istiqamətində uzanmış sill formalı subvulkanik intruziv kütlənin əmələ gətirdiyi yüksəklikdir. Tektonik cəhətdən Naxçıvan çökəkliyinin şimal-şərq cinahında müşahidə edilən Saltaq-Kotandağ antiklinalının tağ hissəsində yerləşir. Yamaclarında acılan teşenitlər yaxşı ifadə olunan sütunvari ayrılmalarla səciyyələnir. Əshabi-kəhf mağarası dağın cənub-qərb yamacındadır.
Əshabi-kəhf mineral su yatağı
Əshabi-Kəhf mineral bulağı — Culfa rayonu ərazisində , Naxçıvan şəhərindən 12 km. məsafədə müqəddəs "Əshabi Kəhf (Culus) dağı" nın ətəyindədir. Oradakı "təndirdən" (yer çatından) hər 15 dəqiqədən bir mineral soyuq su köpüklənərək təzyiqlə çıxır. Zəif minerallaşmış suyun tərkibi radonlu, karbonqazlı, hidrokarbonatlı-xlorlu-sulfatlı və natriumlukalsiumludur. Rusiyadakı "Pyatiqorsk" (Şimali Qafqaz) mineral suyunun analoqudur. Rematik xəstəliklərin müalicəsində suya girməklə 10–15 dəqiqə gözləməli və sonra bədəni günəş şüaları ilə qurutmaq lazımdır. Müalicə məqsədilə vanna kursu on gün davam edilməlidir. Qahab kəndindən 6 km cənub-şərqdə, Naxçıvan şəhərindən 12 km məsafədə, Əshabi-kəhf dağının ətəyindədir. Minerallaşma dərəcəsi 4,7 q/l-dir. Gündəlik su sərfi 259000 litr, qələviliyi 6,5, temperaturu isə 18 C0 təşkil edir.
Əshabi-süffə
Əshabi-süffə və ya Əhli-süffə (ərəb. أهل الصفة؛ أصحاب الصفة‎ — Oturacaq sakinləri və ya Talvar əhli) — Mədinədə sığınacağı olmayan və Peyğəmbər məscidinin örtüyü altında yaşayan Məhəmməd peyğəmbərin yoxsul səhabələri. Ümumilikdə Əhli-süffədən olan 93 nəfərin adı məlumdur. “Talvar əhli” arasında Məhəmmədi görmək üçün Mədinəyə gələnlərdə var idi. Məhəmməd peyğəmbər şəxsən “Talvar əhlinin” qayğısına qalır, qənimətlərin bir hissəsini onlara verir və dövlət xəzinəsindən onlara vəsait ödəyirdi. Əhli-süffə sakinləri davamlı namaz və oruc tutmaqla yanaşı, yazıb-oxunaq və hədisləri intensiv şəkildə öyrənirdi. Onların müəllimləri arasında Məhəmməd peyğəmbərin Abdullah ibn Məsud, Əbu əd-Dərda, Ubeyy ibn Kəb, Muaz ibn Cəbəl və Ubadə ibn əs-Samit kimi tanınmış səhabələri var idi. Müsəlmanlar hesab edirlər ki, Əhli-süffə əslində ilk müsəlman təhsil müəssisəsini (mədrəsə) qurmuşdur. “Talvar əhli” arasından məşhur hədis rəvayətçiləri (Əbu Hüreyrə, İbn Ömər və Əbu Səid əl-Xudri), ilk müəzzinlər (Bilal Həbəşi və Abdullah ibn Ümmü Məktum) və peyğəmbərin digər görkəmli səhabələri (Əbuzər əl-Ğəffari, Hüzeyfə, Xəbbab, Salman Farsi, Şüheyb ər-Rumi, Uqbə ibn Əmir əl-Cuhani və İrbad ibn Səriyyə) çıxmışdır. Əhli-süffə sakinləri davamlı olaraq namaz qılır və nadir hallarda lüzumsuz olaraq məscidi tərk edirdilər.

Значение слова в других словарях