Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Samarium
Samarium (Sm) – D. İ. Mendeleyevin elementlərin dövri sistemində 62-ci element.
Şamanizm
Şamanizm – şamanın ruh dünyası hesab edilən dünyanı anlamaq, onunla əlaqə qurmaq və həmin transendental enerjiləri bu dünyaya ötürmək üçün fərqli şüur halına keçməsini özündə ehtiva edən spiritual tətbiqat. "Şamanik" olaraq təsnifləndirilən inanc və təcrübələr antropoloqlar, arxeoloqlar, tarixçilər, dinşünas alimlər, filosoflar və psixoloqlar daxil olmaqla, müxtəlif sahələrdən olan alimlərin marağına səbəb olub. Bu mövzuda yüzlərlə kitab və akademik məqalələr yazılıb, şamanizmin öyrənilməsi üçün mütəxəssislər tərəfindən nəzarət edilən elmi jurnal təsis olunub. 20-ci əsrdə submədəniyyətin nümayəndələri olan bir çox qərbli dünyanın müxtəlif yerlərindəki yerli dinlərin ideyalarından təsirlənərək neoşamanizm və ya neoşamanik hərəkat adlandırılan müasir magik-dini tətbiqatlar yaratdı. Bu, bir çox neopaqan tətbiqatların inkişafına təsir göstərdi, amma mənsub olmadıqları mədəniyyətləri təmsil etməyə çalışan bir sıra kənar müşahidəçilərə görə, başqa mədəniyyətin ünsürləri məsimsəməkdə ittiham olundu, istismara məruz qaldı və təhrifə uğradı. Şamanizm termini yerli spiritual tətbiqatları təsvir etmək üçün istifadə olunsa da, bəziləri bunu müxtəlif yerli xalqlar və qəbilələrə xas olan fərqli və qarmaşıq spiritual tətbiqatların ümumiləşdirici söz kimi qiymətləndirib. Terminin bu cür istifadəsi müxtəlif və mürəkkəb xarakter daşıyan yerli mədəniyyətləri bəsitləşdirə, irqçi fikirləri qüvvətləndirə və "digərləri" anlayışına müstəmləkəçi bir baxış bucağı gətirə bilər. Şamanizm sözünün tunqus-mancur dilində "bilici" mənasını verən šaman sözündən, şaman sözünün isə evenki dilindəki šamán sözündən, çox güman ki, Sim evenki xalqlarının danışdığı cənub-qərb dialektindən yarandığı ehtimal olunur. Tunqus termini sonralar Sibirdəki yerli xalqlarla qarşılıqlı əlaqədə olan ruslar tərəfindən qəbul edildi. Bu, sürgün edilmiş rus din xadimi Avvakumun xatirələrində tapılmışdır.
Kamalizm
Atatürkçülük, kamalizm və ya kamalçılıq — dar mənada Mustafa Kamal Atatürkün düşüncələrini və fikirlərini dəstəkləmək və riayət etmək, geniş mənada isə imperialist dövlətlərin zəif və geri qalmış milləti bölmə və torpaqlarını bölüşdürmə istəyinə qarşı meydana çıxan, Atatürk milliyyətçiliyinə əsaslanan və hər hansı bir ictimai sinifdən dəstək almayan, müasir dövrlə ayaqlaşmayan və xurafatı yayan qurumların əvəzinə, elmi və müasir mədəniyyəti yayan qurumların təşkil olunmasını məqsəd qoyan, anti-imperialist ideologiya. == Kamalizmin tarixi == və 19-cu əsrin sonu və 20-ci əsrin əvvəllərində Osmanlı İmperiyasının tənəzzül və süqut dövründə kamalizm bir ümid çırağı kimi doğuldu. Atatürk Türkiyə İstiqlaliyyət müharibəsində qalib gəldikdən sonra bu ideologiyanı həyata keçirərək Türkiyə Cümhuriyyətini qurdu. Cümhuriyyətin ilk illərində aparılan islahatlar təhsildən iqtisadiyyata, hüquqdan mədəniyyətə qədər hər sahədə köklü dəyişikliklərə səbəb olmuş, müasir dövlət quruculuğu yolunda mühüm addımların atılmasına imkan yaratmışdır. == Kamalizmin Altı Əsas Prinsipi == 1. Millətçilik: Kamalizmin millətçilik anlayışı etnik və ya dinə əsaslanan dar bir perspektivdən kənara çıxır və bütün türk vətəndaşlarının birlik və həmrəyliyini müdafiə edir. Bu prinsip milli istiqlal və suverenlik anlayışlarına əsaslanan ortaq tarix və mədəni şüurla birləşmiş xalq qurmaq məqsədi daşıyır. 2. Cümhuriyyətçilik: Xalqın iradəsinin suverenliyi və onun hakimiyyətdə iştirakı respublikaçılıq prinsipinin əsasını təşkil edir. Bu prinsip sultanlıq kimi monarxik hökumətlərin kölgəsindən qurtularaq millətə öz müqəddəratını təyin etməyə və demokratik siyasi sistem qurmağa imkan verir.
Lamarkizm
Lamarkizm — 19-cu əsrin əvvəllərində fransız alim-təbiətşünas Jan-Batist Lamarkın “Zoologiya fəlsəfəsi” (1809) traktatında irəli sürdüyü nəzəriyyəyə əsaslanan təkamül konsepsiyasıdır. J.Lamarkın fikirləri müasir elm çərçivəsində tamamilə şərh olunmayan 18-ci əsrin bir sıra konsepsiyalarına əsaslanır. (Passiv başlanğıc kimi Tanrının ilkin yaratdığı materiya və onun həyata keçirilməsi üçün nizam və enerji kimi təbiət; xüsusi “canlı maddə”dən qurulmuş üzvi cisimlərdə dövr edən “incə mayelər” şəklində efirin ən mühüm rol oynadığı beş element anlayışı; qeyri-üzvi və üzvi maddələrdən həyatın, o cümlədən onun mürəkkəb formalarının daim kortəbii əmələ gəlməsi; növlərin nəsli kəsilməsinin inkarı; "aşağı heyvanlarda" sinir sisteminin və cinsi çoxalmanın mövcudluğunun inkarı və s.). Buna görə, müasir “Lamarkizm” onları yalnız ən ümumi mənada xatırladır. Geniş mənada, Lamark nəzəriyyələrinə müxtəlif təkamül nəzəriyyələri daxildir (əsasən 19-cu əsr — 20-ci əsrin birinci üçdə birində meydana çıxanları), burada "canlı maddə" və orqanizmlərə xas təkmilləşmə istəyi təkamülün əsas hərəkətverici qüvvəsi hesab olunur. Bir qayda olaraq, bu cür nəzəriyyələrdə orqanların "məşq etməsi" və "məşq etməməsi" nin onların təkamül taleyinə təsirinə böyük əhəmiyyət verilir, çünki məşq etməyi və ya məşq etməməyin nəticələrinin irsi ötürülə biləcəyi güman edilir. == Mükəmməlliyə can atma prinsipi == Lamark bütün heyvanları təşkilinin mürəkkəbliyinə görə altı pilləyə, səviyyəyə (və ya onun dediyi kimi “qradasiyalara”) böldü. İnsanlara ən uzaq olanı infuzorlar, insanlara ən yaxını isə məməlilərdir. Eyni zamanda, bütün canlıların sadədən mürəkkəbə doğru inkişaf etmək, “pillələri” yüksəltmək istəyi xasdır. Canlılar aləmində daim hamar təkamül baş verir.
Samariya
Samariya (ivrit. שומרון Shomron; qədim yunan. Σαμάρεια; ərəb. السامرة as-Samira) Yəhudi dinində deyilir ki, qədim Fələstin ərazisində Samariya adlı bir şəhər olub və iki yüz il paytaxt kimi tanınan bu şəhər Suriya padşahı tərəfindən alınmış və dağıdılmışdır. Əfsanəyə görə Samariya şəhər sakinlərindən biri yolda quldurlar tərəfindən soyulub hər şeyi əlindən alınmış, bir səyyaha kömək etmiş və onun yaralarını sarmışdır. Bu əfsanəyə əsasən, Samariya sakinləri, ümumiyyətlə, xeyirxahlıq və şəfqət simvolu kimi məşhurlaşmışlar, bir sıra Avropa ölkələrində xeyriyyə, şəfqət cəmiyyətlərinə "Samariyalılar" adı verilirdi. (Almaniyada belə cəmiyyət XIX əsrin ikinci yarısında da mövcud idi). Yurdsuzlar evinin və xeyriyyə, şəfqət cəmiyyətlərinin möhürlərində başqasına yardım göstərən samariyalının silueti bir simvol kimi həkk olunurdu və bu bir ənənəyə çevrilmişdi.
Satanizm
Satanizm — şeytanı və ya şeytan simvolunu ucaldan və bəzi məzhəblərində şeytana inanmağı əmr edən dini-fəlsəfi cərəyan. Satanizm özü-özlüyündə bir neçə məzhəbə bölünməkdədir. Hər bir məzhəbin fəlsəfəsi də digər məzhəblərə nəzərən fərqlidir. LaVeyan satanizmi Allahın, ya da şeytanın varlığına inanmayan, lakin şeytani dəyərlərə üstünlük verən cərəyandır. Əsasən xristianlığa, ümumiyyətlə isə bütün dinlərə qarşı dini-fəlsəfi cərəyan olaraq ortaya çıxan, keçmişi olduqca qədim tarixə söykənməsinə baxmayaraq yaxın zamandan etibarən yeni bir din mahiyyətinə bürünən əhəmiyyətli bir inancdır. Satanizm ifadəsi hərfi mənada "şeytana inanan", "şeytanı rəhbər tutan" mənalarına sahibdir. Bu cərəyanın yaranma səbəbi iudaizm və xristianlığa qarşı mübarizə aparmaq olmuşdur. Buna "Müasir Etiraz Hərəkatı" demək də mümkündür. Bu hərəkat, başda xristianlıq olmaqla, bütün dinlərə və dinlərin yaratdığı müqəddəs dəyərlərə əksdir. Bu səbəbdən, başda İngiltərə, Fransa və Almaniya olmaq üzrə bəzi Avropa ölkələrində, xüsusilə də ABŞ-də ortaya çıxan, oradan digər ölkələrə yayılan satanizm; şeytanın ən əhəmiyyətli xüsusiyyəti olan müxalifət və oyanışı əsas alaraq, dinin və dini olan hər şeyin qarşısında, lakin şeytanın və onun təmsil etdiyi düşüncənin yanında iştirak edir.
Lamaizm
Tibet buddizmi və ya Lamaizm — əsasən Çin Xalq Respublikasında, Monqolustan, qismən Hindistan, Nepal və Butanda, az sayda isə dünyanın bir çox ölkələrində ardıcıllları olan dini təlim, buddizmin qolu.
Samarin
Samarin - İranın Ərdəbil ostanının Ərdəbil şəhristanı ərazisinə daxil olan şəhər. 2006-cı il siyahıya alınmaya görə kənddə 3.146 nəfər yaşayır (711 ailə). Kəndin yerliləri bu kəndi 7 qismə bölürlər ki bunlardan ibarətdir: Hüseynabad Orta Küçə Pir Qollu Cəbrayıl Qaraxanlı Sadıqlı Hüseyn Allı Gərək bunuda artıraq ki hər məhəllədə yuxarıda adları çəkilən tayfalara özəldir. Sultan Xoca Əli Türbəsi: Məqbərəninin tikintisi ilkdə suvaqdan olsa da 1996-cı ilin zəlzələsində tam darmadağın olub və sonra kərpiçdən üzərində yeni bir bina tikilibdir. Kənddə yerləşən üç meşə ağacı ki onların ömürləri min ildəndə daha çoxdur və Xoca Əli türbəsinin yanında yerləşiblər. Üç Otaq adında bir əski köhül ki onun içində əvvəliyyə insanlar yaşayarmışlar. Zərdüştilərdən qalan bir neçə qəbir Daşdan salınmış böyük və əski heykəllər Çox sayda bağ və ağaclıqlar o cümlədən qoz bağları. Əski dəyirmanlar Bir neçə şəlalə Cəbrayıl Bulağı Mehdi Bulağı Qalacıq piri Kəndin ürünlü əkin yerləri və yaşıl tarlalar.
Ateistik satanizm
La-Veya satanizmi və ya Ateistik satanizm — Anton Szandor Lavey tərəfindən əsası qoyulan bir fəlsəfi təlim və inanc forması. İlk dəfə 1966-cı ildə Şeytan Kilsəsinin yaradılması ilə ortaya çıxıb. Satanist cərəyanlar içində kilsəsi, mərasimləri, bayram günləri olan və təşkilatlanmış şəkildə fəaliyyət göstərən yalnız La-Veya Satanizmidir.
Dini satanizm
Teistik satanizm (ing. Theistic Satanism), ənənəvi satanizm (ing. Traditional Satanism) və ya dini satanizm (ing. spiritual Satanism) — şeytanı (satana) obyektiv olaraq sitayiş ediləcək bir mövcud fövqəltəbii varlıq və ya qüvvə hesab edən dini inanclar üçün istifadə edilən ümumiləşdirici termin, satanizmin növü. Bu ümumiləşdirici termin çərçivəsindəki fərdi inanc sistemləri bir-birləri ilə başdansovma əlaqəli olan və ya müstəqil qruplar tərəfindən tətbiq edilir. Teistik satanizmin başqa bir səciyyəvi xüsusiyyəti seremonial sehrdən istifadədir. Teistik satanizmin insanların tətbiq etdiyi dini inanc kimi tarixi qeyri-müəyyəndir, ancaq tarix boyu xeyli insan şeytana sitayiş etməklə təqsirkar bilinmişdir. 1560–1630-cu illərdə kulminasiya nöqtəsinə çatmış cadugər məhkəmələrini, xüsusilə də Salem cadugər məhkəmələrini buna nümunə göstərmək olar. Əsl teistik satanist dinlərin əksəriyyəti olduqca yeni modellərdə və ideologiyalarda mövcuddurlar. Onların çoxu İbrahimi dinlərdən müstəqil olduqlarını iddia edirlər.
LaVeyan Satanizm

Teistik satanizm

Ənənəvi satanizm

Samarina (kənd)
Samarina (yun. Σαμαρίνα, arom. Samarina) —Yunanıstanın şimal-qərbində kənd. Dəniz səviyyəsindən 1,220 metr hündürlükdə, Afinadan 333 kilometr şimal-qərbdə, Salonikidən 174 kilometr cənub-qərbdə, Kozanidən 69 kilometr cənub-qərbdə və Qrevenadan 36 kilometr qərbdə yerləşir. Qərbi Makedoniya periferiyasındakı Qrevena periferik vahidindəki Qrevena icmasına (dim) daxildir. 2011-ci il siyahıyaalınmasına əsasən, kənddə 378 nəfər yaşayır. Sahəsi 25,292 kvadrat kilometrdir. Əhalinin əsas hissəsini arumınlar təşkil edir. Əhali dinamikası belədir: Yayda turistlərin hesabına əhali 5,000 nəfərə qədər artır.
Liberal kamalizm
Liberal kamalizm və ya liberal atatürkçülük — Türkiyənin qurucu ideologiyası olan kamalizm ilə azadlığa əsaslanan liberalizmin birləşməsi. Liberal kamalizm 1930-cu illərdə Əhməd bəy Ağaoğlu tərəfindən yaradılmışdır. Ağaoğlu əvvəllər milliyətçi bir insan idi. == İqtisadi baxış == Liberal kamalizm iqtisadi baxımdan Atatürkün altı prinsipindən fərqli olaraq, statizm əvəzinə bazar iqtisadiyyatını müdafiə edir. == Sosial və mədəni baxış == Liberal kamalizm sosial sahədə Atatürkün milliyətçilik anlayışını müdafiə edir. 1924-cü il Konstitusiyasının 88-ci maddəsində və Atatürkün prinsiplərində ifadə edilən və millət anlayışını dinindən və irqindən asılı olmayaraq mədəni və siyasi birliyə əsaslandıran milliyətçilik anlayışıdır.
Janna Samari
Aktrisa Janna Samarinin portreti (fr. Portrait de Jeanne Samary) - Fransız impressionist rəssamı Pyer-Ogüst Renuar tərəfindən 1877-cı ildə çəkilmiş rəsm əsəri. Janna Samarinin bu portreti rəssamın bütün yaradıcılığında ən impressionist portretlərdən biri hesab olunur, eyni zamanda gülümsünən və dalğın qadın zərif mavi-yaşıl donunda çəhrayı fonda təsvir edilmişdir. Rəssamın iş üslubu çox sərbəstdir, bəzən bu hal lap saymazyanalığa qədər öz əksini tapır, lakin elə bunun özü qeyri-adi təzəlik, ruhən aydınlıq və sakitlik ovqatı yaradır.
Samaria Milli Parkı
Samaria dərəsi (yun. Φαράγγι της Σαμαριάς), həmçinin Samaria Milli Parkı — Yunanıstanın Krit adasında yerləşən dərə. Samaria dərəsi Avropanın ən böyük dərələrindən biri hesab olunur. Samaria dərəsi Krit adasının cənub-qərbində, Lefka-Ori silsiləsində yerləşir. Ərazi Krit adasının Sfakiya əyalətinə aiddir. Samaria Milli Parkı adanın görməli yerlərindən biri hesab edilir. Dərənin uzunluğu 13 km, eni isə 3,5–0.5 km arasında dəyişir. Dərənin çıxışından 3 km cənubda Agiya-Rumeli kəndi yerləşir. Kəndə avtobusla gəlmək mümkündür. Dərə öz adını XIV əsrə aid Müqəddəs Mariya bizans kilsəsindən götürmüş.
İudeya və Samariya dairəsi (İsrail)
İudeya və Samariya dairəsi (ivr. ‏מחוז יהודה ושומרון‏‎) — İsrailin yeddi əsas inzibati ərazi vahidindən biri. Ərazi İsrail xaricində İordan çayının qərb sahili kimi tanınır. İudeya və Samariya dairəsi İsrail Müdafiə Ordusunun Mərkəzi hərbi dairəsinin tabeçiliyindədir. İnzibati dairə üzrə bütün qərarlar hərbi dairənin komandanı tərəfindən qəbul edilir. (1947—1949) ərəb-İsrail müharibəsindən sonra region 1967-ci ilədək İordaniyanın nəzarətində idi. Altı günlük müharibədən sonra region İsrailin nəzarətinə keçdi. BMT Təhülükəsizlik Şurasının 242 saylı Qətnaməsinə əsasən İsrail həmin torpaqlardan getməlidir. Regionun gələcək statusu İsrail-Fələstin danışıqlarının əsas mövzusudur. Hal-hazırda bura ən tez inkişaf edən regiondur, il ərzində əhalisi 5 faiz artır.
Şatariz
Şatarız — Azərbaycan Respublikasının Zəngilan rayonunun Rəzdərə kənd inzibati ərazi dairəsində kənd. Şatarız kəndi Bəsit çayi sahilində, dağətəyi ərazidədir. Güman etmək olar ki, oykonim şat (код, düşərgə, çadır) və riz (yol) komponentlərindən düzəlib (-a mənsubiyyət bildirir), “код yolu” mənasındadır. Görünür, kənd код yolunun üstündə yerləşdiyi üçün belə adlandırılmışdır. 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən azad olunub.
Şatarız