Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Sanama (oyun)
Sanama - Azərbaycanda uşaqlar və gənclər arasında yazqabağı günlərdə, şənlik və bayramlarda dəstələrə bölünmədən oynanılan oyunlarda "başçı" ("aparıcı" və ya "işçi") seçmək üçün sadalanan şeir. == Ümumi məlumat == Dəstələrə bölünməklə oynanılan bütün oyunlar Halay qurmaqla başlanır. Lakin bir çox oyunlarımız dəstələrə bölünmədən oynanılır. Ənzəli, Eşşək beli sındırdı, Yeddi ağac buna misal ola bilər. Bu oyunları başlayarkən, "başçı", "aparıcı" və ya "işçi" seçmək üçün sanamadan istifadə edirlər. == Oyunun qaydaları == Püşk yolu ilə yaxud oyunçuların ümumi razılığı ilə (oyunda və ya uşaqlar arasında müəyyən keyfiyyətləri ilə fərqlənən) bir nəfər seçilir. O bütün oyunçuları sıraya düzür. Sanama yolu ilə oyunçuları bir-bir sıradan azad edir. Axıra qalan oyunçu "başçı" ("aparıcı" və ya "işçi") seçilmiş olur. Sanamanı aparmaq üçün müxtəlif sanamalardan istifadə edirlər.
Sanana adası
Sanana adası (ind. Pulau Sanana) — İndoneziya ərazisinə daxil olan ada. Sula adaları qrupunun ən böyük adasıdır. Qrupda öz növbəsində Molukk adalarına daxildir. Adada eyni adlı iri yaşayış məntəqəsi vardır. Manqole adasından cənubda yerləşir. Sahəsi 558 km²-dir. Sanana hava limanından Ambon və Ternate şəhərləri arasında Trigana Air Service şirkəti reyslər təşkil edir 1999-cu ildə, o dövrdə Maluku bölgəsində olduğu kimi, Sananada müsəlmanlar və xristianlar arasında ciddi dini və etnik gərginliklər yaşanmışdır.