TANINMAZ

zərfsif.
1. Tanınmayacaq dərəcədə dəyişmiş, tanınmayacaq şəklə düşmüş, çox dəyişilmiş, əvvəlki vəziyyətindən heç bir əsər-əlamət qalmamış. Zavod tanınmaz dərəcədə genişləndiriləcəkdir.
□ Tanınmaz olmaq – tamamilə başqa şəklə düşmək, öz əvvəlki şəklini, görkəmini tamamilə itirmək. Fabrikimiz tanınmaz olmuşdu.
– Yeni şəhər aylar müddətində deyil, həftələr, günlər ərzində dəyişilir, böyüyüb artır və tanınmaz olur. Ə.Sadıq.

2. Tanış olmayan, tanınmayan, tanına bilməyən.
Qız zənn edir, səfərdən gəlir knyaz; Birdən görür, bir qonaqdır tanınmaz. A.Səhhət.

TANINMAQ
TANINMAZLIQ

Значение слова в других словарях