Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Santiqrat
Santiqrat, iki ölçü dəyəri arasının 100-ə bölünməsi ilə əldə edilən dəyərdir. Santiqrat, °C simvolu ilə göstərilir. Termin, metr sistemi ilə bərabər XVIII əsrdə Fransada ortaya çıxmışdır. == Mənşəyi == Mənasından başa düşüldüyü kimi santiqrat, qratın (qrad = dərəcə) yüzdə biridir. Latın dilində yüz mənasını verən centum və dərəcə mənasını verən gradus sözlərinin birləşməsindən yaranıb. Söz müasir dövrdəki istifadə üsulu ilə Azərbaycan dilinə Fransız dilindən daxil olmuşdur. == Santiqrat və Selsi şkalası == 1954-cü ildə Kelvin ölçüsündən 273,15-ə qalxaraq təyin edilmiş Selsi şkalası ölçüsü, 1887-ci ildə təyin edilmiş santiqrat ölçüsünə çox yaxındır. Arada günlük istifadə də, nəzərə alınmayacaq fərq olduğundan selsi dərəcəsi ilə santiqrat, mübadiləli olaraq istifadə edilə bilər. Santiqrat, eyni zamanda bucaq ölçüsündə də istifadə edildiyinə görə bir çox dillərdə öz yerini daha dəqiq ölçü dəyəri olan Selsi şkalasına buraxmışdır. Lakin türk dilində çox geniş istifadə olunur.
Şantaram (roman)
Şantaram — (ing. Shantaram, marathi शांताराम, "dinc insan") avstraliyalı yazıçı Qreqori Devid Robertsin romanıdı. Müəllifin öz həyatında baş verən hadisələr kitabın əsasını təşkil etmişdir. Romanın əsas hərəkəti 1980-ci illərdə Hindistanda, Bombeydə (Mumbay) baş verir. İlk dəfə 2003-cü ildə Avstraliyada nəşr olundu, məşhurlaşdı və bir çox dillərə tərcümə edildi. 2022-ci ilin oktyabrında romanın televiziya adaptasiyasının premyerası oldu. == Məzmun == Bombeyə turist kimi gələn Lindsi Ford uzun illər münasibət quracağı insanlarla tanış olur. Onların arasında onun ən yaxın dostuna çevrilən bələdçi, Hindistanda məskunlaşmış və Hindistanda kiçik cinayətlər edən bir qrup əcnəbi də var idi. Lindseyin (Linin) həyatını dəyişdirən bu insanlar idi. Bələdçinin vətənini ziyarət edən Lin yerli dilləri öyrənir və adi insanların həyatına qərq olmağa başlayır, onların xeyirxahlığına, həssaslığına və dürüstlüyünə aşiq olur.