Sözün qədim kökü sı (ломать) kəlməsi olub, -n şəkilçisi qayıdış növü düzəltmək üçün kökə əlavə edilib. İndi söz bütövlükdə, yəni sın şəklində sadə hesab olunur. Hava sındı deyirik. Qədim mənbələrdə sınıla feili “остывать” mənasını əks etdirib. Görünür, sın-maq həmin sözün dəyişmiş formasıdır. Soyumaq və sınmaq kəlmələri etimoloji baxımdan qohumdur, hər ikisinin qədim kökü su ilə bağlıdır. O və u səslərinin əvəzlənməsi mümkündür. Elə bunun nəticəsidir ki, suyaatma sözü soyutma şəklinə düşüb. Y və n səslərinin əvəzlənməsi də mümkündür: belə sanıram, beləsayıram ifadələrində sanmaq və saymaq sözləri bunu sübut edir. Ehtimal ki, “soyuq” mənasını verən sərin sözü də buradandır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)