Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Antonin Dvorjak
Antonin Dvorjak (çex. ; 8 sentyabr 1841[…] – 1 may 1904[…]) — çex bəstəkar, musiqidə romantizm cərəyanının təmsilçisi. Onun əsərlərində Moraviya və Bohemiyanın xalq musiqisi motivlərindən, elementlərindən geniş istifadə olunur. O, Bedrjix Smetana ilə birlikdə çex milli musiqi məktəbinin banisi sayılır. Əsas musiqi əsərlərinə "Yeni dünyadan" Simfoniya № 9 (ABŞ-də yazılıb), "Su pərisi" operası, Orkestrli violençel üçün konsert, "Amerika" simli kvarteti, Rekviyem, Stabat Mater və "Slavyan rəqsləri" aid edilir. == Həyatı == Antonin Dvorjak 8 sentyabr 1841-ci ildə Çexiyada - Praqa yaxınlığında anadan olub. Bedřich Smetenanın musiqisini eşidib bəstəkar olmağa qərar verən Dvorjak elə Smetananın dirijoru olduğu Praqa Teatrında violençel ifaçısı kimi musiqi fəaliyyətinə başlayıb. Musiqi bəstələmək üçün 1873-cü ildə orkestrdən uzaqlaşıb və 1 il içində Avstriya milli mükafatını alan 3-cü simfoniyasını yazıb. Praqa, Kembric, Nyu York-da çalışan Dvorjak 1895-ci ildə Vətəninə geri dönüb. Dvorjaka vətənpərvərlik mövzusunda yazdığı "Himn" kantatası, eləcə də "Slavyan rəqsləri" dünya şöhrəti gətirib.
Antonin Panenka
Antonin Panenka (d. 2.12.1948, Praqa, Çexoslovakiya) — çex futbolçu.
Antonin Piy
Antonin Piy (19 sentyabr 86 – 7 mart 161) — XV Roma imperatoru. Tit Eliy Sezar Antonin tarixdə Antonin Piy kimi tanınan (lat.Titus Aurelius Fulvius Boionius Arrius Antoninus Pius) (* 19 sentyabr 86 Lanuviya; †7 mart 161 Lorium) sayca dördüncü evladlığa götürülən XV Roma imperatorudur. 19 sentyabr 86-cı ildə Lanuviyada sahibkar ailəsində doğulmuş, hüquqşünas təhsilli Piy tezliklə vəzifəyə çəkilərək Adrianın zamanında maliyyə və vergi hüququ üzrə prokonsul təyin edilmiş və Adrianın dövlət idarəçiliyi şurasına üzv seçilmişdir. Hələ Asiya üzrə maliyyə və vergi prokonsulu olarkən özünü namuslu (satın alınmaz) bir məmur kimi göstərmişdir.
Antonin vəbası
Antonin vəbası — Miladdan sonra 165-180-cı illər aralığında Roma imperiyası ərazisində baş vermiş vəba epidemiyası. Epidemiya romalı həkim Qalenin adı ilə də məşhurdur. Xəstəliyin Yaxın Şərqdəki yürüşlərdən qayıdan romalı əsgərlər tərəfindən gətirildiyi təxmin edilir. Mütəxəssislər insanların kütləvi ölümünə səbəb olan xəstəliyin təbii çiçək və ya qızılca ola biləcəyini təxmin edilsə də, əsil səbəbləri məlum deyil. Epidemiya Mark Avreli ilə müştərək 161-169-cu illərdə Roma imperatoru olmuş Lusi Verin ölümünə də səbəb olmuşdur. Vəbanın Antonin olaraq adlandırılmasının səbəbi də imperatorun ailə adı olan Antoninusdan gəlməkdədir. Romalı tarixçi Cassius Dio öz yazılarında epidemiya zamanı Romada gündəlik 2.000 nəfərin vəfat etdiyini bildirir. Bu rəqəmə istinad edilsə xəstəliyin imperiya əhalisinin 25% təsir göstərdiyini demək mümkündür. Antonin vəbasından ölən toplam insan sayının beş milyon olduğu təxmin edilir. Roma ordusu epidemiya nəticəsində tamamilə dağılmaq həddinə gəlmişdir.
Elisa Santoni
Elisa Santoni (10 dekabr 1987, Roma) — İtaliyanı təmsil edən bədii gimnast. Elisa Santoni İtaliyanı 2004 Afina, 2008 Pekin və 2012 London Olimpiadalarında təmsil etdi. == Karyerası == Elisa Santoni 2004-cü ildə İtaliyanın bayrağı altında Yunanıstanın Afina şəhərində XXVIII Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Fabriza D'Ottavio, Marinella Falca, Daniela Masseroni, Elisa Blançi və Laura Vernizzi ilə birgə finalda 49.450 xal topladı və 3-cü yeri tutdu. Elisa Santoni növbəti Olimpiya Oyunlarında 2008-ci ildə Çinin Pekin şəhərində baş tutan XXIX Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Fabriza D'Ottavio, Marinella Falca, Daniela Masseroni, Elisa Blançi və Anjelika Savrayuk ilə birgə finalda 34.425 xal topladı və fəxri 4-cü yeri tutdu. Dörd il sonra Böyük Britaniyanın London şəhərində baş tutan Olimpiya Oyunlarında Elisa Santoni qrup yarışlarında komanda yoldaşları Romina Laurito, Marta Pacnini, Elisa Blançi, Anjelika Savrayuk və Andreyea Stefanesku ilə birgə gümüş medal qazandı.
Friç Antonin
Friç Antonin (çex. Antonín Frič; 30 iyul 1832, Praqa, Bohemiya tacı torpaqları[d] – 15 noyabr 1913[…]) — çex zooloqu və paleontoloqu. Çex botaniki, etnoqrafı və tədqiqatçısı Alberto Voytex Friçin dayısı (1882–1940). == Həyatı == Friç Antonin 1832-ci ildə Praqa şəhərində anadan olmuş və burada o, hüquq elmini və sonralar tibb elmini öyrənmişdir. O, 1862-ci ildə tibb elmləri doktoru olmuş, 1862-ci ildən ali texniki məktəbdə, 1863-cü ildən Praqa universitetində mühazirələr oxumağa başlamışdır. Sonralar o, Çexiya Kral muzeyinin paleontologiya və zoologiya bölməsinin direktoru və zoologiya professoru təyin edilmişdir. Antonin Friç 1902-ci ildə London Geologiya Cəmiyyəti tərəfindən elmi nailiyyətlərə görə təsis olunan Layell medalı ilə təltif olunmuşdur. == Əsərləri == "Naturgeschichte der Vögel Europas" (Прага, 1853–1872); "Cephalopoden der böhmischen Kreideformation" (вместе с Шлёнбахом, Прага, 1872); "Geologische Bilder aus der Vorzeit Böhmens" (Прага, 1873); "Reptilien und Fische der böhmischen Kreideformation" (Прага, 1878); "Fauna der Gaskohle und der Kalksteine der Permformation Böhmens" (3 т., Прага, 1879–1896); "Fossile Arthropoden aus der Stenikohlen und Kreideformation Böhmens" (в сочинении Neumayr u. Mojsisovics, "Beitr. z.
Nerva-Antonin
Antoninlər sülaləsi (və ya "Beş yaxşı imperator" (ing. Five Good Emperors) — termin E.Qibbsona məxsusdur; və ya "evladlığa götürülmüş imperatorlar") — təxminən iki yüz il hakimiyyətrə olmuş Qədim Roma sülaləsi. Onların hakimiyyəti zamanı (96–180) imperiya özünün ən stabil və çiçəklənən dövrünü yaşamışdır. Daxili siyasəti imperator-senat münasibətlərində barış mövqeyi, senatorlara qarşı represiya və torpaq müsadirəsi siyasəti aparılmaması ilə seçilir. Xarici siyasəti imperiya demək olar ki, Yaxın Şərqi tutmaqla ən böyük əraziyə malik olması ilə səciyyələnir. Hakimiyətin vərəsələnməsi demək olar ki, qan tökülmədən həyata keçirilirdi. Hər bir imperator sağlığında senatorlardan və ya hərbi komandirlərdən ən bacarıqlısını evladlığa götürərək öz xələfi elan edirdi. Ancaq Mark Avreli bu ənənəni pozaraq hakimiyyəti öz doğma oğluna — Kommoda tapşırmışdır ki, o da bacarıqsızlığı və əxlaqsızlığı səbəbindən sui-qəsd nəticəsində öldürülmüşdür.
Nerva-Antonin sülaləsi
Antoninlər sülaləsi (və ya "Beş yaxşı imperator" (ing. Five Good Emperors) — termin E.Qibbsona məxsusdur; və ya "evladlığa götürülmüş imperatorlar") — təxminən iki yüz il hakimiyyətrə olmuş Qədim Roma sülaləsi. Onların hakimiyyəti zamanı (96–180) imperiya özünün ən stabil və çiçəklənən dövrünü yaşamışdır. Daxili siyasəti imperator-senat münasibətlərində barış mövqeyi, senatorlara qarşı represiya və torpaq müsadirəsi siyasəti aparılmaması ilə seçilir. Xarici siyasəti imperiya demək olar ki, Yaxın Şərqi tutmaqla ən böyük əraziyə malik olması ilə səciyyələnir. Hakimiyətin vərəsələnməsi demək olar ki, qan tökülmədən həyata keçirilirdi. Hər bir imperator sağlığında senatorlardan və ya hərbi komandirlərdən ən bacarıqlısını evladlığa götürərək öz xələfi elan edirdi. Ancaq Mark Avreli bu ənənəni pozaraq hakimiyyəti öz doğma oğluna — Kommoda tapşırmışdır ki, o da bacarıqsızlığı və əxlaqsızlığı səbəbindən sui-qəsd nəticəsində öldürülmüşdür.
Qney Arri Antonin
Qney Arri Antonin (lat. Gnaeus Arrius Antoninus; 31) — Roma dövlət xadimi, hərbi rəhbəri və şairi. O, imperator Antonin Piyin babası olmuşdur. == Həyatı == Antonin təxminən 30-cu və ya 31-ci ildə, Tiberinin hakimiyyəti dövründə anadan olmuşdur. 69-cu ilin iyulundan avqust ayına qədər Avl Mari Sels ilə birlikdə konsul-suffekt vəzifəsində çalışmışdır. 78-ci ildə, Vespasianın hakimiyyətinin sonunda Antonin Asiya vilayətinin prokonsulu vəzifəsində idi. O, 97-ci ildə ikinci dəfə birlikdə konsul-suffekt olduğu Nervanın dostu idi. Antonin təxminən 101-ci ildə Sili İtalikin ölümündən sonra senatdakı ən yaşlı konsulyar olmuşdur. 105-ci və ya 106-cı ildə onun təxminən 75 və ya 76 yaşı var idi. Antonin Kiçik Plini ilə məktublaşmışdır .
Santolina
Santolina (lat. Santolina) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi.
Santorini
Santorini (yun. Σαντορίνη) — Egey dənizində yerləşən, Yunanıstana aid ada. Yunanıstanın əsas ərazisindən 200 km aralı yerləşir. Sahəsi 76,2 kvadrat kilometr, sahil xəttinin uzunluğu 66 kilometrdir. 2019-cu ilin iyun ayında Santorini adasında mifik Atlantida şəhəri barədə dünyada ilk muzey açılıb.
Santosia
Santosia (lat. Santosia) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. == Növləri == Santosia talmonii R.M.King & H.Rob.
Antonim
Antonim (yun. αντί όνομα) — leksik mənalarına görə bir-birinin əksi olan sözlərə deyilir. Antonim qarşılıqlar köklərinə görə fərqli olmalıdır. Əsl antonimlik müxtəlif köklü sözlərin əksliyi şəklində tazahür edən leksik antonimlərdir. Məsələn: ağ - qara, dost - düşmən, gülmək – ağlamaq, oturub-durmaq. Ağıllı va ağılsız kimi sözlər bir-birinə əks mənalar versələr də, kökləri eyni olduğundan onları antonim adlandırmaq olmaz. Antonim qarşılıqlar da, sinonimlər kimi, eyni nitq hissəsinə mənsub olur yaxud (hər ikisi isim), gediş-gəliş (isim), acı-şirin (sifət) ağlağan-güləyən (sifət), uzun-qısa (sifət), yuxarı-aşağı(zərf), gecə-gündüz (zərf), oturmaq- durmaq(feil), gülmək - ağlamaq(feil), açmaq-bağlamaq (feil), az-çox (say). Nəzərə almaq lazımdır ki, frazeoloji söz birləşmələrinin antonimi də ancaq özü kimi frazeoloji birləşmə olmalıdır. Məsələn: dilotu yemək - ağza su alıb oturmaq.
Antonio
Antonio — Ad. Antonio Krapovikas — Argentina botaniki. Antonio Bertoloni — İtaliya botaniki. Antonio Qramşi — italyan filosof, jurnalist və siyasi xadim; Antonio Kasseze — italyan hüquqşünas, beynəlxalq hüquq üzrə mütəxəssis Antonio Bonfini — İtalyan intibahının nümayəndəsi və şair. Antonio Meuççi — İtalyan alimi Antonio Salyeri — İtalyan əsilli Avstriya bəstəkarı, dirijor və pedaqoq.
Antoni
Antoni — ad. Mark Antoni — Roma siyasi və hərbi xadimi, Yuli Sezarın silahdaşı.
Antonina Filippova
Antonina Mixaylovna Filippova (rus. Антонина Михайловна Филиппова; 7 (19) fevral 1897, Oryol – 8 aprel 1976, Volqoqrad) — rus əsilli Azərbaycan aktrisası, Azərbaycan SSR xalq artisti (1943). == Həyatı == Antonina Filippova 19 fevral 1897-ci ildə Oryol şəhərində anadan olmuşdur. Tula, Novosibrsk və başqa şəhərlərdə, 1935–1950-ci illərdə Azərbaycan Rus Dram Teatrında çıxış etmişdir. 1950-ci ildən Volqoqrad Teatrının truppasında olmuşdur. Rolları: Avqustina Yakovlevna ("Konsert", A.Fayko), Sonya ("Dvoryanlar", N.Poqodin), dayə ("Romeo və Cülyetta", U.Şekspir), Murzavetskaya, Qalçixa ("Qurdlar və qoyunlar", "Günahsız müqəssirlər", A.Ostrovski), Gülzar ("Şərqin səhəri", Ə.Məmmədxanlı), Qraçova ("Xəzər üzərində şəfəq", İ.Qasımov) və s. == Mükafatları == "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 23 aprel 1940 "Azərbaycan SSR xalq artisti" fəxri adı — 17 iyun 1943 == İstinadlar == == Mənbə == ФИЛИ`ППОВА Антонина Михайловна // Театральная энциклопедия: [в 6 т.] / гл. ред.: П. А. Марков. Т. 5. Табакова — Яшугин.
Antonina Nejdanova
Antonina Vasilyevna Nejdanova (16 iyun 1873 (Yulian təqvimi: 4 iyun) – 26 iyun 1950) — sovet və rus opera müğənnisi (lirik-koloratura soprano), pedaqoq. SSRİ xalq artisti (1936). Birinci dərəcəli Stalin mükafatı laureatı (1943). Sənətşünaslıq elmləri doktoru (1944). == Həyatı == Antonina Nejdanova, 4 (16) iyun 1873-cü il tarixində (digər mənbələrdə 17 (29) iyul 1873-cü il) Ukraynanın Odessa şəhəri yaxınlığındakı Krivaya Balka kəndində anadan olmuşdur. Onun valideynləri, kənd müəllimləri idi. Uşaqlıqda kilsə xorunda ifa etmişdi. 1883—1891-ci illərdə, Odessa Mariinski Gimnaziyasında təhsil almışdır (indiki Antonina Nejdanova adına Odessa Milli Musiqi Akademiyası). O, 1899-cu ildə Moskva Dövlət Konservatoriyasına daxil olmuşdur. Konservatoriyada Umberto Mazettinin sinfini bitirdikdən sonra qısa müddət ərzində aparıcı soprano olduğu Böyük Teatra qoşulmuşdur.
Antonino Natoli
Antonino Natoli (d. 26 iyun 1857, Palermo — 20 iyul 1919) — ərəb əsilli Fransa bankiri, olduğu Natoli ailəsinin sərvətini idarə edir. == Həyatı == Antonino Natoli bir iş adamları investorlar, xeyriyyəçi, brauzer um banqueiro Frances, aşağı de familias Reais de Fransa. Təsisçi təhlükəsiz bank From Imperio etmək Family Natoli ən uğurlu sülaləsi biri kimi tanınır, | tarix Orta əsr Avropa kapitalist. Natoli 14 oktyabr, 1917-ci Roma İtaliya Crown Sərəncamı cavalier etdi.
Antonino Pizzolato
Antonino Pizzolato (20 avqust 1996) — İtaliyalı kişi ağır atlet. 85 kq çəki dərəcəsində yarışır və beynəlxalq yarışlarda İtaliyanı təmsil edir. Antonino Pizzolato dünya çempionatlarında iştirak etmişdir. Son dəfə 2015 Ağır atletika üzrə Dünya Çempionatında mübarizə aparmışdır.
Artemisia santolina
Artemisia santolina (lat. Artemisia santolina) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin yovşan cinsinə aid bitki növü.
Bulbophyllum santosii
Bulbophyllum santosii (lat. Bulbophyllum santosii) — səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü.
Chrysanthemum santolina
Tanacetum santolina (lat. Tanacetum santolina) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin dağtərxunu cinsinə aid bitki növü. == Sinonimləri == === Heterotipik sinonimləri === Chrysanthemum santolina B.Fedtsch. Pyrethrum kasakhstanicum Krasch.
Mikania santosii
Mikania santosii (lat. Mikania santosii) — mürəkkəbçiçəklilər fəsiləsinin mikaniya cinsinə aid bitki növü.
Santolina annua
Lonas (lat. Lonas) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. == Növləri == Lonas annua (L.) Vines & Druce Sinonim Achillea inodora L. Athanasia annua L. Lonas annua (L.) Grande Lonas inodora (L.) Gaertn.
Santolina sinaica
Tanacetum sinaicum (lat. Tanacetum sinaicum) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin dağtərxunu cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Chrysanthemum sinaicum (Fresen.) Nábělek Santolina sinaica Fresen.
Santolina suaveolens
Ətirli çobanyastığı (lat. Matricaria discoidea) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin çobanyastığı cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Birillik budaqlanan ot bitkisi olub, hündürlüyü 30 sm qədərdir. Yarpaqları növbəli, iki tərəfi bölünmüş lələkvari, ensiz xətti neştərşəkilli paycıqdan ibarətdir. Çiçəkləri kiçik, boruşəkilli, sarımtıl-yaşıl, dairəvi səbətciyi və qısa oturaq çiçəkyatağı vardır. Səbətciyi kiçik, diametri 5–8mm, uzunsov-yumurtaşəkilli yarpaqları geniş dişcikli kənarlara malikdir. Çiçəkləmə başlayan zaman səbətciyi şarşəkilli sonra tədricən yumurtaşəkilli formaya düşür. Ətirli çobanyastiğı — sonra tədricən çılpaq kasacığını, ağ dilşəkilli çiçəklərini itirir. Bütövkənarlı çiçəkləri dairəvi-konusıəkilli formada olub, kasayarpaqsız və ya onun elementlərinə rast gəlinməklə, uzunluğu 1sm-ə bərabərdir. Yalnız boruşəkilli çiçəkləri vardır.
Sərvəoxşar santolina
Sərvəoxşar santolina == Təbii yayılması == Təbii halda İtaliyada və Aralıq dənizyanı ölkələrində bitir. == Botaniki təsviri == Hündürlüyü 50-60 sm-ə çatan kol bitkisidir.Yarpaqlarının uzunluğu 3,5 sm-ə qədər olub,lələkvari bölünmüşdür.Cavan yarpaqları açıq-yaşıl,yaşlıları isə boz-gümüşü rəngdə,tükcüklüdür.Sarı rəngli ətirli çiçəkləri uzun çiçək saplaqlarında yerləşmişdir.İyun-avqust aylarında çiçəkləyir.Çobanyastığının qoxusuna bənzər güclü ətri vardır.Toxumları oktyabrda yetişir.Toxum və qələmlərlə çoxaldılır. == Ekologiyası == Günəşli,isti,quru torpaqlarda bitir.Sərt şaxtalarda yerüstü hissəsi donur. == Azərbaycanda yayılması == Mərdəkan dendrarisində introduksiya oçunmuşdur.Bakı şəhərinin park və bağlarında mədəni şəraitdə becərilir. == İstifadəsi == Çiçəkliklərdə,qazonlarda,müxtəlif kompozisiyaların qurulmasında qiymətli bitkidir.Yarpaqlarından alınan ekstraktlardan aromaterapiyada bir çox xəstəliklərin müalicəsində istifadə olunur. == Məlumat mənbəsi == Tofiq Məmmədov, "Azərbaycan dendroflorası II cild", Bakı:-"Səda"-2015.