Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Samolit
Böyük Samolit dağı
Skapolit
Skapolit (Na, Ca)4 (Cl, CO3) [Al (Si, Al) Si2O8]3 — tetraqonal sinqoniya. Rast gəlmə tezliyi şkalası: çox da tez-tez rast gəlməyən. Marialit (Ma) – Na8 [(Cl2, SO4, CO3) | (AlSi3O8)6] — meyonit (Me) – Ca8 [(Cl2, SO4, CO3)2 | (Al2Si2O8)6] izomorf sırasının dəyişkən tərkibli mineral növüdür. == Növ müxtəliflikləri == Qlavkolit – skapolitin mavi və ya göyümtül-bənövşəyi, stroqanovit – bozumtul-yaşıl növ müxtəliflikləri. == Xassələri == Rəng – ağ, boz, açıq-sarı, yaşılımtıl, bozumtul-yaşılımtıl, mavi, tünd-göy, yaxud qırmızı, bəzən rəngsiz; Mineralın cizgisinin rəngi – ağ; Parıltı – şüşə; ayrılma müstəvilərində sədəfiyədək; Şəffaflıq – işıqkeçirən, tutqun, nadir hallarda – şəffaf; Sıxlıq – 2,60–2,75; Sərtlik – 5–6; Kövrəkdir; Ayrılma – {100} üzrə orta, {110} üzrə qeyri-mükəmməl; Sınıqlar – pilləli-qeyri-hamar, qabıqlı; Morfologiya – kristallar: prizmatik kristallarının en kəsiyi, adətən, kvadrat formalı olur; Mineral aqreqatları: dənəvər, sıx, şüalı, lifli kütlələr, druzalar. == Mənşəyi və yayılması == Ən çox kontakt — metasomatik (skarnlar; dəmir filizi və şeelit yataqları) və metamorfik (mərmərlər, qneyslər, qranulitlər, şistlər, amfibolitlər) əmələgəlmələrdə yayılmışdır. Bəzən alp tipli damarlarda, peqmatitlərdə, habelə hidrotermal-dəyişilmiş əsasi süxurlarda, druzalar şəklində vulkanik süxur boşluqlarında qeyd edilir. Birlikdə rast gəldiyi minerallar: kvars, qranatlar, piroksenlər, kalsit, floqopit, epidot, apatit, daşkəsənit, vollastonit, maqnetit, kobaltin, şeelit və b. Mineralın tapıldığı yerlər: Madaqaskar adası; Tosatal (İtaliya); Tunaberq (İsveç); Parqas ad. (Finlandiya); Arendzal (Norveç); Pribaykalyedə Slyudyanka və Bıstraya çay hövzələri, Uralda İlmen dağları (Rusiya) və b.
Akonit
Kəpənəkçiçək (lat. Aconitum) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin qaymaqçiçəyikimilər fəsiləsinə aid bitki cinsi. Yunan mifologiyasına görə bu bitki, Heraklın aldadıb axirətdən gün işığına çıxartmış olduğu üçbaşlı köpək Kerber gün şüalarına tab gətirməyib quduzluqla qusaraq ifraz etdiyi seliyin torpağa düşməsindən göyərmişdir. Bu hadisə Akoni (yun. Aconae - ox, oxlu) şəhəri yaxınlığında baş verdiyindən bitki də belə adlandırılmışdır. == Təbii yayılması == == Botaniki təsviri == Akonit 50-199 sm hündürlükdə, çoxillik bitkidir. Çiçəkləri sarı, moruğu, ya da tünd mavi rəngdə olur. Ehtiva etdiyi alkoloidlər səbəbi ilə zəhərlidir.
Apofit
Apofit — əkin sahəsində yayılıb alağa çevrilə bilən bitkilər. == Ədəbiyyat == R.Ə.Əliyeva, Q.T.Mustafayev, S.R.Hacıyeva. “Ekologiyanın əsasları” (Ali məktəblər üçün dərslik). Bakı, “Bakı Universiteti” nəşriyyatı, 2006, s. 478 – 528.
Arvidas Sabonis
Arvidas Romas Sabonis (lit. Arvydas Romas Sabonis; 19 dekabr 1964-cü ildə Litva SSR-nin Kaunas şəhərində anadan olub) - məşhur litva və sovet basketbolçusu, SSRİ - yığması tərkibində olimpiya , Avropa və Dünya çempionu. SSRİ-nin Əməkdar idman ustasıdır (1985). 20 avqust 2010-ci ildə Sabonis FİBA-nın şöhrət zalına daxil edilib. 12 avqust 2011-ci ildə isə Sabonisin adı Neysmit adına Basketbol şöhrət zalına daxil edildi. 24 oktyabr 2011-ci ildə Sabonis Litva Basketbol Federasiyasının prezidenti seçilmişdir. == Bioqrafiya == === Erkən yaşlar === Arvidas Sabonis basketbolla 9 yaşında Kaunas basketbola məktəbində məşğul olmağa başlayır. Onun ilk məşqçisi Yuriy Fedorov olub. 1981-ci ildə Arvidas məktəb komandasının tərkibində məktəb olimpiadasının qalibi olur və "Jalqiris" (Kaunas) komandasının məşqçisi Vladas Qarastas tərəfindən kluba dəvət olunur. Elə həmin ildə SSRİ-nin yeniyetmə yığmasında o Avropa çempionu olur.
Samolit aşırımı
Samolit aşırımı — Baş Qafqaz silsiləsində yerləşən dağ keçidi. Aşırımın hündürlüyü 3260 m (digər mənbələrə görə 3240,4 m) təşkil edir. Böyük Samolit dağıının cənub-qərbində, Azərbaycan Respublikası (Zaqatala rayonu) və Rusiya Federasiyası (Dağıstan Respublikası) sərhədində yerləşir. Aşırımın şimal yamacının qırışıqlarında Samolit gölləri qrupunun ən böyük olanı Samolit gölü yerləşir.
Böyük Samolit dağı
Böyük Samolit dağı — Baş Qafqaz silsiləsində, Zaqatala rayonunun Dağıstanla sərhədində zirvə. Hündürlüyü 3452 m. Tala çayının mənbəyi buradadır. Bu çayın qollarından biri də dağın adı ilə Samolit çayı adlanır. Oronim qədim türk dillərindəki samal (tutqun, dumanli, ganli, qaranlıq) və -it (şəkilçi) komponentlərindən düzəlib, "başı dumanlı zirvə" mənasındadır.
Kiçik Samolit dağı
Böyük Samolit dağı — Baş Qafqaz silsiləsində, Zaqatala rayonu ilə Dağıstanın sərhədində aşırım. Hündürlüyü 3260 m. Bu aşırımdan keçən yol Qaraçay ilə Samur çayının hövzələrini birləşdirir. Oronim qədim türk dillərindəki samal (tutqun, dumanlı, ganlı, qaranlıq) və -it (şəkilçi) komponentlərindən düzəlib, "başı dumanlı zirvə" mənasındadır.
Şamozit
Şamozit (Fe2+, Mg, Fe3+)5 Al (Si3 Al) O10 (OH,O)8 — Monoklinik sinqoniya. Rast gəlmə tezliyi şkalası: çox da tez-tez rast gəlməyən. == Növ müxtəliflikləri == Bavalit (dafnit) – mineralın maqnezial növ müxtəlifliyi. == Xassələri == Rəng – yaşılımtıl - tünd-bozdan qarayadək; Mineralın cizgisinin rəngi – yaşılımtıl-boz; Parıltı – tutqun, şüşə; Şəffaflıq – qeyri-şəffaf; Sıxlıq – 3,0-3,4; Sərtlik – 2-3; Kövrəkdir; Ayrılma – {001} üzrə tam mükəmməl; Sınıqlar – qeyri-hamar, tikanlı; Morfologiya – mineral aqreqatları: konsentrik-zonal quruluşlu oolitlər, radial-vərəqli, bütöv sıx, bəzən torpaqvari kütlələr. == Mənşəyi və yayılması == Çökmə mənşəli süxurların tipik mineralı olaraq, gilli laterit çöküntülərində və çökmə dəmir filizi yataqlarında, habelə qumdaşlarında sement şəklində rast gəlir. Birlikdə rast gəldiyi minerallar: dəmir sulfidləri, siderit, tyüringit, kaolinit. Mineralın tapıldığı yerlər: Lotaringiya (Fransa); Şamozon (İsveçrə); Tyüringiya (Almaniya); Uralda Xəlilov yatağı, Serov, Alapayev, Ayat rayonları (Rusiya) və b. Azərbaycanda bir sıra çökmə mənşəli dəmir filizi obyektlərinin yerləşdiyi Daşkəsən və Şəmkir rayonlarının titanlı-maqnetitli qumdaşlarında və Naxçıvan MR-nın boksitlərində qeyd edilir. == Tətbiqi == Kütləvi yığınları dəmir almaq üçün xammal kimi istifadə edilir. == İstinadlar == == Xarici keçidlər == The Mineral Chamosite == Mənbə == Azərbaycan mineralları.
Şoşonit
Şoşonit - traxibazalta (traxidoleritə) yaxın, olivin saxlayan subqələvi sıralı effuziv (bəzən damar) süxur subqələvi bazalt-traxibazalt ailəsindən olub 25–55% plagioklazdan, 35%-dək sanidindən (bəzən analsimlə), 30%-dək avgitdən, 20%-ə qədər olivindən və 5% filiz minerallarından, apatit və biotitdən ibarətdir. Əsas kütləsi şüşəli və ya aydınkristallik olub, qələvi çöl şpatları ilə (bəzən leysitlə) zəngin olur. Absarokit və banakitlərlə assosiasiyadır. == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press. 2006. 679.
Şamoni
Şamoni — Fransa şəhəri.