Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Sarımçax
Yelləncək — Azərbaycanda ən çox yazqabağı (bayramqabağı) günlərdə, eləcə də digər vaxtlarda, əsasən uşaq və gənclər arasında, geniş şəkildə oynanılan qədim oyunlarından biridir. == Ümumi məlumat == Yelləncək oyunu Novruz bayramı günlərində, ilaxır çərşənbələrdə, həmçinin yaz, yay və payız aylarında ağac budağından kəndirlə asılan yelləncək. Bu mərasim oyununda, əsasən, gənc oğlan və qızlar iştirak edirlər. İştirakçılar bir-bir yelləncəyə minib yellənirlər. Digər iştirakçılar isə halay, yallı məzmunlu oyunlar ifa edirlər. Yelləncəyə minib yellənənlər Naxçıvanda "Kuflan", Qarabağda "Ucuncaq", Lənkəran bölgəsində "Küf", "Həlaçin", Bakıda "Quyhaquy", Qubada "Havaçağ", Şəkidə "Sulançıx", "Yörtməc", Zəngilanda "Sarımçax", Gəncədə "Səkmən" və sairə adlarla məlumdur. == Oyunun qaydaları == İştirakçılar bir-bir, iki-iki ağac budağından asılmış kəndir yelləncəyə qalxıb yellənir, deyişmə və bayatı şəklində müxtəlif mahnı oxuyur, ətrafdakılar isə əl çalıb şənlənir, halay və yallısayağı rəqs edirlər. Yelləncəkdə yellənən qızın ayaqlarına çubuqla asta-asta vurub xorla oxuyurlar: Yelləncəkdəki qızdan ta cavab almayınca onu yelləndirirlər. Qız cavab verdikdən sonra yelləncəyi saxlayıb yerə salır və bir başqası yelləncəyə minir. Oyun saatlarla davam edir.
Sarımsaq
Sarımsaq (lat. Allium sativum) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin nərgizçiçəyikimilər fəsiləsinin soğan cinsinə aid bitki növü. Sarımsaq ağımtıl rəngli soğanaqlı bitkidir. Dadı çox kəskin yandırıcı olmaqla yanaşı, özünəməxsus ətirli iyi vardır. Sarımsaqdan Şərq təbabətində çox qədim zamanlardan dərman kimi bir sıra xəstəliklərə qarşı istifadə olunur. Məsələn, xroniki mədə-bağırsaq xoralarının müalicəsində, zəiflikdə, avitaminozda, zob xəstəliklərində və s. Tərkibində "fitonsid" maddəsinin mövcudluğundan, sarımsaq son dərəcə qüvvətli bakterisid təsirə malikdir. Sarımsaqdan alınan "allisin" maddəsinin çox qüvvətli bakterisid təsiri vardır. Onun on mində bir nisbətini su ilə durulaşdırdıqda belə yenə də bakteriyalara öldürücü təsir göstərir, onların inkişafını dayandırır. Son illərdə aparılan tədqiqatlar nəticəsində sarımsağın tərkibində bir sıra müalicə əhəmiyyətli maddələrin olduğu müəyyən edilmişdir.
Sarımsaq bageti
'Sarımsaq bageti' - Fransa mətbəxi. Baget, uzunsov yumru çörək, Fransanın simvollarından biridir, xüsusilə Parisin. Eyfel qülləsi, şərab, beret və ya pendirin simvola çevrilməsi kimi. Fransadan kənarda da çoxlu növ baget var, onlar dünyanın çox ölkəsində məşhurlaşıblar. Fransız mətbəxi tərəvəzlərdən tez-tez istifadə etməsi ilə xarakterizə olunur: kartoflar, qabıqlı lobya, bütün növ soğanlar, ispanaq, kələm, pomidor, badımcan, kərəviz, göbələklər – bütün bunlar appetayzerlərin (iştaha açıcıların), əsas yeməklərin və qarnirlərin əsasıdır. İlkin yemək adətən sup olur, ən məşhuru isə kəvər sup-püredir.
Sarımsaq turşusu
Sarımsaq turşusu - Azərbaycan və bir sıra başqa şərq ölkələrinin mətbəxinə aid olan ənənəvi turşulardan biridir. == Lazım olan ərzaqlar == 1 litrlik banka üçün 10 baş sarımsaq (təxminən yarım kilo) 4 ədəd dəfnə yarpağı 4 ədəd mixək 5-6 ədəd yumru qara istiot 2 xörək qaşığı iri duz Təxminən 2 stəkan üzüm sirkəsi == Hazırlanma qaydası == Sarımsaq başlarının üst bir neçə lay qabığını soyun. Elə edin ki, dişlər ayrılmasın, baş bütov qalsın. Sarımsağı bankaya yığın. İçinə dəfnə yarpağı, mixək və istiotu əlavə edin. Sirkə tökün. Bankanı bağlayın. Ehmallıca o tərəfə bu tərəfə döndərin ki, ədvalar yayılsın. Bankanı sərin yerə qoyun.Turşu təxminən 2 aya hazırdır.
Sarımsaq çörəyi
Sarımsaq çörəyi — sarımsaq,zeytun yağı və ya kərə yağı ilə örtülmüş bir növ çörəkdir. Bu çörək adətən baget şəklində hazırlanır. Bəzi versiyaları,Çeddar, Mozzarella və Brınza kimi müxtəlif pendir növləri ilə örtülür. Bəzi restoranlarda məzə kimi serv olunur.
Kəvərəbənzər sarımsaq
Sarıçam (Adana)
Sarıçam — Adana ilinin ilçəsi. == Əhali == 2018-ci ilin məlumatına görə ilçədə 173.154 nəfər yaşayır.
Yarımca
Yarımca (Babək) — Azərbaycanın Babək rayonunda kənd. Yarımca (Xızı) — Azərbaycanın Xızı rayonunda kənd. Yarımca (Ağdərə) — Azərbaycan Respublikasının Ağdərə rayonunda kənd.
Sarıca
Sarıca (Şəki)
Yarımca (Ağdərə)
Yarımca — Azərbaycan Respublikasının Ağdərə rayonunun Qızıloba kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Yarımca kəndi əvvəllər Dağlıq Qarabağ Muxtar Vilayətində Ağdərə rayonu inzibati ərazisinə aid idi. 1992-ci ildə Ağdərə rayonu ləğv edilərək ərazisi qonşu Ağdam rayonu, Tərtər rayonu və Kəlbəcər rayonu arasında bölüşdürüldü. Yarımca kəndi də Tərtər rayonuna birləşdirilən kəndlərdən biridir. Yarımca kəndi ilk dəfə 1991-1992-ci illərdə Azərbaycan Ordusu tərəfindən işğaldan azad edilib. 1994-cü ilin avqustunda ermənilər yenidən kəndi işğal edib. 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror əməliyyatı nəticəsində Yarımca kəndi Azərbaycanın nəzarətinə qayıtmışdır. 5 dekabr 2023-cü ildə kənd Ağdərə rayonunun tərkibinə daxil edilib.
Yarımca (Babək)
Yarımca — Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Yarımca kənd inzibati ərazi dairəsində kənd. == Toponimikası == Oykonim "kəndin yarısı" mənasındadır. == Tarixi == === Tarixi abidələri === Yarımca kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidələri qeydə alınmışdır: == Coğrafiyası və iqlimi == Kənd Naxçıvan şəhərindən 4 km şimal-şərqdə, Naxçıvançayın sahilində, Naxçıvan-Sirab avtomobil yolunun kənarında, dağ ətəyində yerləşir. == Əhalisi == == İqtisadiyyatı == Əhali taxılçılıq, tütünçülük, üzümçülük və heyvandarlıqla məşğuldur. == Mədəniyyəti == Kənddə mədəniyyət evi mövcuddur. == Təhsil == Kənddə Yarımca kənd tam orta məktəbi fəaliyyət göstərir. == Din == Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır. == Səhiyyə == Kənddə tibb məntəqəsi mövcuddur.
Yarımca (Tərtər)
Yarımca — Azərbaycan Respublikasının Ağdərə rayonunun Qızıloba kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Yarımca kəndi əvvəllər Dağlıq Qarabağ Muxtar Vilayətində Ağdərə rayonu inzibati ərazisinə aid idi. 1992-ci ildə Ağdərə rayonu ləğv edilərək ərazisi qonşu Ağdam rayonu, Tərtər rayonu və Kəlbəcər rayonu arasında bölüşdürüldü. Yarımca kəndi də Tərtər rayonuna birləşdirilən kəndlərdən biridir. Yarımca kəndi ilk dəfə 1991-1992-ci illərdə Azərbaycan Ordusu tərəfindən işğaldan azad edilib. 1994-cü ilin avqustunda ermənilər yenidən kəndi işğal edib. 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror əməliyyatı nəticəsində Yarımca kəndi Azərbaycanın nəzarətinə qayıtmışdır. 5 dekabr 2023-cü ildə kənd Ağdərə rayonunun tərkibinə daxil edilib.
Yarımca (Xızı)
Yarımca — Azərbaycan Respublikasının Xızı rayonunun inzibati ərazi vahidində kənd.
Yarımca nekropolu
Yarımca nekropolu — Babək rayonunun eyniadlı kəndi yaxınlığında arxeoloji abidə. == Ümumi məlumat == 1977-ci ildə qeydə alınmışdır. Qəbirlər düzbucaqlı şəklində olub qərbdən şərqə doğru istiqamətlənmişdir. Başdaşılarının əksəriyyəti düşmüş və dağıdılmışdır. Saxlanılan başdaşıları yastı daş plitələrdən olub yuxarısı tağvari sonluqla tamamlanmışdır. Bəzi başdaşıların üzərində nəsx və ya süls xətti ilə ərəbdilli yazılara, həmçinin, qoç başdaşılarına rast gəlinir. Qəbiristanlıq 10–15-ci əsrlərə aid edilir.
Sarıca (Marağa)
Sarıca (fars. ساروجه‎‎‎‎) — İranın Şərqi Azərbaycan ostanının Marağa şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 179 nəfər yaşayır (41 ailə).
Sarıca (Şəki)
Sarıca — Azərbaycan Respublikasının Şəki rayonunun Qayabaşı kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Şəki rayonunun Turan qəsəbə inzibati-ərazi vahidi tərkibindəki Sarıca qəsəbəsi Sarıca kəndi hesab edilmişdir. == Tarixi == Sarıca kəndi 1930-cu ildə yaradılmışdır. Azərbaycan SSR-də mövcud olan Orconikidze adına taxılçılıq sovxozunun 3 nömrəli sovxozu kimi fəaliyyət göstərmişdir. Sovet təssərrüfat sistemi dağıldıqdan sonra Orconikidze taxılçılıq sovxozu ləvğ olunmuşdur. == Coğrafiyası və iqlimi == Kənd rayon mərkəzindən 45 km Cənub-Qərbdə, Şəki yaylası ərazisində, Oğuz-Yevlax yolunun üstündə yerləşir. Kəndin yaxınlığndan Böyük Qafqaz çay sisteminə daxil olan Əlicançay keçir. Kəndin içməli suya olan təlabatı bu çay vasitəsi ilə təmin olunur. == Əhalisi == Kəndin əhalisi 866 nəfər təşkil edir ki, onun da 424 nəfəri kişi, 442 nəfəri isə qadındır. == İqtisadiyyatı == Əhalisi kənd təsərrüfatının əkinçilik və maldarlıq sahəsi ilə məşğul olur.
Sarıca bələdiyyəsi
Şəki bələdiyyələri — Şəki şəhərində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Sarınca palçıq vulkanı
Gülbəxt palçıq vulkanı yaxınlığında, Gülbəxt-Sarınca strukturunun qərb periklinalına yaxın bir sahədə yerləşmişdir. Onun təpəsində 1600 m2lik bir sahə palçıq vulkanı brekçiyası ilə örtülmüşdür ki, burada da 18-20 sopka və qrifon vardır. Bunlardan bəçiləri aç miqdarda su və qaç ayırır. Vulkanın geoloji quruluşunda Abşeron və Ağcagil mərtəbələri, Məhsuldar qat və Pont çöküntüləri iştirak edirlər. Bərk tullantıların yaşı Paleosendən qədim deyil. Bütün sopka və qrifonlar şimal-qərb-cənub-şərqə doüru istiqamətlənmişdir. == Mənbə == Yusifov, Elman. Bioloji müxtəliflik: Abşeron yarımadasının təbiət abidələri- Bakı : Nurlar NPM, 2007.
Yarımca yaşayış yeri
Yаrımcа yаşаyış yеri — Babək rayonunun Yarımca kəndi yахınlığındа yеrləşir. Yаşаyış yеri Yаrımcа kəndinin yахınlığındаn kеçən аsfаlt yоlun sаğ tərəfində yеrləşən uzunsоv, təpədən ibаrətdir. Vахtilə təpənin üzərində Оrtа əsrlərə аid qəbiristаnlıq оlmuşdur. Аrаşdırmаlаr zаmаnı müəyyən еdilmişdir ki, yаşаyış yеri Оrtа Tunc dövründən istifаdə оlunmuşdur. Аrаşdırmа zаmаnı Оrtа Tunc dövrünün sоn mərhələsinə аid pоliхrоm nахışlı bоyаlı kеrаmikа pаrçаlаrı аşkаr оlunmuşdur. Nахışlаr sаrı fоnа qırmızı və qəhvəyi rənglə çəkilmiş tоrlu üçbucаqlаrdаn ibаrətdir. Аşkаr оlunаn mаtеriаllаrа əsаsən, yаşаyış yеrini е.ə. II minilliyə аid еtmək оlаr.
Aşağı Sarıca (Sayınqala)
Aşağı Sarıca (fars. ساروجه سفلي‎) — İranın Qərbi Azərbaycan ostanının Sayınqala şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 109 nəfər yaşayır (20 ailə).
Sarıca-Minbərək abidələri
Sarıca-Minbərək abidələr qrupu — Qax rayonunda yerləşən E.ə. IV -III minilliklərə aid arxeoloji abidələr kompleksi == Ümumi məlumat == Sarıca-Minbərək abidələr qrupu 1984-cü ildən elmi tədqiqata cəlb edilmişdir. AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu əməkdaşlarının apardığı arxeoloji qazıntı nəticəsində bu ərazidə 4 qədim yaşayış yeri, müvəqqəti dayanacaqlar, tunc dövrünə aid kurqanlar, 2 nekropol, qədim ziyarətgahlar, qala divarlarının qalıqları aşkar edilmiş və arxeoloji tədqiqata cəlb edilmişdir.Aparılmış elmi tədqiqat işlərinə əsasən bu ərazinin b.e.ə. IV minilliyin sonlarından daha sıx məskunlaşmış olduğununu qeyd etmək olar. Sarıca-Minbərək ərazisi Kür-Araz mədəniyyətinin yayıldığı, inkişaf etdiyi ərazi olmaqla kurqan altı dəfn adətini e.ə. III minillikdən e.ə. I minilliyin ortalarına qədər izləməyə imkan verir. Ümumilikdə kompleksə 200-dən çox kurqan daxildir. Minbərək yaşayış yerində mədəni qatın qalınlığı 4 m-dən çoxdur. Burada Xocalı-Gədəbəy və Yaloylutəpə mədəniyyətinə aid abidələr də tapılmışdır.
Yuxarı Sarıca (Sayınqala)
Yuxarı Sarıca (fars. ‎ساروجه عليا‎) — İranın Qərbi Azərbaycan ostanının Sayınqala şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 571 nəfər yaşayır (101 ailə).