sarımaq
sarımsaqlı
OBASTAN VİKİ
Sarımsaq
Sarımsaq (lat. Allium sativum) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin nərgizçiçəyikimilər fəsiləsinin soğan cinsinə aid bitki növü. Sarımsaq ağımtıl rəngli soğanaqlı bitkidir. Dadı çox kəskin yandırıcı olmaqla yanaşı, özünəməxsus ətirli iyi vardır. Sarımsaqdan Şərq təbabətində çox qədim zamanlardan dərman kimi bir sıra xəstəliklərə qarşı istifadə olunur. Məsələn, xroniki mədə-bağırsaq xoralarının müalicəsində, zəiflikdə, avitaminozda, zob xəstəliklərində və s. Tərkibində "fitonsid" maddəsinin mövcudluğundan, sarımsaq son dərəcə qüvvətli bakterisid təsirə malikdir. Sarımsaqdan alınan "allisin" maddəsinin çox qüvvətli bakterisid təsiri vardır. Onun on mində bir nisbətini su ilə durulaşdırdıqda belə yenə də bakteriyalara öldürücü təsir göstərir, onların inkişafını dayandırır. Son illərdə aparılan tədqiqatlar nəticəsində sarımsağın tərkibində bir sıra müalicə əhəmiyyətli maddələrin olduğu müəyyən edilmişdir.
Sarımsaq bageti
'Sarımsaq bageti' - Fransa mətbəxi. Baget, uzunsov yumru çörək, Fransanın simvollarından biridir, xüsusilə Parisin. Eyfel qülləsi, şərab, beret və ya pendirin simvola çevrilməsi kimi. Fransadan kənarda da çoxlu növ baget var, onlar dünyanın çox ölkəsində məşhurlaşıblar. Fransız mətbəxi tərəvəzlərdən tez-tez istifadə etməsi ilə xarakterizə olunur: kartoflar, qabıqlı lobya, bütün növ soğanlar, ispanaq, kələm, pomidor, badımcan, kərəviz, göbələklər – bütün bunlar appetayzerlərin (iştaha açıcıların), əsas yeməklərin və qarnirlərin əsasıdır. İlkin yemək adətən sup olur, ən məşhuru isə kəvər sup-püredir.
Sarımsaq turşusu
Sarımsaq turşusu - Azərbaycan və bir sıra başqa şərq ölkələrinin mətbəxinə aid olan ənənəvi turşulardan biridir. == Lazım olan ərzaqlar == 1 litrlik banka üçün 10 baş sarımsaq (təxminən yarım kilo) 4 ədəd dəfnə yarpağı 4 ədəd mixək 5-6 ədəd yumru qara istiot 2 xörək qaşığı iri duz Təxminən 2 stəkan üzüm sirkəsi == Hazırlanma qaydası == Sarımsaq başlarının üst bir neçə lay qabığını soyun. Elə edin ki, dişlər ayrılmasın, baş bütov qalsın. Sarımsağı bankaya yığın. İçinə dəfnə yarpağı, mixək və istiotu əlavə edin. Sirkə tökün. Bankanı bağlayın. Ehmallıca o tərəfə bu tərəfə döndərin ki, ədvalar yayılsın. Bankanı sərin yerə qoyun.Turşu təxminən 2 aya hazırdır.
Sarımsaq çörəyi
Sarımsaq çörəyi — sarımsaq,zeytun yağı və ya kərə yağı ilə örtülmüş bir növ çörəkdir. Bu çörək adətən baget şəklində hazırlanır. Bəzi versiyaları,Çeddar, Mozzarella və Brınza kimi müxtəlif pendir növləri ilə örtülür. Bəzi restoranlarda məzə kimi serv olunur.
Kəvərəbənzər sarımsaq
Dərman sarımsaqotu
Hündürlüyü 20–100 sm, gövdəsi düz budaqlanmış, ikiillik ot bitkisidir. == Yarpaq == Kökətrafı yarpaqları uzun saplaqlarda yerləşib, böyrəkşəkilli, iri oyuqludişlidir. Gövdə yarpaqları ürəkşəkilliyumurtavaridir, sivri dişli, təpə yarpaqlarıyumurtaşəkilli-üçbucaq, qaidə hissəsi küt və ya pazvaridir. == Çiçək == Çiçəkləri uzun salxımdadır. Ləçəkləri ağ rəngdədir, uzunluğu (4) 6–8 mm-dir. Çiçək saplağı meyvə verəndə qalınlaşır, uzunluğu 3–15 mm-dir. == Meyvə == Qını köndələn şəkildə üzüyuxarı duran, çılpaq və çoxtoxumludur. == Çiçəkləməsi == Aprel-May == Meyvə verməsi == İyun-Avqust == Azərbaycanda yayılması == BQ (Quba), Samur-Şabran oval., Xəzəryanı, Qobustan, Kür düz., BQ şərq, BQ qərb, KQ şimal, KQ mərkəzi, KQ cənub, Nax. dağ., Lənk.-dağ., Lənkəran oval. Orta dağ qurşağına qədər.
Sarımsaqlı
Sarımsaqlı (dağ)
Sarımsaqlı (dağ)
Sarımsaqlı — Azərbaycan Respublikası Kəlbəcər rayonunun ərazisində dağ. İstisu kurortundan qərbdə, Keçəldağ çayının (Tərtər hövzəsi) sahilində, Qarabağ yaylasındadır. Hündürlüyü 3344 m. Oronim mənşəcə dağ bitkisi olan yabanı sarımsaq (qarğa sarımsağı da adlanır) bitkisinin adından və mənsubiyyət bildirən -// şəkilçisindən ibarət olub, "sarımsaq bitən dağ" mənasındadır. Cənubi Altayda Sarımsaktı adlanan dağ silsiləsi var.
Sarımsaqlı (Çaldıran)
Sarımsaqlı (fars. سارمساقلو‎) — İranın Qərbi Azərbaycan ostanının Çaldıran şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 85 nəfər yaşayır (15 ailə).
Sarımsaqyarpaqlı pişikotu
Valeriana alliariifolia Adams == Qısa morfoloji xüsusiyyətləri == Hündürlüyü 7-100 (200) sm, gövdəsi düz, möhkəm, çox şırımlı, içi boş, 5-7 ədəd düyünaraları vardır, lap aşağıdakılar qısalmış olan, hündür, çoxillik çılpaq bitkidir. Kökümsovu qalın və qısadır, qeyri-bərabər budaqlanmışdır. == Yarpaq == Yarpaqları gövdə üzərində (3) 5-7 (8) cüt olmaqla düzülmüş, kökətrafı və aşağı yarpaqları uzun saplaq üzərindədir, iridir, dəyirmi ürəkşəkillidir, qaidə hissəsi dərinürəkşəkillii və ya böyrəkşəkillidir, kənarları sivri dişcikləri olan oyuqlu-dişlidir və sivri və yaxud uc hissəsi sivriləşmişdir, sonrakılar daha qısa saplaq üzərində olub, tədricən azalandır, enli ürəkşəkilliyumurtaşəkillidir, daha sivriləşmişdir, yuxarıdakı yarpaq cütləri demək olar ki, oturaqdır. == Çiçək == Çiçək qrupu iridir, qalxanvari olub, dixotomik budaqlanmış, bar verən zaman şaxələnəndir. Tac konusvari-qıfşəkillidir, ağ və ya çəhrayı rəngdədir. == Meyvə == Meyvələrinin uzunluğu (3) 4-5 mm-dir, yastıdır, azacıq ürəkşəkilli əsası tədricən yuxarıya doğru daralmışdır, uzunsov və ya xətvariuzunsovdur, çılpaqdır; uçağanı 10-15 ədəd cod tüklərdən ibarətdir, meyvənin ölçüsünə bərabərdir. == Çiçəkləməsi == İyul-Avqust == Meyvə verməsi == (İyul) Avqust-Sentyabr == Azərbaycanda yayılması == BQ qərb Şəki və Zaqatala r-n). Yuxarı meşə və subalp qurşaqlarında. == Yaşayış mühiti == Meşə talalarında və çəmənlərdə, rütubətli yerlərdə, çay sahilində, bulaqların yaxınlığında, qayalarda və tökməyerlərdə rast gəlinir.
Suriya sarımsaqiyli qurbağası
Suriya sarımsaqiyli qurbağası (lat. Pelobates syriacus) — quyruqsuzlar dəstəsindən suda-quruda yaşayanlar növü. Nadir tapılan və sayı getdikcə azalmaqda olan növdür. Qafqaz endemikidir. == Qısa təsviri == Bədənin uzunluğu 90 mm-ə çatır. Gözlərinin arasında alnı yastıdır. Gözləri çox iri və qabarıqdır, qızılı rəngli şaquli bəbəyə malikdir. Arxa ayaqlarının barmaqlarını birləşdirən qabarlar sarımtıl rəngdədir. Dərisi hamardır, rəngi üst tərəfdən zeytuni-boz, bəzən sarımtıl rəngdə, düzgün olmayan formalı tünd yaşıl xalları vardır. Qarın ağımtıl, xalsızdır.

Значение слова в других словарях

гу́ленька обезли́чивание отса́дочный оттира́ться райони́рованный токсикодерми́я утя́тница бобови́дный виноторго́вый непрело́жный оха́льник прорица́ть экзеку́торский Мефодий -est chorine enter lain outwoo poddy saussurite warrior-angel многожёнство танцовщик шпенёк