Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Sarımsaqlı
Sarımsaqlı (dağ)
Sarımsaqlı (dağ)
Sarımsaqlı — Azərbaycan Respublikası Kəlbəcər rayonunun ərazisində dağ. İstisu kurortundan qərbdə, Keçəldağ çayının (Tərtər hövzəsi) sahilində, Qarabağ yaylasındadır. Hündürlüyü 3344 m. Oronim mənşəcə dağ bitkisi olan yabanı sarımsaq (qarğa sarımsağı da adlanır) bitkisinin adından və mənsubiyyət bildirən -// şəkilçisindən ibarət olub, "sarımsaq bitən dağ" mənasındadır. Cənubi Altayda Sarımsaktı adlanan dağ silsiləsi var.
Sarımsaqlı (Çaldıran)
Sarımsaqlı (fars. سارمساقلو‎) — İranın Qərbi Azərbaycan ostanının Çaldıran şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 85 nəfər yaşayır (15 ailə).
Sarımsaxlı
Sarımsaqlı (dağ)
Sarımsaxlı (Pəmbək)
Sarımsaxlı — İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Quqark rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 13 km məsafədə, Pəmbək çayının sol sahilində yerləşir. Qafqazın 5 verstlik xəritəsində Sarmusaxlı formasında qeyd edilmişdir. == Toponimi == 1728-ci ildə İrəvan əyalətinin Vadi (vedi)nahiyəsində Sarı Musalı kimidir. Başqa mənbədə Sarı Musaxli kimidir. 1918-ci ildə kənddə ermənilər də yerləşmişdir. 1946-cı ildə kənd ermənicə Karaberd adlandırılmışdır. XIX əsrdə Qazax qəzasında, Cavanşir qəzasında və Quba qəzasında Sarımsaqlı dağ adları ilə mə’naca eynidir. Dağların belə adlanması zirvələrinin zahirən sarımsaq başına oxşaması ilə bağlıdır. Toponim yabanı bitki adı bildirən sarımsaq sözünə çoxluq, cəmlik bildirən -lı şəkilçisinin artırılması əsasında yaranmışdır.
Çöl sarımsağı
Sarımsaq
Sarımsaq (lat. Allium sativum) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin nərgizçiçəyikimilər fəsiləsinin soğan cinsinə aid bitki növü. Sarımsaq ağımtıl rəngli soğanaqlı bitkidir. Dadı çox kəskin yandırıcı olmaqla yanaşı, özünəməxsus ətirli iyi vardır. Sarımsaqdan Şərq təbabətində çox qədim zamanlardan dərman kimi bir sıra xəstəliklərə qarşı istifadə olunur. Məsələn, xroniki mədə-bağırsaq xoralarının müalicəsində, zəiflikdə, avitaminozda, zob xəstəliklərində və s. Tərkibində "fitonsid" maddəsinin mövcudluğundan, sarımsaq son dərəcə qüvvətli bakterisid təsirə malikdir. Sarımsaqdan alınan "allisin" maddəsinin çox qüvvətli bakterisid təsiri vardır. Onun on mində bir nisbətini su ilə durulaşdırdıqda belə yenə də bakteriyalara öldürücü təsir göstərir, onların inkişafını dayandırır. Son illərdə aparılan tədqiqatlar nəticəsində sarımsağın tərkibində bir sıra müalicə əhəmiyyətli maddələrin olduğu müəyyən edilmişdir.
Sarımsaq bageti
'Sarımsaq bageti' - Fransa mətbəxi. Baget, uzunsov yumru çörək, Fransanın simvollarından biridir, xüsusilə Parisin. Eyfel qülləsi, şərab, beret və ya pendirin simvola çevrilməsi kimi. Fransadan kənarda da çoxlu növ baget var, onlar dünyanın çox ölkəsində məşhurlaşıblar. Fransız mətbəxi tərəvəzlərdən tez-tez istifadə etməsi ilə xarakterizə olunur: kartoflar, qabıqlı lobya, bütün növ soğanlar, ispanaq, kələm, pomidor, badımcan, kərəviz, göbələklər – bütün bunlar appetayzerlərin (iştaha açıcıların), əsas yeməklərin və qarnirlərin əsasıdır. İlkin yemək adətən sup olur, ən məşhuru isə kəvər sup-püredir.
Sarımsaq turşusu
Sarımsaq turşusu - Azərbaycan və bir sıra başqa şərq ölkələrinin mətbəxinə aid olan ənənəvi turşulardan biridir. == Lazım olan ərzaqlar == 1 litrlik banka üçün 10 baş sarımsaq (təxminən yarım kilo) 4 ədəd dəfnə yarpağı 4 ədəd mixək 5-6 ədəd yumru qara istiot 2 xörək qaşığı iri duz Təxminən 2 stəkan üzüm sirkəsi == Hazırlanma qaydası == Sarımsaq başlarının üst bir neçə lay qabığını soyun. Elə edin ki, dişlər ayrılmasın, baş bütov qalsın. Sarımsağı bankaya yığın. İçinə dəfnə yarpağı, mixək və istiotu əlavə edin. Sirkə tökün. Bankanı bağlayın. Ehmallıca o tərəfə bu tərəfə döndərin ki, ədvalar yayılsın. Bankanı sərin yerə qoyun.Turşu təxminən 2 aya hazırdır.
Sarımsaq çörəyi
Sarımsaq çörəyi — sarımsaq,zeytun yağı və ya kərə yağı ilə örtülmüş bir növ çörəkdir. Bu çörək adətən baget şəklində hazırlanır. Bəzi versiyaları,Çeddar, Mozzarella və Brınza kimi müxtəlif pendir növləri ilə örtülür. Bəzi restoranlarda məzə kimi serv olunur.
Kəvərəbənzər sarımsaq
Suriya sarımsaqiyli qurbağası
Suriya sarımsaqiyli qurbağası (lat. Pelobates syriacus) — quyruqsuzlar dəstəsindən suda-quruda yaşayanlar növü. Nadir tapılan və sayı getdikcə azalmaqda olan növdür. Qafqaz endemikidir. == Qısa təsviri == Bədənin uzunluğu 90 mm-ə çatır. Gözlərinin arasında alnı yastıdır. Gözləri çox iri və qabarıqdır, qızılı rəngli şaquli bəbəyə malikdir. Arxa ayaqlarının barmaqlarını birləşdirən qabarlar sarımtıl rəngdədir. Dərisi hamardır, rəngi üst tərəfdən zeytuni-boz, bəzən sarımtıl rəngdə, düzgün olmayan formalı tünd yaşıl xalları vardır. Qarın ağımtıl, xalsızdır.