Sarımsaxlı (Pəmbək)

Sarımsaxlıİrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Quqark rayonunda kənd.[2][3]

Kənd
Sarımsaxlı
40°50′52″ şm. e. 44°31′20″ ş. u.
Ölkə  Ermənistan
Region Pəmbək mahalı
Rayon Böyük Qarakilsə rayonu
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 1.050 m
Saat qurşağı UTC+4
Əhalisi
Əhalisi
  • 107 nəf. (2011)[1]
Rəsmi dili
Xəritəni göstər/gizlə
Sarımsaxlı xəritədə
Sarımsaxlı
Sarımsaxlı

Rayon mərkəzindən 13 km məsafədə, Pəmbək çayının sol sahilində yerləşir. Qafqazın 5 verstlik xəritəsində Sarmusaxlı formasında qeyd edilmişdir[4].

1728-ci ildə İrəvan əyalətinin Vadi (vedi)nahiyəsində Sarı Musalı kimidir[5][6]. Başqa mənbədə Sarı Musaxli kimidir. 1918-ci ildə kənddə ermənilər də yerləşmişdir. 1946-cı ildə kənd ermənicə Karaberd adlandırılmışdır. XIX əsrdə Qazax qəzasında, Cavanşir qəzasında və Quba qəzasında Sarımsaqlı dağ adları ilə[7] mə’naca eynidir. Dağların belə adlanması zirvələrinin zahirən sarımsaq başına oxşaması ilə bağlıdır. Toponim yabanı bitki adı bildirən sarımsaq sözünə çoxluq, cəmlik bildirən -lı şəkilçisinin artırılması əsasında yaranmışdır. Fitotoponimdir. Quruluşca düzəltmə toponimdir. Ermənisatn SSR AS RH-nin 4.IV.1946-cı il fərmanı ilə kəndin adı dəyişdirilib Karaberd (Daşqala) qoyulmuşdur.

  1. Հայաստանի 2011 թ. մարդահամարի արդյունքները (erm.).
  2. PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 2002, 696 səh. ISBN 5-8066-1452-2
  3. Пагирев Д.Д. Алфавитный указатель к пятиверстной карте Кавказа. Тифлис, 1913.
  4. Д. Д. Пагиревь. Алфавитный указатель кь пятиверстной картѣ Кавказскaго края, изданiя Кавказскaго Военно–Топографическaго Отдѣла. Записки Кавказскаго отдѣла Императорскаго Русскаго Географическаго общества. Книжка XXX. Тифлись: Типографія К. П. Козловскаго, 1913. s.219
  5. Basbakanlik Arsivi. Qapu tahrir defterleri. № 808. 1728-ye tarihi. Revan ey-aleti Defteri.
  6. Budaqov B.Ə. Еrmənistanın Azərbaycan mənşəli coğrafi adları. "Didərginlər" məcmuəsi. Bakı, 1990.
  7. Пагирев Д.Д. Алфавитный указатель к пятиверстной карте Кавказа. Тифлис, 1913.