Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Sarımtıl skopoliya
Anisodus luridus (lat. Anisodus luridus) — bitkilər aləminin quşüzümüçiçəklilər dəstəsinin quşüzümükimilər fəsiləsinin anisodus cinsinə aid bitki növü.
Sarımtıl səhləb
Roma boşləçəyi (lat. Dactylorhiza romana) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin boşləçək cinsinə aid bitki növü. == Arealı == Aralıq dənizi sahillərindən Mərkəzi Asiyaya qədər yayılmışdır. == Qısa morfoloji təsviri == Çoxillik ot bitkisidir. Kök yumruları 2-4 qanadlıdır, uzunluğu 3 sm-ə qədərdir. Gövdənin hündürlüyü 15-30 sm-dir. Yarpaqları 5-12 sayda olub, gövdənin aşağı hissəsində yerləşir, tərs-yumurtaşəkilli və ya uzunsov-lansetşəkilli, xətvari, uzunluğu 8-12 sm, kütdür, yuxarı yarpaqları ensiz, qısadır. Çiçək qrupu sıx, qısa, silindrik, çoxçiçəkli, bəzən tərs-yumurtaşəkilli, uzunluğu 3-8 sm-dir. Çiçəkləri açıq-sarı və ya tünd-qırmızı, bənövşəyi, bəzən agımtıl rəngdədir. Çiçək dodağı girdə-dördkünclü, üçqanadlı, uzunluğu 5-7 mm, yan tərəfdəki qanadı oval, kənarlar bir qədər dişlidir, orta qanadı kvadratşəkilli, qurtaracağında çıxıntılar var.
Sarımtıl-boz şibyəyeyən
Sarımtıl-boz şibyəyeyən (lat. Cubosia mesomella) — buğumayaqlılar tipinin pulcuqqanadlılar dəstəsinin ayıcalar fəsiləsinə aid olan növ. == Xarici quruluşu == Kəpənəyi bir qədər iridir. Qanadları açılmış halda 14-15 mm-dir. Ön qanadı sarımtıl boz, ön kənarı bir qədər tünd sarıdır, ön və arxa kənarın ortasında qara nöqtələr yerləşir. Arxa qanadı tünd boz rəngdədir, onun kənarları sarıdır. Tırtılı qara-qonur, qısa və uzun tüklərlə örtülüdür. Başı qara-qonur rəngdədir. == Həyat tərzi == Nadir növdür. İşığa çox zəif uçur.
Sarımtıl-yaşıl şorəngə
' (lat. ) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin pəncərkimilər fəsiləsinin şorangə cinsinə aid bitki növü. == Ümumi yayılması == Qafqazda (Ermənistan) təbii arealı vardır. == Azərbaycanda yayılması == Naxçıvan MR-də Babək və Culfa rayonları ətrafından (Darıdağ) təsvir edilmişdir. == Statusu == Azərbaycanın nadir bitkisidir. EN A2c+3c; B2ab (ı,ıı,ııı,ıv). == Bitdiyi yer == Quru, daşlı, gilli yamaclarda təbii halda bitir. == Təbii ehtiyatı == Azərbaycanda kiçik bir arealda yayılmışdır. == Bioloji xüsusiyyətləri == Çılpaq və qaidə hissəsindən budaqlanmış, hündürlüyü 20-50 sm olan yarımkolcuqdur. Cavan zoğları sarımtıl- yaşıldır.
Sarımtıl-yaşıl şоrangə
' (lat. ) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin pəncərkimilər fəsiləsinin şorangə cinsinə aid bitki növü. == Ümumi yayılması == Qafqazda (Ermənistan) təbii arealı vardır. == Azərbaycanda yayılması == Naxçıvan MR-də Babək və Culfa rayonları ətrafından (Darıdağ) təsvir edilmişdir. == Statusu == Azərbaycanın nadir bitkisidir. EN A2c+3c; B2ab (ı,ıı,ııı,ıv). == Bitdiyi yer == Quru, daşlı, gilli yamaclarda təbii halda bitir. == Təbii ehtiyatı == Azərbaycanda kiçik bir arealda yayılmışdır. == Bioloji xüsusiyyətləri == Çılpaq və qaidə hissəsindən budaqlanmış, hündürlüyü 20-50 sm olan yarımkolcuqdur. Cavan zoğları sarımtıl- yaşıldır.
Yarımtıx
Yarımtıx - türk və altay mifologiyalarında və xalq inancında yarım insan şəklindəki canavar. Tək qıçlı, tək qollu, tək gözlü, tək dişli, tək buynuzlu canavardır. "Tək dişi qalmış canavar" təbirini çağrıştırmaktadır. Şeytanı bir xarakteri vardır. Ural və Sibir tatarları meşədə Yarımtıx adlı bir varlığın da yaşadığına inanırlar. Yarım bədənli və ya tək gözlü, tək qollu, tək ayaqlı bir varlıqdır. İnsanlar ondan çox qorxarlar və ona ağ xoruz qurban edirlər. Çox maraqlıdır; kəndə qədər gəlib gəzər, insanları izlər. Ondan xilas olmaq üçün də ayaqqabıları, geyimləri tərs geymək lazımdır. Ağılı da yarım olan Yarımtıx, tərs geyinən ayaqqabının yolunu edib tərs tərəfə yönelirmiş.
Qaramtıl qızılböcək
Qaramtıl qızılböcək (lat. Capnodis tenebrionis L.) — Buğumayaqlılar tipinin Sərtqanadlılar dəstəsinin Qızılböcəklər fəsiləsinə aid olan növ. == Həyat tərzi == Abşeron yarımadasında, Qaramtıl qızılböcəyin sürfəsi, bəzək ağaclarının çürümüş köklərinə və gövdəsinə (iyun ayında) daha çox zərər verir (18-22 %). Böcəklərə, ilin yay fəslində daha çox rast gəlinir. May ayında ağacın kök hissəsinə yaxın gövdə yarıqlarına yumurta qoyurlar, 18-24 gündən sonra yumurtalardan sürfələr çıxır və torpağın alt hissəsinə yaxın köklərlə qidalanırlar. Qidalandıqdan bir müddət sonra sürfələr qabığın altında və ya yarıqlarda barama içərisində puplaşırlar. 10-14 gündən sonra puplardan çıxan böcəklər (mayın axırı, iyulun əvvəli) ağacların yarpaqları ilə qidalanırlar. Müşahidələrə əsasən böcəklər həm sürfə mərhələsində, həm də imaqo mərhələsində qışlayır. 3 ildə bir nəsil verir. == Yayılması == Rusiya, Qafqaz, Qazaxıstan, Türkmənistan, Orata və Cənubi Avropa, Afrika,Türkiyə, Suriya, İsrail, İrak, İran, Azərbaycan.
Sarıağıl (Mahnişan)
Sarıağıl (fars. ساري اغل‎) - İranın Zəncan ostanının Mahnişan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 142 nəfər yaşayır (29 ailə).
Ağımtıl Psefellus
Ağımtıl psefellus (Psephellus dealbatus (Willd.) Boiss. Centaurea dealbata Willd.)-Hündürlüyü (15) 20-60 sm, gövdəsi düzduran, yarpaqlarla örtülmüş və sadə olan çoxillik ot bitkisidir. == Yarpaq == Yarpaqları üst tərəfdən tünd-yaşılrənglidir, çılpaqdır, alt tərəfdən ağımtıl-keçəli,saplaqlı, görünüşünə görə uzunsov və yauzunsov-neştərtvaridir, lələkvari-bölünmüşdür.Yarpaq seqmentləri uzunsovdur, kütdür, çox vaxtqısa sivri ucludur, yarpağın qaidə hissəsinədoğru kiçiləndir, yuxarı seqmentləri tədricən saplaqla birləşəndir, aşağıdakılar isə demək olar ki, birləşir, adətən tamkənarlıdırlar, bəzən kənardan 1-3 sayda dişciklidir; kökətrafıyarpaqlar iri, uzun saplaqlıdır, gövdə yarpaqlarıisə tədricən azalan, ən yuxarı yarpaqları deməkolar ki, bütövdür, səbətə yaxınlaşandır və ondanbir az uzun yaxud qısadır. Yarpaqların təpəseqmentləri çox vaxt yan tərəfdəkilərdən böyük olur. == Çiçək == Səbətin eni 2-4 sm, yumurtavarişarşəkillidir.Çiçəkləri çəhrayı rəndə olub, üzərində bənövşəyi çalarları vardır. Çiçəkləməsi İyun-İyul aylarına təsadüf edir. == Meyvə == Toxumları 5–6 mm uzunluqdadır, uzunsov, hamar, çılpaq və köndələn qabarıqzolaqlıdır. Meyvə verməsi İyul-Avqust aylarına təsadüf edir. == Azərbaycanda yayılması == Böyük Qafqaz(BQ) Quba, BQ şərq, BQ qərb. Orta dağ qurşağında, subalp qurşağına qədər.
Ağımtıl buxurkolu
Ağımtıl buxurkolu (lat. Cistus albidus) — buxurkolukimilər fəsiləsinin buxurkolu cinsinə aid biki növü. == Təbii yayılması == Aralıq dənizi ölkələrində rast gəlinir. == Botaniki təsviri == Uzunsov və ya oval-lansetvarı,bozumtul-ağ,möhkəm tükcüklərlə örtülmüş koldur.Çəhrayı,5 ləçəkli,iri çiçəkləri budaqların uclarında kiçik qruplara yığılmışdır.Maydan iyuna qədər çiçəkləyir.Çiçəkləri çoxləçəkli olmayan qızılgülə bənzəyir,ləçəklərin bünövrəsində çox vaxt qırmızı və ya bənövşəyi xallar olur.Çiçəkləri uzunömürlü deyil,səhər onların kağıza bənzər ləçəkləri açılır,axşam tökülür,solmuş çiçəklərin yerinə iyunun əvvlindən avqustun ortalarınadək yeni qönçələr əmələ gətirir. == Ekologiyası == Buxurkolu əlverişli olmayan şəraitdə qeyri münbit,qumlu və əhəngli torpaqda,dəniz sahilində bitir.Kölgə və şaxtalar ona pis təsir göstərir. == Azərbaycanda yayılması == Abşeronda park və bağçalarda,bəzi özəl həyətyanı sahələrdə rast gəlinir. == İstifadəsi == Bitki aromoterapiyada,içkilərin,qənnadı məmulatlarının hazırlanmasında,ekstraktı qankəsici kimi,saçların bərkidilməsində,dəri xəstəliklərində istifadə edilir. == Məlumat mənbəsi == Tofiq Məmmədov, "Azərbaycan dendroflorası II cild", Bakı:-"Səda"-2015.
Ağımtıl böyürtkən
Ağımtıl böyürtkən (lat. Rubus candicans) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin moruq cinsinə aid bitki növü. == Təbii yayılması == Yunanıstanda yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 2 m-dək çatır. Gövdələri boz, budaqları yaşılımtıl, tikanlıdır. Yarpaqların kənarları iti, ürəkvari və ya silindirik olub, üzəri çatlı, sadə və ya mürəkkəb olub yarpaqaltılıqdır. Yarpaqları üstdən çılpaq, qarşı-qarşıya olub, bir saplaqda 3 yarpaq yerləşir ki, onlardan biri zoğun kənarında yerləşir. Yarpaq ayasının kənarları tikanlı olub, ucu bizdir. Çiçəkləri iki bəzən birevlidir, kasayarpaqcıq və ləçəkləri 5 (6-8)-dir, erkəkcik və yumurtalığı çoxdur. Çiçəkləmə may-iyun aylarında, meyvə əmələ gətirmə iyul-avqust aylarına təsadüf edilir.
Ağımtıl tərə
Ağımtıl tərə (lat. Chenopodium album) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin pəncərkimilər fəsiləsinin tərə cinsinə aid bitki növü. == Sinonimləri == Anserina candidans (Lam.) Montandon Atriplex alba (L.) Crantz Atriplex viridis (L.) Crantz Blitum viride (L.) Moench Botrys alba (L.) Nieuwl. Botrys alba var. pauper Lunell Botrys pagana (Rchb.) Lunell Chenopodium agreste E.H.L.Krause Chenopodium album var. album album Chenopodium album subsp. bernburgense Murr Chenopodium album var. candicans Moq. Chenopodium album subsp. collinsii Murr Chenopodium album var.
Ağımtıl şibyəyeyən
Ağımtıl şibyəyeyən (lat. Eilema caniola) — buğumayaqlılar tipinin pulcuqqanadlılar dəstəsinin ayıcalar fəsiləsinə aid olan nadir növ. == Xarici quruluşu == Kəpənəyi kiçikdir. Qanadları açılmış halda 15–17 mm-dir. Ön qanadları açıq-sarı, ön kənarı ensiz sarı rənglə haşiyələnmişdir. Onun arxa kənarı isə sarı rəngdədir. Arxa qanadı isə daha açıqdır. Başı sarı, bədəni açıq boz, qarıncığın qurtaracağı isə sarıdır. Tırtılı qırmızımtıl qonur rəngdədir, üzəri qısa tüklərlə örtülüdür, iki qırmızımtıl yan xətti və bir qara bel xətti vardır. == Həyat tərzi == Tırtılı ağac və divar üzərindəki şibyələrlə qidalanır.
Güvəyəbənzər qaramtıl-sarı şibyəyeyən
Güvəyəbənzər qaratıl-sarı şibyəyeyən (lat. Setina aurita) — buğumayaqlılar tipinin pulcuqqanadlılar dəstəsinin ayıcalar fəsiləsinə aid olan nadir növ. == Xarici quruluşu == Kəpənəyi nisbətən iridir. Qanadları açılmış halda 16-18 mm-dir. Qanadları və qarıncığındakı naxışlara görə E.irrorella növünə çox oxşayır, lakin ondan naxışların daha tünd sarı rəngdə olması, ön və arxa qanadlarda qara ləkələrin iriliyi ilə fərqlənir. Tırtılı qara və ya qara-boz rəngdə olub, hər bədən buğumunun kürək hissəsində iki romb şəklində sarı ləkə, yanlardan nazik sarı yan xətt uzanır, kürək hissəsində uzun qara tüklər, yan hissəsində isə sarı tüklər yerləşir. == Həyat tərzi == Gündüzlər uçur. İldə bir nəsil verir. Tırtıl mərhələsində qışlayır. Yazda qışlamadan çıxan tırtıllar şibyələrlə qidalanır.