Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Sarıtəpə
AzərbaycandaSarıtəpə (Şəmkir) — Azərbaycan Respublikasının Şəmkir rayonunun inzibati ərazi vahidində kənd. Sarıtəpə yaşayış yeri — Azərbaycan ərazisində arxeoloji abidəİrandaSarıtəpə (Mərənd) — İranın Şərqi Azərbaycan ostanının Mərənd şəhristanı ərazisinə daxil olan kənd.DigərSarıtəpə — Beyləqan rayonu ərazisində dağ. Sarıtəpə — Qazax rayonu ərazisində dağ.
Acıtəhər quşüzümü
Acıtəhər quşüzümü (lat. Solanum dulcamara) — bitkilər aləminin quşüzümüçiçəklilər dəstəsinin quşüzümükimilər fəsiləsinin quşüzümü cinsinə aid bitki növü.
Sarıtəpə (Mərənd)
Sarıtəpə (fars. ساري تپه‎) - İranın Şərqi Azərbaycan ostanının Mərənd şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 461 nəfər yaşayır (126 ailə).
Sarıtəpə (Şəmkir)
Sarıtəpə – Azərbaycan Respublikasının Şəmkir rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 26 iyul 1994-cü il tarixli, 868 saylı Qərarı ilə Şəmkir rayonunun Dəllər Cəyir kənd inzibati ərazi vahidinin tərkibindəki yeni yaşayış məntəqəsi Sarıtəpə kəndi adlandırılmış və rayonun yaşayış məntəqələri siyahısına daxil edilmişdir. == Tarixi == Kənd 1988-ci ildə Orta Asiyadan qovulan Axısqa Türkləri üçün salınmışdır. İlk adı Şəmkir kəndi olub, sonra isə dəyişdirilib Sarıtəpə qoyulmuşdur. == Əhalisi == Kənd əhalisi 2289 nəfərdir ki, onunda 49% kişi, 51% isə qadınlar təşkil edir. Əhalisini əsasən axısqa türkləri təşkil edir. == İqtisadiyyatı == Kənd əhalisinin əsas məşğuliyyətini heyvandarlıq və əkinçilik təşkil edir.
Sarıtəpə qəbiristanlığı
Sarıtəpə qəbiristanlığı - Beyləqan rayonu, Birinci Aşıqlı kəndi ərazisində yerləşən arxeoloji abidə. == Ümumi məlumat == Beyləqan rayonu ərazisində e.ə. VII-V əsrlərə aid qəbiristanlıq. Təsadüfən 1953-ci ildə təsərrüfat işləri zamanı aşkar olunmuşdur. Təqribən 3 m dərinlikdə açılmış qəbirlərdən insan sümükləri, dəmir bıçaq, xəncər, dəhrə, tunc düymələr, bülöv daşı, nazik divarlı qara və boz rəngli təkqulp kuboklar, camlar, nehrələr, küplər, həmçinin qalın divarlı qablar və s. maddı mədəniyyət nümunələri aşkar edilmişdir. Tapıntılar Kiçik kurqanın materiallarını xatırladır. Burda yaşayan insanlar yarımköçəri həyat sürmüş, əkinçilik, maldarlıq və sənətkarlıqla məşğul olmuşlar.
Sarıtəpə türbəsi
Sarıtəpə türbəsi — Şəmkir rayonunun Sarıtəpə kəndində yerləşən tarixi-memarlıq abidəsidir. Planda kvadrat formaya malik olan divarları yuxarı hissədə slindrik barabana keçir. Baraban üzərində isə türbəni tamamlayan yarımpərgar formalı günbəz yerləşir. == Tarixi == Türbə, AMEA-nın A. Bakıxanov adına Tarix İnstitutunun təşkil etdiyi və tədqiqatçılar İ. Cəfərzadə, İ. Şeblıkin və A. İbrahimovun iştirak etdiyi ekspedisiya zamanı aşkar olunmuşdur.Ə. Salamzadə qeyd edir ki, türbə hansısa ornamental bəzəklər və ya kitabəyə maik olmadığından, onun inşa tarixini müəyyənləşdirmək çox çətindir. Abidənin tarixini müəyyənləşdirmək rol oynaya biləcək yeganə elemenlər tikilini tipoloji xüsusiyyətləri və inşaat zamanı istifadə edilmiş kərpicin ölçüləridir. Tədqiqatçının fikrincə bütün bu xüsusiyyətləri nəzərə almaqla türbənin inşasını XVII əsrə aid etmək olar. İnteryerinin təşkil xüsusiyyətlərinə görə isə Sarıtəpə türbəsinin ən yaxın anologiyası Qusar rayonunun Həzrə kəndində yerləşən və XVI əsrə aid edilən Şeyx Cüneyd türbəsidir. == Memarlıq xüsusiyyətləri == Türbənin inşası zamanı 21x21x4 və 22x22x4.5 sm ölçülü bişmiş kərpiclərdən istifadə olunmuşdur. Türbənin 3.1 metr hündürlüyə və planda kvadrat formaya malik olan divarları yuxarı hissədə slindrik barabana keçir. Baraban üzərində isə türbəni tamamlayan yarımpərgar formalı günbəz yerləşir.
Sarıtəpə yaşayış yeri
Sarıtəpə yaşayış yeri — Azərbaycan ərazisində arxeoloji abidə Sarıtəpə yaşayış yeri Qazax şəhərinin cənub-şərqində yerləşir. Yaşayış yerində 1956-cı ildə İ.H.Nərimanov tərəfindən tədqiqat işlərinə başlanmışdır. Aşkar olunan arxeoloji materiallar əhalinin məşğuliyyəti və həyat tərzi haqqında məlumat verir. Yaşayış məskəninin qalıqlarına əsasən binanın ilkin planını bərpa etmək mümkün olmuşdur. Daxili hissədə ümumi sahəsi 300 kv. m olan böyük zal, zalda «Persopol» üslubunda dirəklər vardı. Tədqiqatçılar müəyyən etmişlər ki, e.ə. VII əsrdə Sarıtəpədə güclü yanğın baş vermişdir. Yanğından əmələ gəlmiş kül qatından ibarət təbəqənin qalınlığı 0,7 m-ə çatır. Həmin təbəqədən aşkar olunmuş yerüstü binaların inşasında çay daşlarından, saman qarışıqlı palçıqdan, həmçinin ağacdan geniş istifadə olunmuşdur.