Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Sarmaşıq
Sarmaşıq və ya Otsarmaşıq (lat. Convolvulus) - sarmaşıqkimilər fəsiləsinə aid bitki cinsi.Sarmaşan və sarmaşmayan ot yaxud kollardır. 250-dək növü məlumdur. Bunlardan 8-i Azərbaycan ərazisində rast gəlinir. Çöl sarmaşığı (Convolvulus arvensis) açıq-çəhrayı çiçəkləri olan çox yayılmış alaqdır. Yarpağında S vitamini var. Yaşıl yem kimi zəhərlidir, quru otu zərərsizdir.
Saracıq
Saracıq — Azərbaycan Respublikasının Füzuli rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Saracıq kəndi öz adını "saraycıq" sözündən alıb. XVIII əsrin ikinci yarasında yaranıb. Öncə yurd yeri оlub. 1593-cü ilə bağlı Оsmanlı qaynağında kəndin adı Saraycıq kimi keçir. 1727-ci ilə bağlı Оsmanlı qaynağında Saracıq kəndinin adı çəkilmir. XIX əsrin əvvəllərində Xırdapara-Dizaq mahalının başkəndi оlub. Mahalın məliyi, qazısı və digər məmurları bu şenlikdə əyləşiblər. Mahalın məliyi Məlik Həsən Mоlla Səfi əfəndi оğlu idi. Оnun vəfatından sоnra оğlu Həmzə bəy mahala başçılıq etdi.
Kantabir sarmaşıq
Convolvulus cantabrica (lat. Convolvulus cantabrica) – sarmaşıqkimilər fəsiləsinin sarmaşıq cinsinə aid bitki növü. Hündürlüyü 15-60 sm, gövdəsi düzduran və ya yuxarıya doğru qalxan, bəzən sərilən, əsasından budaqlanan, sıx və uzun qabarıq və ya qısa basıq tüklü çoxillik ot bitkisidir. == Yarpaq == Yarpaqları boz-yaşıl rəngli, üst tərəfdən adətən çılpaqdır, alt tərəfdən basıqtüklüdür, bəzən uzun qabarıq tüklüdür, aşağıdakılar saplaqlıdır, uzunsov, əksinəneştərşəkilli və ya uzunsov-neştərvaridir, küt ucludur, orta və yuxarıdakı yarpaqlar oturaqdır və ya demək olar ki, oturaqdır, uzunsov-xətvaridir, sivri təhərdir. == Çiçək == Çiçəkləri tək və ya 2-4 saydadır, kənar və ya təpə yarımçətirlərdə, uzun çox vaxt qabarıq çiçək oxu üzərindədir. Tac çəhrayıdır və kasacıqdan 2-3 dəfə uzundur. == Meyvə == Qutucuq enli-yumurtaşəkillidir, yuxarı hissədə tüklüdür, kasacıqdan qısadır. Toxumları enli-yumurtaşəkillidir, tünd-qəhvəyi rəngdədir, uzunluğu 2,5-3,5 mm-dir. == Çiçəkləməsi == May-İyul (Avqust) == Meyvə verməsi == İyul-Sentyabr == Azərbaycanda yayılması == Samur-Şabran oval., BQ (Quba), BQ şərq, BQ qərb, Kür-Araz oval., Kür düz., KQ şimal, KQ cənub, KQ mərkəzi, Lənk. oval., Lənk.
Oxyarpaq sarmaşıq
Oxyarpaq sarmaşıq (lat. Convolvulus scammonia) - sarmaşıq cinsinə aid bitki növü.
Sarmaşıq Liqası
Sarmaşıq Liqası (ing. The Ivy League) — ABŞ-nin şimal-şərqində 7 ştatda yerləşən 8 özəl ali məktəb. Bu adın yaranmasına səbəb bu universitetlərin qədimi binalarını örtən sarmaşıqlarla bağlıdır. Liqaya daxil olan ali məktəblər təhsilin yüksək keyfiyyətilə fərqlənirlər. == Üzvlər == Braun Universiteti — 1764-cü ildə yaradılmışdır. Rod-Aylend ştatının Providens şəhərində yerləşir. Harvard Universiteti — 1636-cı ildə yaradılmışdır. Massaçusets ştatının Kembric şəhərində yerləşir. Dartmut Kolleci — 1769-cu ildə yaradılmışdır. Nyu-Hempşir ştatının Hannover şəhərində yerləşir.
Tükcüklü sarmaşıq
Tükcüklü sarmaşıq (lat. Convolvulus subhirsutus) — sarmaşıq cinsinə aid bitki növü.
Üçrəng sarmaşıq
Üçrəng sarmaşıq (lat. Convolvulus tricolor) — sarmaşıqkimilər fəsiləsinin sarmaşıq cinsinə aid bitki növü. == Sinonimləri == Convolvulus maroccanus Batt. Convolvulus meonanthus Hoffmanns. & Link Convolvulus minor Convolvulus pseudotricolor Bertol. == Yarımnövləri == Convolvulus tricolor subsp. hortensis (Batt.) Maire Convolvulus tricolor subsp. meonanthus (Hoffmanns. & Link) Maire Convolvulus tricolor subsp. pentapetaloide O. Bolòs & Vigo Convolvulus tricolor subsp.
Saracıq (Urmiya)
Saracıq (fars. ساراجوق‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 125 nəfər yaşayır (30 ailə).
İnqrid Narqanq
İnqrid Narqanq (alm. Alice Ingrid Annemarie Nargang‎; d. 17 aprel 1929, Çernovtsı – 10 may 2019, Şerdinq[d], Yuxarı Avstriya[d]) — avstriyalı vəkil, hakim və müasir tarixçi. 1964-cü ildən 1993-cü ilə qədər Engelharzell bölgə məhkəməsinin rəhbəri olmuşdur. Avstriya məhkəmə sistemində kənd bölgə məhkəməsinə rəhbərlik edən ilk qadın idi. == Bioqrafiyası == Alisa İnqrid Annemari Narqanq 17 aprel 1929-cu ildə Rumıniyanın Çernovtsı şəhərində anadan olmuşdur. O, bir Köhnə Avstriya məmur ailəsindən gəldi. Onun ulu babası klassik filoloq və orta məktəb direktoru Stefan Volff olmuşdur. Babası isə vəkil idi. Ailə Çernovtsıda yaşayırdı.
Tamusşəkilli yalançı sarmaşıq
Tamusşəkilli yalançı sarmaşıq — Qafqazda yayılmışdır. == Botaniki təsviri == Uzunluğu 1-2 m-dək olan,qalın,ətli köklü,sürünən bitkidir.Gövdəsi çılpaq və ya zəif tükcüklü,uzunluğu 1-2 m-dəkdir.Yarpaqları uzun saplaqlı,nazik,yumurtavari və ya uzunsov-yumurtavari,kənarları bütöv,dərin ürəkşəkilli,bünövrəsində yumru qanadlı,ucu biz,çılpaq,uzunluğu 8 sm-dək və eni 5 sm-dir.Çiçəkləri ucda və qoltuqda ensiz süpürgəvari çiçək qrupunda yerləşir,yan çiçəkləri nazik ayaqlarda,çiçəkyanlığına bərabər və ya ondan uzun,xırda çiçəkaltlıqlıdır.Çiçəkyanlığı əvvəlcə zəngvari,uzunluğu 6-8 mm,ulduzvari şaxələnmiş,uzunsov-xətvari,yumru hissəli,3 damarcıqlıdır.Meyvələrin diametri təxminən 2 mm,üstü çox batıq,hamar,qapaqla açılır; toxumların kənarları iti qara-qonur,parlaqdır. == Ekologiyası == Rütubətsevən,torpağa az tələbkardır. == Azərbaycanda yayılması == Böyük Qafqazda,Kiçik Qafqazda,Naxçıvanda rast gəlinir. == İstifadəsi == Canlı çəpərlərin salınmasında tək və qrup əkinlərində istifadəsi məqsədyönlüdür. == Məlumat mənbəsi == Tofiq Məmmədov, "Azərbaycan dendroflorası II cild", Bakı:-"Səda"-2015.
Apardı sellər Saranı
Apardı sellər Saranı — Azərbaycan xalq mahnısı. Əbülqasım Nəbati "Apardı sellər Saranı" şeirinin müəllifi sayılır.
Apardı sellər Saranı (film, 1996)
Apardı sellər Saranı televiziya tamaşası rejissor Bəhram Osmanov tərəfindən 1996-cı ildə çəkilmişdir. Azərbaycan televiziyasında istehsal edilmişdir. Əsas rolu Məleykə Əsədova ifa edir.
Qarğalıq
Qarğalıq (Masallı) — Azərbaycanın Masallı rayonunda kənd. Qarğalıq (Xaçmaz) — Azərbaycanın Xaçmaz rayonunda kənd. Qarğalıq (Naxçıvan) — Naxçıvan MR-də Naxçıvan şəhərində qəsəbədir.
Koqqiqriya sarağanı
Koqqiqriya sarağanı (lat. Cotinus coggygria) - sarağan cinsinə aid bitki növü.
Qarğalıq (Masallı)
Qarğalıq — Azərbaycan Respublikasının Masallı rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalinin sayı 1705 nəfərdir. == Toponimiyası == Qarğalıq oykonimi coğrafi obyekt adı olmaqla qədim türk tayfalarından birinin adı olan qarqaikarqa və qədim türk dilli abidələrdə bir sıra mənalarla yanaşı, həm də -/* şəkilçisinin sinonimi kimi mənsubluq, aidlik mənasında işlənmiş -hq şəkilçisindən ibarət olub “qarğa tayfasına məxsus (kənd)” mənasını daşıyır. Karqa etnonimi mənbələrin birində qaraqalpaklann bir qolunun adı kimi qeyd edilir. Bu ada Qərbi Sibir, qırğız və özbək xalqlarının arasında da rast gəlinir. Keçən əsrdə Tatarıstanda Karqalı, Şimali Qazaxıstanda Karqalı, Krımda Karqalıq toponimləri qeydə alınmışdır.
Qarğalıq (Naxçıvan)
Qarağalıq — Naxçıvan MR-də Naxçıvan şəhərində qəsəbədir. Qəsəbə Araz çayının sahilində, şəhər mərkəzindən cənub-qərbində 7 km məsafədə yerləşir. Culfa - Uluxanlı dəmir yolu xəttinin (1908) tikintisi zamanı yaradılıb. Hazırda stansiya kimi də istifadə olunur. == Etimologiya == Qarğalıq qəsəbəsinin adı qarğa(türk qəbiləsindən birı) və -lıq şəkilçisinin komponentlərindən yaranmış, mənası "Qarğa qəbiləsinə mənsub yer" deməkdir. Qarğa etnonimi həmçinin başqa türk xalqalrında da Azərbaycandakı kimi işlənməkdədir. Məsələn, qaraqalpaq tayfalarından birinin adı kimi də qeyd olunur. Bu ada qırğızlar və özbəklər arasında, əlavə olaraq Qərbi Sibiri də türk xalqları arasında çox rast gəlinir. Krımda, Şimali Qazaxıstan, Tatarıstanda da Qarğalı toponimlərinə çox rast gəlinir.
Qarğalıq (Xaçmaz)
Qarğalıq — Azərbaycan Respublikasının Xaçmaz rayonunun inzibati ərazi vahidində kənd.
Şarqan səkkizliyi
Şarqan səkkizliyi (serb. Шарганска осмица / Šarganska osmica) — Serbiyanın Mokra Qora və Şarqan-Vitasi yaşayış məntəqələri arasından keçən ensiz dəmiryolu xətti. Turistlər üçün məşhur görməli yerlərdən biri. Serbiyanın 7 möcüzəsi siyahısına daxil edilmişdir. == İnşa tarixi == Mokra Qora qəsəbəsi ilə Şarqan aşırımı arasında dəmir yolunun tikintisi 1916-cı ildə başlanılır. Bosniya ilə Serbiyanı əlaqələndirməli olan dəmiryol əlaqəsi böyük bir layihə çərçivəsində Belqrad, Ujise, Vişeqrad və Sarayevo birləşdirilməlidir. Tikinti çətin ərazi ilə ziddiyyət təşkil edirdi, yollar yüksək dərələr və kəsik qayalardan keçməli idi. Bu məsələnin həlli üçün birinci sinif mütəxəssislər layihənin icrasına cəlb olunmuşdur. Relslər arasında məsafə 750 mm olaraq qəbul edildi. Çünki dar ölçülü dəmir yolları bu vəziyyətdə daha ucuz və tələblərə daha yaxşı cavab verirdi.
Ophrys oestrifera subsp. montis-gargani
Atmilçək qaş səhləbi (lat. Ophrys oestrifera) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin ofris cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilmək təhlükəsində olanlar" kateqoriyasına aiddir – EN B1ab(iii)+2ab(iii). Endemik növdür. == Qısa morfoloji təsviri == Çoxillik ot bitkisidir. Gövdə 20-40 sm hündürlükdədir. Soğanaqları şarvari və ya xırda-ellipsvaridir. Yarpaqları gövdənin qaidəsində yerləşir, uzunsov-lansetvari və ya uzunsov-ellipsvari, eni 2-3 sm, uzunluğu 5-10 sm-dır. Çiçək qrupu seyrəkdir, 5-6 çiçəkdən ibarətdir. Çiçəkyanlığının kənar ləçəkləri 12-14 mm uzunluğunda açıq-bənövşəyi rənglidir.