Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Dariuş Şayeqan
Dariuş Şayeqan (fars. داریوش شایگان‎; 24 yanvar 1935, Təbriz – 22 mart 2018, Tehran) — müasir İran və Yaxın Şərq mütəfəkkiri. == Həyatı == Tehranda iranlı bir ata və bir gürcü anada anadan olub. Şayeqan Parisdəki Sorbonne Universitetində oxuyub. Tehran Universitetində Sanskrit və Hindistan dinlərinin professoru idi. Farsca əlavə, Şeyqan fransız və ingilis dillərində yazırdı və gürcü, rus və türk dillərində (həm Osmanlı, həm də Azərbaycan dilində) səlis danışırdı. İngiltərədəki bir internat məktəbində bir gənc ikən Şayegan təhsil aldığı müddətdə Cenevrədə yaşadı, burada Cenevrə Universitetində fransız ədəbiyyatı, fəlsəfəsi, Sanskrit və siyasi elmləri oxudu. Şayeqan, doktor Dr. Henry Corbenin rəhbərliyi ilə Sorbonnada doktorluq dərəcəsini (doktorluq dövrü) aldı, "İnsanlar və təsəvvüf arasındakı münasibətlər", "Məcma əl-Baqrain", Dara Şokux mövzularında dissertasiya müdafiə etdi. Şayeqan Şərq və Qərb mədəniyyətlərinin epistemoloji xüsusiyyətləri və aralarındakı dialoqun mümkünlüyünə dair bir çox qabaqcıl əsərlər yazmışdır.
SAYOKAN
Sayokan Türk millətlərinin ortaq döyüş sənətidir. "Sayokan" sözünün mənası — "SAvaşçının (döyüşçünün) YOlu və KANı (Qanı)" cümləsindəki sözlərin baş hecalarının birləşməsindən yaranıb. SAvaşçı (döyüşçü) sözü ilə ağıl və bədən gücünü istifadə edə bilmə qabiliyyəti və intizam; YOlu sözü ilə sülh, çalışqanlıq, sevgi, hörmət, adət və ənənələr; KANı (Qanı) sözü ilə də tarixdəki qəhrəmanların birliyi, davamiyəti əks olunur. SaYoKan dünya döyüş sənətləri arenasında türk millətinin səciyyəsini, qabiliyyətlərini əks etdirən türk döyüş sənətidir. Döyüş sənətləri sahəsində kölə asılılıqdan xilas olma nöqtəsində gücünü, fərqliliyini ortaya qoyan bir döyüş sənətidir.
Saleran
Saleran (fr. Salérans, oks. Salerans) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Alplar. Kommunanın dairəsi — Qap. Ribyer kantonuna daxildir. INSEE kodu — 05160. 2008-ci ildə əhalinin sayı 78 nəfər təşkil edirdi. 2007-ci ildə 50 yaş arasında (15-64 yaş arasında) 26 nəfər iqtisadi fəal, 24 nəfər fəaliyyətsiz (fəaliyyət göstərici 52.0%, 1999-cu ildə 44.2%) idi. Fəal olan 26 nəfərdən 20 nəfər (10 kişi və 10 qadın), 6 nəfər işsiz (3 kişi və 3 qadın) idi.
Sayaqan
Saya (və ya Sayaqan) - türk və altay xalq mədəniyyətində bərəkət mərasimi. Qoruyucu ruhu olan Saya xan adına təşkil edilər. Heyvandarlıqla məşğul olan cəmiyyətlərin bərəkəti artırmaq üçün təşkil etdikləri bir mərasimdir. Oyunu aparan adama "Sayacı" deyilir. Qoyunlar doğmağa başlayanda çobanlar kənd kənd ev ev gəzib saya toplayırlar. Sayacılar keçi dərisinə bürünərlər. Saya adı verilən qoşalar (maniler) oxuyarlar. Saya Xan ilə əlaqəli bir mərasimdir. Bundan başqa otlaq, mera kimi mənaları da vardır. Qoça, Saya, Payna, Paqta dördlü bir mərasim silsiləsi meydana gətirərlər.
Salban
Solban — Azərbaycan Respublikasının Balakən rayonunun Mahamalar kənd inzibati ərazi dairəsində kənd.
Saypan
Saypan (ing. Saipan) — Şimali Marian adalarının paytaxtı; ada-şəhər. Ada-şəhərin əhalisi 62,4 min nəfərdir (2000), bu ölkə əhalisinin dörddə üçü deməkdir. Əsas ünsiyyət kkimi ingilis dilindən istifadə edilir. Məişətdə yerli xalqın dili olan çamorro geniş yayılıb. Şəhərdə Çin, Banqladeş, Filippin, Tailand, Vyetnam, Kamboca, yaponiya və Koreyadan gələnlər çox saydadırlar.
Sayan
Şərqi Sayan Sayan dağları Sayan dağı — Ağsu rayonu ərazisində dağ. Hündürlüyü 1146 m.
Saybağ rayonu
Saybağ rayonu (Çincə: 沙依巴克区/沙依巴克區; Pinyin: Shāyībākè Qū; Uyğurca: سايباغ رايونىى , Saybağ Rayoni, Saybaƣ Rayoni) — Çin Xalq Respublikasında Sincan-Uyğur Muxtar Rayonu şimalında, Urumçiyə bağlı bir rayondur. 2002-ci ildəki siyahıyaalmaya görə əhalisi 440 min nəfərdir.
Sayman Aruz
Sayman Aruz (21 mart 1977) — Şair və yazıçı. Azərbaycan Yazıçılar Birliyinin Güney Azərbaycan Şöbəsinin rəhbəri. Azərbaycan Yazıçılar Birliyi sədrinin müşaviri, Güney Azərbaycan İcmasının təsisçisi və sədri Sayman Aruz (Saman Həsənzadə) aprel 19, 1977-ci ildə Cənub Azərbaycanın Sulduz şəhərində anadan olub. Orta təhsilini bitirdikdən sonra Təbriz Azad Universitetinin Kənd təsərrüfatı və Bakı Dövlət Universitetin Filologiya fakültəsini bitiribdir. Kiçik yaşlarından xiyabanda kitab satmaqla məşqul olub. Yaradıcılıq nümünələri dövrü mətbuatda, "Mərdom və cameə", "Məhdi Azadı", "Şəms", "Yarpaq", "Yaşmaq", "Günəş" və s. dərgi və qəzetlərdə cap olunmuşdur. 2001 və 2007-ci illərdə İran İslam Respublikasında keçirilən şeir festivalında birinci yerə layiq görülüb. İranda qadağa qoyulan "Süküt kimi sakit", "Barış xətabaləri" və Bakıda nəşr olunmuş "Bahar gəlmədi", "Paltarlarım adamsızdır", "A hərfinə uduzmaq", "Dənizləri yelləndirən faciə" adında şeir və "Yüz il inqilab" və "Bizi Öldürməyə gəlirlər "adında roman, eyni zamanda İmadəddin Nəsimi haqqında "Nəsimi mənzum dramı" və "Praktik irfan nəzəriyyəsi" kitablarının müəllifidir. Əlavə olaraq 11 müxtəlif mövzularda kitab çapa hazırdır.
Sağban (Mərənd)
Sağban (fars. سگبان‎) - İranın Şərqi Azərbaycan ostanının Mərənd şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 331 nəfər yaşayır (104 ailə).
Türkan Saylan
Türkan Saylan — Türk tibb həkimi, yazar, ÇYDD Ümumi Başçısı. Türkan Saylan 1935-ci il dekabrın 13-də İstanbulda dünyaya gəldi. Respublika dövrünün ilk mütəfəkkirlərindən Fəsih Qalib Bəy ilə (evləndikdən sonra Leyla adını alan) İsveçrəli Lili Mina Raiman cütünün beş uşağının ən böyüyüdür. 1944–1946-cı illərdə Şamlı İbtidai məktəbi və 1946–1953-cü illərdə Şamlı Qız Liseyində oxudu. 1963-cü ildə İstanbul Tibb Fakültəsini bitirmişdir. 1964–1968-ci illərdə SSK Nişantaşı Xəstəxanasından Dəri və Zöhrəvi Xəstəliklər Mütəxəssisliyini götürdü. 1968-ci ildə İÜ İstanbul Tibb Fakültəsi Dermatoloji Fundamental elm sahəsində Baş assistentliyə başladı. 1971-ci ildə İngilis Mədəniyyət Heyətinin təqaüdüylə İngiltərədə irəli təhsil aldı, 1974-də Fransada və 1976-da İngiltərədə qısa davamlı işlər gördü, 1972-də dosent, 1977-də professor oldu. 1982–1987 illəri arasında İstanbul Universiteti Tibb Fakültəsi Dermatoloji Fundamental elm sahəsi Başçılığını, 1981–2001-ci illərdə İstanbul Universiteti Tibb Fakültəsi Lepra Araşdırma və Tətbiq Mərkəzi Müdirliyini icra etdi. 1990-cı ildə yaradılan "İÜ Qadın Problemləri Araşdırma və Tətbiq Mərkəzi"nin quruluşunda vəzifə götürdü və 1996-cı ilə qədər müdir köməkçiliyi ilə Qadın Sağlamlığı dərslərinin koordinatölüğünü etdi.
Azərbaycan Sayokan Federasiyası
Azərbaycan Alpaqut Federasiyası — Azərbaycanda türksoylu xalqların ortaq mədəniyyətini yaşadan Alpaqut idman növünü inkişaf etdirmək məqsədilə inkişaf etdirən idman qurumu. Mərkəzi Bakı şəhərindədir. 16 fevral 2014-cü il tarixində AAF Ümumi Yığıncağı keçirilərək təsis edilib. 6 aprel 2018-ci ildə keçirilən Ümumi Yığıncağı qurultay keçirib və iş adamı Qüdrət Nuriyev federasiyanın prezidenti seçilib. == Tarixi == Rəsmi fəaliyyətə 2008-ci ildən Mərkəz kimi başlamış və 14 mart 2014-cü ildə təsis olunmuşdur. Alpaqut döyüş sənəti, türk döyüş sənətləri üzrə araşdırmaçı, beynəlxalq dərəcəli idman ustası Kutsan Vasif Namazov tərəfindən, Türk xalqlarının qədim döyüş sənətlərindən götürülmüş və müasir döyüş sənətləri ilə sintezləşdirilərək qurulmuşdur. Bu idman növü Türk xalqlarının döyüş mədəniyyətindən qaynaqlandığı üçün, bu idman növünün markası "Turan döyüş sənəti" (Turan: türksoylu xalqların yaşadığı, böyük çöl adlanan coğrafiya) adlanır. == Rəsmiləşməsi və sənədləri == Bu döyüş sənəti bütün türk dünyasına aid olsa da bütün hüquqi haqlarla Azərbaycana məxsusdur. Belə ki, bütün türksoylu xalqlar kimi, Azərbaycan xalqının tarixi və mədəni irsinə aid olan Alpaqut adı, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin 14.10.2014-cü il tarixli № 37 saylı sənədi əsasında bu döyüş sənətinin müəllifi, Türk Döyüş Sənətləri üzrə araşdırmaçı, Beynəlxalq Dərəcəli idman ustası Namazov Vasif İmran oğluna istifadəsi üçün rəsmi icazə verilmiş, eyni zamanda Azərbaycan Respublikası Patent üzrə Dövlət Komitəsi tərəfindən 17.11.2014-cü il tarixli iddia sənədinin 201400542 nömrəli Patent Şəhadətnaməsidə verilmişdir. Əlavə olaraq, Alpaqut idman növünün təlim və tədrisinin həyata keçirilməsi üçün hazırlanan metodiki vəsait proqramları Azərbaycan Respublikası Müəllif Hüquqları üzrə Dövlət Agentliyinin 16.10.2015 tarixli 04/C-8157–15 saylı Şəhadətnaməsi ilə təsdiq olunmuşdur.
Qərbi Sayan
Qərbi Sayan — Sibirin cənub hissəsində 650 km uzunluğa malik dağ sistemi. Qərbdən Şərqi Altayın Şapşal silsiləsi və Abakan silsiləsinin Kuznetsk Alatausu ilə məhdudlaşır. Şərqi Sayan silsilələri ilə qovşağa qədər 200-dən 80 km-ə qədər zolaqla eninə istiqamətdə uzanır. Minusinsk çökəkliyi şimaldan Qərbi Sayana, cənubdan isə Tuva çökəkliyinə bitişikdir. Bölgənin iqlimi kontinentaldır. Kontinentallıq ərazinin dənizlərdən uzaqlığı və hündürlük zonallığı ilə əlaqədardır. Burada hər 150 m yüksəlişdə 1 ° temperatur azalır. Silsilələr və dağətəyi rayonlar arasında ilin isti dövrünün uzunluğudakı fərq təxminən 40 gündür. Qış uzun və şaxtalı keçir. Yaz gec gəlir.
Sayan Sanya
Sayan Sanya (tay สายัณห์ สัญญา; 31 yanvar 1953 – 11 sentyabr 2013, Banqkok) – Tailand musiqiçisi.
Sayan dağları
Sayan dağları (rus. Саянские горы) — Cənubi Sibirdə iki dağ sisteminin ortaq adı: Qərbi Sayan və Şərqi Sayan. Silsilələr Krasnoyarsk diyarı, İrkutsk vilayəti, Xakasiya, Tuva, Buryatiya respublikaları, eləcə də qonşu Monqolustanın şimal bölgələrini əhatə edir. Bu Sovet İttifaqı tərəfindən 1944-cü ildən bəri qorunan və təcrid olunmuş bir ərazidir. Qərbi Sayan əsasən dağlıq hövzələrlə ayrılan yastı və uclu silsilələrdən, Şərqi Sayan isə buzlaqları daşıyan tipik orta dağ silsilələrindən ibarətdir. Çayları Yenisey hövzəsinə aiddir. Yamaclarda dağ tayqasından dağ tundrasına keçir. Sayan silsilələri arasında müxtəlif ölçülü və dərinlikdə olan onlarla vadi vardır. Ən məşhuru arxeoloji məkanları ilə tanınan Minusinsk vadisidir. Rusiya-Monqolustan sərhəd xəttindəki dağ silsilələridir.
Seda Sayan
Aysel Gürsaçer və ya səhnə adıyla Seda Sayan (30 dekabr 1962, Əyyubsultan) — Türkiyəli müğənni və aparıcı. 1985: Anılarım 1987: Seda Sayan'la Başbaşa 1989: Seviyor musun? 1990: 80'li Yıllar (Nejat Alp ile birlikte) 1990: Ya Benim Olursun 1991: Git Demesi Kolay 1992: İşte Seda Sayan 1993: Yeter ki İste 1994: Vız Gelir Her Şey 1996: Ah Geceler 1997: Sensizliğe Yanarım 1999: Ben Sana Demedim mi? 2001: Var Mısın?
Şərəban
Şərəban — üstü açıq at arabası, yarıyumşaq nəqliyyat növü. Şərəban səkkiz nəfərə qədər sərnişin götürən üstü açıq at arabasıdır. Yarıyumşaq nəqliyyat növü olan bu şərəbanla sərnişin daşınması adətən yaz, yay və qismən payız mövsümlərində yerinə yetirilir.
Şərqi Sayan
Şərqi Sayan — Dağ sistemi olaraq Cənubi Sibir ərazisində 1000 km məsafədə uzanır. cənub-şərqi Krasnoyarsk diyarı, qərbi Buryatiya və İrkutsk vilayəti, şimal-şərqi Tuva və Monqolustannın Xuvsqel oymağı ərasisində isə cənubu yerləşir. Qısası olaraq Yenisey çayının sahillərindən Baykal gölü ərafına qədər uzanır. Qərbi Sayan dağları ilə birlikdə Sayan dağlarının əmələ gətirirlər. Sibir Platformasının cənub-qərbində yerləşir. Şərqi Sayan əsasən qneysdən ibarətdir. Mərmər, ambifilit və kvarsit kimi suxurlar səthə çıxır. Faydalı qazıntılardan Qızıl, Qrafit, Boksit, Asbest və Fosforitə rast gəlinir. Mərkəzi və cənub-şərq hissədə Yüksək dağlıq massivlər vardır: Böyük Sayan, Tunkin, Kitoy, Botoqol və s. Şərqi Sayan dağlarının daxilində sönmüş Kropotkina vulkanı ətrafı ərazilərdə vulkanık suxurlar geniş yayılmışdır.
Sayan dilləri
Sayan dilləri, həmçinin uyğur-oğuz və ya Toba dilləri — Rusiyanın (Tıva, Buryatiya, İrkutsk vilayəti), Monqolustanun və Çinin Sayan dağlarına və ona bitişik ərazilərinə düşən bölgələrində danışılan şərqi türk dilləri. Sayan dilləri müəyyən dərəcədə qarşılıqlı anlaşılandır. Aşağıdakı dillər Sayan dillərinə aiddir: Tıva dili ; Tofalar dili ; Kök-monçaq dili; Soyot-tuka dili ; Sengel dili.
Şeyban
Şeyban— İranın Xuzistan ostanının Bavi şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 23,211 nəfər və 4,063 ailədən ibarət idi.
Şaban
Şaban — Hicri təqviminin 8-ci ayı.
Şaban oğlu Şaban
Şaban oğlu Şaban — Kamal Sunalın canlandırdığı "Şaban" obrazı üzərində 1977-ci ildə yazılan və çəkilən türk filmi. Rejissoru Ertem Əyilməzdir. Film 1977-ci ilin dekabrında nümayiş olundu. Şaban komandiri Hüsaməddini tez-tez yaralayan və orduda hər cür yöndəmsizlik edən əskərdir. Əskərlikdən sonra əskər yoldaşı Ramazanla birlikdə əyləncə məkanında çalğıçılıq edir. Sonrasında Şabanla Ramazan işlədikləri əyləncə məkanında kanto çalan Nigara aşiq olurlar. Bundan xəbər tutan Nigarın məşuqu Kadırqalı Əşrəflə böyük problem yaşayırlar. Amma təsadüfən onun öhdəsindən gəlirlər. Mülki həyatda polis olan Hüsaməddinin və polis təşkilatının aylardır tuta bilmədikləri Kadırqalı Əşrəfi tutduqları üçün Hüsaməddinin qayınatası olan Nazır paşanın gizli polisi olurlar. Sonrasında Nazır paşa onlara bacısının itən almazını tapma işini tapşırır.
Sürəban (Sərdəşt)
Sürəban' (fars. سوره بان‎) — İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 60 nəfər yaşayır (12 ailə).
Altay-Sayan regionu
Altay-Sayan regionu — İç Asiyanın Rusiya, Çin, Monqolustan və Qazaxıstanın birləşdiyi yerdə, Altay və Sayan dağlarına yaxın yerləşən regionu. Regionun bioloji, landşaft, tarixi, mədəni və dini müxtəlifliyi unikaldır. Regionda 317-si endemik olan 700 nəsli kəsilməkdə olan və ya nadir növ də daxil olmaqla 3 726 növ bitki qeydə alınmışdır. Faunaya isə 680 növdən ibarətdir ki, onların da 6%-i endemikdir. Ərazinin ekosistemi son buz dövründən bəri demək olar ki, dəyişməz qalıb və faunası sayqak, baykal suitisi və qar bəbiri də daxil olmaqla nəsli kəsilməkdə olan bəzi növləri ehtiva edir. Bu səbəbdən region davam edən ətraf mühitin mühafizəsi üzrə beynəlxalq və regional təşəbbüslərin diqqət mərkəzindədir. Ərazi həm də mədəni cəhətdən müxtəlifdir: dörd dil qrupu (rus, monqol, sinit və türk, həmçinin əvvəllər samodi və yenisey dili) və ənənəvi torpaqdan istifadə sistemlərini tətbiq edən 20-dən çox yerli etnik qrupa ev sahibliyi edir. == Coğrafiya == Altay-Sayan ekoregionu Altay və Sayan dağlarını ehtiva edir və onlarla eyni adı daşıyır. Altay dağları Rusiya, Çin, Monqolustan və Qazaxıstanın birləşdiyi və İrtış və Ob çaylarının başlanğıcını götürdüyü Şərqi-Mərkəzi Asiyada dağ silsiləsidir. Sayan dağları isə Monqolustanın şimal-qərbi ilə Cənubi Sibir arasında yerləşir.
Şayenn (Vayominq)
Şayenn (ing. Cheyenne) — ABŞ-nin şimal-qərbində yerləşən şəhər, Vayominq ştatının inzibati mərkəzi və ən böyük şəhəri. Əhalisi — 63,9 min nəfər (2018). Şəhər 4 iyul 1867-ci ildə qurulmuşdur — general Qrenvil Doc rəhbərlik etdiyi bir qrup gələcək dəmir yolu inşaatçıları üçün burada bir düşərgə qurdu. Doc, şayenn hindu qəbiləsindən sonra Şayenn adını seçdi. ABŞ Statistika Bürosunun verdiyi məlumata görə, şəhər 63.83 km² ərazini əhatə edir ki, bunun da 63.24 km²-i quru, 0.28 km²-i sudur. Şəhərin ümumi ərazisinin yalnız 0.44% -ni su tutur. Şayenn, ümumiyyətlə Vayominq kimi, yarı səhra iqliminə malikdir (Köppen iqlim təsnifatına görə – BSk). Qışlar soyuq və orta uzun, lakin nisbətən quru, yanvar ayının orta temperaturu -1,8 °C-dir. Shinook küləyi sayəsində şəhərdə soyuq sabit deyil və 10 °C-dən yüksək olan temperatur dekabr və fevral ayları arasında təxminən 20 gün ərzində müşahidə olunur.
Şeyban (Urmiya)
Şeyban (fars. شيبان‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 364 nəfər yaşayır (50 ailə).
Şeyban xan
Şeyban xan (Çincə: 昔班 pinyin: xībān; d. ? - ö. 1266), Şeybanilər sülaləsinin ilk xanı Çingiz xanin oğullarından Cuçi xanin beşinci oğlu. Ağ Ordanın sərkərdəsi. Böyük qardaşı Batı xana etdiyi xidmətlərindən dolayı 15.000 xanə rəiyyət verilmiş və Batı xan ilə Ordanın bölgələri arasında yer almışdı. Şeybanın sülalesi "Şeybanîlər" olaraq tanınmış və Şeybani xanlığı və davamı sayılan Buxara xanlığının Şeybani xanədanı, Xivə xanlığı ve Sibir xanlığının hakimləri də bu sülalədən gəlmişdir.
La-Şaban
La-Şaban (fr. La Chabanne) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Le-Meye-de-Montan kantonuna daxildir. Kommunanın dairəsi — Vişi. INSEE kodu — 03050. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 186 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 102 nəfər arasında (15-64 yaş arasında) 70 nəfər iqtisadi cəhətdən fəal, 32 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 68,6%, 1999-cu ildə 55.8%). Fəal olan 70 nəfərdən 63 nəfəri (42 kişi və 21 qadın), 7 nəfər işsiz (2 kişi və 5 qadın) idi. 32 hərəkətsiz 7 nəfər arasında şagird və ya tələbə, 14 nəfər təqaüdçü, 11 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Altay və Sayan dağlarının torpaqları