Altay və Sayan dağlarının torpaqları

Physical map (Altay, Sayan, Baikal, Mongolian Altai)
Fiziki xəritə (Altay, Sayan, Baykal və Monqol Altayı)

Altay-Sayan regionu — İç Asiyanın Rusiya, Çin, MonqolustanQazaxıstanın birləşdiyi yerdə, AltaySayan dağlarına yaxın yerləşən regionu. Regionun bioloji, landşaft, tarixi, mədəni və dini müxtəlifliyi unikaldır. Regionda 317-si endemik olan 700 nəsli kəsilməkdə olan və ya nadir növ də daxil olmaqla 3 726 növ bitki qeydə alınmışdır. Faunaya isə 680 növdən ibarətdir ki, onların da 6%-i endemikdir. Ərazinin ekosistemi son buz dövründən bəri demək olar ki, dəyişməz qalıb və faunası sayqak, baykal suitisiqar bəbiri də daxil olmaqla nəsli kəsilməkdə olan bəzi növləri ehtiva edir. Bu səbəbdən region davam edən ətraf mühitin mühafizəsi üzrə beynəlxalq və regional təşəbbüslərin diqqət mərkəzindədir.

Ərazi həm də mədəni cəhətdən müxtəlifdir: dörd dil qrupu (rus, monqol, sinittürk, həmçinin əvvəllər samodiyenisey dili) və ənənəvi torpaqdan istifadə sistemlərini tətbiq edən 20-dən çox yerli etnik qrupa ev sahibliyi edir.[1]

Coğrafiya[redaktə | mənbəni redaktə et]

Snow leopard
Ən şimal yaşayış yeri Altay-Sayan bölgəsində olan qar bəbiri qlobal miqyasda nəsli kəsilməkdə olan növdür.[2]:235

Altay-Sayan ekoregionu AltaySayan dağlarını ehtiva edir və onlarla eyni adı daşıyır. Altay dağları Rusiya, Çin, MonqolustanQazaxıstanın birləşdiyi və İrtışOb çaylarının başlanğıcını götürdüyü Şərqi-Mərkəzi Asiyada dağ silsiləsidir. Sayan dağları isə Monqolustanın şimal-qərbi ilə Cənubi Sibir arasında yerləşir.

Altay-Sayan regionunu ümumi sahəsi 1 065 000 kvadrat kilometrdir və ərazisi Rusiya (62%), Monqolustan (29%), Qazaxıstan (5%) və Çinə (4%) aiddir.[3]:233

Rusiyanın Kemerovo, Novosibirskİrkutsk vilayətlərinin bir hissəsi və ya hamısı, AltayKrasnoyarsk diyarları, Altay, Xakasiya, TuvaBuryatiya Muxtar Respublikaları, Çinin Sincan-Uyğur Muxtar Rayonunun İli-Qazax Muxtar dairəsi, Qazaxıstanın Şərqi Qazaxıstan vilayəti və Monqolustanın Qovi-Altay, Xovd, Bayan-Ölqiy, UvsZavxan, və Xövsgöl əyalətlərinin bir hissəsi Altay-Sayan regionu ərazisində yerləşir.

Antropologiya[redaktə | mənbəni redaktə et]

Altay-Sayan regionu 2010-cu ildə yeni insan növü olan Denisovalıların 50 000 illik fosillərinin kəşfi ilə məşhur olan Denis mağarasını ehtiva edir. Bu kəşfdən sonra mağarada neandertal sümükləri və homom sapiens tərəfindən hazırlanmış alətlər də tapılmışdır ki, bu da onu hər üç homininin yaşadığı yeganə yer halına gətirir.[4] Bölgədəki digər qədim arxeoloji ərazi olan Xakasiyadakı Malaya Syya isə eramızdan əvvəl 35 000-ci ilə aid edilir.[3]:236[5]

Son genetik tədqiqatlar göstərmişdir ki, Amerika qitəsinin bəzi yerli xalqlarının əcdadları qismən cənub Altaylılardır.[6]

Ekologiya və mühafizə[redaktə | mənbəni redaktə et]

New Scientist-ə görə Altay-Sayan regionundakı məməli populyasiyası yer üzündəki hər hansı digər regionun məməli populyasiyası ilə müqayisədə son buz dövründən bəri ən az dəyişmiş faunadır.[7]

Ekoregionda UNESCO-nun üç əsas ümumdünya irsi obyekti: AltayKatun təbii qoruqları, Teletskoye gölü, Beluxa dağıUkok yaylasından ibarət Altayın Qızıl Dağları; regionun şərq sərhədinin bir hissəsini təşkil edən Baykal gölüUvs Nuur hövzəsi yerləşir.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Millennium Ecosystem Assessment". 2014-03-28 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-03-28.
  2. Mandych, Anatoliy F. Hartmut Vogtmann; Nikolai Dobretsov (redaktorlar). "Conditions and trends in natural systems of the Altai-Sayan ecoregion". Environmental Security and Sustainable Land Use – with Special Reference to Central Asia. NATO Security through Science Series. Springer Netherlands. 2006: 231–275. doi:10.1007/1-4020-4493-3_18. ISBN 1-4020-4491-7.
  3. 1 2 Mandych, Anatoliy F. Hartmut Vogtmann; Nikolai Dobretsov (redaktorlar). "Conditions and trends in natural systems of the Altai-Sayan ecoregion". Environmental Security and Sustainable Land Use – with Special Reference to Central Asia. NATO Security through Science Series. Springer Netherlands. 2006: 231–275. doi:10.1007/1-4020-4493-3_18. ISBN 1-4020-4491-7.
  4. Gibbons, Ann. "Who Were the Denisovans?" (PDF). Science. 333 (6046). 2011: 1084–7. doi:10.1126/science.333.6046.1084. PMID 21868646. 2013-07-09 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2014-03-28.
  5. Derenko, Miroslava V.; Malyarchuk, Boris A.; Dambueva, Irina K.; Zakharov, Ilia A. "Structure and Diversity of the Mitochondrial Gene Pools of South Siberians". Doklady Biological Sciences. 393 (1–6). November 2003: 557–561. doi:10.1023/B:DOBS.0000010323.79378.ca. PMID 14994550.
  6. Buslov, Mikhail M.; Saphonova, Inna Yu.; Watanabe, Teruo; Obut, Olga T.; Fujiwara, Yoshiki; Iwata, Kengo; Semakov, N. N.; Sugai, Yuichi; Smirnova, L. V.; Kazansky, Alexey Yu. "Evolution of the Paleo-Asian Ocean (Altai-Sayan Region, Central Asia) and collision of possible Gondwana-derived terranes with the southern marginal part of the Siberian continent". Geosciences Journal. Springer-Verlag. 5 (3). 2001: 203–224. Bibcode:2001GescJ...5..203B. doi:10.1007/BF02910304. ISSN 1226-4806.
  7. Barras, Collin (2014); '"Ice-age animals live on in Eurasian mountain range" Arxivləşdirilib 2014-04-10 at the Wayback Machine, New Scientist (accessed 24 January 2014)