Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Schismoceras
Dendrobium (lat. Dendrobium) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinə aid bitki cinsi.
Sihizm
Siqhizm (pənc. ਸਿੱਖੀ – "şagird") — XVI və XVII əsrlərdə Şimali Hindistanda yaşamış və fəaliyyət göstərmiş on qurunun təlimləri və fikirləri əsasında formalaşmış monoteistik din Siqhizm, din kimi 1500-cü ildən etibarən yaranmışdır. Dünyadakı böyük dinlərdən biri hesab olunan Siqhizmin hal-hazırda 23 milyon nəfər ardıcılı vardır. Siqhizm sözü Sih sözündən yaranmışdır. Sih sözünün tərcüməsi isə şagird deməkdir. Siqhizm dininə inananlara sihlər deyilir. Siqhizmin iki əsas istiqaməti vardır: Vahid tanrıya inanmaq. Sihlərin müqəddəs mətinlərinin açılışı iki sözdən ibarətdir və bu sözlər Sih inancının təməlini təşkil edir: ੴ — Tək Tanrı. Siqhimzə inananlar On Sih Qrusunun və digər müqəddəslərin təlimlərini öyrənməli və Siqhizmin əsas dini kitabı olan Quru Qrant Sahibdə yazılanlara tam əməl etməlidir. Siqhizm tarix boyu Hinduizm və İslam dinlərindən təsirlənmişdir.
Echium
Qızartıotu (lat. Echium) — bitkilər aləminin göyzabançiçəklilər dəstəsinin göyzabankimilər fəsiləsinə aid bitki cinsi. Azərbaycanda 4 növü yayılmışdır, lakin dekorativ gülçülükdə bir növü -əyriçiçək qızartıotu (E.lycopsis) istifadə olunur. Bu bitkinin hündürlüyü 30 sm-ə çatır, budaqlı gövdəsi və uzunsov sallaq yarpaqları olan çiçəkləri gövdələrin uclarında sıx hamaşçiçəkləri toplanmışdır. Hazırda güllərin rənginə görə bir-birindən fərqlənən göyrəyin bir çoxu sortu məlumdur. Onlar göy, ağ, çəhrayı rəngdə olur. Bitkinin toxumlarını 20x25 sm sxem üzrə torpağa əkməklə çoxaldırlar. O, günəşli yerdə yaxşı bitir.Bitkinin köklərinin çürüməməsi üçün qum və çınqıldan drenaj düzəltmək lazımdır. Ofis interyerlərinin bəzədilməsində bu bitkilərdən istifadə etmək məqsədyönlüdür.
Typhlodromips echium
Echium creticum
Echium creticum (lat. Echium creticum) — bitkilər aləminin göyzabançiçəklilər dəstəsinin göyzabankimilər fəsiləsinin qızartıotu cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Hündürlüyü (12) 20-70 sm olan, gövdəsi tək, düzduran, sadə, qabarıq cod-tüklü ikiillik ot bitkisidir. Yarpaqları çoxsaylıdır, neştərvari, ensiz-neştərvari, xətvari formayadək dəyişir, sivri və ya sivriləşmişdir. Kökətrafı və gövdənin aşağı yarpaqları qaidə hissəsinə doğru tədricən dartılandır, sonrakılar oturaq, yarımgövdə həcmini artırandır, hər iki tərəfdən cod-tüklüdür. Çiçək qrupu sıxçiçəkli, ensiz süpürgəvari, demək olar ki, sünbülşəkillidir. Tac tünd-qırmızı və ya çaxır-qırmızısı rəngdədir, uzunluğu 12-15 mm-dir, borucuğaoxşar qıfşəkillidir, xaricdən az tüklüdür, nazikdir. Fındıqcalar 2,5 mm uzunluqda, üçtilliyumurtaşəkilli, sivri, az qabarıq və qara rəngdədirlər. May-avqust aylarında çiçəkləyir, iyul-sentyabr ayında meyvə verir. == Azərbaycanda yayılması == BQ (Quba), BQ şərq, BQ qərb, Kür düz., KQ şimal, KQ cənub, KQ mərkəzi, Nax.
Echium vulgare
Adi qızartıotu (lat. Echium vulgare) — bitkilər aləminin göyzabançiçəklilər dəstəsinin göyzabankimilər fəsiləsinin qızartıotu cinsinə aid bitki növü. == Qısa morfoloji təsviri == İkiillik bitkidir. Gövdəsi bir və ya bir neçə sayda, sadə və ya yuxarı hissədə budaqlanan, hündürlüyü (20) 30–50 (100) sm, xırda yumşaq bozumtul-ağ tüklüdür. Çiçək qrupu ensiz və seyrək süpürgəşəkilli, qıvrımlardan ibarətdir. Yarpaqları lansetvari, bir ədəd çıxıntılı orta damarlı, bozumtul və yarımsıxılmış və ya yarımaralı tükcüklüdür, aşağıdakılar çiçəkləmə zamanı solur, kürəkvari-lansetvari, uzunluğu 5–10 sm, eni 8–15 mm-dir, gövdə yarpaqları oturaq lansetvari və ya lansetvari-xətvari, yuxarıdakılar isə zəif enlənmiş qaidəli, iti ucludur. Qıvrımları boş dəstələrə, süpürgə şəklində yığılmışdır, uzunluğu 5–20 sm, eni 5–10 sm-dir. Kasacığın çiçəkləmə zamanı uzunluğu 5–7 mm-dir. Çiçək tacı göybənövşəyi və ya demək olar ki, göy rəngli, enli olmayan zəngşəkillidir. Fındıqçaları üçbölümlü-yumurtvari, boz rəngli, çox və sıx olmayaraq qabarcıqlıdır.
CİSM
Beynəlxalq Hərbi İdman Şurası və ya qısaca CİSM — dünya miqyaslı üçüncü hərbi idman təşkilatı. Hazırda özündə 137 üzv ölkəni birləşdirir. Dünya qitələrarası və regional yarışları keçirən dünyanın ən böyük idman təşkilatlarından biridir. Prezidenti Hamad Kalkaba Malboumdur. == Tarixi == Qurum 18 fevral 1948-ci ildə Fransada yaradılmışdır. İlk təsisçiləri Lüksemburq, Hollandiya, Belçika və Danimarka nümayənədələri olmuşdur. Qısa zaman ərzində öz fəaliyyətini genişləndirmiş və Beynəlxalq Olimpiya Komitəsi tərəfindən də tanınmışdır. == Məqsədi == Məqsədi idman və fiziki məşqlər vasitəsilə iştirakçı ölkələr arasında daimi əlaqələr yaratmaqdır.
Bərk cism
Bərk cisim və ya Qatı — maddənin 4 aqreqat hallarıdan (bərk, maye, qaz, plazma) biridir. Bərk cism başqa aqreqat hallarından öz formasının stabilliyi ilə fərqlənir. Bərk cismin forma stabilliyi onun tərkibində atomlararası əlaqələrin güclü olması, atomların nisbətən taraz vəziyyətdə olmaları və çox zəif titrəyişli hərəkət etmələrinin nəticəsində alınır. Bərk cismlər kristallik və ya amorf hallarına görə fərqlənirlər. Bərk cismlərinin tərkibini və daxili strukturasını öyrənən fizika bölməsi bərk cismlər fizikası adlanır. Bərk cismin xarici təsirlərin və hərəkətin nəticəsində necə dəyişilməsini — bərk cismlərin mexanikası, absolyut bərk cismlərinin hərəkətini — bərk cismlərinin kinematikası adlı elmlər öyrənillər. == Bərk cismlərin texniki xassələri == Bərklik Kütlə Plastiklik Əyilmə möhkəmliyi Sınma möhkəmliyi == Bərk cismlərin elektronikasında istifadə edilən məmulatlar == Bərk cisim elektronikasında istifadə edilən məmulatlar — (tərif) geniş istifadə olunan matreallardan yarımkeçiricilər. === Materialların təsnifatı === Bərk cisim elektronikası (BCE) cihazlarının istehsalında istifadə olunan materiallar 2 qrupa bölünür: əsas (və ya konstruktiv) köməkçi (və ya texnoloji) === Əsas material === Əsas materiala dedikdə birbaşa cihazın konstruksiyasına daxil olan materiallar nəzərdə tutulur. Əsas materilları, öz növbəsində, aşağıdakı qruplara bölmək olar yarımkeçirici materiallar – germanium, silisium, qallium arsenid və s.; legirəedici (aşqarlayıcı) materiallar – yüksək təmizliyə malik ayrı-ayrı elementlər və ya onların xəlitələri; elektrod materialları – qızıl, nikel, kövar, molibden (daxili və xarici) çıxışları düzəltmək üçün); izolyasiya materialları – şüşə keramika, üzvi laklar; mühafizəedici korpus (gövdə) materialları – mis, kovar, polad; antikorrozion örtüklər – xrom, nikel === Materialların sərfiyyat norması === Materialların sərfiyyat norması 1000 ədəd yararlı cihaz hazırlamaq üçün tələb olunan materialın miqdarı ilə müəyyən olunur. Yarımkeçirici materialın seçilməsi, onun təmizliyi və legirə olunma dərəcəsi, istehsalatda onların təkrarlanması cihazların xarakteristikalarına və onların istehsalında yararlı cihazların çıxımına həlledici təsir göstərir.