T-Schirt

das; -s, -s qolları qısa yay köynəyi
T
Tabak
OBASTAN VİKİ
T
Latın qrafikalı Azərbaycan əlifbasında 27-ci hərf, 23 samitdən biri. Kar samitdir.
T.A.T.u.
t.A.T.u. (rus. Тату) — "Tatu" beynəlxalq səviyyədə tanınmış ən uğurlu rus pop qrupudur. Onların sinqlları həm ingilis, həm də rus dillərində Rusiyanın, Böyük Britaniyanın, ABŞ-nin və digər ölkələrin hit paradlarında yer alıb. Onların debütu, 2002-ci ildə ingilis dilində yazılmış, "All the Things She Said" bütün dünyada ilin ən uğurlu sinqlarından biri seçilmişdir. "Tatu" ilk və yeganə rus "IFPI" mükafatı qazanan qrup sayılır. "Tatu" dueti üçün bəstəkar Aleksandr Voitinski və 1999-cu ildə ssenarist Ivan Shapovalov tərəfindən reklam yaradılmışdır. Shapovalov və Voitinski tərəfindən Lena Katina qrupun solist rolu üçün seçilir. Sonra Ivan Shapovalov duet yaratmaq qərarına gəlir və Lena Katina qrupa daha bir qız dəvət edir. O, Yuliya Volkovanı dəvət edir, onun namizədliyi isə Shapovalov tərəfindən təsdiq edilir.
E.T.
“E.T.” – Keti Perrinin üçüncü studio albomu olan “Teenage Dream” albomundan olan sinql. Mahnının müəllif və prodüserləri Dr. Luke, Max Martin, Ammo və Keti Perridir. Mahnı müğənninin albomundan üçüncü təbliğat sinqlı kimi 17 avqust, 2010 – cu ildə çıxarılmışdır. Daha sonra mahnı albomun dördüncü sinqlı kimi 16 fevral 2011 – ci ildə satışa çıxarılmışdır. Mahnının sinql versiyasında ABŞ repçisi Kanye Vestin də ifası əlavə edilmişdir. “Taqqıltı-taqqıltı-alqış” vurğusu üzərində qurulmuş mahnının musiqisi Queen qrupunun məşhur "We Will Rock You" (1977) mahnısını xatırladır. “E.T.” “yad dünyadan gələn varlığa qarşı olan məhəbbət”dən bəhs edən elektronik balladadır. Yerdən kənar məcazların istifadə edildiyi mahnı arasında, Vestin söylədiyi rep də mövzuya uyğundur və onun ifasını Auto-Tune müşayət edir. Hər dəqiqədə yetmiş altı vuruş olmaqla mahnı yavaş temp üzərində qurulmuşdur.
T'Çalla
Qara pantera (ing. Black Panther) – Marvel Comics nəşriyyatı tərəfindən 1966-cı ildə yaradılmış komiks personajı. Sten Li və Cek Körbi tərəfindən yaradılmış və ilk dəfə "Fantastic Four" komiksinin 52-ci sayında peyda olmuşdur. Qara panteranın əsl adı T'Çalladır, Afrikada yerləşən uydurma dövlət Vakandanın kralı və qoruyucusudur. Qədim Vakanda ritualları sayəsində güclər əldə etməklə yanaşı güclü elmi biliklərə və döyüş sənəti bacarığına malikdir. Döyüşərkən Vakandanın üstün texnologiyasından da istifadə edir. Qara pantera ABŞ komikslərində peyda olmuş ilk Afrika əsilli personajdır. O, Şahin (1969), Lük Keyc (1972), Bleyd (1972) və Con Stüart (1971) personajlarından da öncə yaradılmışdır. Bir komiksdə Qara pantera kostyumu Nyu-York polisi Kasper Kolun əlinə düşür və Kasper Kol Ağ pələng adı ilə Qara panteranın müttəfiqi olur. Qara pantera bir müddətliyinə onun bacısı Şuriyə də verilmişdi.
T-10
IS-10 (Object 730) KV, IS və ya 1943-cü ildən istehsal edilən SSRİ ağır tanklarının ən son məhsuludur. Bu tanklar əvvəllər IS-8 və ya IS-9 adlandırılmalı olsa da, sonda IS-10 adı ilə 1952-ci ildə xidmətə qəbul edilmişdirlər, lakin 1953-cü ildə Stalinin ölümü ilə SSRİ-də dəyişmiş olan siyasi ab-havanın təsiri nəticəsində tankın adı dəyişdirilərək T-10M edilmişdir. Doğrudan da “əcdadı” olan IS-3 tanklarından daha uzun bir gövdəyə, 6 cüt yol təkərləri yerinə 7 cüt yol təkərlərinə, inkişaf etdirilmiş olan bir dizel motoruna və artan zirehi ilə duman çıxardan yeni bir silah montaj edilmiş böyük bir tank qülləsinə sahib idi. T-10 daha artıq cəbbəxana daşımaq qabilliyyətinə sahib olmasına baxmayaraq, ümumi olaraq performansı IS-3 tankları ilə bərabər hesab edilmişdir. T-10M tanklarının ordularına aid müstəqil tank taborları və müstəqil tank alayları formalaşdırılmışdır. Bu müstəqil tank birlikləri piyadaların həyata keçirdikləri hərbi əməliyyatları dəstəkləmək və hərəkət edə bilmək üçün mexanikləşdirilmiş birliklərə bağlı ola bilərdilər. Bu xidmətə qəbul edilmiş olan sonuncu SSRİ ağır tankı olmuşdur. Zaman keçdikcə təkmilləşdirilən T-64MBT tankları T-10M tanklarının yerinə cəbhələrdə vəzifələrə göndərilirdilər. Zireh: 250 mm Əsas silah: 122 mm-lik D-25TA topu Köməkçi silah: 2 ədəd 12.7 mm-lik DShKM pulemyotu (piyadalara və hava hücumlarına qarşı) Mühərrik: 39 l 12-silindirli dizel model V-2-IS Mühərrik gücü: 700 at gücü (522 kW) Hərəkət ehtiyatı: 250 km Sürəti: 42 km/saat (yolda) İkinci dünya müharibəsindən sonra ABŞ M103, Böyük Britaniya isə Conquerer adlı ağır tanklar istehsal edirdilər. SSRİ ordusu buna cavab olaraq IS seriyalı tanklardan fərqli olaraq daha uzun gövdəyə sahib olan və daha böyük tank istehsal etməyə qərar verir.
T-129
T-129 Atak — Atak proqramı çərçivəsində Türkiyə Silahlı Qüvvələri üçün Türkiyənin coğrafi və iqlim şəraitinə əsaslanaraq yaradılmış, Türkiyə və İtaliyanın birgə istehsalı olan hücum helikopteridir. Bu helikopter İtaliyanın A-129 Mangusta helikopterinin gövdə hissəsinin bəzi yerlərinin dəyişdirilməsi və özünə məxsus silah sistemlərinin inteqrasiya edilməsi ilə meydana gəlmişdir. İstehsalı tamamlanan ilk helikopter 28 sentyabr 2009-cu il tarixində İtaliyanın Qallarate şəhəri yaxınlığında bir italyan və bir türk pilot tərəfindən ilk uçuşunu həyata keçirmişdir. Təxminən yarım saat havada qalan helikopter müxtəlif manevr testlərini həyata keçirdikdən sonra uğurla yerə enmişdir. T-129-da Rolls-Royce və Honeywell firmalarının ortaq istehsalı olan iki ədəd LHTEC CTS800-4A motoru istifadə olunmuşdur. 278 km/s maksimal sürətə sahib olan helikopter 6,096 m yüksəkliyə qədər qalxmaq qabiliyyətinə sahibdir. T-129 yaxın hava dəstəyi və çox məqsədli tapşırıqlar üçün iki fərqli tipə sahibdir. T-129A yaxın hava dəstəyi, T-129B isə çoxməqsədli tapşırıqlar üçün istehsal olunmuşdur. Təxminən 12 illik araşdırmalardan sonra Türkiyə Müdafiə Sənayesi İcra Komitəsi 30 mart 2007-ci il tarixində, İtaliyanın "AgustaWestland" şirkətini "Atak" proqramı üzrə tenderin qalibi elan etdi. 2007-ci ilin aprel ayında MSM Türkiyə Aerokosmik Sənaye (TAI) şirkətinin əsas podratçı olduğunu açıqladı.
T-28
T-28 tankı SSRİ istehsalı olan və dünyanın ilk orta zirehə malik olan tankıdır. 1931-ci ildə T-28 tankının prototipi hazırlanmış, 1932-ci ildən etibarən isə bu tankın-T-28 tankının seriyalı istehsalına başlanılmışdır. Bu tank mühasirələri yarmaq, düşmən qüvvələrinin dirənişini qırmaq üçün istifadə edilmiş və həmçinin çoxlu əsgər daşımaq qabiliyyəti olan bir tank kimi də istifadə edilmişdir. Bu tankın daha inkişaf etmiş variantı olan T-35 tankları istehsal olunana qədər bu tank istifadə də qalmışdır. 503 ədəd istehsal edilmiş bu tankdan hal-hazırda cəmi 3 dənəsi qalmışdır. İki tank Finlandiya ordusu tərəfindən SSRİ-Finlandiya müharibəsi (1939-1940) zamanı ələ keçirildikdən sonra hal-hazırda sərgilənir, biri isə Moskvada sərgilənir. T-28 tankı ingilislərin Vickers A1E1İndependent tankı ilə oxşardır. I və II Dünya müharibəsi arasında istehsal edilmiş bir orta zirehə malik bir tankdır. 1926-cı ildə ilk prototipi Leninqrad şəhərindəki (indiki Sankt-Peterburq) Kirov zavodunda istehsal edilmişdir. Bu tankın 11 avqust 1933-cü ildə istehsalına başlanıb.Vickers A1E1İndependent isə 1932-ci ildən etibarən istehsal edilmişdir.
T-34
T-34 — 1940 və 1958-ci illər arasında istehsal edilən SSRİ orta tankıdır. Çox ekspertlərə görə T-34 tankları II Dünya Müharibəsinin ən yaxşı tankıdır. T-34 dövrünün tank dizaynını tamamilə dəyişdirtdirmişdir, ondan sonrakı bütün tanklar da T-34-lərin dizaynından istifadə olunmuşdur. Şərq cəbhəsində Alman Ordusu bu tank qarşısında çarəsiz qalmışdır. Tiger və Panther tanklarının istehsalı ilə T-34 müharibədəki üstünlüyünü itirsədə, Rusiya iqliminə uyğunluğu, asan istehsalı və çoxlu miqdarda istehsalı ilə Alman əsgərləri arasında qorxu salmışdır. T-34 atəş gücünün, sürətin və dözümlülüyün yaxşı bir şəkildə birləşdirilmiş halıdır. Tankın 45°-lil zireh dizaynı, hədəfi tapan mərmilərin bir çoxunun tanka zərər vermədən getməsi ilə nəticələnir. Bəzi hərbi tarixçilər T-34-ün dünyanın ilk əsas müharibə tankı olduğunu iddia edirlər. T-34 II Dünya Müharibəsi və sonrasında da SSRİ zirehli briqadalarının istifadə etdiyi əsas tank olmuşdur. Həmçinin bir çox ölkələrə də bu tank ixrac edilmişdir.
T-35
T-35 — SSRİ istehsalı çoxqülləli ağır tank. Ekipaj 10 nəfərdən ibarətdir. Ümumilikdə 61 ədəd istehsal olunmuşdur(2 prototip və 59 döyüş maşını). Yalnız 1 ədəd T-35 tankı günümüzə qədər salamat qalmışdır. Həmin nüsxə Moskva şəhərində Kubinka Tank Muzeyində yerləşdirilib. 2016-cı ildə real çertyojlar əsasında hazırlanmış hərəkətsiz nüsxə, 2018-ci ildə isə hərəkət edə bilən nüsxə hazırlanmışdır.
T-37
T-37 yüngül amfibiya tank əsaslı Fransa istehsalı olan AMR 33 nəqliyyat vasitəsindən müəyyən xüsusiyyətlərin götürülməsi ilə SSRİ tərəfindən 1930-cu ildə hazırlanmış amfibiya kəşfiyyat vasitəsidir. Dünyanın ilk amfibiya tankı olan bu tank sonralar yerini T-38 tankına buraxmışdır. Asqı sistemi yaylı, əməliyyat mənzili 185 km, maksimum sürəti 35 km/s təşkil edir.
T-38
T-38, bir Sovet amfibiya yüngül tankıdır. Tank T-37A tankının təkmilləşdirilmiş bir modeli olub SSRİ tərəfindən İkinci dünya müharibəsi dövründə istifadə edilmişdir. 1940-cı ildə yerinə T-40 tankları hazırlanmışdır. Asqı sistemi yaylı boji, əməliyyat mənzili 170 km, maksimum sürəti 40 km/s olmuşdur.
T-40
T-40, SSRİ mənşəli amfibiya yüngül tankıdır. Tank, T-38 tankını əvəzetmə məqsədilə yaradılmışdır. O dövrdə körpüsüz çay keçə bilən bir neçə tankdan biri idi və əsasən də kəşfiyyat bölüklərinə verilirdi. Hərəkət mənzili 450 km, maksimum sürəti 45 km/s təşkil etmişdir. Asqı sistemi burulma çubuğu olmuşdur.
T-44
T-44 - Sovet orta tank.
T-54
T-54 - SSRİ istehsalı olan orta tank. Sovet Ordusuna 1946-cı ildə qəbul edilib, 1947-ci ildən modernləşdirilməsinə başlanılıb. T-54 tankının çəkisi 36.6 ton, uzunluğu 6.04 metr, həcmi 3.27 metr, hündürlüyü 2.40 metrdir. Tankın maksimum sürəti saatda təxminən 48 kilometr, hərəkət mənzili 325 kilometrdir (201.9 mil). Başqa tanklarla birlikdə bu tankın hərəkət mənzili artaraq 610 kilometrə (379 mil) çatır. V-12 dizel yanacağı ilə işləyir tankın mühərriyi. Əsas silahı 100 mm-lik D-10T topudur. Tankda bundan əlavə 7.62 mm-lik SGMT pulemyotu və 12.7mm-lik DŞK pulemyotu quraşdırılıb. Tank 1946-1981-ci illər arasında SSRİ-də, 1956-1979-cu illər arasında Polşada, 1957-1983-cü illər arasında isə Çexoslovakiyada istehsal edilmişdir. Bu tankdan təxminən 86.000—100.000 arasında istehsal edilmişdir.
T-55
T-55 – sovet döyüş tankı. İlk dəfə 1947-ci ildə döyüş texnikası siyahısına qəbul edilmiş, T-54 tankını əvəz etmişdir. İkinci Dünya Müharibəsinin bitməsilə, T-34 tankı Sovet Sosialist Respublikaları İttifaqının ümumi olaraq istifadə etdiyi əsas müharibə tankı halına gəlmişdir; bundan əlavə M1944 kodlu 85mm-lik topla təchiz edilmiş alt modeli (T34/85) də döyüş daxilindəki ən yaxşı tanklardan biri olaraq qəbul edilirdi. Buna baxmayaraq, döyüş sonrası dünyadakı qütbləşmə Sovetləri T-34 tankının yerinə keçəcək yeni bir ana müharibə tankı axtarışına yönləndirdi. Bu yeni tanka ilkin keçid üçün T-34 tankını inkişaf yoluna da getdilər. T-34-dən törəyən bu tank T-44 adlandırıldı. 1944-cü ildən başlayaraq çox sayda fikir üzərində çalışılsa da, dizayn etmə mərhələsinə çox qısa bir zaman ayrılması ucbatından bir çox problem ortaya çıxdı və T-44 quru tankı olma hədəfinə belə çatmadı. Beləliklə, Sovet mühəndisləri tamamilə yeni bir tank üzərində çalışmağa başladı. 1949-cu ildə layihə meyvəsini T-54 tankı olaraq verdi. Bu tank dizayn olaraq tamamilə yeni idi.
T-60
T-60, SSRİ mənşəli yüngül tankdır. Tank, T-38 amfibiya tankının əvəzinə hazırlanmış və Qırmızı Ordu tərəfindən İkinci dünya müharibəsi dövründə aktiv şəkildə istifadə edilmişdir. Ümumi olaraq 6,292 ədəd istehsal edilmişdir. Asqı sistemi burulma çubuğu, yanacaq tutumu 320 litr, əməliyyat mənzili 450 km, maksimum sürəti 44 km/s təşkil edir.
T-62
T-62 (obyekt 166) — sovet orta çəkili tankıdır. T-55 tankı əsasında yaradılmışdır. SSRİ-də 1961-dən 1975-ci ilə qədər istehsal edilirdi. 115 millimetrlik kalibrə sahib olan yivsiz lüləli topa malik dünyada ilk kütləvi şəkildə istehsal edilmiş olan tankdır. İstehsalçı ölkə: SSRİ Tip: Əsas döyüş tankı İstehsalçı firma: Uralvagonzavod İstehsal tarixi: 1961 – 1980 Xidmətə giriş ili: 1961 – günümüzə İstehsal sayı: 22.700 ədəd Ekipaj: 4 nəfər Ağırlığı: 37 – 41 ton Uzunluğu: 6.63 m Lülə daxil olmaqla: 9.33 m Lülənin uzunluğu: 6.05 m Eni: 3.3 m Hündürlüyü: 2.39 m Klirens: 0.43 m Zireh qalınlığı: 242 mm diyirlətmə polad və tökmə homogen 82 mm-lik 902B sis bombaları Dinamik müdafiə: D-3 Aktiv müdafiə: 1030M “Drozd” NBC qorunma Zəminə təzyiq: 0,75 kq/sm ² Dalış dərinliyi: 1,4 m (şnorkelsiz), 5 m (şnorkellə) Xəndək keçmə: 2.85 m Divar dağıtmaq: 0.8 m Qalxma dərəcəsi: 32º Motor: V-55V dizel At gücü: 690 Maksimal sürət: 50 km/saat Mənzili: 650 km Dayandırılması: fərdi burulma bar Əsas silahı: 115 mm-lik “2A20” yivsiz topu Kalibr: 115 mm Lülənin qalxma bucağı: –6º... +16º Üfüqi tuşlama bucağı: 360º Mərminin başlanğıc sürəti: 1615 metr/saniyə Atış tezliyi: 5 atış/dəqiqədə Atəş məsafəsi: 5 km Maksimal atəş məsafəsi: 9 km Mərmi sayı: 40 ədəd –7.62 mm- “SQMT” pulemyotu Kalibr: 7.62 mm Mərmi: 7.62x54 mm R Atış tezliyi: 700 atış/dəqiqədə Güllənin başlanğıc sürəti: 855 metr/saniyə Atəş məsafəsi: 2.3 km Maksimal atəş məsafəsi: 3.8 km – 7.62 mm PKTM pulemyotu Kalibr: 7.62 mm Atış tezliyi: 750 atış/dəqiqədə Güllənin başlanğıc sürəti: 855 metr/saniyə Atəş məsafəsi: 1.5 km Maksimal atəş məsafəsi: 4 km – 12.7 mm-lik “DŞK” pulemyotu Kalibr: 12.7 mm Mərmi: 12.7x108 mm Atış tezliyi: 1200 atış/dəqiqədə Güllənin başlanğıc sürəti: 860 metr/saniyə Atəş məsafəsi: 2 km Maksimal atəş məsafəsi: 3.5 km SSRİ-də 1950-ci illər ərzində silahlanmada əsas orta ölçülü tank T-54/T-55 olaraq qalırdı. Tankın daimi təkmilləşdirməsinə, həmçinin atəş gücünün artırılmasına baxmayaraq, əsas silah topu D10-T olaraq qalırdı. 1961-ci ilə qədər yalnız kalibrli zirehdeşən mərmiləri olan D10-T 1950-ci illərin ortasına artıq yeni ABŞ orta tankı M 48-in effektiv məhvini təmin etmirdi. Qərb tankları o vaxta öz döyüş komplektində ayrılan altlıqlı zirehdeşən kalibrli mərmilərə və kumulyativ mərmilərə malik idi. Bu mərmilər normal məsafəli döyüşdə sovet tankının zirehini asanlıqla dağıdırdı.
T-64
T-64 — 1960-cı illərin başlarında istehsalına başlanılmış SSRİ mənşəli əsas döyüş tankı olub, T-72 tankları ilə paralel dizayn xüsusiyyətlərinə malikdir və SSRİ xaricinə ixrac edilməmişdir. 1985-ci ildə T-72B modeli çıxana qədər bir çox baxımdan T-72 tanklarından üstün olmuşdur. T-80 tankları bu tank modeli əsasında istehsal edilmişdir. Hal-hazırda Rusiyanın ən müasir tankı hesab edilən T-90 tankları isə T-72 tanklarının modeli üzərində istehsal edilmişdir. Bu tank ikinci nəsil əsas döyüş tanklarının ilki olub, o zamankı, NATO qüvvələrinə məxsus olan əsas döyüş tankları olan M48 Patton, M60 Patton, Centurion, Chieftain, AMX-30 tanklarından həm zireh qorunmasına, həm də atəş gücünə görə onlardan çox güclü idi. Tankın zirehi şüşə tərkibli plastik və poladdan ibarətdir ki, bunun da ümumi qalınlığı 450 mm edir. Gövdə & tank qülləsi - 370 mm-dən 440 mm-ə qədər APFSDS mərmilərindən və 500 mm-dən 575 mm-ə qədər HEAT mərmilərindən qorunma xüsusiyyətlərinə sahibdir. Tankın zirehinə istəyə görə ERA plitələri də əlavə etmək mümkündür. T-64 tankı Xarkovda T-54 tanklarının konstrukturu olan Aleksandr A. Mozorov tərəfindən daha üstün bir tank olaraq dizayn edilmişdir. Tankın maksimal sürəti versiyalarına görə 45–60 km/saat (28-37 mil/saat) arasında dəyişir.
T-72
T-72 — sovet istehsalı olan əsas döyüş tankı. İstehsalına ilk dəfə 1971-ci ildə başlanmışdır. İkinci dünya müharibəsindən sonra ən çox istehsal olunan 2-ci tankdır, istehsal sayına görə yalnız T-54/55 tanklarından geri qalır. İndiyə qədər 20,000 ədəd bu tankdan istehsal edilmişdir. T-72 tankları ilk dəfə 1973-cü ildə istifadəyə verilib. İlk dəfə olaraq 1977-ci ildə görülmüşdür. T-64 ilə eyni zamanda hazırlanıb. T-64 ilə aralarında aşkar mexaniki və dizayn fərqləri vardır. T-64 ardıcıllığı bu gün T-80 ilə davam edərkən T-72 ardıcıllığı T-90 ilə davam etməkdədir. Körfəz müharibəsi zamanı İraqın bütün T-72 tankları ABŞ-nin termal kameralı M1 Abrams tankları tərəfindən məhv edilmişdir.
T-80
T-80 Sovet istehsalı, üçüncü nəsil əsas döyüş tankıdır. Bu tankın daha da inkişaf etdirilmiş variantı sayılan T-84 hazırda Ukraynada istehsal olunur. T-80 və onun müxtəlif variantları hal-hazırda Belarus, Kipr, Misir, Qazaxıstan, Pakistan, Rusiya, Cənubi Koreya və Ukrayna silahlı qüvvələrinin silahlanmasına daxildir. T-80-nin baş konstruktoru rusiyalı mühəndis Nikolay Popovdur. Əvvəllər bir çox Qərb analitikləri T-80 və T-72 tanklarını bir-birindən fərqləndirə bilmirdi. Lakin, həmin tanklar müxtəlif dizayn büroları tərəfindən istehsal olunurdu. T-80 tankı Leninqradda yerləşən Kirov zavodunun SKB-2 dizayn bürosu tərəfindən istehsal olunduğu halda, T-72 tankları Nijni Tagil şəhərində yerləşən Uralvaqonzavod tərəfindən istehsal olunurdu. Xarici görünüşləri oxşar olan bu tanklardan T-80 tankı T-64 tankının əsasında dizayn olunmuşdu. Onu da qeyd etmək lazımdır ki, T-64 tankları öz dövrünün yüksək texnologiyaları ilə təchiz olunmuşdu və daha köhnə T-54, T-55, həmçinin T-62-ləri əvəz etmək məqsədilə silahlanmaya qəbul olunurdu. Bir sıra oxşarlıqlara baxmayaraq, T-80 və T-72 mexaniki cəhətdən bir-birindən fərqlənir.
T-84
T-84 — Ukrayna istehsalı olan əsas döyüş tankı. Sovet istehsalı T-80 tankının daha inkişaf etdirilmiş variantdır. Tank ilk dəfə 1994-cü ildə hazırlanıb və 1999-cu ildən Ukrayna Silahlı Qüvvələrində silahlanmaya qəbul olunub. Yüksək performanslı mühərriki onu dünyanın ən sürətli tanklarından biri edir. Güc-çəki nisbəti hər tona 26 at gücü düşür (19 kW/t). Ən qabaqcıl versiyası olan Oplot tankından 2001-ci ildə Ukrayna ordusuna 10 ədəd qəbul olunub. T-84-120 Yatagan isə tankın ixrac versiyasının prototipidir. Bu versiyanın üzərində quraşdırılmış 120 mm-lik top standart NATO sursatı ilə yanaşı həm də, idarəolunan mərmilərdən atəş açmaq qabiliyyətinə malikdir. Ukrayna istehsalı tank "T-84" Oplot tankı 46 ton ağırlığındadır və saatda 65 km sürətlə hərəkət edir. Sovet İttifaqının dağılmasından sonra Ukrayna T-80 tankını modernləşdirmək qərarına gəldi.
T-90
T-90 — Rusiya istehsalı 3-cü nəsil əsas döyüş tankı. T-72-ləri əvəz etmək üçün istehsal olunmuşdur. Körfəz müharibəsində T-72-lərin ABŞ-nin M1 Abrams tanklarına qarşı müvəffəqiyyətsiz olması nəticəsində inkişaf etdirilməyə başlanmışdır. Hazırda Rusiya, Hindistan və Azərbaycan ordusunun istifadə etdiyi ən müasir tank olan T-90-lar, T-72BM tankının yüksək texnologiya məhsulları ilə təchiz olunmuşdur. Bu tanklar, T-80 tankından alınan 1G46 nişangah, termal kamera, Kontakt-5 partlayıcı həssas zireh (aktiv zireh) və daha güclü mühərrikə sahib olub digər Rusiya tankları kimi alçaq bir profilə malikdirlər.Rusiya Silahlı Qüvvələrində istifadə edilən bu tank Hindistanda da istehsal və istifadə edilməkdədir. Rusiya və Hindistan arasında 2001-ci ildə əldə olunan razılaşmaya əsasən T-90 tanklarının Bişma adıyla Hindistanda ortaq istehsalına başlanmışdır. Hindistan 1000 ədəddən çox tank istehsal etməyi planlaşdırır. T-90 Rusiya istehsalı 3-cü nəsil döyüş tankıdır. Tankın atəşi idarəetmə sistemi avtomatlaşdırılıb, aşağı surətlərdə hərəkət edən hədəflərə dəqiq zərbə endirmək üçün elektron tank ballistik ayırdedicisi ilə təchiz olunub, kondisioneri var(istehsalçının sifarişinə əsasən). Tank komandiri həm zenit-pulemyot qurğusundan, həm də tankın əsas silahından atəş açmaq üçün elektron qurğuya malikdir.
T-90S
T-90 — Rusiya istehsalı 3-cü nəsil əsas döyüş tankı. T-72-ləri əvəz etmək üçün istehsal olunmuşdur. Körfəz müharibəsində T-72-lərin ABŞ-nin M1 Abrams tanklarına qarşı müvəffəqiyyətsiz olması nəticəsində inkişaf etdirilməyə başlanmışdır. Hazırda Rusiya, Hindistan və Azərbaycan ordusunun istifadə etdiyi ən müasir tank olan T-90-lar, T-72BM tankının yüksək texnologiya məhsulları ilə təchiz olunmuşdur. Bu tanklar, T-80 tankından alınan 1G46 nişangah, termal kamera, Kontakt-5 partlayıcı həssas zireh (aktiv zireh) və daha güclü mühərrikə sahib olub digər Rusiya tankları kimi alçaq bir profilə malikdirlər.Rusiya Silahlı Qüvvələrində istifadə edilən bu tank Hindistanda da istehsal və istifadə edilməkdədir. Rusiya və Hindistan arasında 2001-ci ildə əldə olunan razılaşmaya əsasən T-90 tanklarının Bişma adıyla Hindistanda ortaq istehsalına başlanmışdır. Hindistan 1000 ədəddən çox tank istehsal etməyi planlaşdırır. T-90 Rusiya istehsalı 3-cü nəsil döyüş tankıdır. Tankın atəşi idarəetmə sistemi avtomatlaşdırılıb, aşağı surətlərdə hərəkət edən hədəflərə dəqiq zərbə endirmək üçün elektron tank ballistik ayırdedicisi ilə təchiz olunub, kondisioneri var(istehsalçının sifarişinə əsasən). Tank komandiri həm zenit-pulemyot qurğusundan, həm də tankın əsas silahından atəş açmaq üçün elektron qurğuya malikdir.
T-95
T-95 — dördüncü nəsil Rusiya tankı. TARİXİ Layihə haqqında ilk dəfə 1995-ci ildə məlumat verildi [sitat lazımdır] və 2000-ci ildə Rusiyanın rəsmi mənbələri tərəfindən elan edildi, lakin heç bir konkret məlumat açıqlanmadı. 2009-cu ildə təqdim edilməli idi, lakin dəfələrlə gecikdirildi. Rusiya hökuməti 2010-cu ilin mayında layihədə iştirakını dayandırdı və bütün maliyyəni geri götürdü. Bu tank haqqında məlumatların əksəriyyəti spekulyativ idi. Dizayn, ehtimal ki, hazırda xidmətdə olan Sovet dövründəki tanklardan əhəmiyyətli dərəcədə fərqli idi. Xüsusilə, onun adaptiv xüsusiyyətlərə malik yeni hidropnevmatik asqının olması gözlənilirdi və bütün ekipaj, görünür, tankın digər komponentlərindən təcrid olunmuş korpusun içərisindəki möhürlənmiş bölməyə yerləşdiriləcəkdi. T-95 tanka media tərəfindən verilən ad idi; rəsmi ad deyildi. Dərc edilmiş mənbələrə görə, "Obyekt 195" adlı yeni tankın hazırlanması 1990-cı illərin əvvəllərində Uralvaqonzavod konstruktor bürosunda başlamışdır. Tankın prototipini 2000-ci ildə Rusiyanın müdafiə naziri İqor Sergeyev elan edib.
T-Mobile
T-Mobile Alman GSM operatoru. Deutsche Telekom nəzdində fəaliyyət göstərən qrupun mərkəzi Bonnda yerləşir. Digər ölkələrdəki investisiyaları da hesaba qatılanda cəmi 106,42 milyon müştərisi olan T-Mobile mobil telefon xidməti təqdim edən şirkətlər siyahısında 6-cı yerdədir. İdarə heyəti başçılığı Hamid Akhavan tərəfindən aparılan T-Mobile, 7 mini Almaniyada olmaq üzrə 44 mindən çox işçiyə malikdir.