Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Sellick manevri
Sellik manevri, Sellik təzyiqi (ing. Sellick manoeuvre, Cricoid pressure) Qırtlağın üzüyəbənzər qığırdağa barmaqla təzyiq edib, qida borusunun mənfəzini qapamaqla mümkün aspirasiyanın (mədə möhtəviyyatının geriyə axmasının) qarşısını almaq üçün tətbiq edilən bir cəhddir. Bu manevr adətən təcili cərrahi əməliyyatlar zamanı, ümumi narkoz üçün traxeyanın intubasiyasında mədəsi boş olmayan pasientlərə tətbiq edilir. Manevr ilk dəfə 1961 ci ildə Britaniya anestezioloqu Brayn Artur Sellik (ing. Brian Arthur Sellick) tərəfində tətbiq edildiyinə görə onun adına müvafiq "Sellik manevri" adlandırılmışdır.
Sasik gölü
Sasik (Sasık, Kunduk) (türk. üfunətli) — Odessa vilayətində süni göl. Vaxtı ilə liman olan Sasik gölü Tatarbunar və Kiliyski rayonlarında yerləşir. Gölün sahəsi 210 km², dərinliyi 2,7 metrdir. Sasik gölü şimaldan cənuba doğru 29 km məsafədə uzanır. Eni isə 3–12 km arasında dəyişir. Sasik limanı 1970-ci illərə kimi kurort zonası idi. Limanın palçığı bir çox müalicəvi xüsusiyyətlərə malik idi. Sonradan liman suyunun şirinləşdirilməsi məqsədi ilə böyük layihə işlənildi. Liman suyunu kənd təsərrüfatında istifadə etmək üçün onu dənizdən bənd vasitəsilə ayırdılar.