Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Sekstant
Sekstant — iki görünən obyekt arasındakı bucağı ölçmək üçün tətbiq olunan optik alətidir. Çox vaxt sekstantlar üfüq üzərindən astronomik obyektlərin hündürlüyünü ölçməklə onların koordinatlarının təyini üçün tətbiq olunurlar. Məsələn, günorta vaxtı günəşin qalxma bucağını təyin etməklə coğrafi eni təyin etmək mümkündür. Sekstantın köməyi ilə 140° -yə qədər öçlmə aparmaq olar. Sekstantın bölgü uzunluğu tam çevrənin 1/6-ni və ya 60°-ni təşkil edir. Onun adı da buradandır. Sekstant ilə oktant arasında oxşarlıq vardır. Oktantın bölgü uzunluğu sadəcəolaraq qısadır və tam çevrənin 1/8-ni və ya 45°-yə malikdir. Oktantlar 1767-ci ilə qədər tətbiq olunmuşlar sonralar isə onlar sekstantlarla əvəz olunurlar. Sekstntın işləmə prinsipi Nyutonun 1699-cu ildə ixtira etdiyi prinsipi əsasında işləyir.
Seksist
Seksizm (ing. sexism lat. sexus "cins") — insanlara qarşı qərəz və qərəzlərin məcmusu və ya insanlara cinsinə görə ayrı-seçkilik; müəyyən cinsdən olan insanlara qarşı qərəz, mənfi münasibət və ya antipatiya. Baxmayaraq ki, kişilərə qarşı da seksizm var, amma ən çox bu termin qadınlara qarşı ayrı-seçkilik mənasında işlənir. Seksist xurafat bütün dünyada, o cümlədən nisbətən demokratik və eqalitarist hesab edilən müasir cəmiyyətlərdə belə rast gəlinir . O, ailə, təhsil, səhiyyə, din kimi müxtəlif sosial institutların bir hissəsidir və siyasət, iqtisadiyyat, media, incəsənət və dil kimi müxtəlif sahələrdə mövcuddur. Seksizm ideologiyası kişi və qadını bir-birinə qarşı qoyur, onlara əks xüsusiyyətlər aid edir. Bəzi formalarda kişilərin üstünlüyünə, qadınların tabeliyinə haqq qazandırır, bu bərabərsizliyin təbii mənşəyini irəli sürür. Həmçinin müasir cəmiyyətlərdə qadınlara qarşı ayrı-seçkiliyin keçmişin problemi olduğu, gender bərabərsizliyi və ya qadınların öz hüquqlarını müdafiə etmək cəhdləri ilə bağlı məlumatlara mənfi reaksiyalar olduğu qənaəti də geniş yayılmışdır. "Seksizm" sözü ABŞ- da " ikinci dalğa " feminist hərəkatının üzvləri tərəfindən istifadəyə daxil edilmiş və onu " rasizm ", yəni irqçilik sözü ilə bənzətmə yolu ilə formalaşdırmışdılar.
Dekster
Dekster (ing. Dexter) — ABŞ cinayət-drama teleserialı. Serial 2006-cı ildən 2013-cü ilə qədər Showtime kanalında yayımlanmışdır. Serial Mayami polis şöbəsində qan ləkəsi üzrə kriminalistika eksperti kimi çalışan, eyni zamanda seriyalı qatil kimi gizli həyat sürən Dekster Morqandan (Maykl Si Holl) bəhs edir. Deksterin qurbanları yalnız ədalətdən yayınan qatillərdir. Serialın ilk mövsümü Ceff Lindzinin müəllifi olduğu "Deksterin qaranlıq yuxuları" adlı roman əsasında çəkilmişdir. Roman Ceyms Manos Cr. tərəfindən ekranlaşdırılıb. Serialın sonrakı mövsümləri Lindzinin kitablarına əsaslanmır. Serialda rol alan aktyorlar Maykl Si Holl və Con Litqou göstərdiyi performanslarına görə "Qızıl Qlobus" da daxil olmaqla bir sıra mükafatlara layiq görülmüşdür.
Dekster Qordon
Dekster Qordon (ing. Dexter Gordon, 27 fevral 1923[…], Los-Anceles, Kaliforniya – 25 aprel 1990[…] və ya 26 aprel 1990, Filadelfiya, ABŞ) tenor saksofon alətində hard bop janrının yaradıcılarından biri olan Amerikan caz saksofonçusu və aktyorudur. == Həyatı == Dekster Qordon 27 fevral 1923-cü ildə ABŞ Kaliforniya ştatında anadan olub. Atası, Dr. Frank Qordon, 1918-ci ildə Harvard Universitetinin Vaşinqton Tibb Məktəbini bitirib Los Ancelesə gələn ilk Afro Amerikalı həkimlərdən biri idi. Anası, Qvendolin Beyker, İspan-ABŞ müharibəsində İspan-ABŞ müharibəsində Şərəf medalı (ABŞ) ilə təltif olunmuş beş Afro amerikalıdan biri olan Edvard Li Beyker Jr qızıdır. Uşaqlıq yaşlarından musiqiyə həvəs göstərərək klarnet ifa etməyə başlayan Dekster 15 yaşında saksofona keçid edir.
Sekstant (bürc)
Sekstant (lat. Sextans) — ekvatorial bürc.
Sekstus Empirikus
Sekstus Emprikus (yun. Σέξτος Εμπειρικός, 160-210) —skeptisizmin Roma dövrünün ən tanınmış nümayəndəsi, bu məktəbin ənənələrinin davamçısı. İskəndəriyyə, Afina və Romada yaşamışdı. Sekstus Emprikus ixtisasca həkim idi. O, “Pirron müddəaları” (yun. Πυῤῥώνειοι ὑποτύπωσεις) və “Riyaziyyatçılara qarşı” (yun. Πρὸς μαθηματικούς) kimi bir neçə kitabın müəllifi idi. Bu kitablarda o şübhəçiliyin tarixi, əsasları və nəzəriyyəsini vermişdir. Sekstus Emprikus skeptik baxışlarını tibb elmi ilə əlaqələndirirdi. O həm də, skeptisizmi başqa fəlsəfi məktəblərin təlimlərindən ayırır, onlarla qarışmağa qarşı çıxırdı.
Sekstin Akvası
Sekstin Akvası (lat. Aquae Sextiae – "Sekstin suları") — e.ə. 122-ci ildə əsası qoyulmuş Fransanın Eks-en-Provans şəhərinin latınca adı. Roma konsulu Qay Sekstin Kalvin sallüvilərin məğlub ölkəsində bir Roma yaşayış məntəqəsi kimi və onun şərəfinə "Sallüvilərin Sekstin Akvası" (lat. Aquae Sextiae Salluviorum ) adlandırılmışdır. Bu, "Sallüvilərin Sekstin suları (bulaqları)" mənasını verir. Qəsəbə Massiliyadan (indiki Marsel) 26 km məsafədə yerləşirdi və Romaya gedən yolda forpost kimi xidmət edirdi. E.ə. 102-ci ilin yayında Sekstin Akvası yaxınlığında, Roma konsulu Qay Mari 30–40 min nəfərlik ordu ilə say azlığına baxmayaraq tevtonları məğlub etmiş və bununla da "barbarlar"ın Romaya hücumunun ilk dalğasını dəf etmişdir.
Aleksandra Ekster
Aleksandra Aleksandrovna Ekster (Александра Александровна Экстер) (6 yanvar 1882 - 17 mart 1949) - rus suprematist, kubist rəssam. == Həyatı == 6 yanvar 1882-ci ildə Rusiya imperiyasının Belostok şəhərində (indi Polşa ərazisi) varlı Belarus ailəsində anadan olub. Onun atası Aleksandr Qriqoroviç varlı Belarus iş adamı, anası isə yunan idi. Gənc Aleksandra dil, musiqi və özəl rəsm dərsləri aldı. Tezliklə valideynləri Kiyevə köçdü. O, Kiyev gimnaziyasında və Kiyev Rəssamlıq Məktəbində Aleksandr Boqomazov və Aleksandr Arxipenko ilə təhsil aldı. Onun müəllimləri arasında Mikola Pimonenko var idi. Aleksandra 1906-cı ildə Kiyev Rəssamlıq Məktəbini bitirmişdir. 1908-ci ildə Aleksandra Qriqoroviç əmisi oğlu Kiyev vəkili Nikolay Evqenieviç Ekster ilə evlənmişdir. 1908-1924-cü illərdə o fasilələrlə Kiyev, Sankt-Peterburq, Odessa, Paris, Roma və Moskvada yaşadı.
Litsini-Seksti
Litsini-Seksti qanunu — Qədim Romada plebsin patrisiatla mübarizəsi əsnasında qəbul olunan qanun. E.ə 444-cü ildə Qədim Romada konsulların əvəzinə konsul səlahiyətli tribun adlandırılan, sayları 3-dən 8-ə qədər olanların seçilməsi praktikası tətbiq olunmağa başladı. Bu maqistratura plebeylərə əlçatan idi. Cari ildə kimin, konsulların yoxsa tribunların seçilməsi məsələsini senat həll edirdi. Buna cavab olaraq e.ə 443-cü ildə konsulun səlahiyətində senz yaratmaq və icmanın tərkibinə nəzarət etmək səlahiyəti alındı və ancaq patrisilərdən seçilən yeni maqistratlara-senzorlara verildi. E.ə V əsrin ikinci yarısında zümrələrin mübarizəsi bir az səngiyir. Əsas səbəb qonşulara qarşı uğurlu hucumlar və bir sıra yeni koloniyanın çıxarılması idi ki, bu aqrar məsələni qismən həll etmək imkanı verdi. E.ə 406-cı ildə Veyyi şəhərinin böyük ərazisi işğal edildi, lakin 390-cı ildə Roma qalların hucumuna məruz qaldı. Qalların hucumu yeni böhran yaratdı, hansı ki, öz apoqeyinə e.ə 376-cı ildə çatanda, xalq tribunları Litsini və Seksti üç qanun layihəsi irəli sürdü: birincisi, bir əldə 500 yuqerdən (125 hektar) artıq torpaq saxlamaq qadağan edildi, bu içtimai torpağın daha çox balanslaşdırılmış paylanmasını təmin etməli idi; ikincisi, konsulyar hakimiyətli tribun təsisatı ləğv edilirdi, bunun əvəzində həmişə, biri plebey olmaqla, konsullar seçilməli idi. Bu qanunla patrisial-plebey aristokratiyası (nobilitet) əsaslı surətdə öz mövqelərini möhkəmləndirdi.
Dekster Sent-Luis
Dexter St. Luis (21 mart 1968 — 16 may 2019) — Trinidad və Tobaqonu təmsil edən stolüstü tennisçi. == Karyerası == Dexter St. Luis Trinidad və Tobaqonu 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 49-cu pillənin sahibi olub. Daha sonra Dexter St. Luis Trinidad və Tobaqonu 2008-ci ildə Pekin şəhərində baş tutan XXIX Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 65-ci pillənin sahibi olub.
Sekstin Akvası döyüşü
Sekstin Akvası döyüşü — e.ə. 102-ci ildə Qay Marinin rəhbərliyi altında olan Roma qüvvələri ilə nəhayət, tevtonlar və ambronlar arasında Sekstin Akvası kəndində baş tutmuş döyüş. "Barbarlar" Alp dağları üzərindən İtaliyaya irəliləməyə çalışarkən məğlub olmuşdular. Sağ qalan əsirlərin bəzilərinin Üçüncü Kölə müharibəsində üsyan edən qladiatorlar arasında olduqları bildirilmişdir.
Sekst Empirik
Sekstus Emprikus (yun. Σέξτος Εμπειρικός, 160-210) —skeptisizmin Roma dövrünün ən tanınmış nümayəndəsi, bu məktəbin ənənələrinin davamçısı. İskəndəriyyə, Afina və Romada yaşamışdı. Sekstus Emprikus ixtisasca həkim idi. O, “Pirron müddəaları” (yun. Πυῤῥώνειοι ὑποτύπωσεις) və “Riyaziyyatçılara qarşı” (yun. Πρὸς μαθηματικούς) kimi bir neçə kitabın müəllifi idi. Bu kitablarda o şübhəçiliyin tarixi, əsasları və nəzəriyyəsini vermişdir. Sekstus Emprikus skeptik baxışlarını tibb elmi ilə əlaqələndirirdi. O həm də, skeptisizmi başqa fəlsəfi məktəblərin təlimlərindən ayırır, onlarla qarışmağa qarşı çıxırdı.
Liçini-Seksti qanunu
Litsini-Seksti qanunu — Qədim Romada plebsin patrisiatla mübarizəsi əsnasında qəbul olunan qanun. E.ə 444-cü ildə Qədim Romada konsulların əvəzinə konsul səlahiyətli tribun adlandırılan, sayları 3-dən 8-ə qədər olanların seçilməsi praktikası tətbiq olunmağa başladı. Bu maqistratura plebeylərə əlçatan idi. Cari ildə kimin, konsulların yoxsa tribunların seçilməsi məsələsini senat həll edirdi. Buna cavab olaraq e.ə 443-cü ildə konsulun səlahiyətində senz yaratmaq və icmanın tərkibinə nəzarət etmək səlahiyəti alındı və ancaq patrisilərdən seçilən yeni maqistratlara-senzorlara verildi. E.ə V əsrin ikinci yarısında zümrələrin mübarizəsi bir az səngiyir. Əsas səbəb qonşulara qarşı uğurlu hucumlar və bir sıra yeni koloniyanın çıxarılması idi ki, bu aqrar məsələni qismən həll etmək imkanı verdi. E.ə 406-cı ildə Veyyi şəhərinin böyük ərazisi işğal edildi, lakin 390-cı ildə Roma qalların hucumuna məruz qaldı. Qalların hucumu yeni böhran yaratdı, hansı ki, öz apoqeyinə e.ə 376-cı ildə çatanda, xalq tribunları Litsini və Seksti üç qanun layihəsi irəli sürdü: birincisi, bir əldə 500 yuqerdən (125 hektar) artıq torpaq saxlamaq qadağan edildi, bu içtimai torpağın daha çox balanslaşdırılmış paylanmasını təmin etməli idi; ikincisi, konsulyar hakimiyətli tribun təsisatı ləğv edilirdi, bunun əvəzində həmişə, biri plebey olmaqla, konsullar seçilməli idi. Bu qanunla patrisial-plebey aristokratiyası (nobilitet) əsaslı surətdə öz mövqelərini möhkəmləndirdi.
Səksən
Səksən (həştad) — say sistemində saylardan biridir. Yetmiş doqquzdan sonra, səksən birdən əvvəl gəlir. Səksən ədədi — cüt ədəddir və eyni zamanda mürəkkəb ədəddir. Belə ki, 1, 2, 4, 5, 8, 10, 16, 20, 40 və 80 ədədlərinə qalıqsız bölünür.
Səkinət Abasova
Səksən altı
Səksən altı — say sistemində ədədlərdən biridir. Səksən beşdən sonra, səksən yeddidən əvvəl gəlir. Səksən altı ədədi — cüt ədəddir və eyni zamanda mürəkkəb ədəddir.
Səksən beş
Səksən beş — say sistemində ədədlərdən biridir. Səksən dörddən sonra, səksən altıdən əvvəl gəlir. Səksən beş ədədi —tək ədəddir və eyni zamanda mürəkkəb ədəddir.
Səksən bir
Səksən bir — say sistemində ədədlərdən biridir. Səksəndən sonra, səksən ikidən əvvəl gəlir. Səksən bir ədədi —tək ədəddir və eyni zamanda mürəkkəb ədəddir.
Səksən doqquz
Səksən doqquz — say sistemində ədədlərdən biridir. Səksən səkkizdən sonra, doxsandan əvvəl gəlir. Səksən doqquz ədədi —tək ədəddir və eyni zamanda sadə ədəddir.
Səksən dörd
Səksən dörd — say sistemində ədədlərdən biridir. Səksən üçdən sonra, Səksən beşdən əvvəl gəlir. Səksən dörd ədədi — cüt ədəddir və eyni zamanda mürəkkəb ədəddir. Belə ki, 1, 2, 3, 4, 6, 7, 12, 14, 21, 28, 42 və 84 ədədlərinə qalıqsız bölünür.
Səksən iki
Səksən iki — say sistemində ədədlərdən biridir. Səksən birdən sonra, səksən üçdən əvvəl gəlir. Səksən iki ədədi — cüt ədəddir və eyni zamanda mürəkkəb ədəddir.
Səksən səkkiz
Səksən səkkiz — say sistemində ədədlərdən biridir. Səksən yeddidən sonra, səksən doqquzdan əvvəl gəlir. Səksən səkkiz ədədi — cüt ədəddir və eyni zamanda mürəkkəb ədəddir. Belə ki, 1, 2, 4, 8, 11, 22, 44 və 88 ədədlərinə tam bölünür.
Səksən yeddi
Səksən yeddi — say sistemində ədədlərdən biridir. Səksən altıdan sonra, səksən səkkizdən əvvəl gəlir. Səksən yeddi ədədi —tək ədəddir və eyni zamanda mürəkkəb ədəddir. Belə ki, 1, 3, 29 və 87 ədədlərinə qalıqsız bölünür.
Səksən üç
Səksən üç — say sistemində ədədlərdən biridir. Səksən ikidən sonra, Səksən dörddən əvvəl gəlir. Səksən üç ədədi — tək ədəddir və eyni zamanda sadə ədəddir.
Seksdən daha yaxşı (tort)
Seksdən daha yaxşı (ing. Better than sex cake) — ananas tərkibli süngər kekindən, qatlı vanil kremindən və kokos səpilmiş şəkərli kremdən ibarət ABŞ tortu. Şokoladlı tort qarışığı, karamel içliyi və əzilmiş iris istifadə edən versiyalar da oxşar adlarla tanınır. Süngər keki tez-tez hazır qarışıqdan yoğrulur. Tort adətən bir qızartma qabda bişirilir. Tortun nəmli mərkəzi adətən tort təbəqəsini çəngəllə bir neçə dəfə deşib, sonradan deşikləri ananas suyu və ya şərbətlə doldurmaqla yaradılır. Sonra tort soyudulur və soyuq formada yeyilir. 1990-cı ilə qədər bir neçə versiya mövcud idi. Əsas tort resepti tortu hazırlayan şəxsin zövqündən asılı olaraq dəyişdirilmişdir və alternativ dəyişikliklərə şokolad, banan və ya konfet daxildir. Kanzasda yaradılmış 1998-ci il versiyasında şokoladlı keks qarışığı, qatılaşdırılmış süd, karamelli dondurma və xırdalanmış iris istifadə olunurdu.