Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Semeni
Sement
Sement (lat. caementum – ovulmuş daş) və ya ağ sement — süni qeyri-orqanik bərkidici tikinti materialı. Əsas inşaat materiallarından biri. Su, su məhlulları və başqa maye ilə qarışdırıldıqda, tədricən bərkiyib daşa dönən elastik kütlə əmələ gətirir. Əsasən beton istehsalı və tikinti məhlullarında istifadə olunur. Sementin xüsusiyətlərindən biri rutubətdə daha da bərkiməsidir. Bu onu prinsipial olaraq başqa, ancaq havada bərkiyən mineral bərkidici maddələrdən (gips, əhəng) fərqləndirir.
Semantik veb
Semantik veb və ya Veb 3.0 — Ümumdünya Hörümçək Toru Konsorsiumu (W3C) tərəfindən müəyyən edilmiş standartlar vasitəsilə Ümumdünya hörümçək torunun genişlənməsidir. Semantik vebin məqsədi internet məlumatlarını maşın tərəfindən oxunabilən etməkdir. Semantikanın verilənlərlə kodlaşdırılmasını təmin etmək üçün Resurs Təsvir Çərçivəsi (ing. Resource Description Framework; RDF) və Veb Ontologiya Dili (ing. Web Ontology Language) kimi texnologiyalardan istifadə olunur. Bu texnologiyalar metaməlumatı formal şəkildə təmsil etmək üçün istifadə olunur. Məsələn, ontologiya anlayışları, varlıqlar arasındakı əlaqələri və əşyaların kateqoriyalarını təsvir edir. Bu daxil edilmiş semantika verilənlər üzərində əsaslandırma və müxtəlifnövlü məlumat mənbələri ilə işləmək kimi əhəmiyyətli üstünlüklər də təklif edir. Bu standartlar internetdə, əsasən RDF-də olduğu kimi ümumi məlumat formatlarını və mübadilə protokollarını təşviq edir. W3C-yə görə, "Semantik veb məlumatların proqram, şirkət və cəmiyyət sərhədləri arasında paylaşılmasına və təkrar istifadə edilməsinə imkan verən ümumi bir çərçivəni təmin edir." Buna görə də Semantik veb müxtəlif məzmun və məlumat tətbiqləri arasında birləşdirici kimi qiymətləndirilir.
Semenkin (Auırqazı)
Semenkin (başq. Семёнкин, rus. Семёнкино) — Başqırdıstan Respublikasının Avurğazı rayonunda yerləşən kənd. Kənd Semenkin kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Talbazı): 27 km, ən yaxın dəmiryol stansiyasından (Sterlitamak stansiyası): 28 km. == Əhali == === Tanınmış şəxsləri === Minibay Zeynetdinoviç Sattarov — Salavatnefteorgsintez İstehsalat Birliyinin (1979–1980) zavod direktor müavini, Sosialist Qəhrəmanı. Gülsüm Zeynullovna Askarova — kolxozçu, SSRİ X çağırışının Ali Sovetinin deputatı.
Semenkin (Avurğazı)
Semenkin (başq. Семёнкин, rus. Семёнкино) — Başqırdıstan Respublikasının Avurğazı rayonunda yerləşən kənd. Kənd Semenkin kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Talbazı): 27 km, ən yaxın dəmiryol stansiyasından (Sterlitamak stansiyası): 28 km. == Əhali == === Tanınmış şəxsləri === Minibay Zeynetdinoviç Sattarov — Salavatnefteorgsintez İstehsalat Birliyinin (1979–1980) zavod direktor müavini, Sosialist Qəhrəmanı. Gülsüm Zeynullovna Askarova — kolxozçu, SSRİ X çağırışının Ali Sovetinin deputatı.
Semantik viki
Semantik viki — səhifələrində təsvir olunan biliklərin əsas modelinə malik olan viki. Adi və ya sintaktik vikilərdə strukturlaşdırılmış mətn və tipsiz hiperlinklər var. Semantik vikilər semantik sorğular vasitəsilə verilənlər bazası kimi sorğulana və ya ixrac edilə bilən yollarla səhifələr daxilindəki məlumatlar və səhifələr arasındakı əlaqələr haqqında məlumatları tutmaq və ya müəyyən etmək imkanı verir. Semantik vikilər ilk dəfə 2000-ci illərin əvvəllərində təklif edilmiş və 2005-ci ildə ciddi şəkildə tətbiq olunmağa başlamışdır. 2021-ci ildən etibarən tanınmış semantik viki mühərrikləri "Semantic MediaWiki" və "Wikibase"dir. == Tarixi == "Semantik viki" termininin məlum olan ilk istifadəsi 2001-ci ilin yanvarında Endi Dinqli tərəfindən dərc edilmiş "Usenet" postu idi. Texniki bir məqalədə məlum olan ilk təsviri avstriyalı tədqiqatçı Leo Sauermann tərəfindən 2003-cü ildə çap edilən bir məqalədə olmuşdur. Mövcud semantik viki proqramlarının bir çoxu 2000-ci illərin ortalarında başlamışdır, o cümlədən "ArtificialMemory" (2004), "Semantic MediaWiki" (2005), "Freebase" (2005) və "OntoWiki" (2006). 2006-cı ilin iyun ayında Monteneqroda Avropa Semantik Veb Konfransı ilə birlikdə semantik vikilərə həsr olunmuş ilk görüş – "SemWiki" seminarı keçirilmişdir. Bu seminar 2010-cu ilə qədər hər il davam edirdi.
Filadelfiya Seventi Siksers
Filadelfiya Seventi Siksers — NBA-də Şərq Konfransında, Atlantik qrupunda yer alan Filadelfiya, Kaliforniyanı təmsil edən basketbol klubu.
Semenik Milli Parkı
Semenik Milli Parkı - Karaşul dərəsi (rum. Parcul Naţional Semenic-Cheile Caraşului) - Rumıniyanın cənub-qərbində qorunan ərazi - milli park. Park ölkənin Karaş-Severin judetsində yerləşir. Beynəlxalq Təbiətin və Təbii Sərvətlərin Mühafizəsi Birliyinin II kateqoriyasın daxildir. == Ümumi məlumat == Milli park Anina və Semeniç dağlarında yerləşir. Hər iki dağ Banat silsiləsinə daxildir. Sahəsi 36,214 hektardır. Ərazi tipik karst və meşə landşaftına malikdir. Bəzi ağacların yaşı 300-dən çoxdur. Avropanın qədim meşə sahələrindən birdir.
Qaradağ Sement Zavodu
Qaradağ Sement Zavodu — Azərbaycanda Qaradağ rayonunda yerləşən əsasən sement istehsal edən böyük zavoddur. Zavodun tikintisinə SSRİ Nazirlər Sovetinin qərarı ilə 1949-cu ildə başlanıb və zavod tezliklə iki fırlanan soba ilə istifadəyə verilib. Keçmiş Sovet İttifaqı ərazisində kütləvi şəkildə aparılan tikinti işlərinin sementlə təmin olunmasında Qaradağ Sement Zavodunun əvəzedilməz rolu olub. Sovet İttifaqında sementə olan tələbatın artması nəticəsində 1957–1964-cü illərdə daha 3 fırlanan soba istifadəyə verilib ki, bu da istehsal həcminin əhəmiyyətli artımına səbəb olub. (1996-2000)-ci illərdə zavodun rəhbəri Ağamməd Zalov olmuşdur. İstehsal gücünə görə Qafqaz ölkələri arasında ən iri müəssisə hesab olunan Qaradağ Sement Zavodu sovet ölkələri arasında tamponaj sementin istehsal olunduğu ilk müəssisədir. Zavodda yüksək ixtisaslı mütəxəssislərin işlə təmin olunması nəticəsində yetmişinci illərdə istehsal həcmi 1.500.000 tona olmuşdur, lakin Sovet İttifaqının dağılması zavodun istehsal prosesinə ciddi mənfi zərər vurdu. Minimal istehsal zavodun İsveçrənin Holsim şirkəti tərəfindən özəlləşdirilməsinə qədər davam etdi. 1999-cu ildə Qaradağ Sement Zavodu özəlləşdirildi və zavodun adı dəyişdirilərək "Qaradağ Sement" ASC elan olundu. Sentyabr ayının 25-də isə müəssisənin səhmlərinin əksər hissəsi Holsim şirkəti tərəfindən satın alındı.
Qazax Sement Zavodu
Qazax Sement Zavodu — Azərbaycanın iri sement istehsalçılarından biri kimi ildə 1.5 milyon ton sement istehsal edir və Azərbaycanın Qərb regionunda reallaşmış ən böyük investisiya layihəsidir. 05 İyul 2013-cü ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə Qazax Sement Zavodunun rəsmi açılışı olmuşdur və zavod sement və klinker istehsalına başlamışdır. 2015-ci ildə Qazax Sement Zavodu Azərbaycanda ilk zavod olaraq Gürcüstan Respublikasına sement və klinkerin ixracını həyata keçirmişdir. Qazax Sement Zavodu MMC Qazax rayonu, Daş Salahlı kəndi, Avey dağının ətəyində, əhəng daşı yataqlarının yaxınlığında yerləşir. Zavod Gürcüstan Respublikası sərhəddi ilə 30 km məsafədə, Ermənistanla 8 km məsafədə yerləşir. Qalaq və kisə şəklində müxtəlif sement məhsulları istehsal etməklə yanaşı, zavodun Respublikanın regionlarında 8 beton zavodu və qum-çınqıl karxanaları da fəaliyyət göstərir. Beton zavodlar mövcud standartların tələblərinə uyğun kalibrlənmiş, şəhadətnamə ilə təmin edilmişdir. Sement Zavodu və regionlarda fəaliyyət göstərən beton zavodlar və qum-çınqıl karxanaları da nəzərə alınmaqla şirkətdə 700 –dən çox əməkdaş çalışır. Zavodda yerli mütəxəssislərlə yanaşı, istehsal, keyfiyyətə nəzarət və digər sahələrdə Almaniyadan dəvət olunmuş mütəxəssislər də çalışır.Zavodun istehsal etdiyi sement məhsulları aşağıdakılardır. 1) Mastersem (CEMII/B-P32.5R) Tətbiq sahələri: Fərdi bina və digər tikililərin beton konstruksiyaları Binaların xarici suvağı Beton səkilər, meydançalar və döşəməaltı qatlar Kərpic arakəsmələrin hörgüsü Kiçik ölçülü beton məmulatlar 2) Unisem (CEMII/B-M(P-L)32.5 R) Tətbiq sahələri: Daş və kərpic divar hörgüsü Daxili suvaq işləri 3) Betonsem (CEMII/A-P 42.5R) Tətbiq sahələri: Yüksək möhkəmliyə malik betonlar (B25 — B40) Çoxmərtəbəli evlərin dəmir-beton konstruksiyaları Hər növ beton məmulatları 4) Sulfasem (PPS400) Tətbiq sahələri: Şoran torpaqlarda yeraltı konstruksiyalar– hörgü və beton Təbii (qrunt, dəniz, göl) suların birbaşa təsirinə məruz qalan konstruksiyalar Beton su hovuzları, quyu və kanalizasiya sistemləri == Fəaliyyət == Zavod istehsal prosesini və daşımaları təmin edəcək geniş infrastruktur və uzunmüddətli xammal ehtiyatları ilə təmin edilmişdir.
Tovuz Sement Zavodu
Tauz Sement Zavodu Cəmiyyəti — SSRİ şirkəti. Tam adı Portland sement və digər tikinti materiallarının istehsalı üzrə "Tauz" səhmdar cəmiyyətidir. Şirkətin baş ofisi Sankt-Peterburqda yerləşirdi. == Tarixi == Müasir Azərbaycanın hüdudlarından xeyli kənarda tanınan, respublikanın şimal-qərbində, Bakıdan təxminən 430 km aralıda yerləşən Tauz (indiki Tovuz) Rayonunda rəngli sement istehsal edilirdi. 1912-ci ildə əsası qoyulmuşdur. Bəzi məlumatlara görə, layihə gücü ildə 4 min tona qədər sement olan zavodun tikintisi ilə Almaniyanın "Siemens" səhmdar cəmiyyəti məşğul olub . Əsas kapitalı 600 min rubl olan Tauz Zavodu Şirkətinin nizamnaməsi nominal dəyəri 100 rubl olan 6 min səhmə bölündü. hər biri 29 mart 1913-cü ildə ən yüksək səviyyədə təsdiq edilmişdir. Sement istehsalı müəssisəsinin tikintisi üçün yer təsadüfi seçilməmişdir - Tovuz rayonunun torpaqları Üst Təbaşir dövrünə aid olan əhəngdaşları ilə zəngindir (senoman əhəngdaşı-mergel təbəqələri adlanır), bu da öz növbəsində əla xammaldır. sement sənayesi üçün material.
İnternet şəbəkəsinin milli seqmenti
Səməni
Səməni — hər il mart ayında Novruz Bayramı ərəfəsində Şərq ölkələrində və Azərbaycanda taxıl buğdasından qablarda göyərdilən etnoqrafik element. Almanlar səmənini pasxa bayramına cücərdir, adına isə "Ostergras" deyirlər. Həyat və bolluq rəmzi, baharın ilk müjdəçilərindən hesab olunur. Səməni ilk çərşənbə axşamına yaxın vaxtda göyərdilir və Novruz bayramından sonra da evlərdə, iş yerlərində və ictimai yerlərdə görünən yerlərə qoyulur. == Tərif və məna == Səməni əsasən toxumluq buğdadan qoyulmalıdır. Sini qablarda göyərdilən səməni həm də yazda səpiləcək toxumun keyfiyyətini yoxlamağa imkan verir. Əgər səməni yaxşı cücərib boy atsa, bu həmin toxumdan bol məhsul alınacağından xəbər verir. Bəzən suda isladılmış başqa toxumlardan da səməni qoyurlar. Bayram süfrəsi nemətləri arasında səməni mütləq olmalıdır. Səməni yalnız evdə hazırlanmalıdır.
Səməni (rəqs)
"Səməni" — Azərbaycanın milli rəqsi. "Səməni" ən qədim rəqslərdən biridir, daha doğrusu, rəqsdən daha çox baharın gəlməsinə həsr edilmiş ənənəvi şənlikdir. "Səməni"ni yalnız qadınlar və qızlar oynayırlar. Söz mətni ilə muşayiət olunur. "Səməni" rəqsi Azərbaycanın hər yerində oynanılır.
Səməni halvası
Səməni halvası — şirniyyat növü. Novruzla bağlı elə şirniyyatlar var ki, hazırlanması çətin olduğundan çox az adam onu bişirməyə həvəs göstərir. Onlardan biri də xalq arasında səməni halvası kimi tanınan şirniyyat növüdür. == Faydası == Səməni halvasına bəzən suhan halvası və ya İsfahan halvası da deyirlər. Səməni halvasını başqa şirniyyatlardan fərqləndirən xüsusiyyətlərdən biri onun demək olar ki, ekoloji cəhətdən tam təmiz olmasında, yalnız təbii məhsullardan hazırlanmasındadır. Dietoloqlar müasir istehsalın insan orqanizminə vurduğu ziyanı təsdiqləməyə məcburdurlar. Səməni halvası öz faydalı keyfiyyətinə görə Azərbaycan mətbəxinin bir sıra şirniyyatlarını geridə qoyur. Uşağa süd verən analara məhz səməni halvasını məsləhət görürlər, çünki tərkibindəki ədviyyələr belə qadının südünü artırır. Novruzda bişirilən səməni halvası "jenşen"dən də faydalıdır, yaxşı bişirilmiş səməni halvası qan dövranını, insanın əhval-ruhiyyəsini yaxşılaşdırır. == Hazırlanma texnologiyası == Səməni və ya İsfahan halvasının maraqlı bişirilmə texnologiyası var.
Səməni rəqsi
"Səməni" — Azərbaycanın milli rəqsi. "Səməni" ən qədim rəqslərdən biridir, daha doğrusu, rəqsdən daha çox baharın gəlməsinə həsr edilmiş ənənəvi şənlikdir. "Səməni"ni yalnız qadınlar və qızlar oynayırlar. Söz mətni ilə muşayiət olunur. "Səməni" rəqsi Azərbaycanın hər yerində oynanılır.