Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Sünnülər
Sünnilik (ərəbcə أهل السنة والجماعة — Əhl əs-Sünnə və əl-Cəmaat və ya qısa olaraq أهل السنة — Əhl əs-Sünnət) — İslamda ən böyük məzhəb və ya əqidə. Dünyada İslam dininə etiqad edənlərin 85-90%-ni sünni məzhəbinin nümayəndələri təşkil edir. Sünnə sözü ərəbcədən tərcümədə "yol" mənasına gəlir. Sünnilər bu adla Həzrəti Məhəmməd peyğəmbərin ﷺ yoluna sadiq olduqlarını bildirirlər. Sünniliyin 3 etiqadı, 4 fiqh məzhəbi var: Əşariyyə, Matüridiyyə və Əsəriyyə etiqadı, Hənəfi, Maliki, Şafii və Hənbəli isə fiqhi məzhəblərdir.
Sənubər
Yasəmən (lat. Syringa) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin zeytunkimilər fəsiləsinə aid bitki cinsi. Bura Cənub-Şərqi Avropada (Macarıstan, Balkanlar) və Asiyada yabanı halda bitən 10 növ daxildir. Ətirli çiçəkləri olan bu sarmaşıq kolu yabanı vəziyyətdə Lənkəran dağlarında rast gəlinir. Məhəmməd Mömin göstərir ki, bü gülü iyləmək başağrılarında, beynini möhkəmlətməkdə kömək edir. Yasəmənin cövhərini xaricdən istifadə edərkən baş ağrılarına kömək edir. Ətirli çiçəkləri olan yasəmənin sarmaşıq kolu yabanı vəziyyətdə Lənkəran dağlarında rast gəlinir. Yasəmən gülünü iyləmək başağrılarında, beynini möhkəmlətməkdə kömək edir. Yasəmən güllərinin kompresi dəri çillərini təmizləyir və üzü qızardır. Xaricdən istifadə edilən yasəmən yarpaqlarından məlhəm ereksiyanı gücləndirir.
Sənubər Abdullayeva
Sənubər Abdullayeva (tam adı:Sənubər Əlövsət qızı Abdullayeva; 20 may 1951, Şamaxı) — Azərbaycan dilçisi, filologiya elmləri doktoru, professor. Sənubər Abddullayeva 1951-ci il mayın 20-də Azərbaycan Respublikasının Şamaxı şəhərində anadan olmuşdur. 1957-1968-ci illərdə Bakıdakı 7 saylı orta məktəbdə oxumuş və həmin məktəbi gümüş medalla bitirmişdir. 1968-1973-cü illərdə S.M.Kirov alına Azərbaycan Dövlət Universitetində (indiki Bakı Dövlət Universiteti) Şərqşünaslıq fakültəsinin Fars filologiyası şöbəsində təhsil almış, filoloq-tərcüməçi, fars və Azərbaycan dili müəllimi ixtisasına yiyələnmişdir . Ailəlidir, üç övlad anasıdır. Azərbaycanın görkəmli dilçi alimi, professor Əlövsət Abdullayevin qızıdır. Azərbaycan EA-nın Nəsimi adına Dilçilik İnstitutunun Müasir Azərbaycan dili şöbəsinin aspirantı (1973-1977) olmuşdur. 1979-cu ildə «Müasir Azərbaycan dilində adverbiallaşma» mövzusunda dissertasiya müdafiə edərək filologiya elmləri namizədi adını almışdır. Azərbaycan EA-nın Nəsimi adına Dilçilik İnstitutunun doktorantı (1990-1993) olmuşdur. 2007-ci ildə «Azərbaycan nağıl və dastanlarının dili» mövzusunda dissertasiya müdafiə edərək filologiya elmləri doktoru elmi adına layiq görülmüşdür.
Sənubər Eyyubova
Sənubər Eyyubova — Quba Qızlar Seminariyasının direktoru, Stalin repressiyalarının qurbanı, BDU-nin prorektoru. 1905-ci ildə Qazax bölgəsinin Dağ Kəsəmən kəndində anadan olub. 1920-ci ildə ali təhsil almaq üçün Bakıya gəlir və 1924-cü ildə Sənubər daha 16 nəfər gənc qızla birlikdə Azərbaycan Ali Pedaqoji Qadın İnstitutunu bitirir. İnstitutu bitirdikdən sonra onu təyinatla Qubaya göndərirlər. Sənubər Əyyubova burada dörd il Quba Qızlar Seminariyasına rəhbərlik edir. Seminariyanı bitirən qızlar ölkənin müxtəlif yerlərinə müəllim işləməyə göndərilirdilər. Sənubər xanımın səyi ilə Qubada qadınlar klubu da açılır. Ailə qurduqdan sonra həyat yoldaşı ilə birlikdı Bakıya gəlir. Burada isə maarif komissarlığında şöbə müdiri olur. 1935-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun tarix-coğrafiya fakültəsinin dekanı təyin edilir.
Sənubər Kərimova
Sənubər Kərimova (13 yanvar 1935, Naxçıvan MSSR) — Naxçıvan MSSR Ali Sovetinin 10–11-ci çağırış deputat, NMR Sosial Təminat naziri. Kərimova Sənubər Ağa qızı doğum tarixi 13.01.1935 Naxçıvan şəhəri. 1959-cu ildə Azərbaycan Dövlət Universiteti (indiki BDU) filologiya fakültəsinin jurnalistika şöbəsini bitirmişdir. 1965–1975 illərdə "Şərq qapısı" qəzetində şöbə müdiri. 1975–1976 illərdə redaktor müavini və 1976–1985 illərdə redaktor. 1976–1985 illərdə Azərbaycan Jurnalistlər Birliyinin katibi və Naxçıvan vilayət təşkilatının sədri olmuşdur. 1980-ci ildən etibarən "Şərq qapısı" qəzetinin bazasında yaradılan böyük formatlı, gündəlik rus və Azərbaycan dillərində nəşr edilən "Sovet Naxçıvanı" – "Советская Нахичевань" qəzetlərinin baş redaktoru olmuşdur. 1985–1993 S. Kərimova Naxçıvan MSSR Sosial Təminat naziri, həmin nazirlik ləğv olunduqdan sonra isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində nazirin birinci müavini vəzifəsini daşımışdır. 1993–2000 illərdə Naxçıvan Muxtar Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin birinci müavini vəzifəsində çalışmışdır. 1975–1990 illərdə Naxçıvan Muxtar Respublikası qadınlar şurasının sədri olmuşdur.
Sənubər İsgəndərli
Sənubər Sabir qızı İsgəndərli (25 oktyabr 1960, Bakı) — Azərbaycan teatr və kino aktrisası, müğənni, Azərbaycan Respublikasının əməkdar artisti (2002), Prezident mükafatçısı. Sənubər Sabir qızı İsgəndərova 25 oktyabr 1960-cı ildə Bakı şəhərində anadan olub. 1990-cı ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun mədəni-maarif fakültəsini bitirib.Bir qızı,iki nəvəsi var. Sənubər İsgəndərova 1989-cu ildə Dövlət Gənclər Teatrının truppasına daxil olaraq Həlimə xanım ("Qətl günü" Y. Səmədoğlu), Tamara ("Dadaşbala əməliyyatı" R. Əlizadə), Leyli ("Leyli və Məcnun" M. Füzuli), Fərizə ("Şəhidlər" R. Səməndər), Bahar ("Kimdir müqəssir" Ə.Haqverdiyev), Tomris ("Yeddi məhbusə" Ə. Əmirli), Müğəni qız ("Laləli düzən" R. Əlizadə), Qonaq ("Qurbanəli bəy" C. Məmmədquluzadə), Yelena ("Yay gecəsində yuxu")V.Şekspir,Qız(S.Stratiyev "Çarəsiz sərnişinlər")Aqrippina(Xubai"Neron oynayır")tamaşası və s. rollarını oynayıb. 1997-ci ildən Azərbaycan Akademik Milli Dram Teatrında çalışan aktrisa teatrın səhnəsində Siyan Şi ("Özümüzü kəsən qılınc" B.Vahabzadə), İcraçı ("Şah Edip" Sofokl), Burla Xatun ("Burla xatun" N.Xəzri), Nisə xanım ("Lənkəran xanının vəziri" M.F.Axundov), Ulduz ("Ulduz, yaxud Ədirnə fəthi" C.Cabbarlı), Aysel ("Cəzasız günah" B.Vahabzadə), Gertruda ("Hamlet" V.Şekspir), Firəngiz və Fransuaza ("Brüsseldən məktublar" H.Həsənov),Molli ("Siçan tələsi" A.Kristi), Sərvinaz bəyim ("Ölüləri qəbiristanlıqda basdırın" İ.Şıxlı),Nora ("Oyuncaq ev" H.İbsen), Falçı ("Mesenat" Ə.Əmirli), Klara Veşer ("Yaşli xanimin gəlişi", F.Durrenmatt), məşuqə ("Generalın son əmri", Vaqif Səmədoğlu), Qadın ("21-15 qatari" T.Orbay) Sveta("Sinif yoldaşları"Y.Polyakov)LalByuz(C.Məmmədquluzade "Dəli yığıncağı"), Həcər ("Dantenin yubileyi" Anar) rollarını oynayıb. Sənubər İsgəndərova "Şöhrət və ya unudulan adam" (Qadın), "Qurbanəli bəy" (Xanım), "Yaşıl eynəkli adam" (Jalə), "Şirin çay"(Aktrisa),"Bəyaz gecələr" (Nastya), "Qu quşunun məhəbbəti" (Gülər)"Fatehlərin divani"(OlcayTürkan Xatun) teletamaşalarına və "Kişi sözü" (Solmaz), "Şahid qız" (Rəna), "Fəryad" (İsmayılın arvadı), "Təsədüfi görüş" (Tamara xanım), "Leyli və Məcnun"( Leylinin anası),"Hökmdarın Taleyi" (Tubu xatun) filmlərinə çəkilib. Xəzər TV-də yayımlanan "Qayınana" serialında Afət xanım, "Ataocağı" serialında Zəminə rolunu ifa etmişdir. 2002-ci ildə Azərbaycan Respublikasının Əməkdar Artisti fəxri adına layiq görülmüşdür. 9 may 2012-ci ildə, 10 may 2019-cu ildə, 7 may 2020-ci ildə, 7 may 2021-ci ildə, 6 may 2023-cü ildə və 9 may 2024-cü ildə Prezident Mükafatına layiq görülmüşdür.
Sənubər İsgəndərova

Şenvyer-le-Luvr
Şenvyer-le-Luvr (fr. Chennevières-lès-Louvres) — Fransada bələdiyyə, region — İl-de-Frans, departament — Val-d'Uaz, rayon — Sarsel, kanton — Qoness. Əhalisi — 218 nəfər (1999). Bələdiyyə Paris şəhərinin təxminən 26 km şimal-şərqində, Serji bələdiyyəsinin 36 km şərqində yerləşir.