Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Sədiyar Rəhimov
Rəhimov Sədiyar Soltan oğlu — Sədiyar Rəhimov 25 mart 1958-ci ildə İsmayıllı rayonu, Qalacıq kəndində anadan olmuşdur. 1971-ci ildə Qalacıq kənd orta məktəbinin 8-ci sinifini qurtarıb, Bakı şəhərində 1saylı fizika-riyaziyyat təmayüllü orta məktəbinə daxil olmuşdur. 1974-cü ildə həmin məktəbi bitirərək Azərbaycan Dövlət Universitetinin Fizika fakültəsinə daxil olmuşdur. 1977-1979-cu illərdə ordu sıralarında xidmət etmişdir. 1975-ci ildən AMEA-nın Fizika İnstitutunda işləyir. 1982-ci ildə BDU-nin Fizika fakultəsini bitirmiş, 1985-ci ildə Fizika İnstitutunun qiyabi aspiranturasına daxil olmuş və 1988-ci ildə oranı bitirmişdir. 1990-cı ildə “Ag-Sb-Te sistemində kinetik hadisələr” mövzusunda namizədlik dissertasiyasını, 2010-cu ildə isə “Yuxarıtemperaturlu ifratkeçirici Y-Ba-Cu-O, Bi-Sr-Ca-Cu-O sistemlərində elektrik yüklərinin və istiliyin daşınması hadisələri” mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir. 1993-2003-cü illərdə böyük elmi işçi, 2003-cü ildən isə aparıcı elmi işçi, 2016-cı ildən laboratoriya rəhbəri və Fizika İnstitutunun İnnovasiya sektorunun rəhbəri vəzifəsində çalışır. Ag-Sb-Te sistemində kinetik hadisələr tədqiq edilmiş və alınan nəticələr ilk dəfə olaraq ikifazalı mühüt nəzəriyyəsi əsasında izah edilmişdir. 5000C temperaturunda kəskin soyudulmuş AgSbTe2 və Ag19Sb29Te52 tərkiblərinin yüksək həssas termoelektrik materialı kimı istifadə edilməsi tövsiyə edilmişdir.
Şeviyar (Fransa)
Şeviyar (fr. Chevillard) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Breno kantonuna daxildir. Kommunanın dairəsi — Nantyua. INSEE kodu — 01101. Kommuna Paris şəhərinin 420 km cənub-şərqində, Lion şəhərindən 60 km şərqdə yerləşir və Burk-an-Bres şəhərindən 55 km cənub-şərqdə yerləşir. 2010-ci ildə əhalinin sayı 162 nəfər təşkil edirdi.
Sənin sevdiyin musiqi
Sənin sevdiyin musiqi — 2019-cu ildə "Azərbaycanfilm" kinostudiyasında çəkilmiş qısametrajlı bədii film. 25 iyun 2019-cu ildə Nizami Kino Mərkəzində “Azərbaycan mədəniyyəti ekranda” adlı kino proqramı çərçivəsində “Gənclərin qısa filmləri” axşamı təşkil olunmuşdur. Tədbirdə gənc rejissorların son illərdə dövlət sifarişi ilə çəkdikləri və beynəlxalq festivallarda uğur qazanmış dörd filmi nümayiş etdirilmişdir. Bu filmlər arasında rejissor Ceyhun Türksoyun "Azərbaycanfilm" kinostudiyasında ekranlaşdırılmış “Sənin sevdiyin musiqi” yer almışdır.
Sevdiyim insan (film)
Sevdiyim insan (ing. The One I Love) — Çarli Makdauellin rejissorluğu və Castin Laderin ssenarisi ilə çəkilmiş ABŞ filmi. Baş rollarda Mark Düplass və Elizabet Moss çəkilib. Filmin premyerası 21 yanvar 2014-cü ildə Sandens Film Festivalında baş tutub. İtan və Sofi bitmək üzrə olan evliliklərini xilas etmək üçün terapevtlərinin təklifi ilə həftə sonu kiçik tətilə çıxırlar. Onlar dincəldikləri bu evdə təsəvvür belə etməyəcəkləri şeylə qarşılaşırlar. Mark Düplass — İtan Elizabet Moss — Sofi Ted Denson — terapist Mary Steenburgen — Ana (səs) Çarli Makdauell — Medison (səs) Mel Eslyn — Viktoria (səs) Sevdiyim insan — Internet Movie Database saytında. Sevdiyim insan (film) Rotten Tomatoes saytında (ing.) The AFI Interview: The One I Love's Charlie McDowell and Justin Lader Patches, Matt. "Sundance Preview: Mark Duplass Is Both Mentor and Star on Set of The One I Love". The Hollywood Reporter.
Şəhriyar
Məhəmmədhüseyn Şəhriyar (tam adı: Seyid Məhəmmədhüseyn Behcəti Təbrizi) (1906, Təbriz – 18 sentyabr 1988, Tehran) — daha çox Şəhriyar təxəllüsü ilə tanınan və milliyətcə Azərbaycan türkü olan şair. Məhəmmədhüseyn Şəhriyar 1906-cı ildə Təbriz şəhərinin Bağmeşə bölgəsində, o zamanın tanınmış hüquqşünaslarından Hacı Mirağa Xoşginabinin ailəsində dünyaya gəlmişdir. O, ilk təhsilini kənd məktəbində Molla İbrahim adlı bir axund və Molla Ağa Məhəmməd Bağırdan almışdır. Molla İbrahimə qədər ona yazıb-oxumağı dövrün tanınmış ziyalısı Hacı Mirağa öyrətmişdir. O, ailəsi ilə birlikdə Təbrizə qayıtdıqdan sonra təhsilini "Füyuzat" və "Müttəhidə" mədrəsələrində davam etdirmiş, orta təhsilini bitirdikdən sonra 1924-cü ildə Tehrana gəlmiş və tibb fakültəsinə daxil olmuşdur. O, Sürəyya adlı bir qıza aşiq olmuş və bu məhəbbəti ilə əlaqədar onun başı bir çox bəlalar çəkmiş, Sürəyyanın qohumları bu izdivaca etiraz əlaməti olaraq Şəhriyara təzyiq göstərərək, onun Tehrandan Nişapura sürgün edilməsinə müvəffəq olurlar, beləliklə də şair ali təhsilini yarımçıq qoymağa məcbur olur. O, bir müddət İranın müxtəlif şəhərlərində həmçinin Məşhəddə yerli idarələrdə məmurluq vəzifəsində çalışmış, 1930-cu illərin ortalarında Tehrana qayıdıb banklardan birinə işə düzəlimişdir. 1950-ci illərin əvvəllərində Təbrizə gələn şair 1953-cü ildə ibtidai məktəbdə dərs deyən Əzizə xanımla evlənmişdir. Şairin ədəbiyyata olan marağı uşaqlıqdan var idi. O, hələ 7 yaşından Azərbaycan dilində, 9 yaşında isə fars dilində şeirlər yazmışdı.
Sədiyan
Sədiyan — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd. Əhalisi 298 nəfərdir ki onun da 159 nəfəri kişi, 139 nəfəri qadındır.
Sənin sevdiyin musiqi (film, 2019)
Sənin sevdiyin musiqi — 2019-cu ildə "Azərbaycanfilm" kinostudiyasında çəkilmiş qısametrajlı bədii film. 25 iyun 2019-cu ildə Nizami Kino Mərkəzində “Azərbaycan mədəniyyəti ekranda” adlı kino proqramı çərçivəsində “Gənclərin qısa filmləri” axşamı təşkil olunmuşdur. Tədbirdə gənc rejissorların son illərdə dövlət sifarişi ilə çəkdikləri və beynəlxalq festivallarda uğur qazanmış dörd filmi nümayiş etdirilmişdir. Bu filmlər arasında rejissor Ceyhun Türksoyun "Azərbaycanfilm" kinostudiyasında ekranlaşdırılmış “Sənin sevdiyin musiqi” yer almışdır.
Kiçik Şəhriyar
Kiçik Şəhriyar — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Sərdarabad (Oktemberyan) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 16 km məsafədə, Araz çayından axan arxın sahilində yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim kiçik fərqləndirici əlamət bildirən sözlə Şəhriyar şəxs adı əsasında əmələ gəlmişdir. Antropotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Erm. SSR AS RH-nin 3.VII.1968-ci il fərmanı ilə adı dəyişdirilib Nor Artaqes qoyulmuşdur.
Məhəmmədhüseyin Şəhriyar
Məhəmmədhüseyn Şəhriyar (tam adı: Seyid Məhəmmədhüseyn Behcəti Təbrizi) (1906, Təbriz – 18 sentyabr 1988, Tehran) — daha çox Şəhriyar təxəllüsü ilə tanınan və milliyətcə Azərbaycan türkü olan şair. Məhəmmədhüseyn Şəhriyar 1906-cı ildə Təbriz şəhərinin Bağmeşə bölgəsində, o zamanın tanınmış hüquqşünaslarından Hacı Mirağa Xoşginabinin ailəsində dünyaya gəlmişdir. O, ilk təhsilini kənd məktəbində Molla İbrahim adlı bir axund və Molla Ağa Məhəmməd Bağırdan almışdır. Molla İbrahimə qədər ona yazıb-oxumağı dövrün tanınmış ziyalısı Hacı Mirağa öyrətmişdir. O, ailəsi ilə birlikdə Təbrizə qayıtdıqdan sonra təhsilini "Füyuzat" və "Müttəhidə" mədrəsələrində davam etdirmiş, orta təhsilini bitirdikdən sonra 1924-cü ildə Tehrana gəlmiş və tibb fakültəsinə daxil olmuşdur. O, Sürəyya adlı bir qıza aşiq olmuş və bu məhəbbəti ilə əlaqədar onun başı bir çox bəlalar çəkmiş, Sürəyyanın qohumları bu izdivaca etiraz əlaməti olaraq Şəhriyara təzyiq göstərərək, onun Tehrandan Nişapura sürgün edilməsinə müvəffəq olurlar, beləliklə də şair ali təhsilini yarımçıq qoymağa məcbur olur. O, bir müddət İranın müxtəlif şəhərlərində həmçinin Məşhəddə yerli idarələrdə məmurluq vəzifəsində çalışmış, 1930-cu illərin ortalarında Tehrana qayıdıb banklardan birinə işə düzəlimişdir. 1950-ci illərin əvvəllərində Təbrizə gələn şair 1953-cü ildə ibtidai məktəbdə dərs deyən Əzizə xanımla evlənmişdir. Şairin ədəbiyyata olan marağı uşaqlıqdan var idi. O, hələ 7 yaşından Azərbaycan dilində, 9 yaşında isə fars dilində şeirlər yazmışdı.
Məhəmmədhüseyn Şəhriyar

Məmmədhüseyn Şəhriyar

Şövqiyar Abdullayev
Şövqiyar Abdullayev (tam adı: Şövqiyar Cəmil oğlu Abdullayev ; 5 aprel 1969, Nərimanlı, Basarkeçər rayonu – 27 avqust 1992, Drombon, Ağdərə rayonu) — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi. Şövqiyar Abdullayev 1969-cu il 5 apreldə Qədim Göyçə mahalı Basarkeçər rayonunun Nərimanlı kəndində dünyaya gəlmişdir. 1986-cı ildə Nərimanlı kəndində orta məktəbi əla qiymətlərlə bitirmiş, Azərbaycan Politexnik İnstitutuna daxil olmuşdur. Birinci kursu bitirdikdən sonra ordu sıralarına çağrılmışdır. 1989-cu ildə Monqolustanda hərbi xidmətini başa vurub Bakıya qayıtmışdır. Subay idi. Cəmil Abdullayevin oğludur. Texnika elmləri namizədi Malik Abdullayevin qardaşı oğludur. 1992-ci ildə Dağlıq Qarabağda döyüşlər başlayanda o, yeni yaradılan Milli Orduya yazılmış, Ağdamda təşkil edilmiş tank briqadasına komandir təyin edilmişdir. Onun tank briqadası Abdal-Gülablı kəndini özünə mövqe seçmiş, Papravənd, Pircamal, Aranzəmin və digər kəndlər uğrunda ağır döyüşlər aparmışdır.
Şəhriyar (Göygöl)
Şəhriyar (əvvəlki adı: Mirzik) — Azərbaycan Respublikasının Göygöl rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Xanlar rayonunun Mirzik kənd inzibati-ərazi vahidi tərkibindəki Mirzik kəndi Şəhriyar kəndi, Mirzik kənd inzibati-ərazi vahidi Şəhriyar kənd inzibati-ərazi vahidi adlandırılmışdır. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1074 nəfər əhali yaşayır.
Şəhriyar (Masallı)
Şəhriyar — Azərbaycan Respublikasının Masallı rayonunun inzibati ərazi vahidində kənd. Əhalisi 45 nəfərdir. Kəndin adı çox güman ki, Biləsuvar şəhərindən 9 km aralı erkən orta əsr abidəsi Şəhriyar yaşayış yerinin adı ilə bağlı yaranmışdır.
Şəhriyar (Ordubad)
Şəhriyar (əvvəlki adı: Ordubad) — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda qəsəbə. Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Ordubad şəhər inzibati ərazi vahidi tərkibindəki Ordubad qəsəbəsi Şəhriyar qəsəbəsi adlandırılmışdır. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin 1 yanvar 2012-ci il tarixinə olan rəsmi məlumatına əsasən Ordubad rayonunun Şəhriyar qəsəbəsinin 0,3 min nəfər əhalisi vardır.
Şəhriyar (Sabirabad)
Şəhriyar (əvvəlki adı: Aleksandrovka) — Azərbaycan Respublikasının Sabirabad rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 sentyabr 2004-cü il tarixli, 727-IIQ saylı Qərarı ilə Sabirabad rayonunun Aleksandrovka kənd inzibati ərazi dairəsi tərkibindəki Aleksandrovka kəndi Şəhriyar kəndi, Aleksandrovka kənd inzibati ərazi dairəsi Şəhriyar kənd inzibati ərazi dairəsi adlandırılmışdır.
Şəhriyar (ad)
Şəhriyar — Azərbaycanda daha çox işlədilən ad və təxəllüs. Şəhriyar — Azərbaycan və İran şairi. Şəhriyar Məmmədyarov — Azərbaycan qrossmeysteri. Şəhriyar Sədiq Əfşar — ABŞ azərbaycanlılarından olan fizik Şəhriyar Cəfərov — Xoreoqraf Şəhriyar Məcidzadə — Etatist qəzetinin təsisçisi, Milli Fikir Mərkəzinin sədri. Şəhriyar Şirvani — XIX əsr Azərbaycan şairi.
Şəhriyar (dəqiqləşdirmə)
Şəhərlər Şəhriyar (şəhər) Şəhriyar (Tehran ostanı) Qəsəbələr Şəhriyar (Şamaxı) — Azərbaycanın Şamaxı rayonunda qəsəbə. Kəndlər Şəhriyar (Göygöl) — Azərbaycanın Göygöl rayonunda kənd. Şəhriyar (Masallı) — Azərbaycanın Masallı rayonunda kənd. Şəhriyar (Ordubad) — Azərbaycanın Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda kənd. Şəhriyar (Sabirabad) — Azərbaycanın Sabirabad rayonunda kənd. Şəhriyar (Şərur) — Azərbaycanın Şərur rayonunda kənd. Böyük Şəhriyar — Ermənistanda kənd. Kiçik Şəhriyar — Ermənistanda kənd.
Şəhriyar (Şamaxı)
Şəhriyar – Azərbaycan Respublikasının Şamaxı rayonunun inzibati ərazi vahidində qəsəbə. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Şamaxı rayonunun Şamaxı şəhər inzibati-ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Şəhriyar qəsəbəsi adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir. Şəhriyar qəsəbəsi Şamaxı şəhər inzibati-ərazi vahidi tərkibindən ayrılaraq, bu qəsəbə mərkəz olmaqla Şəhriyar qəsəbə inzibati-ərazi vahidi yaradılmışdır. Kənd 1931-ci ildə Lenin adına sovxoz adı ilə yaranmışdır. Həmin ildən təsərrüfatda sürətlə üzümçülük inkişaf etmişdir. Üzümlüklərin ümumi sahəsi 2422 ha. çatdırılmışdır. Dünya şöhrətli "Mədrəsə", "Şirvanşahı", "Şamaxı mərəndisi", "Qara mərəndi", "Qızılı mərəndi" sortları bu torpaqda yaranmışdır. Sovxozun üçümçülərindən 4 nəfərinə Sosialist Əməyi Qəhrəmanı adı verilmiş, 18 nəfəri isə Lenin ordeni ilə təltif olunmuşlar. Yerli üzüm sortlarından hazırlanan "Kaqor", "Şamaxı" şərabları 2 dəfə ümumdünya və ümumittifaq sərgilərinin qızıl, 3 dəfə gümüş medalına layiq görülmüzdür.
Şəhriyar (Şərur)
Şəhriyar — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda kənd. Şərur rayonunun eyniadlı i.ə.v. də kənd . Şəhriyar çayının sahilindədir. Bütün hallarda Şəhriyar şəxs adıdır.
Şəhriyar (şəhər)
Şəhriyar (fars. شهریار‎) — İranın Şərqi Azərbaycan ostanının Təbriz şəhristanında tikilən yeni şəhər. Şəhərin tikinti sahəsi Təbriz—Əhər yolunun 5 kilometrliyində yerləşir. Şəhər əhalisinin tikintinin yekunlaşdırılmasından sonra 170,000 nəfərdən ibarət olacağı, şəhər ərazisinin isə 1,500 hektarı əhatə edəcəyi gözlənilir. Şəhərsalma layihəsinin reallaşdırılması üçün İranın İslam İnqilabı Keşikçiləri Korpusuna bağlı "Şirkəti Cihad Xanəsaziyi Azərbaycani Şərqi" (Şərqi Azərbaycan Cihad Tikinti Şirkəti) tərəfindən 13,000 milyard rial sərmayə ayrılıb. Şəhriyar şəhəri, özəl sektor tərəfindən Cihad Tikinti Şirkəti ilə əməkdaşlıqda inşa ediləcək ilk şəhərdir. Yeni salınacaq şəhərdə torpaq sahələrinin bir hissəsi birbaşa dövlətə məxsus olacaq. Sözügedən şirkət, şəhərsalma layihəsinin icrası üçün təxminən 1,500 hektar ərazi əldə edib. Şəhriyar şəhərinin tikinti planı 4 mərhələdən ibarətdir. Şəhərdə 60,000 yaşayış sahəsinin (villa və mənzilin) tikilməsi planlaşdırılır.
Şəhriyar Abbasov
Şəhriyar Abbasov (14 dekabr 1981, Qaradağlı, Xocavənd rayonu) — Azərbaycanlı MMA döyüşçüsü, "Azerbaijan Fight Club" klubun prezidenti, MMA idman növləri üzrə MMA Vitse-Prezidenti, həmçinin GEFC Qarışıq Təkbətək Döyüşlər Beynəlxalq Liqasının Vitse-Prezidentidir. 1981-ci ildə Xocavənd rayonu Qaradağlı kəndində anadan olmuş idmançı uşağlığı doğulduğu kənddə keçirən idmançı sonralar atasının işi ilə əlaqədar Rusiyanın Saratov şəhərinə köçmüş və bir müddət orada yaşamışdır.1989-cu ildə Bakıya köçən Abbasovlar ailə başçısını itirdikdən sonra ailəyə başçılığı məhz Şəhriyar Abbasov etmişdir.10 yaşından Bəxtiyar Məmmədovun rəhbərliyi altında cüdo ilə məşğul olmağa başlamışdır. Şəhriyar Abbasov cüdo və sambo üzrə idman ustası, pankration üzrə beynəlxalq dərəcəli idman ustası, cüdo və sambo üzrə Azərbaycan üzrə çempionu pankration üzrə Avropa çempionatının finalçısı (2007), pankration üzrə Asiya açıq çempionatının çempionu, pankration üzrə dünya çempionu (2008), döyüş sambosu üzrə dünya çempionu (2011), döyüş sambosu üzrə dünya çempionudur (2011). 25 qarşılaşmada 1 dəfə məğlub olmuşdur. MMA siyahısında bu qədər şərəfli əmək yoluna baxmayaraq, Şəhriyar Abbasov 10 aprel tarixdə Moskvada keçirilən M-1 Selection Eastern Europe 2010 qarışıq təkbətək döyüşləri üzrə Şərqi Avropa Çempionatının ikinci mərhələsində alternativ döyüş üzrə debüt etmişdir. Turnir çərçivəsində Azərbaycan idmançısı Anapa komandasını təmsil edən İşhan Zakaryana qalib gəlmişdir. 2010-cu ilin avqustunda idmançı 84 kq çəki dərəcəsində dünya səviyyəli "M-1 FIGHTER" unikal idman realiti-şousunun çəkilişlərində iştirak etmişdir. Layihə çərçivəsində Şəhriyar Abbasov bir neçə reytinq döyüşü keçirmiş və böyük üstünlüklə finala qədər gələ bilmişdir. Finalda Azərbaycan idmançısı Rostovun "Legion" idman klubunun təmsilçisi Ruslan Xasxan üzərində qələbə çalmış və 84 kq-a qədər çəki dərəcəsində "M-1 FIGHTER" layihəsinin absolyut çempionu olmuşdur.
Şəhriyar Abdullayev
Şəhriyar Atababayev
Xpert (tam adı: Şəhriyar Zahid oğlu Atababayev; 30 sentyabr 1990, Bakı, Azərbaycan SSR, SSRİ) — Azərbaycanlı popçu. 2019-cu ildən "Xpert" ləqəbi ilə yanaşı XXXpert ləqəbindən də istifadə edir. Şəhriyar Zahid oğlu Atababayev 30 sentyabr 1990-cı ildə Bakı şəhərində anadan olmuşdur.1996-cı ildə 292 saylı orta məktəbə daxil olmuş və 2007-ci ildə həmin məktəbi bitirmişdir. 2007-ci ildə Qafqaz Universitetinin Türk dili və Ədəbiyyatı fakültəsinin bakalavr, 2012-ci ildə isə magistraturasına daxil olmuş və oranı bitirmişdir. Ailəlidir və Məryəm adlı qızı var. 2009-cu ildə A4 ləqəbli repçi ilə tanış olmuşdur. A4-ün köməyi və digər iki repçinin iştirakı ilə "OD, ForMat" adlı ilk musiqi parçasını ərsəyə gətirib. İlk vaxtlarda replərinin sözləri türkcə olmuşdur. Daha sonra Naqan, SertOzan, A4 adlı repçilərin iştirakı ilə bir neçə musiqi parçası daha yazmışdır. 2010-cu ildə fars əsilli bir sıra repçilərin Azərbaycan repində yazdıqları diss-cavab xarakterli DissPersia adlı musiqi parçasını ərsəyə gətirib.
Şəhriyar Əlibəyli
İkinci Qarabağ müharibəsindən sonra şəhid olan Azərbaycan hərbçilərinin siyahısı — aşağıda 10 noyabr 2020-ci ildən sonra Ermənistan və Azərbaycan silahlı qüvvələri arasında baş vermiş silahlı toqquşma zamanı həyatını itirən Azərbaycan Silahlı Qüvvələrinin 21 hərbi qulluqçusu barədə məlumat verilmişdir. Siyahıda 12-15 sentyabr 2022-ci ildə və 19-20 sentyabr 2023-cü ildə baş verən hərbi əməliyyatlar zamanı şəhid olan 80 və 204 hərbi qulluqçu barədə məlumatlar ayrıca siyahılarda verilmişdir.
Əlibəyli Şəhriyar
Şəhriyar Rəhimov
Şəhriyar Ağalı oğlu Rəhimov (6 aprel 1989, Bakı – 25 avqust 2023, Türkiyə) — müdafiəçi mövqeyində çıxış etmiş Azərbaycan futbolçusu. Şəhriyar Rəhimov 6 aprel 1989-cu ildə Bakı şəhərində anadan olmuşdur. Futbol karyerasında müdafiəçi kimi oynamağa başlamışdır. 2012-ci ildə "Şüvəlan" FK-yə transfer olmuş, həmin ilin ara transferində "Rəvan Bakı" komandasında müdafiəçi mövqeyində çıxış etməyə başlayıb. 2013-il də yenidən "Şüvəlan" komandasına geri dönüb. 2015-in transfer mövsümündən "Kəpəz"də oynamağa başlamışdır. 2018-ci ildən öz peşəkar fəaliyyətini "Səbail" futbol komandasında davam etdirmişdir. 2020-ci ildə "Zirə" FK-yə transfer olmuşdur .2021-ci ildə yenidən "Səbail"ə dönmüş və 2022-ci ildə peşəkar karyerasını sonlandırmışdır. 2009–2010-cu illərdə Azərbaycan U-21 milli futbol komandasında oynamışdır. 2018-ci ildə Azərbaycan milli futbol komandasına çağrılmış və 2022-ci ilə kimi oynamışdır.
Şəhriyar (dastan)
Şəhriyar dastanı ― XVIII əsrdə yazılmış Azərbaycan dastanıdır. "Şəhriyar və Sənubər" xalq nağılı əsasında hazırlanmışdır. Şeir məzmununa və üslubuna görə təhlil və tədqiq edilmişdir. == Haqqında == Azərbaycanda XVIII əsrin ən mühüm ədəbi əsərlərindən biri hesab olunur. Əsərin müəllifinin kimliyi barədə dəqiq məlumat yoxdur. Bu dastan məşhur "Şəhriyar və Sənubər" adlı xalq dastanından istifadə edilərək yenidən işlənilmişdir. Əsərin müəllifi mənbələrdə şair və nasir kimi adı çəkilən Məhəmməddir. Dastan XVIII əsr yazılı ədəbiyyatımızın, xüsusən nəsrimizin gözəl nümunələrindəndir. "Şəhriyar"ın iki nüsxəsi bizə gəlib çatmışdır. Əsərlə tanışlıq göstərir ki, onun müəllifi Məhəmməd dövrünün adlı-sanlı şair və nasiri olmuşdur.