Şəhriyar Atababayev

Xpert (tam adı: Şəhriyar Zahid oğlu Atababayev; 30 sentyabr 1990, Bakı, Azərbaycan SSR, SSRİ)[1]Azərbaycanlı popçu.[2]

Xpert
Şəhriyar Zahid oğlu Atababayev
Xpertin Xətai Rayon Mədəniyyət Mərkəzindəki konserti (2015)
Xpertin Xətai Rayon Mədəniyyət Mərkəzindəki konserti (2015)
Ümumi məlumatlar
Doğum adı Şəhriyar Zahid oğlu Atababayev
Ləqəbləri Xpert, XXXpert
Doğum tarixi 30 sentyabr 1990(1990-09-30) (33 yaş)
Doğum yeri
Vətəndaşlığı
Milliyyəti Azərbaycanlı
Musiqiçi məlumatları
Fəaliyyəti musiqiçi, repçi
Fəaliyyət illəri 2009-cu ildən
Janrlar rep, hip-hop[d]
Albom şirkətləri Synaps Production (2011–2019)
101 Moon Avenue (2020-)
Əlaqələri

Paster (2010-2019)
Okaber (2021 - )

Orxan Qarabasma (2020-2022)
Təhsili
xpertmusic.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

2019-cu ildən "Xpert" ləqəbi ilə yanaşı XXXpert ləqəbindən də istifadə edir.

Şəhriyar Zahid oğlu Atababayev 30 sentyabr 1990-cı ildə Bakı şəhərində anadan olmuşdur.1996-cı ildə 292 saylı orta məktəbə daxil olmuş və 2007-ci ildə həmin məktəbi bitirmişdir. 2007-ci ildə Qafqaz Universitetinin Türk dili və Ədəbiyyatı fakültəsinin bakalavr, 2012-ci ildə isə magistraturasına daxil olmuş və oranı bitirmişdir. Ailəlidir və Məryəm adlı qızı var.[3]

Xpert logo

2009-cu ildə A4 ləqəbli repçi ilə tanış olmuşdur. A4-ün köməyi və digər iki repçinin iştirakı ilə "OD, ForMat" adlı ilk musiqi parçasını ərsəyə gətirib. İlk vaxtlarda replərinin sözləri türkcə olmuşdur. Daha sonra Naqan, SertOzan, A4 adlı repçilərin iştirakı ilə bir neçə musiqi parçası daha yazmışdır.

2010-cu ildə fars əsilli bir sıra repçilərin Azərbaycan repində yazdıqları diss-cavab xarakterli DissPersia adlı musiqi parçasını ərsəyə gətirib. Bu Xpertin Azərbaycan dilində yazdığı ilk musiqi parçası olmuşdur. 2010-cu ilin ortalarında bütün musiqi parçaları Qanun Beatz "Maddə 1 The Mixtape" adlı albomda yayımlanmışdır. Daha sonra Ramires adlı repçi ilə "Yorğun Döyüşçü" adlı musiqi parçasısını yazmışdır. 2010-cu ilinin sonlarında tərkibində yer aldığı Synaps Production adlı label yaradılmışdır. 2010-cu ilin dekabr ayında o günə kimi yazılmış və yayımlanmış bütün musiqi parçalarını bir yerə toplamaq məqsədilə "Rapsychology bootleg" adlı albomu internetdə yayımlamışdır. Alboma yeni musiqi parçası yerləşdirmişdir.[1]

2011-ci ilin yayında Synaps Production-un "Təcili Yardım" adlı konsertindən bir gün sonra hərbi xidmətə yollanmışdır. Hərbi xidmətə yollanmamışdan əvvəl səsyazmasını etmiş olduğu musiqi parçaları 11 noyabr 2011-ci ildə Synaps Production tərəfindən Makar10 adlı albomda]][q 1] toplanaraq 100 nüsxə tirajla satışa buraxılmışdır. Bu zaman Xpert hərbi xidmətdə olmuşdur.[1]

Synaps Production loqosu

2012-ci ildə hərbi xidməti bitirmişdir. Qısa müddətdə bir neçə "single track" (tək musiqi parçası) çıxarmışdır. Synaps Productionda çalışan digər bir repçi Ramires ilə olan bütün duetlərini bir araya toplayaraq Sarkoma EP adı ilə yayımlamışdır.

2013-cü ilin yanvar ayında Paster və A4 ilə olan "TTM"adlı musiqi parçası yayımlanıb. 2013-cü ilin mart ayında öz evində qardaşı Səbuhi Atababayevlə birlikdə büdcəsi 11 manat 50 qəpik olan ilk klipini çəkmişdir. "Şaman" adlı musiqi parçası 24 saat ərzində YouTube-da 12 000 baxış sayı toplayaraq şəxsi rekorda imza atmışdır. Mart ayının sonu La Poax adlı EP albom internet vasitəsilə yayımlanmışdır.[q 2] 10 avqustda "Guerrilla" adlı ikinci klip təqdim olunmuşdur.[q 3] 2 noyabr 2013 tarixində solo konserti baş tutmuş və satış üçün nəzərdə tutduğu ikinci albomu — Akulanı yayımlanmışdır.[q 4][4][q 5][1]

5 aprel 2014-cü ildə "Sarışan Hallar"[q 6] və 15 avqust 2014-cü ildə isə "Bataqlıq Donuzu" klipləri yayımlanmışdır.[q 7] 2015-ci ilin əvvəlində sayca 6-cı, satış üçün isə nəzərdə tutulmuş 3-cü albomunun təqdimat videosunu təqdim etmişdir.

9 mart 2015-ci ildə musiqisi Rino Rhodes-ə aid olan "İntiharıma gülməsinlər" adlı repinin Səbuhi Atababayev tərəfindən çəkilmiş 2500 şəkildən ibarət videoçarxı YouTube-da "Synaps Production" kanalında yayımlanıb.[q 8]

9 may 2015-ci il tarixində ikinci solo konsertini vermişdir.[5][q 9] Paralel olaraq yeni Qassab albomundan "single" parçaları yayımlamışdır.[q 10][q 11] 30 sentyabr tarixində Xpertin növbəti klipi — "Və bir də" yayımlanmışdır.[1][q 12]

Xpert 2015-ci ilin senytabr ayında "Synaps Production" layihəsi çərçivəsində "Synaps Library" layihəsinə başlayıb.[6][7][8]

2019-cu ildə Rüzgar və Paster-lə birlikdə "Phenom" trekində iştirak etmişdir. Elə həmin il "Synaps Production"-dan ayrılmışdır. 2019-cu ildə Türkiyədə "Epidem1k" kanalında "Limuzin" və "Hər şey yaxşılığa doğru" treklerini buraxmışdır.

2020-ci ildə YouTube-da "İkiqat" kanalında "Yerli Dalğa" adı altında 3 sinql yayımlamışdır.

2021-ci ildə sahib olduğu "101MoonAve" leybli altında "7EDDİ" albomunu buraxdı. Daha sonra Okaber ilə iş birliyi edərək Okaberin "Mercury" adlı albomunun prodüseri olmuşdur.

  • Sudan (2014)
  • Və bir də (2015)
  • Xənnas (2017)
  • MALCOM (2017)
  • RAFAEL AGAYEV (2018)
  • ESHELEME (2018
  • PHENOM (2019)
  • Limuzin (2019)
  • XXX (2020)
  • 100K (2020)
  • AYDIN (2020)
  • CHEKDERD (2020)
  • TAPOR (2020)
  • TRASHMAN (2020)
  • NARSOCU (2020)
  • SKUSKU RAAT (2020)
  • A4TB (2020)
  • LOREM IPSUM (2020)
  • ROLEX (2020)
  • MAUPASSANT (2020)
  • HEAVEN (2020)
  • Just Business (2020)
  • FAKFREYMZ (2020)
  • MNML (2021)
  • GZLN (2021)
  • COSMO (2021)
  • CAPUNA (2021)
  • HUEMAY (2021)
  • PUSUVAR (2022)
  • 1990 (2022)
  • Mantral Dua (2023)
  • Gedib O (2023)

Yığma albomlar

[redaktə | mənbəni redaktə et]
  • Qanun Beatz "Maddə 1 The Mixtape"[10]
  • Rapsychology bootleg
  • Sarkoma EP[q 13]
  • La Poax[11]
  • 7EDDI
  • One More Chance EP

İnternet sinqlları

[redaktə | mənbəni redaktə et]
  1. Xpert // Makar10
  2. Synaps Production. "Xpert - La Poax (album)" (az.)). youtube.com. 2014-07-08. İstifadə tarixi: 2016-02-06.
  3. Synaps Production. "Xpert - Guerrilla (ft. Luter)" (az.)). youtube.com. 2013-08-10. 2015-11-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-02-06.
  4. "Xpert — "Akula" (Documentary)". 2021-10-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-02-21.
  5. Synaps Production. "Xpert - Akula (album)" (az.)). youtube.com. 2014-06-16. İstifadə tarixi: 2016-02-06.
  6. Synaps Production. "Xpert - Sarışan Hallar (Official Music Video)" (az.)). youtube.com. 2014-04-05. 2020-11-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-02-06.
  7. Synaps Production. "Xpert - Bataqlıq Donuzu (Official Music Video)" (az.)). youtube.com. 2014-08-15. 2021-01-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-02-06.
  8. "Xpert — İntiharıma gülməsinlər (prod. by Rino Rhodes)". 2019-05-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-14.
  9. Xpert — Solo Konsert — 9 may, 2015
  10. Xpert — Qassab (Album Teaser)
  11. Synaps Production. "Xpert - Qassab (album)" (az.)). youtube.com. 2015-11-26. İstifadə tarixi: 2016-02-06.
  12. Synaps Production. "Xpert - Və bir də (Official Music Video)" (az.)). youtube.com. 2015-09-30. 2022-07-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-02-06.
  13. Xpert & Ramires — Sarkoma (Album)
  1. 1 2 3 4 5 "MƏN KIMƏM?" (az.)). xpertmusic.com. 2016-02-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-02-06.
  2. Mirmehdi Ağaoğlu. ""Azərbaycanda dindar reperlər də var" MÜSAHİBƏ" (az.)). lent.az. 2015-05-02. 2017-06-10 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-06-10.
  3. "Xpert: "Məşhur reper olmaq üçün "YouTube" bəs edir" - MÜSAHİBƏ + FOTO". 2022-07-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-28.
  4. 1 2 Orxan. "Xpert – Akula (2013) (Albom)" (az.)). raprock.az. 2014-01-12. 2016-09-25 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-06-10.
  5. E.P. "В БАКУ АЗЕРБАЙДЖАНСКИЙ РЕПЕР ДАСТ КОНЦЕРТ" (rus.)). vesti.az. 2015-05-09. 2017-06-10 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-06-10.
  6. Orxan Muxtarlı. "ATV-nin səs rejissorundan möhtəşəm layihə" (az.)). video.atv.az. 2015-09-19. 2015-09-25 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-09-26.
  7. "Gənc yazarlarla reperin unikal kitab layihəsi" (az.)). moderator.az. 2015-09-18. 2016-02-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-02-06.
  8. ""Synaps Library" nədir?- MANİFEST" (az.)). sim-sim.az. 2015-09-18. 2016-02-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-02-06.
  9. "Xpert – Makar10 (2011) (Albom)" (az.)). raprock.az. 2017-06-09 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-06-01.
  10. Qanun Beatz — Maddə 1 [Mixtape]
  11. "Xpert – La Poax (EP) (2013) (Albom)" (az.)). raprock.az. 2017-06-09 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-06-01.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]