Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Sıyrılmış qılınc (roman)
Sıyrılmış qılınc — Cəlal Bərgüşadın Babək Xürrəmidən bəhs edən, ilk dəfə 1981-ci ildə Bakıda nəşr edilmiş tarixi romanı. Calal Bərgüşadın "Sıyrılmış qılınc" tarixi romanı məşhur xalq sərkərdəsi Babək Xürrəminin ölməz həyatına həsr edilmişdir. Romanda Babəkin azadlıq və istiqlaliyyət uğrunda xilafətə qarşı apardığı bir sıra şanlı döyüşlər, o dövrün tarixi xronologiyası təsvir olunur. Əsər ilk dəfə Bakıda Kiril qrafikalı Azərbaycan əlifbası ilə 1981-ci ildə, Gənclik nəşriyyatında 375, latın qrafikalı Azərbaycan əlifbası ilə isə 2017-ci ildə Bakı Kitab Klubunda 436 səhifədə nəşr edilib. Roman azərbaycanlı tarixçi Zülfiyyə Vəliyeva tərəfindən türk dilinə tərcümə edilib, "Sıyrılmış Kılıç Babek" adı ilə 17 oktyabr 2005-ci ildə Ankarada "Yurt Kitap-Yayın"da 472 səhifədə nəşr edilib. Azərbaycanlı filoloq Nigar Göyçayskaya 2005-ci ildə “Ərəb və azərbaycan nəsrində Babək və xürrəmilər obrazı (Circi Zeydanın “Fərqanə gəlini” və Cəlal Bərgüşadın “Sıyrılmış qılınc” romanları əsasında)” mövzusunda olan namizədlik dissertasiyasının müdafiə edib. Asif Ata "Babəkliyimiz: Xəlifət boşluğu" məqaləsində Cəlal Bərgüşadın "Sıyrılmış qılınc" romanı barədə belə qeyd edir: «Sıyrılmış qılınc» romanının müəllifi tarixə daxili göz ilə baxa bilmir, hadisələri nəql eləyir, mahiyyətə varmır, mütəfəkkirlikdən uzaqdır, bu səbəbdən də Xəlifəlik bilinir – dərk olunmur... «Sıyrılmış qılınc»da Babəkin ayrı-ayrı nişanələri görünürsə də, bütöv Babək görünmür; dahilik, qeyri-adilik, bənzərsizlik dərk olunmur, açılmır, idraki, ilahi Qəhrəmanlıq İntiqamçılıq kimi qiymətləndirilir, Babək kiçilir... Babək romanda Qisas andıyla tarixi səhnəyə atılır; «Sıyrılmış qılınc» əsərdə ən çox intiqam rəmzi kimi canlanır, əslində isə o, azadlıq rəmzi kimi canlanmalıydı... Google Books-da — Siyrilmiş qilinc: tarixi roman Goodreadsdə Sıyrılmış qılınc "Sıyrılmış qılınc" ( (az.)).