SEYRƏLMƏK

f.
1. Seyrək hala gəlmək, azalmaq, tökülmək (saç, qaş və s. haqqında).
[Bəhlul:] Seyrəlmiş ( f.sif. ) tüklər [atamın] uzunsov başına yalanmış kimi yatmışdı. B.Bayramov.

2. Parçalanmaq, dağılmaq, seyrəkləşmək.
Torpaq qızır…, qar əriyir…, çaylar bulanır…; Gah seyrəlir, gah sıxlaşır əlvan buludlar. S.Vurğun.
Yavaş və yeknəsəq piyada addımlarının səsi altında qaranlıq seyrəlir, üfüq işıqlanırdı. Mir Cəlal.

3. Ara-sıra olmaq, hərdənbir olmaq, təktək görsənmək. Gələn-gedən seyrəlmişdi.
[Qəhrəman:] …minlərlə atılan yaylım atəşləri bir az seyrəldi, topların səsi lap kəsildi. H.Nəzərli.
Küçələrdə izdiham seyrəlmişdi. Ə.Məmmədxanlı.

Антонимы

  • SEYRƏLMƏK SEYRƏLMƏK – SIXLAŞMAQ Tüstü azacıq seyrəldi (İ.Şıxlı); Buludlar sıxlaşdı, yağış yağmağa başladı
SEYRƏLMƏ
SEYRƏLTMƏ

Значение слова в других словарях