Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Gevarizm
Gevarizm və ya gevaraçılıq (isp. Guevarismo) — Argentina və Kuba inqilabçısı Ernesto Çe Gevara tərəfindən təklif edilən və inkişaf etdirilən marksist nəzəriyyə ilə əlaqəli fəlsəfi və praktiki konsepsiyaların ümumi adı. Gevarizm leninizm və ekzistensializmin xüsusi şərhini və praktik sahədə fokizm vasitəsilə partizan müharibəsinin maoçu konsepsiyasının inkişafını özündə birləşdirirdi. Gevarizm tam sistem olmasa da, yeni sol hərəkatların və qrupların ideologiyasının tərkib hissələrindən biridir. == İstinadlar == == Əlavə ədəbiyyat == Че Гевара. Эпизоды революционной войны. АСТ, Мидгард, 2005 г. ISBN 5-17-029024-1 Эрнесто Че Гевара. Статьи, выступления, письма. Культурная Революция, 2006 г.
Sezariya Evora
Sezariya Evora (port. Cesária Évora; 27 avqust 1941[…], Mindelu[d], Kabo-Verde – 17 dekabr 2011[…], Mindelu[d], Kabo-Verde) — Kabo-Verdeli məşhur müğənni. Fadu, morna və modinya üslublarında oxuduğu mahnılarla məşhurdur. Səhnədə və həyatda daim ayaqyalın gəzdiyi üçün pərəstişkarları tərəfindən "Ayaqyalın diva" və morna üslubunun ən mahir ifaçılarından biri olduğu üçün "Mornanın kraliçası" ləqəblərinə layiq görülmüşdür.
Cüzeppe Sezari
Cüzeppe Sezari və ya Kavaliere Darpino (it. Giuseppe Cesari, fevral 1568, Arpino[d], Latsio[…] – 3 iyul 1640[…], Roma[…])—italyan manyerist rəssam. Kavaliere Darpino (Məsihin süvarisi) titulu ona Papa VIII Klemens tərəfindən verilmişdi. Cüzeppe həm Papa Klement, həm də V Sikstus tərəfindən himayə edilmişdir. Cüzeppenin emalatxanası Karavacconun Romada çalışdığı ilk emalatxana olmuşdur. == Haqqında == Cüzeppenin atası Mazio Sezari əslən Arpinodan olsa da, rəssam özü 1568-ci ildə Romada anadan olmuşdur. Romada Nikolo Pomarçinoun tələbəsi olan 20 yaşlı Cüzeppenin ilk əsas işi 1589-1589-cu illərdə çalışıb, tamamladığı San Lorenzo kilsəsinin fasadına çəkdiyi rəsm olmuşdur. Bundan sonra o, Çertosa di San Martino kilsəsində çalışmağa başlayır. 1591-ci ildə yenidən Romaya qayıdan rəssam San Luici de Françezi kilsəsinin Kontarelli şapelindəki sərdabə üzərində işləyir. Sezari 1585-ci ildə San Luka Akademiyasının üzvü olmuşdur.
Sezarın vətəndaş müharibəsi
Qədim Romada vətəndaş müharibələri — İctimai-sosial münasibətlərdə baş verən dəyişkliklərin nəticəsində Qədim Romada respublika quruluşundan imperiya üsul-idarəsinə keçidi müşayət edən vətəndaş müharibələri. E.ə 49-cu ilin əvvəlində Sezar, İtaliyanı Qalliyadan ayıran Rubikon çayını keçdi, və sürətli hücumla Şimali İtaliyanı ələ keçirdi. Pompey və onun tərəfdarları hətta dövlət xəzinəsini götürə bilməyərək Romadan qaçdılar. Pompeyin qoşunlarının mühüm hissəsi Korfini yaxınlığında təslim oldu, Pompeyin özü beş leqionla Brindiziyə çəkildi, oradan isə Yunanıstana keçdi. E.ə 49-cu ilin iyul-avqust aylarında Sezar, Pompeyin yeddi leqionu durduğu İspaniyaya yollandı, və onları təslim olmağa məcbur etdi. Sonrakı 48-ci ildə Sezar Yunanıstana keçdi. Uzun hərbi əməliyatlardan və Dirraxi yaxınlığındakı məğlubiyətdən sonra o Pompeyi Farsalda(Fessaliyada) həlledici döyüşdə məğlub etdi. Pompey Misirə qaçdı, ancaq Misir hakimyəti onun yerə enməsinə belə imkan vermədilər: o sahilə yaxınlaşmaqda olan qayıqda öldürüldü. Pompeyi qovaraq, Sezar kiçik dəstə ilə İskəndəriyyəyə gəlir, və burada XII Ptolemeylə onun bacısı Kleopatra arasındakı sülalə mübarizəsinə qarışır. Ptolemeylə uzun və təhlükəli müharibədən qalib çıxan Sezar taxta Kleopatranı otuzdurur.
Yuli Sezarın vətəndaş müharibəsi