XƏSTƏLİK

XƏSTƏLİK Altı ay davam edən xəstəlik Fatmanın üzünü soldurdu (Çəmənzəminli); AZAR Mən deyirəm ki, yox azar, ay azar; Hələ yaratmağa iqtidarım var (M.Rahim); AZAR-BEZAR [Rübaba:] Bir azar-bezarım yoxdur, sənin fikrini çəkməkdən bu kökə düşmüşəm, ay bala! (H.Abbaszadə); BİMARLIQ (kl.əd.) Çəkmə zəhmət, çək əlin tədbiri-dərdimdən, təbib; Kim, deyil sən bildiyin mən çəkdiyim bimarlıq (Füzuli); DƏRD Xəstə qadın: Var pək çox...; Dərdimizə məhlək imiş, çarəsi yox... (H.Cavid); İLLƏT Bəs nə üçün indi o, hər şeyə biganədir? – Bunun illəti nədir (M.Rahim); MƏRƏZ (köhn.) Xudavəndi-aləm ittifaq buyurub mərəzi dəf etdi (Ə.Haqverdiyev); NAXOŞLUQ Mümtaz Mötəbərov: Bərk qrip olmuşam, yoldaş Adilov, – dedi, – istəmirəm ki, naxoşluğum yoldaşlara da sirayət eləsin (M.Hüseyn); NASAZLIQ Balaca soyuqdəymə və başağrısı kimi çox xırda nasazlıq da var ki, bunları o, həkimsiz də müalicə edə bilər (Çəmənzəminli); KEFSİZLİK.

XƏSTƏLƏNMƏK
XƏŞİL
OBASTAN VİKİ
Leykemiya (xəstəlik)
Leykoz, leykemiya və ya ağ qan xəstəliyi — sümük iliyi xəstəliyi olub, qan hüceyrələrinin, əsasən ağ qan hüceyrələrinin çoxalması ilə nəticələnən qan xərçəngi xəstəliyi. Qanın tərkibində sağlam leykositlərin, eritrositlərin və trombositlərin kəskin azalması baş verir. Bu bəla xalq arasında "ağ qan qırmızı qanı yeyir" ifadəsi ilə məşhurdur. Uşaq yaşlarında xərçəng xəstəliyinə tutulanların 35%-i leykoz xəstələridir. Leykozlarda onların formasından asılı olaraq, qanyaradıcı üzvlər, ilk növbədə, sümük iliyi, qaraciyər, dalaq, limfatik düyünlər və başqa üzvlərdəki letikulo-endoteli toxuması zədələnir. Xəstəlik zamanı qırmızı qanın törənməsi də pozulur, ona görə leykozun təxminən bütün formalarında bu və ya başqa dərəcədə anemiyaya rast gəlmək olar. Həmçinin qandakı eritrositlərin orqanizmdə yaranması zamanı və trombositlərdə zəifləmə nəticəsində qanı qatılaşdıran hüceyrələrdə azalma müşahidə olunur. Xəstəliyin kəskin dövründə qırmızı qan kürəciklərinin miqdarında azalma o dərəcəyə çatır ki, qanda ağarma baş verir. Qanda bu və ya başqa ağ qan elementlərinin üstünlüyündən asılı olaraq leykozlar limfoleykoza (limfatik elementlər), mieloleykoza (sümük iliyi elementləri) və retikulendotelioza (qanda ağ qan kürəciklərinin çoxluğu) ayrılır. Limfeleykozda çox vaxt bədxassəli qanazlığının əlamətləri görünür.
Nefrit (xəstəlik)
Nefrit (yun. νεφρός — böyrək) — müxtəlif etiopatogenezi, hər birinin özünəməxsus patomorfoloji və klinik xüsusiyyətləri olan böyrəklərin iltihabı xəstəlikləri qrupu. Nefrit böyrəklərdə glomeruli, borucuqları və ya interstisial böyrək toxumasını əhatə edən yerli və ya diffuz proliferativ və ya destruktiv proseslərə aiddir. Mənşəyinə görə ilkin nefrit (böyrəklərin ilkin patologiyası) və ikincili nefrit (başqa patoloji proseslə əlaqədar yaranan - şəkərli diabet, amiloidoz, birləşdirici toxuma sistemli xəstəlikləri, miyeloma xəstəliyi və s.) fərqlənir. Qlomerulonefrit İnterstisial nefrit (və ya tubulo-interstisial nefrit) böyrək borucuqları arasındakı boşluqların iltihabıdır. Nefrit tez-tez infeksiyalar və toksinlərdən, lakin ən çox böyrəklər kimi əsas orqanlara təsir edən otoimmün xəstəliklərdən qaynaqlanır. Pielonefrit — böyrəklərdə sidik yollarının infeksiyası nəticəsində yaranan iltihab. Lupus nefrit, immun sistemi xəstəliyi olan sistemik lupus eritematosusun (SLE) səbəb olduğu böyrəklərin iltihabı. İdman nefriti ağır idman nəticəsində baş verən nefritdir. Məşqdən sonra qanlı sidik, qırmızı qan hüceyrələrinin zədələnməsi və onların yırtılmasına səbəb olan və hemoglobinin sidikdə ifraz olunmasına səbəb olan gedişli hemoglobinuriya ilə də bağlı ola bilər.
Qızılca (xəstəlik)
Qızılca — qızılca virusunun yaratdığı yüksək yoluxucu, peyvəndlə qarşısı alına bilən yoluxucu xəstəlik. Simptomlar adətən yoluxmuş şəxslə təmasda olduqdan 10–12 gün sonra başlayır və 7–10 gün davam edir. İlkin simptomlar adətən 40 °C (104 °F)-dən yuxarı qızdırma, öskürək, burun axması və iltihablı gözlərdir. Simptomların başlamasından iki və ya üç gün sonra ağızda Koplik ləkələri kimi tanınan kiçik ağ ləkələr meydana gələ bilər. Adətən üzdə başlayan və sonra bədənin qalan hissəsinə yayılan qırmızı, yastı səpgilər adətən simptomların inkişafından 3–5 gün sonra başlayır. Əsas fəsadlara ishal (8% hallarda), ortaqulaq iltihablanması (7%) və pnevmoniya (6%) daxildir. Daha az hallarda epileptik tutma, korluq və ya beynin iltihabı baş verə bilər. Qızılca, yoluxmuş insanların öskürməsi və asqırması ilə bir insandan digərinə asanlıqla keçən, hava-damcı yolu ilə yoluxulan xəstəlikdir. Xəstəlik son dərəcə yoluxucudur: xəstəliyə qarşı immuniteti olmayan və yoluxmuş bir insanla eyni yaşayış məkanını paylaşan on nəfərdən doqquzu yoluxur. İnsanlar xəstəliyi səpgilərin başlamasının dörd gün əvvəlindən dörd gün sonrasına qədər başqalarına yoluxdura bilərlər.
Degenerativ xəstəlik
Degenerativ xəstəlik toxuma və ya orqanlara təsir edən və zamanla daha da pisləşən degenerativ hüceyrə dəyişikliklərinə əsaslanan davamlı prosesin nəticəsidir. Neyrodegenerativ xəstəliklər zamanı mərkəzi sinir sisteminin hüceyrələri fəaliyyətini dayandırır və ya neyrodegenerasiya nəticəsində ölür (məsələn, altsheymer xəstəliyi). Degenerativ xəstəliklərin digər iki ümumi qrupu qan dövranı sisteminə təsir edənlər (məsələn, koronar arteriya xəstəliyi) və neoplastik xəstəliklərdir (məsələn, xərçəng xəstəliyi). Bir çox degenerativ xəstəliklər mövcuddur və bəziləri yaşlanma ilə əlaqələndirilir. Bəzən bu cür xəstəliklərin əsas və ya qismən səbəbi genetikadır. Beləliklə, bəziləri Hantinqton xəstəliyi kimi açıq-aydın irsi xarakter daşıyır. Bəzi səbəblərə isə viruslar, zəhərlər və ya digər kimyəvi maddələr aiddir. Səbəbi məlum olmayan xəstəliklər də mövcuddur. Bəzi degenerativ xəstəliklər müalicə edilə bilər. Mümkün olmayanlarda simptomları yüngülləşdirmək mümkün ola bilər.
Neyrodegenerativ xəstəlik
Neyrodegenerativ xəstəlik, neyrodegenerasiya kimi tanınan prosesdə neyronların strukturunun və ya funksiyasının proqressiv itkisi nəticəsində yaranır. Belə bir neyron zədələnməsi nəticədə hüceyrə ölümünə səbəb ola bilər. Neyrodegenerativ xəstəliklərə yan amiotrofik skleroz, dağınıq skleroz, parkinson xəstəliyi, altsheymer xəstəliyi, hantinqton xəstəliyi, çoxsaylı sistem atrofiyası və prion xəstəlikləri daxildir. Neyrodegenerasiya beyində molekulyardan tutmuş sistemə qədər bir çox müxtəlif səviyyələrdə neyron dövrələrdə müşahidə oluna bilər. Neyronların mütərəqqi degenerasiyasını geri qaytarmaq üçün heç bir məlum yol olmadığı üçün bu xəstəliklər sağalmaz hesab olunur; lakin tədqiqatlar göstərmişdir ki, neyrodegenerasiyaya kömək edən iki əsas amil oksidləşdirici stress və iltihabdır. Biotibbi tədqiqatlar bu xəstəliklər arasında atipik zülal birləşmələri (proteinopatiya kimi) və induksiya edilmiş hüceyrə ölümü də daxil olmaqla hüceyrəaltı səviyyədə bir çox oxşarlıqlar aşkar etmişdir. Bu oxşarlıqlar bir nörodegenerativ xəstəliyə qarşı terapevtik irəliləyişlərin digər xəstəlikləri də yaxşılaşdıra biləcəyini göstərir. 2019-cu ildə dünya üzrə 55 milyon insanın demans xəstəliyinə tutulduğu və bu rəqəmin 2050-ci ilə qədər 139 milyon insana çatacağı təxmin edilir.
Dekompression xəstəlik
Dekompression xəstəlik – yüksək atmosfer təsyiqi altında işləyənlərdə (təhlükəsizlik texnikasının pozulması nəticəsində) oynaqların avaskulyar zədələnməsi ola bilər.
Pilonidal xəstəlik
Pilonidal xəstəlik — adətən ombanın yanları arasında və tez-tez yuxarı ucunda bir kist şəklində meydana gələn bir dəri infeksiyası növüdür. Pilonidal sinus və ya dermoid sist, türk ədəbiyyatında qıl dönməsi büzdüm nahiyəsində dəriyə açılmış bir və ya bir neçə ədəd dəlik, dəlik(lər) ətrafı bölgədə qızartı, iltihab, şiş və ya abses tipində təzahür edən xəstəlikdir.
Xəstəlik
Xəstəlik (lat. morbus) və ya Sayrılıq — morfoloji, yaxud funksional dəyişiklik nəticəsində orqanizmin normal həyat fəaliyyətinin pozulması. Xəstəlik xarici amillərin (fiziki, kimyəvi, bioloji, psixoken, sosial və s.) orqanizmə təsirindən törənir. Xəstəlik haqqında bir sıra fərziyyələr mövcuddur. Hippokrata görə xəstəlik orqanizmdə olan dörd əsas mayenin: qan, selik, sarı və qara (venoz qan) ödün qeyri-düzgün qarışığından əmələ gəlir. Müasir baxımdan xəstəlik əmələ gəlməsində bir sıra xarakterik xüsusiyyətlər mövcuddur: xarici (insanlar üçün, əsasən, sosioloji) və etioloji amillər, orqanizmin müdafiə qabiliyyəti (insanlarda psixoken amillər də böyük rol oynayır) və s. Xəstəlikdən təcrid olunmuş orqan və toxuma yoxdur. Hər hansı bir xəstəliyə bütün orqanizm qoşulur. Xəstəlik aşağıdakı mərhələlərlə keçir: gizli dövr (bu dövr bir neçə saniyədən bir neçə ilə qədər çəkə bilər) prodromal dövr (ilkin əlamətlərin əmələ gəldiyi dövr) tam inkişaf dövrü sağalma dövrü. Xəstəliyin təsnifatı onun gedişinin (kəskin və xronik xəstəlik) xarakteri ilə aydınlaşdırılır.
Xərçəng (xəstəlik)
Xərçəng xəstəliyi bədxassəli şiş (tumor) hüceyrələrinin əsl yerindən çıxaraq, orqanizmin digər hissələrinə hücum və yayılma potensialı və anormal hüceyrə bölünməsini əhatə edən xəstəliklər qrupudur. Bədxassəli neoplazma kimi də tanınır[mənbə göstərin]. Şişin çıxarılması. Şiş hüceyrələri şişdən kənarda da tapıla bildiyi üçün o, bir kənar ilə çıxarılır. Məsələn, süd vəzi xərçəngində adətən bütün döş, eləcə də aksiller və körpücükaltı limfa düyünləri çıxarılır. Buna baxmayaraq, çıxarılan orqan və ya onun bir hissəsindən kənarda şiş hüceyrələri varsa, əməliyyat onların metastazlarının yaranmasına mane olmur. Üstəlik, birincil şiş çıxarıldıqdan sonra metastazların böyüməsi sürətlənir. Kimyaterapiya. Sürətlə bölünən hüceyrələri hədəf alan dərmanlar istifadə olunur. Dərmanlar DNT duplikasiyasını yatıra bilir, hüceyrə membranının ikiyə bölünməsinə mane olur və s, lakin şiş hüceyrələrindən başqa bir çox sağlam olanlar, məsələn, mədə epitel hüceyrələri orqanizmdə intensiv və sürətlə bölünür.
Xəstəlik tarixi
Xəstəlik tarixi — müalicə-profilaktika müəssisəsinə müraciət edən hər bir şəxs üçün yazılan əsas tibbi sənəd. Xəstəlik tarixində xəstənin familiyası, adı, atasının adı, yaşı, ailə vəziyyəti, ixtisası, keçirdiyi xəstəliklər, hazırkı vəziyyəti haqqında məlumat, aparılan müalicə və müayinələrin nəticələri qeydə alınır. Xəstəxanadan çıxdıqda, yaxud başqa müalicə müəssisəsinə keçdikdə, habelə ölüm hallarında müalicə edən həkim xəstəyə ümumi nəticə - epikriz veriri. Xəstənin vəziyyəti və xəstəliyin gedişi haqqındakı məlumatlar poliknikada, həkimin qəbuluna gəldikdə (xəstəxanada hər gün) xəstəlik tarixinə yazılır. Xəstəlik tarixi xəstəyə nəzarət edən bütün həkimlərə düzgün müalicə-profilaktik tədbirlər aparmağa imkan verir. Bəzi hallarda məhkəmə və tibbi-ekspertiza zamanı xəstəlik tarixindən sənəd kimi istifadə edilir. Ölüm hallarında pataloji-anatomik meyityarma əsasında protokol tərtib edilir.
İrsi xəstəlik
İrsi xəstəlik — Ana atadan uşağa "irsi" olaraq keçən xəstəliklərə verilən addır. İrsi xəstəliklərə yaxın qohum olan ana-atanın uşaqlarında digər uşaqlara nisbətlə daha çox şahid olunur. Bu xəstəliklərə 2007-ci ildə doğulmuş 'Ayşarlı Aytacı' misal göstərmək olar. Karlıq, korluq, zehni zəiflik, şizofreniya, cinsi inkişafın, boyun ləngiməsi, skelet pozğunluqları, şəkərli diabet, hipertoniya xəstəliyi, bronxit, bir sıra allergik xəstəliklər, ateroskleroz, xora xəstəliyi, epilepsiya, böyrək patologiyaları, sonsuzluq, keçəllik və bir çox digər xəstəliklərə də irsi meyllilik mövcuddur. İrsi xəstəliklər çoxşaxəlidir: Bu xəstəliklərin başlıca səbəbi qohum nikahlar və tibbi müayinədən keçmədən evlənən cütlüklərdir. Çünki qan analizi nəticəsində irsi genetik xəstəlikləri olan gələcək valideynlərin evlənməsi tibbi nöqteyi-nəzərdən yolverilməzdir. Doğulan şikəst uşaqların əksəriyyəti bu evliliklər nəticəsində dünyaya gəlir. Maraqlısı budur ki, belə ailələrdə 3-4 uşaq şikəst olaraq doğulduqdan sonra məsələdən xəbərdar olurlar ki, bu xəstəliyin səbəbkarı ya ana, yada atadır. Bəzən şikəst doğulan uşaqların cərrahiyyə üsulu ilə müalicəsi tamamilə mümkün olur. Ancaq yenə də xəstəyə həkim nəzarəti mütləq olmalıdır.
Akademik Z.Əliyeva adına Azərbaycan Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutu
Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi - Azərbaycanda xəstəxana. == Haqqında == 1946-cı ildə Elmi-Tədqiqat Göz xəstəlikləri İnstitutu fəaliyyətə başlamışdır. İnstitutun ilk direktoru tibb elmləri namizədi M. Ə. Abbasov, elmi işlər üzrə direktor müavini – prof. S. İ. Vəlixan olmuşdur. 1957-ci ildə instituta rəhbərliyi N. M. Əfəndiyev öz üzərinə götürmüşdür və bu ildən başlayaraq bu instituta 40 il ərzində rəhbərlik etmişdir. İnstitutun tarixində onun şəxsiyyəti unudulmaz bir iz qoymuşdur. N. M. Əfəndiyevin səyləri nəticəsində institutun kollektivi öz tərkibində yüksəkixtisaslı, zəkalı mütəxəssisləri, xalqına və vətəninə fədakarcasına xidmət göstərən əsl ziyalıları toplamışdır. 1998–2005-ci illərdə institutun direktoru vəzifəsini K. T. Kərimov tutmuşdur. 21 yanvar 2002-ci il tarixdə institut yüksək bir şərəfə layiq görülmüşdür. Akademik Zərifə Əliyevanın milli oftalmologiyanın inkişafında qiymətə gəlməz xidmətlərini, Azərbaycan oftalmologiya elminin görülməmiş bir səviyyəyə qaldırmağını və dünyada tanıtdırmağını, Oftalmologiya institutunun yeni binasının tikintisi haqda təşəbbüsünü və səyini nəzərə alaraq, Azərbaycan Respublikası Prezidentinin Heydər Əliyevin 869 saylı sərəncamı ilə institutumuza görkəmli alim, akademik Z. Ə. Əliyevanın adı verilmişdir.
Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu
Ağ ciyər xəstəlikləri institutu, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi Tədqiqat Ağ Ciyər Xəstəlikləri İnstitutu – 1946 ildə Bakıda Elmi Tədqiqat Vərəm İnstitutu adı ilə təşkil edilmişdir. 1988–1999 illərdə Elmi Tədqiqat Ftiziatriya və Pulmonologiya İnstitutu adlandırılmışdır. Tədqiqatları respublikada vərəmlə mübarizənin təşkilinə, bakterioloji müayinə üsulunun inkişafına, bronxun və ağ ciyərin qeyri-spesifik, onkoloji və vərəm xəstəliyinin differensial-diaqnostik problemlərinə, onların spesifik və qeyri-spesifik xəstəliklərinin müalicə metodlarının təkmilləşdirilməsinə, yeni üsullarla müalicəsi problemlərinə, vərəm xəstəliyinin azaldılması yollarının elmi əsaslarınının öyrənilməsinə və s. məsələlərə həsr olunmuşdur. İnstitut vərəm xəstəliyinə qarşı müalicə-profilaktika tədbirləri də hazırlayır. Respublikada vərəmlə mübarizədə M.N.Qədirli, Y.M.Qaziyev, F.M.Vəkilov, F.M. İsmayılov, M.Novruzov və başqalarının rolu olmuşdur. Azərbaycanda ftizio-cərrahlığın pioneri sayılan Fuad Əlaəddin oğlu Əfəndiyev respublikada ilk dəfə ağ ciyər vərəmini cərrahi üsulla müalicə etmişdir. İnstitutun vərəm terapiyası, pulmonologiya, uşaq vərəmi, ağciyərdənkənar orqanlarda vərəm, ftizio cərrahiyyə, torakal cərrahiyyə, bronxoloji, müalicə-reabilitasiya, funksional diaqnostika, ambulator diaqnostika, anesteziologiya və reanimasiya, elmi informasiya şöbələri, bakterioloji, biokimyəvi, klinik, immunoloji və sitomorfoloji laboratoriyaları, uroloji, ginekoloji, burun-boğaz-qulaq xəstəlikləri kabinetləri; elmi kitabxanası var. İnstitutda 2 elmlər doktoru və 23 elmlər namizədi işləyir. Aspiranturası və klinik ordinaturası var.
Genetik xəstəliklər
Genetik xəstəliklər— genetikanın öyrənilməsi, ilk növbədə, tibbi biliklərin inkişafı üçün lazımdır. Genetik pozuntulara görə 15% uşaq hələ doğulmamış, 3% uşaq doğuş zamanı, 3% uşaq böyük yaşa çatmamış tələf olur, 20% insan nikaha daxil olmur və 10% ailə uşaqsız qalır İnsan orqanizmində xromosomlar və onların genlərində baş verən dəyişiklikləri xəstəliklərin yaranmasına səbəb olur. Genetik qüsurların səbəb olduğu minlərlə xəstəliklər mövcuddur. Lakin onların hamısı hələ də tam öyrənilməmişdir Belə xəstəliklərə həm xromosomlarda, həm də genlərdə baş verən dəyişikliklər nəticəsində yaranan mutasiyalar səbəb ola bilər. Bu mutasiyalar həm autosom, həm də cinsi xromosomlarda baş verə bilir. Əlamətin dominantlığı və resessivliyinin, həmçinin onun autosom və ya cinsiyyət xromosomu ilə ilişikliyinin Xromosom və ya genom mutasiyaları Hormon və fermentlərin sintezinin çatışmazlığı ilə bağlı gen mutasiyalarının Ətraf mühit şəraitindən asılı olaraq genotipin yaranmasının == Genom mutasiyalar == Bu səbəbdən belə xəstəliklərin irsiyyətin autosom-dominant tipli, məsələn, Marfan sindromu, polidaktiliya və autosom-resessiv tipli, məsələn, albinizm, fenilketonuriya kimi növləri mövcuddur. Cinsiyyətlə ilişikli idarə olunan insan xəstəlikləri haqqında əvvəlki mövzuda artıq danışılmışdır. Xromosom mutasiyaları xromosomun strukturunda baş verən dəyişikliklərlə bağlı ola bilər. Məsələn, beşinci xromosomun hissəsinin itkisi zamanı insanda Lejen sindromu və ya "pişik çığırtısı", xromosomun hissəsinin köçürülməsi və ya xromosomun sahəsinin 180 dərəcə çevrilməsi zamanı leykozun müəyyən formaları özünü göstərir. Genom mutasiyalarının kariotipdə xromosomların sayının dəyişməsi ilə bağlılığı məlumdur.
Gindes adına Uşaq və Yeniyetmələr üçün Respublika Vərəm Xəstəlikləri Sanatoriyası
Göz xəstəlikləri
Görmə orqanı — Periferik görmə reseptoru - göz alması və onun əlavə aparatı, görmə yolları və baş beyinin görmə mərkəzindən ibarətdir. Göz alması - cüt orqanı olub, kəllənin göz yuvalarında - orbitalarda yer göz düzgün kürə formasında deyil. Sağital oxunun uzunluğu - 24 mm, üfüqü - 23,6 mm, şaquli - 23,3 mm, göz almasının kütləsi 7-8 qrama bərabərdir. 3 qişası var: xarici və ya fibroz qişa, orta, damarlı qişa, daxili və ya tor qişa. == Gözün xarici qişası == Xarici qişa gözün fibroz qişası adlanır. (tunika fibrosa bulbi) lakin möhkəm qişadır. O, gözün formasını yaradır , onun müəyyən turqorunu saxlayır, müdafiə funksiyasını yerinə yetirir və gözü hərəkət etdirən əzələlərin bağlanması üçün xidmət edir. Fibroz qişa 2 yerə bölünür: buynuz qişa və sklera. Buynuz qişa - O, şəffafdır və səthi hamardır, parıltılıdır. Sındırma qüvvəsi 40 dptr.
Heyvan xəstəlikləri
Heyvan xəstəlikləri — yoluxmayan və yoluxan olur. Yoluxan Heyvan xəstəlikləri iki cür olur: bakteriya, virus və göbələklərin törətdiyi infeksiya və ibtidailər, cücülər, gənə və helmintlərin törətdiyi invazion xəstəliklər. Ən təhlükəli Heyvan xəstəliklərinə aqalaktiya, aktinomikoz, askaridioz, botulizm, brüssellyoz, vakinit, qarayara, moniyezioz, raxit, taun tulyameriya və s.-ni misal göstərmək olar. #Maraqlı məlumat: Hüceyrə tərəfindən virusun təsirinə qarşı sintez olunan qoruyucu zülaldır. Bu zülal hüceyrəyə daxil olan virusun çoxalmasının qarşısını alır. Müşahidələr göstərir ki, orqanizmdə interferon nə qədər az əmələ gələrsə, virus xəstəliyi də bir o qədər ağır keçər.
Heyvanları Xəstəlikdən Necə Qorumalı (1952)
Heyvanları xəstəlikdən necə qorumalı (film, 1952)
Metabolik xəstəliklər
Metabolik xəstəliklər — maddələr mübadiləsinin (metabolizm) normal gedişatının pozulması ilə əlaqəli xəstəliklər qrupunun ümumi adı. Normal maddələr mübadiləsi katabolizm və anabolizm proseslərinin ahəngdar birləşməsindən qaynaqlanır. Metabolik xəstəliklərin səbəbləri irsi metabolik pozuntular, endokrin orqanların xəstəlikləri və ya metabolik əhəmiyyətli orqanların (məsələn, qaraciyər) fəaliyyətindəki digər pozuntular ola bilər, əksər hallarda müəyyən fermentlərin olmaması və ya onların çatışmazlığı ilə əlaqədardır. Hal-hazırda anadangəlmə metabolik pozuntular xarakteri daşıyan xəstəliklərə piylənmə, podaqra, qəbizlik, şəkərli diabet, hiperlipoproteinemiya və bir çox başqaları daxildir. Məlumdur ki, getdikcə sayı artan çoxdan məlum olan xəstəliklər genetikdir. Metabolik pozuntular zamanı baş verə biləcək bəzi simptomlara halsızlıq, kilo itkisi, sarılıq, qıcolma və s. daxildir. Metabolik xəstəliklərin simptomları metabolik pozuntunun növündən asılı olaraq dəyişiklidir. Simptomlar dörd kateqoriyaya bölünür: kəskin simptomlar, gec başlayan kəskin simptomlar, mütərəqqi ümumi simptomlar və davamlı simptomlar. İrsi metabolik xəstəliklər qüsurlu bir gen ferment çatışmazlığı zamanı baş verir.
Mitoxondrial xəstəliklər
Mitoxondrial xəstəliklər — mitoxondrilərin genetik, struktur və biokimyəvi defektləri ilə şərtlənən heterogen sinir-əzələ xəstəlikləri qrupu. Enerjinin yaranmasında aparıcı rol mitoxondrilərə məxsusdur. İnsanın mitoxondrial DNT-si 2 zəncirli halqavari molekuldan ibarətdir. Mitoxondrial genom 16569 nukleotid, 22 nəqliyyat RNT-si geni, 2 ribosom RNT-si geni, 13 zülal genlərindən ibarətdir. Mitoxondrial DNT 200000-300000 nüsxədə, demək olar ki, tam yumurtahüceyrələrin sitoplazması ilə ötürülür (spermatazoidlər də praktik olaraq mitoxondrilər olmadığı üçün onlarla cüzi ötürülür). Ona görə də, mitoxondrial genlər və bu genlərin mutasiyaları ilə şərtlənən xəstəliklər tam olaraq ana xətti ilə ötürülür. Onu da qeyd etmək vacibdir ki, əksər (təxminən, 800) mitoxondrial zülallar, o cümlədən 80-a qədər tənəffüs zənzirinin polipeptidləri nüvə DNT-si ilə kodlaşdırılır. Onlar endoplazmatik şəbəkənin ribosomlarında sintez olunur və translokasion sistemlərin köməyi ilə mitoxondrilərə daxil olur. Bu sistemlərin ferment kompleksləri də nüvədə kodlaşdırılır. Aydın olmuşdur ki, mitoxondrial DNT-nin replikasiya və traskripsiyası nüvə faktorlarının nəzarəti altındadır.
Parazitar xəstəliklər
Parazitar xəstəliklər — parazitlərin (protozoylar, helmintlər və buğumayaqlılar) yaratdığı xəstəliklər qrupu. Bu xəstəlikdə parazit insan orqanizminə zərər verir və ya onun hesabına yaşayır. Onlar yoluxucu xəstəliklərin tərkib hissəsidir. Parazitar xəstəliklər yoluxucu xəstəliklərin bir hissəsi olsa da, adətən bir-birindən ayrılırlar və yoluxucu xəstəliklər birhüceyrəli orqanizmlərin (viruslar, bakteriya, göbələklər, ibtidailər) törətdiyi xəstəliklər hesab olunur. Bir sözlə viruslar maddə quruluşunun qeyri-hüceyrəvi formasına aiddir. Parazitar xəstəliklərin törədiciləri - çoxhüceyrəli heyvanlar - müxtəlif helmintlər və buğumayaqlılardır. Buğumayaqlılar arasında insan xəstəliklərinə bəzi patogen və fürsətçi gənələr — akariazlar, araxnozlar, həşəratlar — entomozlar, linqvatulidozlar və nadir hallarda qırxayaqlar — miriapodiasislər səbəb ola bilər. Buğumayaqlılar arasında ektoparazitlər üstünlük təşkil edir. Parazitar qurdlar insanlarda müxtəlif helmintozlara səbəb olur: tüylü qurdlar — trematodlar, lentşəkilli qurdlar — sestodoz, tikanbaşlılar —akantosefaloz, yumru qurdlar — nematodlar, zəlilər — hirudinozlar törədir. Bəzən insanlarda təsadüfi qılqurdlar — nematomorfa rast gəlinir.
Peşə xəstəlikləri
Peşə xəstəlikləri — zərərli istehsal faktorlarına məruz qalma nəticəsində yaranan xəstəliklər. BƏT mütəxəssislərinə görə, Rusiya Federasiyasında hər il təxminən 190 min insan pis iş şəraitinə görə ölür. Rus peşə patoloqlarına görə, 1930-cu illərdən bəri Rusiya Federasiyasında qeydə alınan peşə xəstəliklərinin sayı sistematik olaraq azaldılmışdır, nə baş verdiyinin obyektiv mənzərəsi olmaması və stimullaşdırmaq üçün adekvat bir dövlət siyasətinin iş şəraitini yaxşılaşdırmaq üçün işəgötürənlərin inkişafına mane olur. Peşə xəstəliklərinə yalnız peşə fəaliyyəti kontekstində meydana gələn və ya bu peşədə ümumi populyasiyada və ya digər işçi qruplarında daha çox rast gəlinən xəstəliklər aiddir . Bir neçə ölkədə işçinin təzminat və ya müavinət almağa haqq qazandığı peşə xəstəlikləri siyahısı var. Bu siyahıya daxil olmayan xəstəliklər üçün kompensasiya verilmir. Bu səbəbdən rəsmi siyahılara daxil edilməyən peşə mənşəli xəstəlikləri təsvir etmək üçün "peşə səbəb olduğu xəstəliklər" ifadəsi istifadə olunur. Bir çox ölkənin qanunvericiliyində müəyyən bir xəstəliyin işçinin iş şəraitində olmasından qaynaqlandığı fərziyyəsi mövcuddur və xəstəliyin başqa bir səbəbə görə olduğunu sübut etmək işəgötürənin və ya sığortaçının işidir. Qarşısının alınması tədbirləri, qıcıqlandırıcıyı iş yerindən kənarlaşdırmaqla və ya qapalı sistemlərdə və ya avtomatlaşdırmada güclü qıcıqlandırıcı maddələr istifadə edərək texniki qoruma yolu ilə qıcıqlandırıcı görünüşünü aradan qaldırmaq, qıcıqlandırıcıyı dəyişdirmək və ya çıxarmaq və işçilərin şəxsi müdafiəsini əhatə edir. Peşə xəstəliklərinin qarşısını almaq və onlara nəzarət etmək üçün əksər ölkələr müvafiq qanunlarını nəzərdən keçirir və yeniləyirlər, əksəriyyəti peşə xəstəlikləri qanunlarının pozulmasına görə cərimələri əhəmiyyətli dərəcədə artırırlar.
Prion xəstəlikləri
Prionlar (ing. proteinaceous infectious particle — yoluxucu zülalvari hissəcik) – İnsan və heyvanların ali nümayəndələrində mərkəzi sinir sistemində ağır xəstəliklərə səbəb olan, tərkibində nuklein turşuları olmayan zülalların xüsusi sinfi. Prionlar sahibin normal zülalının dəyişmiş formasıdır. 1982-ci ildə amerikalı molekulyar bioloq, Stenli Prussner tibbin və biologiyanın inkşafının yeni mərhələsini qoydu. O, yeni tip infeksiyon agent, prionları kəşf etdi. Bu təkcə molekulyar biologiyanın nailiyyəti deyildi, həm də tibbin inkişafında yeni bir era idi. Prinsipial olaraq digər infeksiyon xəstəliklərdən baş verməsinə və səbəbinə görə fərqlənən yeni tip xəstəlik aşkar olunmuşdu. Həkim praktikasında prion xəstəlikləri haqqında məlumatlı olmaq və onlari digər somatik sinir və əzələ sistemi xəstəliklərindən ayırmaq üçün differensial-diaqnostikanı bilmək cox vacibdir. Bunun üçün prion xəstəliklərini makroskopik və mikroskopik səviyyədə öyrənmək, xəstəliyin inkşafını, səbəbini, orqanizm üçün ağırlaşmalarını bilmək lazımdır: Morfoloji cəhətdən prion xəstəliklərini virus xəstəliklərindən ayırmaq Transmissiv Süngərvari Ensefalopatiyanin morfogenezini Transmissiv Süngərvari Miopatiyanın morfogenezini İnsanda ağırlaşmanı və ölümün səbəbini Prionlar submikroskopik infeksion hissəcik olub heç bir genetik materialı yoxdur (DNT və RNT). Prionları bütün mikroorqanizmlərdən: viruslar, bakteriyalar, göbələklərdən fərqləndirən əsas cəhət də budur.
Endokrin xəstəliklər
Endokrin xəstəliklər — endokrin sistemin pozulması nəticəsində baş verir. Endokrinoloji xəstəliklərlə məşğul olan tibb sahəsi endokrinologiya kimi tanınır. == Xəstəliyin növləri == Ümumiyyətlə, endokrin xəstəliklərini 3 qrupa bölmək olar: Endokrin vəzilərinin hipofunksiyası/hiposekresiyası — hormon çatışmazlığına səbəb olur Endokrin vəzilərinin hiperfunksiyası/hipersekresiyası — hormon artıqlığına səbəb olur Endokrin vəzilərinin şişləri — xoş və ya bədxassəli. Endokrin pozuntular çox vaxt olduqca mürəkkəbdir və endokrin sistemdə iştirak edən əks əlaqə mexanizmləri səbəbindən hiposekresiyanın və hipersekresiyanın qarışıq modelini əhatə edir. Məsələn, hipertiroidizmin əksər formaları artıq tiroid hormonu və tiroid stimullaşdırıcı hormonun aşağı səviyyədə olması ilə əlaqələndirilir. == Xəstəliklərin siyahısı == === Qlükoza homeostazının pozulması === Şəkərli diabet Şəkərli diabetin 1-ci tipi Şəkərli diabetin 2-ci tipi Hamiləlikdə şəkərli diabet Gənclərdə yetkinlər tipli şəkərli diabet Hipoqlikemiya İdiopatik hipoqlikemiya İnsulinoma Qlükaqonoma === Qalxanabənzər vəzin pozuntuları === Zob xəstəliyi Hipertireoz Diffuz zəhərli zob Zəhərli düyünlü zob Hipotireoz Tiroidit Haşimoto uru xəstəliyi Qalxanabənzər vəzin xərçəngi Qalxanabənzər vəzi hormonlarına qarşı müqavimət === Kalsium homeostazının pozulması və metabolik sümük xəstəlikləri === Qalxanabənzər ətraf vəziləri Birinci dərəcəli hiperparatiroidizm İkinci dərəcəli hiperparatiroidizm Üçüncü dərəcəli hiperparatiroidizm Hipoparatiroidizm Psevdohipoparatiroidizm Osteoparoz Paget sümük xəstəliyi Raxit Osteomalasiya === Hipofiz vəzinin pozuntuarı === ==== Posterior hipofiz vəzi ==== Şəkərsiz diabet Uyğun olmayan antidiuretik hormon sindromu ==== Ön hipofiz vəzi ==== Hipopituitarizm Hipofiz adenoması Prolaktinoma Akromeqaliya İtsenko-Kuşinq xəstəliyi === Cinsi hormon pozuntuları === Cinsi inkişafın pozuntuları Hermofroditizm Qonadal disgenez Androgenlərə həssaslıq sindromu Hipoqonadizm İrsi (genetik və xromosomal) pozuntular Kallman sindromu Klaynfelter sindromu Şereşevski – Terner sindromu Qazanılmış pozuntular Birinci dərəcəli yumurtalıq çatışmazlığı (erkən menopoz kimi də tanınır) Hipoqonadizm Yetkinlik dövrünün pozuntuları Gecikmiş yetkinlik Erkən yetkinlik Menstrual funksiya problemləri Amenoreya Polikistik yumurtalıq sindromu === Başqa yerdə qeyd olunmayan endokrin vəzilərin şişləri === Çoxsaylı endokrin neoplaziyası Vermer sindromu Sippl sindromu Çoxsaylı endokrin neoplaziyası tip IIb Karsinoid sindromu == Endokrin fövqəladə halları == Endokrinologiyada fövqəladə hallara diabetik ketoasidoz, hiperosmolyar hiperqlikemik vəziyyət, hipoqlikemik koma, kəskin adrenokortikal çatışmazlıq, feokromositoma kriz, hiperkalsemik kriz, miksedematoz koma və hipofiz apopleksiyası daxildir. Dekompensasiya olunmuş paratiroid feokromositoması və ya adenoması nəticəsində yaranan fövqəladə hallar bəzən aqressiv tibbi terapiya xəstənin vəziyyətini idarə edə bilmədikdə təcili rezeksiyaya yönəldilir. lakin cərrahi risklər əhəmiyyətlidir, xüsusilə qan təzyiqinin labilliyi və rezeksiyadan sonra ürək-damar sisteminin kollaps ehtimalı müvafiq olaraq katekolaminlərdə və kalsiumda tədricən normallaşma ilə kompensasiya edilməlidir. Xüsusilə daha yeni və daha effektiv dərmanlar və müalicələr baxımından xəstəni sabitləşdirmək üçün davamlı cəhdlərdən sonra təcili və ya seçmə cərrahiyyədən fərqli olaraq təcili cərrahiyyənin nə vaxt məqsədəuyğun olduğu hələ də müzakirə olunur.
Beynəlxalq Nadir Rast Gəlinən Xəstəliklər Günü
Beynəlxalq Nadir Rast Gəlinən Xəstəliklər Günü nadir xəstəliklərə diqqəti cəlb etmək, nadir xəstəlikləri olan şəxslər və onların ailələri üçün müalicə və tibbi təqdimat imkanlarını artırmaq məqsədilə fevralın son günündə qeyd olunan xüsusi gün. Bu tarix ona görə seçilib ki, uzun illərdə 29 fevral ən nadir tarixdir. Nadir Xəstəliklər üzrə Avropa Təşkilatı 2008-ci ildə naməlum və ya diqqətdən kənarda qalan xəstəliklər haqqında məlumatlılığı artırmaq üçün bu günü yaratmışdır. Bu təşkilata görə, bir çox nadir xəstəliklərin müalicəsi qeyri-kafi olduğu kimi, nadir xəstəlikləri olan şəxslərə və onların ailələrinə dəstək olmaq üçün sosial əlaqələr də yetərincə deyil; Bundan əlavə, hazırda xüsusi xəstəlikləri (QİÇS, xərçəng və s.) olan şəxslərə həsr olunmuş çoxsaylı günlər olsa da, əvvəllər nadir xəstəliklərdən əziyyət çəkənləri təmsil edən gün yox idi.
Lizosomal toplanma xəstəlikləri
Lizosomal toplanma xəstəlikləri – bəziləri uşaq yaşlardan əzələ-skelet simptomları ilə gedir və YİA ilə differensasiya etmək lazım gəlir.
Onkoloji Xəstəliklərin Beynəlxalq Təsnifatı
Onkoloji Xəstəliklərin Beynəlxalq Təsnifatı (XBT-O) — Xəstəliklərin Beynəlxalq Təsnifatının xüsusi tematik genişləndirilməsi. Bu təsnifat xərçəng xəstəlikləri zamanı geniş istifadə olunur. Hal-hazırda üçüncü revizyonundadır (ICD-O-3). ICD-10 morfoloji kodların siyahısını ehtiva edir.
İdiopatik xəstəliklər
İdiopatik xəstəlik dedikdə səbəbi məlum olmayan hər hansı bir xəstəlik nəzərdə tutulur. Termin qədim yunan dilindən ἴδιος (idios) -'öz' və πάθος (pathos)- 'əzab çəkən' sözlərinin birləşməsindən əmələ gəlmişdir və "özünə bənzər xəstəlik" mənasını verir. Bəzən xəstəlik zamanı ilkin səbəb aydın olmur, məsələn, ocaqlı seqmentar qlomeruloskleroz və ya ankilozlaşan spondiloartrit hallarında bu vəziyyətə rast gəlmək olar. Belə hallar idiopatik hesab olunur. Bəzi epilepsiya və insult formalarının idiopatik hallarını sinonim termin olan "kriptogen" ilə də izah etmək olar. Tibb sahəsindəki nailiyyətlər xəstəliklərin səbəbləri və təsnifatını daha yaxşı anlamağa imkan verir. Əsas səbəblər aşkarlandıqca və spontan görünən hadisələrin səbəbləri aydınlaşdırıldıqca idiopatik hesab olunan halların faizi azalır. «Essential» terminindən «idiopatik» terminin sinonimi kimi də istifadə olunur (Essential hipertoniya, Essential trombositemiya, Essential tremor). «Birinci dəfə» (birinci dəfə baş verən biliar xolangit, birinci dəfə baş verən amenoreya), «ikinci dəfə» kimi terminlərdən də geniş istifadə olunur. Daha az yayılmış sinonim olan «aqnogen» qədim yunan dilindən agno - naməlum və gen - səbəb) termini tibbi terminologiyada qeyri-müəyyən mənşəyi nəzərdə tutur (aqnogen mieloid metaplaziya).

Значение слова в других словарях