Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
War Thunder
War Thunder — İkinci dünya müharibəsindən ilhamlanaraq istehsal olunmuş onlayn oyun.
JF-17 Thunder
JF-17 Thunder (urdu جے ایف-17 گرج) və ya FC-1 Xiaolong — yüngül çəkili, tək mühərrikli, çoxməqsədli dördüncü nəsil qırıcı-bombardmançı təyyarədir. Qırıcı Pakistanın "Pakistan Aeronautical Complex" (PAC) və Çinin "Chengdu Aircraft Corporation" (CAC) şirkətləri tərəfindən birgə istehsal olunur. JF-17 hava kəşfiyyatı aparmaq, yer hədəflərinə qarşı hücum və qarşı tərəfin hava hədəflərinin tutulması və ya məhv edilməsi məqsədləri ilə hazırlanmışdır. Təyyarənin adındakı "JF" abreviaturasının açılışı "Joint-Fighter" (Vahid Qırıcı), "Thunder" isə "İldırım" mənasını verir. Çində təyyarə "FC-1 Xiaolong" adı ilə tanınır. "FC" abreviaturasının açılışı "Fighter-China" (Çin Qırıcısı), "Xiaolong" isə "Qəddar Əjdaha" mənasını verir. JF-17 döyüş təyyarəsi müxtəlif növ hava-hava və hava-yer tipli raketlər, həmçinin 23 mm çaplı QŞ-23–2 avtomatik topu ilə silahlanmışdır. Maksimum sürəti 1.6 maxa bərabər olan Guizhou WS-13 və ya Rusiya istehsalı RD-93 mühərriki ilə təchiz olunub. Bu təyyarələrin yaxın müddət ərzində Pakistan Hərbi Hava Qüvvələrinin "onurğa sütunu" olacağı və uçuş göstəriciləri təxminən eyni olan, lakin texniki xidməti təqribən iki dəfə baha başa gələn F-16 qırıcılarını da əvəzləyəcəyi gözlənilir. Pakistan HHQ ilk JF-17 eskadrilyasını 2010-cu ilin fevral ayında silahlanmaya qəbul etmişdir.
K-9 Thunder
K-9 Thunder Cənubi Koreya istehsalı özüyeriyən artilleriya qurğusudur. Bu artilleriya qurğusu Cənubi Koreya Silahlı Qüvvələrində istismar olunan K-55 artilleriya sistemini əvəz etmək məqsədilə hazırlanmışdır. K-9 haubitsası K-10 avtomatik mərmi təchizat maşını ilə birlikdə fəaliyyət göstərir. == İxrac == İlk dəfə texnologiya transferi Türkiyəyə həyata keçirilmiş və 2004-cü ildən etibarən T-155 Fırtına adı ilə lisenziya altında istehsal olunmağa başlamışdır. Bu texnologiya transferi qarşılığında Türkiyə Cənubi Koreyaya 1 milyard ABŞ dolları ödəmişdir. Türkiyə 2011-ci ilə qədər 300 ədəd Fırtına istehsal etməyi planlaşdırmışdır. 2015-ci ilin sentyabrında "Larsen və Toubro" konqlomeratı Hindistan ordusunu 100 ədəd K-9 haubitsası ilə təmin etmək üçün 800 milyon $ dəyərində müqavilə imzalamışdır. Hindistan üçün istehsal olunmuş K-9 Vajra-T xüsusilə ölkənin Pakistanla sərhəd ərazilərində səhra şəraitində istifadə üçün nəzərdə tutulmuşdur. 2016-cı ilin iyulunda Finlandiya müdafiə naziri açıqlanmayan sayda K-9 haubitsasının alınması məqsədilə Cənubi Koreya ilə danışıqların davam etdiyini açıqlamışdır. 2017-ci ilin fevralında isə ölkənin müdafiə naziri növbəti açıqlamasında 2017-ci ildən başlayaraq yeddi il ərzində Finlandiyanın 48 ədəd K-9 alacağını bildirmişdir.
Oklahoma City Thunder
Oklahoma-Siti Tander — NBA-də Qərb Konfransında, Şimal-Qərbi qrupunda yer alan Oklahoma Siti, Oklahomanı təmsil edən peşəkar basketbol klubu. Klub ev oyunlarını 18.203 tutumlu Chesapeake Energy Arenada oynamaqdadır. Həmçinin NBA İnkişaf Liqasında mübarizə aparan "Oklahoma-Siti Blu" adında ehtiyat (əvəzedici) komandası var. 2014-cü ildən etibarən Forbesin araşdırmalarına görə 590 milyon dollarlıq dəyəri ilə NBA-nın ən dəyərli on birinci komandasıdır.
Aktiv shutter 3D sistemi
Aktiv shutter 3D sistemi — bu gün 3D Xpand da adlandırılan 3D texnologiyasıdır. Bu, ən yüksək keyfiyyətli 3D təsvir texnikasıdır, çünki rəng və detal itkisi yoxdur. Lakin, ekranı müntəzəm olaraq yeniləmək zərurəti ilə əlaqədar olaraq, bahalı texnologiya və elektron komponentləri olan eynək tələb edir. == İşləmə prinsipi == Active Shutterdə, Polarizasiyalı 3D texnikasında olduğu kimi, iki kamera ilə çəkilişlər həyata keçirilir, lakin şəkillər üst-üstə qoyulmur, bir-birinin ardınca yayımlanırlar. Yəni əvvəlcə sağ kameranın çəkdiyi görüntü, sonra isə sol kameranın çəkdiyi görüntü çox sürətlə ekrana proyeksiya edilir. Xpand eynəklərinin ortasında uzaqdan idarəetmə sensoru mövcuddur. İdarəetmə pultlarında olduğu kimi, ekrandan bu sensora gələn ayrıca siqnal hazırda hansı kameranın şəklinin ekranda əks olunduğunu göstərir. Sağ kameranın şəkli eynəkdəki elektronikaya gəlirsə, eynəyin sol hissəsini qaraldır və həmin görüntünü yalnız sağ gözünüzün qəbul etməsinə şərait yaradır. Solda da eyni məntiqlə sağ şüşə qaraldılır.
Şredder
Şreder (ing. shredder — xırdalayan, qırımtalayan) ofislərdə kağızı çox xırda hissələrə kəsən xüsusi ofis avadanlığı. Hökumət idarələri, şirkətlər və fiziki şəxslər tərəfindən informasiyaların yayılmaması üçün yazışmaların, bank hesablarının, kredit kartlarının və digər vacib sənədlərin məhv edilməsi üçün istifadə edilir.