Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Sfera
Sfera və ya kürə — Fəzanın verilmiş nöqtəsindən (sferanın mərkəzi) müsbət r məsafədə olan nöqtələr çoxluğuna deyilir. Sfera həmçinin yarımçevrənin öz diametri ətrafında fırlanmasından alınan fiqurdur. Üçölçülü Evklid fəzasında verilmiş nöqtədən verilmiş müsbət məsafədə olan nöqtələr çoxluğu. Verilmiş nöqtə sferanın mərkəzi adlanır. Əgər nöqtəsi sfera mərkəzi, onun ixtiyari nöqtəsidirsə, parçası və ya onun uzunluğu sfera radiusu adlanır. Sfera iki ixtiyari nöqtəsini birləşdirən parçaya (yaxud onun uzunluğuna) sfera vətəri deyilir. Sfera mərkəzindən keçən vətərə onun diametri deyilir. Sferanın sahəsi (S) aşağıdakı düsturlarla hesablanır: S = 4 π r 2 {\displaystyle S=4\pi r^{2}} S = π d 2 {\displaystyle S=\pi d^{2}} , burada r sferanın radiusu, d isə diametridir. == İkiölçülü sfera (üçölçülü fəzada) == Sferanın tənliyi ( x − x 0 ) 2 + ( y − y 0 ) 2 + ( z − z 0 ) 2 = R 2 {\displaystyle (x-x_{0})^{2}+(y-y_{0})^{2}+(z-z_{0})^{2}=R^{2}} burada ( x 0 , y 0 , z 0 ) {\displaystyle (x_{0},y_{0},z_{0})} — sferanın mərkəzinin koordinatı, R {\displaystyle R} — onun radiusudur. Mərkəzi ( x 0 , y 0 , z 0 ) {\displaystyle (x_{0},y_{0},z_{0})} nöqtəsində olan sferanın parametrik tənliyi aşağıdakı kimidir: { x = x 0 + R ⋅ sin ⁡ θ ⋅ cos ⁡ ϕ , y = y 0 + R ⋅ sin ⁡ θ ⋅ sin ⁡ ϕ , z = z 0 + R ⋅ cos ⁡ θ , {\displaystyle {\begin{cases}x=x_{0}+R\cdot \sin \theta \cdot \cos \phi ,\\y=y_{0}+R\cdot \sin \theta \cdot \sin \phi ,\\z=z_{0}+R\cdot \cos \theta ,\\\end{cases}}} burada ϕ ∈ [ 0 , 2 π ) {\displaystyle \phi \in [0,2\pi )} , θ ∈ [ 0 , π ] .
Barlon Sekeyra
Barlon Sekeyra (25 may 1998-ci ildə Limpioda anadan olub) — Kosta-Rika Liqa FPD təmsilçilərindən olan Alayuelense klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Kosta-Rikalı futbolçudur. == Klub karyerası == === Alayuelense === Sekeyra Alayuelense akademiyası vasitəsilə inkişaf etmişdir. Sekeyra öz peşəkar karyerasında debütünü 28 avqust 2016-cı ildə San Karlos klubuna qarşı oyunda etmişdir. O, 64-cü dəqiqədə Xose Ortiz ilə əvəz olunmuşdur. Həmin görüşdə Alayuelense liqa görüşündə rəqibinə 2-1 hesabı ilə qalib gəlmişdir. == Karyera statistikası == === Klub === 3 İyun 2017 tarixində yenilənib1Libertadores Kuboku görüşləri daxildir. 2Kosta-Rika Superkuboku görüşləri daxildir.
Ribeyra sarayı
Ribeyra sarayı (Portuqalca tələffüz: [[Beynəlxalq fonetik əlifba|[ʀiˈbɐi̯ɾɐ]]]; port. Paço da Ribeira) — Müqəddəs Qeorqiya qalasını əvəz edən Portuqaliya krallarının 250 il boyunca həqiqi və rəsmi oturacağı idi. Prasa-du-Komersiunun indi yerləşdiyi Taxo çayının sahilində, Lissabonda yerləşirdi. İnşaatı 1498-ci ildə I Manuel tərəfindən təyin olunduğu kimi Hindistana dəniz yolunun açılması və Şərqdən Avropa ilə ədviyyə ticarətinin Portuqaliyalı inhisarı kontekstində başladı. Mədəni itkiləri İsgəndəriyyə kitabxanası ilə müqayisə edilən 1755-ci ildə Lissabon zəlzələsi ilə tamamilə məhv edildi.
Fabio Vieyra
Fabio Daniel Ferreira Vieyra (30 may 2000) – İngiltərə Premyer Liqasında çıxış edən Arsenalın futbolçusu. == Karyerası == === Portu === Portuda ilk matçına 10 iyun 2020-ci ildə keçirilən Portu-Maritimo matçının 72-ci dəqiqəsində çıxıb.Matç Portunun 1-0 hesablı qələbəsi ilə başa çatıb.Portuda ilk dəfə 5 iyul 2020-ci ildə keçirilən Portu-Belenenses matçında fərqlənib. Matça 64-cü dəqiqədə çıxmasına baxmayaraq 82-ci dəqiqədə fərqlənməyi bacarıb. Matç Portunun 5-0 hesablı qələbəsi ilə başa çatıb.21 iyun 2022-ci ildə Portudan ayrıldı. === Arsenal === 21 iyun 2022-ci ildə Portudan Arsenala transfer olundu. == Uğurları == === Klub === Portu Portuqaliya Premyer Liqası Qalib (2): 2019/20, 2021/22 Portuqaliya Kuboku Qalib (1): 2022 UEFA Gənclər Liqası Qalib (1): 2018/19 === Şəxsi === == İstinadlar == 1.Fabio Vieyra Soccerway 2.Portu 1-0 Maritimo Soccerway 3.Portu 5-0 Belenenses Soccerway 4.Fabio Vieyra Arsenalda!
Fragaria bifera
Yaşıl çiyələk (lat. Fragaria viridis) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin çiyələk cinsinə aid bitki növü. == Arealı == Avropadan Sibir və Türkiyəyə qədər yayılmışdır.
Olea bifera
Avropa zeytunu (lat. Olea europaea) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin zeytunkimilər fəsiləsinin zeytun ağacı cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Hündürlüyü 12 m-ə çatan, geniş çətirli, həmişəyaşıl ağac bitkisidir. Yarpaqları qısa saplaqlı və tam kənarlı olub, gövdə üzərində qarşı-qarşıya düzülürlər. Yarpaq ayası uzunsov formalı, yaxud lansetşəkilli bəzən də tərsinə, yumurtavari olub, uzunluğu 5-8 sm-ə çatır. Yarpaqlarının alt səthində gümüşü rəngli pulcuqlar yerləşir. Xırda və ağımtıl rəngli çiçəkləri salxımşəkilli çiçək qrupu əmələ gətirirlər. Dişiçiyi qısa sütuncuqlu, iki yuvalı və üst yumurtalıqlıdır. Tac borucuğunun divarlarına birləşmiş iki erkəkciyi vardır. Meyvəsi uzunsov, yaxud girdə formalı ətli çəyirdək meyvədir.
Sierra Leone
Syerra-Leone — Afrika qitəsinin qərbində, Atlantik okeanı sahillərində yerləşən dövlət. Ölkə şimaldan və şərqdən Qvineya ilə, cənub-şərqdən isə Liberiya ilə həmsərhəddir. Paytaxtı Fritaun şəhəridir. == Tarix == Qonşusu Liberiya kimi azad edilmiş Afrikalı qullar tərəfindən qurulub (1791-ci ildə Fritaunu qurdular). Syerra Leone 1961-ci ildə ingilis müstəmləkə əsarətindən çıxaraq müstəqilliyini elan etmiş, 10 il sonra krallıq üsul-idarə sistemindən imtina edərək, respublikaya çevirilmişdir. 90-cı illərdən başlayaraq 2002-ci ildə qədər dağıdıcı bir vətəndaş müharibəsi yaşamışdır. Ölkə ərazisində BMT sülhməramrıları fəaliyyət göstərməkdədir. Almaz mədənləri baxımından olduqca zəngindir, buna baxmayaraq qərbli müstəmləkəçilərin təhrik etdiyi və göz yumduğu vətəndaş müharibəsi nəticəsində bir xeyli yoxsullaşmışdır. == Coğrafiya == Sərhədlərinin ümumi uzunluğu 958 km olub, sərhəd qonşuları isə Qvineya (652 km), Liberiya (306 km), sahil xəttinin uzunluğu 402 km-dir. Təbii sərvətləri almaz, titan, boksit, dəmir, qızıl, xromdur.
Sierra MakKormik
Sierra Makkormik (28 oktyabr 1997) Amerikan aktrisasıdır. Onun ən məşhur rolu Disney Channel serialı olan Bacarıq Fermasındakı Oliv Doyl roludur.
Sierra McCormick
Sierra Makkormik (28 oktyabr 1997) Amerikan aktrisasıdır. Onun ən məşhur rolu Disney Channel serialı olan Bacarıq Fermasındakı Oliv Doyl roludur.
Nise da Silveyra
Nise da Silveyra (15 fevral 1905, Maseyio, Braziliya — 30 oktyabr 1999, Rio de Janeyro) — psixiatriya üzrə ixtisaslaşan braziliyalı həkim, Karl Qustav Yunqun tələbəsi. O, xəstələri elektroşok, insulin terapiyası və psixologiya üzrə müalicə etmişdir. Nise da Silveyra ilk dəfə heyvanlar üçün zeoterapiya fəlsəfəsini irəli sürmüşdür. O, əri Mariyo Maqalhaes da Silveyra ilə birlikdə Şüursuz Şəkillər Muzeyini yaratmışdır və Casa das Palmeiras (Palma Evi)— psixiatriya müəssisələrinin keçmiş xəstələri üçün klinikanı yaratmışdı. == Kitabları == Jung: vida e obra, Rio de Janeiro: José Álvaro Ed., 1968 Imagens do inconsciente Rio de Janeiro: Alhambra, 1981 Casa das Palmeiras. A emoção de lidar. Uma experiência em psiquiatria Rio de Janeiro: Alhambra, 1986 O mundo das imagens São Paulo: Ática, 1992 Nise da Silveira Brasil, COGEAE/PUC-SP 1992 Cartas a Spinoza Rio de Janeiro: Francisco Alves, 1995 Gatos, A Emoção de Lidar Rio de Janeiro: Léo Christiano Editorial, 1998 == Mənbələr == Fernando Portela Câmara. "Vida e obra de Nise da Silveira" Psychiatry On-line Brazil, 2002 Id. "A contribuição de Nise da Silveira para a psicologia junguiana" - Psychiatry On-line Brazil, 2004 Gullar Ferreira. Nise da Silveira: uma psiquiatra rebelde, 1996 João A. Frayze-Pereira.
İctimai sfera
İctimai sfera - müasir cəmiyyət nəzəriyyələrində cəmiyyətin ortaq faydasını təyin etmək və reallaşdırmaq yönündə fikir, ifadə və hərəkətlərin ortaya qoyulduğu və inkişaf etdirildiyi ortaq ictimai fəaliyyət sahəsi kimi izah edilir . == Ümumi izahı == İctimai sferalar mədəniyyətdən, dildən və ictimai statusdan asılı olmadan, hər kəsə təqdim edilən və ya açıq sferalardır. 1950-1960-cı illərdə “ortaq sahələr” və ya “vətəndaşlara aid sahələr” şəklində xarakterizə edilmiş, 1970-ci illərdə “ictimai sfera” anlayışına çevrilmişdir. Beləliklə ictimai sferanı, şəxsi yaşayış yerləri xaric, əhalinin qarşılaşdığı məkan, iqtisadi aspektdən ortaq şəkildə iqtisadiyyatın mərkəzi elementi, sosial aspektdən ortaq bir dünyanın vasitəçisi, demokratiyanın qanunlaşdırıldığı sfera kimi təyin etmək mümkündür. == Konsepsiyanın yaranma tarixi == Müasir vətəndaş cəmiyyətinin inkişafını izah edən mövcud nəzəriyyə görkəmli alman filosofu, sosioloqu və politoloqu Jurgen Habermasın “İctimai sfera” konsepsiyasıdır. Onun “İctimai sferanın struktur çevrilişi” kitabında (1962) bəhs edilən “ictimai sfera”, sadələşdirilmiş mənasıyla "ictimai həyatımız içində, ictimaiyyətə bənzər bir şeyin formalaşdığı bir sfera" kimi izah edilir. Çap mətbuatının meydana gəlməsi və inkişafı ilə ictimai sfera qədim yunan variantı Aqoradan fərqli olaraq, sosial problemləri yeni səviyyədə müzakirə edən fiziki şəxslərin “virtual” icması kimi ortaya çıxır. Məhz bu sosial mühit, mövcud hökuməti özünəməxsus tənqid ilə yaranmaqda olan müxalifətin potensial bazasına çevrilmiş, müasir tipli Qərb demokratiyasının formalaşmasında əsas amil olmuşdur. Antik Yunan dövründən bu günədək ictimai sferada hər zaman istisnalar olmuşdur. Antik Yunanıstanda ictimai sfera vətəndaşlıq üçün lazım olan praktik fəaliyyəti ehtiva etdiyi halda, xüsusi sahə fərdin yalnız özünü maraqlandıran, ailə həyatına aid təcrübəsini bildirirdi.
Siera Bravo
Siera Bravo (ing. Ciara Bravo) — Amerikalı aktrisa və fotomodel. == Bioqrafiya == Siera Bravo 18 mart 1997-ci ildə Kentukki ştatının İsgəndəriyyə şəhərində anadan olub. 9 yaşında o, bəzi modellik şoularında, o cümlədən Dallasda, Texasda Mike Beaty Model və Talent Expoda iştirak edir, burada Management 101-dən Brian Leder və Frederik Levay tərəfindən diqqət çəkir. 2008-ci il ərzində Siera dinləmələrdə iştirak edir və Newport Aquarium üçün reklam çarxlarında görünür. Növbəti il ​​o, bir neçə qısametrajlı filmdə rol alır, tezliklə Disney Schoolhouse-da bir neçə rol səsləndirdi və Timsahların davranışlarını öyrədə bilərsinizmi? filmində kamo rolunda çıxış edir. 2009-cu ildə Nickelodeonun Big Time Rush serialında Keti Nayt rolunu canlandılır. 2019-cu ildə YouTube Premium-da yayımlanan Wayne televiziya serialında əsas rollardan birini oynayır.
Bidens sierra-leonensis
Bidens sierra-leonensis (lat. Bidens sierra-leonensis) — mürəkkəbçiçəklilər fəsiləsinin üçbarmaq cinsinə aid biki növü.
Jao Bernardu Vieyra
Juan Bernardu Vieyra — Qvineya-Bisaunun baş naziri (28 sentyabr 1978 - 14 noyabr 1980), prezidenti (14 noyabr 1980 - 14 may 1984; 16 may 1984-7 may 1999; 1 oktyabr 2005-2 mart 2009). 1939-cu ildə anadan olmuş Vieyra 1978-1980-ci illərdə ölkənin baş naziri, 1980-1999-cu illərdə prezidenti olub. 2005-ci ildə yenidən prezident vəzifəsinə seçilib. Peşəcə elektrik olan Vieyra 1960-cı ildə Portuqaliya müstəmləkəçiləriylə partizan mübarizəsi aparan Qvineya Afrika Azadlıq Partiyasına qoşulur. Tezliklə hərəkatın əsas liderlərindən olur və "Nino" ləqəbi qazanır. Dövlət müstəqilliyi elan ediləndən (1973) sonra Milli Xalq Assambleyasının sədri, daha sonra baş nazir vəzifələrini tutur. 1980-ci ildə qansız hərbi çevriliş edərək ölkənin ilk prezidenti Luiş Kabralı devirir. Uzun müddət avtoritar idarəçilikdən sonra Vieyra 1994-cü ildə keçirilən çoxpartiyalı seçkidə hakimiyyəti əldə saxlayır. 1998-ci ildə vəzifədən çıxarılmış ordu komandanı Ansumane Mane ilə münaqişə vətəndaş müharibəsinə gətirir. 1999-cu ildə Vieyra ölkədən qaçır.
Juan Bernardu Vieyra
Juan Bernardu Vieyra — Qvineya-Bisaunun baş naziri (28 sentyabr 1978 - 14 noyabr 1980), prezidenti (14 noyabr 1980 - 14 may 1984; 16 may 1984-7 may 1999; 1 oktyabr 2005-2 mart 2009). 1939-cu ildə anadan olmuş Vieyra 1978-1980-ci illərdə ölkənin baş naziri, 1980-1999-cu illərdə prezidenti olub. 2005-ci ildə yenidən prezident vəzifəsinə seçilib. Peşəcə elektrik olan Vieyra 1960-cı ildə Portuqaliya müstəmləkəçiləriylə partizan mübarizəsi aparan Qvineya Afrika Azadlıq Partiyasına qoşulur. Tezliklə hərəkatın əsas liderlərindən olur və "Nino" ləqəbi qazanır. Dövlət müstəqilliyi elan ediləndən (1973) sonra Milli Xalq Assambleyasının sədri, daha sonra baş nazir vəzifələrini tutur. 1980-ci ildə qansız hərbi çevriliş edərək ölkənin ilk prezidenti Luiş Kabralı devirir. Uzun müddət avtoritar idarəçilikdən sonra Vieyra 1994-cü ildə keçirilən çoxpartiyalı seçkidə hakimiyyəti əldə saxlayır. 1998-ci ildə vəzifədən çıxarılmış ordu komandanı Ansumane Mane ilə münaqişə vətəndaş müharibəsinə gətirir. 1999-cu ildə Vieyra ölkədən qaçır.
Sierra qraflığı (Kaliforniya)
Sierra — Amerika Birləşmiş Ştatlarının Kaliforniya ştatında yerləşən qraflıq. Qraflığın əhalisi 2010-cu il hesablamasına görə 3240 nəfər olmuşdur. Mərkəzi Daunivil şəhəridir.
Marta Vieyra da Silva
Marta Vieyra da Silva (port. Marta Vieira da Silva; 19 fevral 1986, Dois Riaços, Alaqoas) — qısaca Marta kimi tanınan braziliyalı qadın milli futbolçu. Amerikan liqası WPS komandalarından Western New York Flash klubunda hücumçu mövqeyində oynayır. 2006, 2007, 2008, 2009 və 2010-cu illərdə beş dəfə FİFA Dünyada İlin Futbolçusu seçilmişdir. 2010-cu ildə bu mükafat ləğv edildikdən sonra yerinə gələn FIFA Ballon d'Orun da ilk sahibi olmuşdur. 2004 və 2008 yay Olimpiya oyunlarında gümüş medal qazanan Braziliya Qadın Milli Futbol Komandasının heyətində yer almışdır. 2004-cü ildə FİFA U-20 Qadınlar Dünya Kubokunda Ən Dəyərli Oyunçu (MVP) seçilərək Qızıl Top mükafatını qazanmışdır. 2007 FİFA Qadınlar Dünya Kubokunda həm ən yaxşı oyunçu olaraq Qızıl Top mükafatı, həm də Qol kralı olaraq Qızıl Buts mükafatına layiq görülmüşdür. == Klub Karyerası == === Vasco da Gama === Marta hələ 14 yaşında ikən tanınmış qadın məşqçi Helena Paçeko tərəfindən kəşf edilmişdir. Marta 2001-ci ildə klubun qadın komandasına qatılana qədər "Rio de Janeiro" klubunda oynadı və məşqlərində iştirak etdi.
Feyra-di-Santana Dövlət Universiteti
Feyra-di-Santana Dövlət Universitet (port. Universidade Estadual de Feira de Santana və ya qısaca UEFS) — Braziliyanın Feira de Santana şəhərində yerləşən dövlət universiteti.
Sıfra bölmə
Sıfra bölmə (ing. zero divide, rus. деление на нуль) — bölənin sıfır olduğu bölmə əməli. Riyaziyyatda sıfra bölmə hesablana bilməyən qeyri-müəyyən nəticə verir, buna görə də hesablama texnikasında o, həll oluna bilmir və xəta kimi qəbul olunur. Sıfra bölmək olmaz. Belə ki, əgər {\displaystyle a:0=b} {\displaystyle a:0=b}, onda bölmənin tərifinə görə {\displaystyle b\times 0=a} {\displaystyle b\times 0=a} olmalıdır, eyni zamanda istənilən b üçün {\displaystyle b\times 0} {\displaystyle b\times 0} sıfra bərabərdir. Başqa sözlə 0-ın tərsi yoxdur. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.