Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Pol Sinyak
Pol Sinyak (fr. Paul Signac, 11 noyabr 1863[…], Paris – 15 avqust 1935[…], Paris) — Fransız Neoimpressionizm rəssamı. Jorj-Pyer Söra ilə birlikdə puantilizm üslubunu yaratmışdı. == Haqqında == Sinyak 11 noyabr 1863-cü ildə Parisdə Jül və Heloise Sinyakın yeganə övladı olaraq anadan olmuşdur. Atası varlı bir yəhər istehsalçısı idi. Atasını 16 yaşında itirən Sinyak memarlıq təhsili alaraq rəssamlıq fəaliyyətinə başladı. Həyatı boyu Avropa sahillərini gəzib çox mənzərələr çəkdi. 1880–1884-cü illər arasındakı ilk rəsmlərinə Klod Mone və Arman Qiyomen kimi impressionist rəssamların təsirləri daxil idi. 1884-cü ildə Parisdə Jorj-Pyer Söra ilə görüşdü. Söranın sistemli iş üsulu və rəng biliklərinə heyran qalmışdı.
Sisəcan
Sünik və ya Sisakan (erm. Սյունիք, Սիսական) – Cənubi Qafqazda tarixi-coğrafi region. I Artaşesin hakimiyyəti dövründə (e.ə. 189 – 160) ermənilər tərəfindən ələ keçirilən Sünik albandilli tayfalar olan ərazi sayılırdı və b.e. 387-ci ilində Ermənistanın Bizans və Sasanilər arasında bölünməsinə kimi Ermənistan krallığının işğal etdiyi doqquzuncu vilayətini təşkil etmiş, 387-ci ildən sonra Sasanilərin tərkibində gah Qafqaz Albaniyasından, gah da Atropatenadan asılı olmuşdur. “VII əsr Ermənistan coğrafiyası”na görə Sünik 12 vilayətdən ibarət olmuşdur. Sünikin cənubu mənbələrdə həm də Zəngəzur kimi qeyd edilir. 387-ci ilə kimi Ermənistan ordusuna başçılıq edən bdeşx-sərkərdə vəzifələrini Sünik knyazları daşımışlar. Mərzban Ermənistanı dövründə Sünik knyazları İberiyaya da nəzarət etmişlər. Artıq VI əsr mənbələrində Sünikin nestorian mövqeyi tutan Ermənistandan siyasi və dini baxımdan ayrılması qeyd edilir.
Sincab
Sincab (lat. Sciurus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin gəmiricilər dəstəsinin sincablar fəsiləsinə aid heyvan cinsi. Bu cins Avropa, Şimali və Cənubi Amerikanın mülayim qurşaqlarında yayılmış 30-a yaxın növü özündə cəmləşdirir. == Təsnifatı == Sincab (Sciurus) cinsi Abert sincabı (S.aberti) Qviana sincabı (Sciurus aestuans) Allen sincabı (S.alleni) İran sincabı (S.anomalus) Arizona sincabı (S.arizonensis) Qızılıqarın sincab (S.aureogaster) Boz Karolin cincabı (S.carolinensis) Sciurus colliaei Sciurus deppei Sciurus flammifer Sciurus gilvigularis Sciurus granatensis Boz-sarı sincab (S.griseoflavus) Boz sincab (S.griseus) Sciurus ignitus Sciurus igniventris Yapon sincabı (S.lis) Neyarityan sincabı (S.nayaritensis) Qara sincab (S.niger) Sciurus oculatus Sciurus pucheranii Sciurus pyrrhinus Riçmond sincabı (S.richmondi) Sanborna sincabı (S.sanborni) Sciurus spadiceus Sciurus stramineus Ala-bəzək sincab (S.variegatoides) Adi sincab (S.vulgaris) Yukatan sincabı (S.yucatanensis) Druid sincabı == İstinadlar == == Mənbə == Davidson, Alan. Oxford Companion to Food (1999), "Squirrel". p. 750.
Sincan
Sincan (Oğuz) — Azərbaycan Respublikasının Oğuz rayonunun inzibati ərazi vahidində kənd. Sincan (Ankara) — Türkiyədə ilçə. Sincan (Çin) — əyalət.
Sincar
Sincar(ərəb. سنجار‎, kürd. شنگال, süry. ܫܝܓܪ) — İraqın şimal-qərbində şəhər. == Tarix == Zəngilər sülaləsinin bir qolu Sincarda hökumət qurmuşdu. == Coğrafiyası == Sincar şəhəri Mosulun Ninəvə mühafazasının şimalında yerləşir. == Əhalisi == Sincar şəhərində Ərəblər və müsəlmanlarla yanaşı əhalinin böyük əksəriyyətini Yezidi məzhəbindən olanlar təşkil edir.
Şinçay
Şinçay - Şəki rayonunda çay. == Ümumi məlumat == Şinçay başlanğıcını Böyük Qafqazın cənub yamaclarından, 3000 m yüksəklikdən götürür. Sol sahilində Qaraqaya dağı, sağ sahilində isə Seyidyurd dağı yerləşir. Çayın əsas qolları Qaraqaya və Dəvəlyan dağlarının yamaclarından başlayan Qaflan çayı və Qozludərə çaylarıdır. Qaflançay Şinçayın ən selli qollarından biridir. Bu çay 1100–1200 m mütləq yüksəkliyə qədər çayın dərəsi dar olub, bəzi yerlərdə kanyonlar əmələ gətirir. Qozludərə çayı isə iki qoldan ibarətdir. Çayın sağ qolu Seyidyurd dağının şimal-qərb yamacından, sol qolu isə Çaxıl dağının qərb yamacından başlayır. Çayın dərəsinin dərinliyi 1000 m olub, yamacları sərt və sıldırımlıdır. Şinçayın orta axınında sol sahildə ona Çaxıl dağının qərb yamacından başlayan Lerux çayı tökülür.
Sinema
Film, kino və ya kinofilm – hərəkətli təsvirlərdən istifadə etməklə hekayələri, fikirləri, hisləri, gözəlliyi və müxtəlif düşüncələri bizə çatdıran vizual sənət sahəsidir. Buradakı təsvirlər səslə, çox nadir hallarda isə, digər vasitələrlə müşayiət olunur. Kinematoqrafiya sahəsinin qısaldılmış adı olan "sinema" sözü, tez-tez film çəkilişi və ya film sənayesi sahələrinə istinadən işlədilir. Dünya kino tarixində ilk film 1896-cı ildə Lümyer qardaşları tərəfindən çəkilmişdir. Azərbaycanda isə ilk filmlər 1898-ci ildə fotoqraf və nasir Aleksandr Mişon tərəfindən çəkilmişdir. Hazırda filmlər kinoteatr və televiziyalarda ağ-qara, rəngli, səssiz, səsli və musiqili şəkildə nümayiş olunur. == Filmləri hazırlanması və yayımlanması == Filmdəki hərəkətli təsvirlər bəzi vizual effektlər və ya bu kimi tekniki proseslərin birləşməsi nəticəsində CGI, kompüter animasiyası vasitəsilə ənənəvi animasiya üsulundan istifadə edərək yaradılır. Hazırlanmış miniatür təsvirlər və ya kinokamera vasitəsilə çəkilmiş şəkillər ardıcıl olaraq birləşdirilir və nəticədə hərəkətli illüstrasiyalar yaratmaq mümkün olur. Rəqəmsal istehsalın tətbiqindən əvvəl, film saniyədə 24 kadr və ya təsvir sürətlə çəkilmiş canlı hərəkətin bir sıra statik və ya hərəkətsiz şəkillərindən ibarət fiziki bir hərəkət zolağı idi. Buradakı şəkillərin ardıcıl hərəkəti nəticəsində şəkil illüstrasiyası yaranır.
Sinek
Sinek — rok qrupudur. Onların musiqi alternativi rokun və pop musiqisinin sintezidir. Qrup beş musiqiçidən — Adem Polat, Uğur Koçoğlu, Gökhan Çevir, Sabri Uluhan və Gökhan Taşkın ibarətdir. Uğur Koçoğlu qrupun solistidir.
Inga sinacae
Inga sinacae (lat. Inga sinacae) — paxlakimilər fəsiləsinin i̇nqa cinsinə aid bitki növü.
Sisəcan nahiyəsi
Sisyan nahiyəsi — Azərbaycanda nahiyə. == Səfəvilər dövründə == Səfəvilər dövründə Sisəcan adlanan Sisəcan nahiyəsi şimal-qərbdən Bazarçayı nahiyəsi, şərqdən Qapanat hakimliyi, cənubdan Azadciran və Əlincə nahiyələri, qərbdən isə Dərəşahbuz nahiyəsi ilə həmsərhəd idi. Səfəvilər dövründə Sisəcan (Sisian) nahiyəsinin ərazisi təqribi hesablamalarımıza görə, 942 kvadratkilometr olmuşdur == Osmanlı dövründə == 1587-1603-cü illəri əhatə edən I Osmanlı idarəçiliyi dövründə də Sisian nahiyəsi Naxçıvan sancağının inzibati ərazisinə daxil olmuşdur. Bu zaman Sisian Şərur qəzasının 5 nahiyəsindən biri idi. Bu nahiyənin tərkibinə 31 kənd, 4 məzrəə daxil edilmişdi. Nahiyənin ərazisi təqribi hesablamalara görə 1263 kvadratkilometr olmuşdur. Kəndləri: Sisican kəndi, Sisyan kimi tanınır , Tulus (Sisyan) Köçəri (Sisyan) Ağcakənd Ağakəndi (İrəvan) Pisək kəndi Pirnağut kəndi Ənkləberd, Qarakilsə Ərəfsəcik Mülk, Pirnədir, Zəbazador Tulus Uz kəndi Köçəri kəndi Əskəmor kəndi Ortogis kəndi Korağakənd (başqa adı şeyx) Bələk (başqa adı Ümdəkilsə-?) kəndi Əlili və AğabaĢ kəndləri Əskəmor kəndi Ağcakənd Tigin (başqa adı Məhərrəm) kəndi Əlili kəndi ġeyxli kəndi Ortogis, Zaviyyə, Kivas, Qubad (baĢqa adı Dəlilər) kəndləri Xınıs kəndi Betenus (baĢqa adı Ketenus) kəndi ġələt kəndi Qıvraq kəndi Dəsdəgird kəndi Kivas kəndi Əxlətiyan kəndi == İkinci Osmanlı hakimiyəti dövründə == Naxçıvan sancağına aid olan nahiyələr sırasında 14 nahiyənin adı çəkilir ki, bunlardan biri də Sisiandır. Bu zaman yaşayış məntəqələrinin sayına görə Sisian Dərələyəzdən sonra Naxçıvan sancağının ikinci ən böyük nahiyəsi idi. Ərazisi 1456 kvadratkilometr olan bu nahiyənin ərazisində mənbələrdə 41 kənd 1 yaylağın adı çəkilir. == Qarbağ xanlığı dövrü == 1752 - 1840 Qarabağın xanlığının tərkibində Sisyan mahalı olaraq qatılmışdır.
Adi sincab
Adi sincab (lat. Sciurus vulgaris) — Gəmiricilər dəstəsinin sincab cinsinə aid heyvan növü. Sincablar daha çox Avropa qitəsindəki meşələrdə yaşayırlar. Boyları 25 sm. olur. Bədənlərinin arxasında, az qala öz boyları qədər uzun, yuxarıya doğru dayanan, geniş və gur tüklərdən ibarət quyruqları olur. Sincab bu uzun quyruğu sayəsində tarazlığı pozulmadan ağacdan ağaca atlayır. Kiçik iti dırnaqları sayəsində ağaclara dırmaşa bilən sincab budağın üstündə qaça, baş aşağı yellənə və o şəkildə irəliləyə bilər. Xüsusilə, boz sincablar bir ağacın ən ucdakı budağından 4 metr uzaqdakı bir başqa ağacın budağına rahatlıqla atlaya bilirlər. Havada uçarkən qollarını və qıçlarını açaraq sanki bir paraşut kimi hərəkət edirlər.
Amelanchier sinica
Amelanchier sinica (lat. Amelanchier sinica) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin i̇rqa cinsinə aid bitki növü.
Caragana sinica
Caragana sinica (lat. Caragana sinica) — paxlakimilər fəsiləsinin xostək cinsinə aid bitki növü.
Emilia sinica
Emilia sonchifolia (lat. Emilia sonchifolia) — mürəkkəbçiçəklilər fəsiləsinin emilia cinsinə aid bitki növü. == Sinonim == Cacalia sonchifolia Hort ex L. Crassocephalum sonchifolium (L.) Less. Emilia javanica (Burm.f.) C.B.Rob. Emilia marivelensis Elmer Emilia purpurea Cass. Emilia rigidula DC. Emilia sinica Miq. Emilia sonchifolia var. sonchifolia Gynura ecalyculata DC. Senecio sonchifolius (L.) Moench Senecio sonchifolius var. bogorensis Hochr. Senecio sonchifolius var.
Salvia sinica
Salvia sinica (lat. Salvia sinica) — dalamazkimilər fəsiləsinin adaçayı cinsinə aid bitki növü.
Sancak bölgəsi
Sancak bölgəsi (serb. Новопазарски санџак, bosn. Novopazarski sandžak; türk. Yeni Pazar sancağı; alb. Sanxhaku i Pazarit të Ri) — Serbiya (cənub-qərb) və Monteneqro (şimal-şərq) sərhədindəki tarixi bölgə. Bölgə adını türk hakimiyyəti dövründə (1912-ci ilə qədər) mövcud olmuş inzibati vahid adından almışdır. == Tarixi == Orta əsrlərdə bölgə serb Raşka dövlətinin mərkəzi idi, onun paytaxtı Ras müasir Yeni Pazar şəhəri yaxınlığında yerləşirdi, buna görə Sancakın serb hissəsi Raşka bölgəsi olaraq da tanınır. Osmanlı hakimiyyəti dövründə (XIV əsrdən) Yeni Pazar Sancağı mərkəzi Novi Pazar şəhərində olan Osmanlı İmperatorluğunun inzibati vahidi idi. 1878-1908-ci illər arasında ərazi Avstriya-Macarıstan, 1908-1913-cü illərdə yenidən Osmanlı İmperiyasının nəzarəti altına keçdi. 1913-cü ildə Birinci Balkan müharibəsinin nəticələrindən sonra Sancak Serbiya və Qaradağ arasında bölündü, 1945-ci ildə müasir sərhədlər quruldu.
Sincan (Oğuz)
Sincan — Azərbaycan Respublikasının Oğuz rayonunun inzibati ərazi vahidində kənd. Ehalisi-1673 == Toponimikası == Oykonim qədim türk dillərindəki sin (düşərgə, ordugah) və qan (yer, məkan) sözlərindən düzəlib, "düşərgə yeri" mənasındadır. Orta əsrlrdə Azərbaycan ərazisində Səncan adlı bir neçə yaşayış məntəqəsi olmuşdur. Hazırda Cənubi Azərbaycanda da eyniadlı kənd var. Sincan eyni zamanda qambatı da adlanan çoxillik ot və kol bitkisinin adıdır. "Sincan" — türk Azərbaycan mənşəli etnotoponimdir. Dəvəçi rayonunda Sincan-Boyat adlı kənd var. Köçəri türkmənlər içərisində sencan adlı tayfa olmuşdur. "Sincan" — iki sözün birləşməsindən yaranmışdır: "sin" və "can". "Sin" — türk dillərində "kimi, sanki" mənalarını daşıyır.
Sincan Rəsədxanası
Sincan Rəsədxanası — 2011-ci ilin yanvarında dəyişdirilmədən əvvəl Urumçi Rəsədxanası olaraq bilinirdi. SR-da hazırkı tədqiqat bir çox astronomiya sahəsini əhatə edir. Radio astronomiya, optik astronomiya və astronomiya tətbiqlərindən, xüsusən də pulsarlardan, ulduz əmələ gəlməsi və təkamülü, qalaktikalar və kosmologiya, yüksək enerjili astrofizika, mikrodalğalı qəbuledici, rəqəmsal texnologiya, GPS və s. SR-nın Radio Astrofizika Laboratoriyası Çin Elmlər Akademiyasındakı radio astronomiya əsas laboratoriyalarının üzvüdür və Sincan Uyğur Muxtar Bölgəsinin Açar Laboratoriyası statusuna da layiq görülmüşdür. SR Nanşen, Kaşqar, Qitai və digər iki müstəqil yerüstü stansiyanı idarə edir. == Obyektlər == Rəsədxananın imkanlarına Urumçi əyalətinin Qanqu qəsəbəsində yerləşən Nanşan Radio Teleskopu daxildir (43°28′17″ şm. e. 87°10′41″ ş. u.). SR-nın Nanşandakı 25 metrlik teleskop sahəsi çox uzun bazalı interferometriyanın (VLBI) vacib stansiyalarından biridir.
Sincan tacikləri
Çin tacikləri, Sincan tacikləri və ya Dağ tacikləri (sarıq. Tujik, tudʒik; çin. ənən. 塔吉克族, pinyin: Tǎjíkè Zú) — Çin Xalq Respublikasının Sintszyan-Uyğur Muxtar Rayonunda yaşayan xalq. Çin hökuməti tərəfindən rəsmiləşdirilən 56 xalqdan biridir. == Adı == Çində yayılan adlarına baxmayaraq, Sincan tacikləri Tacikistanda tacik dili, Əfqanıstanda isə dari dili olaraq tanınan bir dildə danışan taciklərlə eyni deyillər. Çinin Sincan vilayətində yaşayan taciklər İran dillərindən olan pamir dilində danışan pamirlərin bir hissəsidir. == Məskunlaşması == 2000-ci ildə əldə edilən məlumatlara əsasən Çin taciklərinin ümumi sayı 41,028 nəfərdir. Onların əksəriyyəti Çinin qərbindəki Sintszyan-Uyğur Muxtar Rayonunda yaşayır. Onların 60%-i Taşkurqan-Tacik Muxtar Qəzasında yaşayır.
Sinead Mulvey
Şineyd Malvi — 2009 Avroviziya Mahnı Müsabiqəsində İrlandiyanı təmsil edən müğənnidir. Müsabiqədə Black Daisy ilə birlikdə Et Cetera adlı mahnını səsləndirmişdir.
Sinema Filmi
Film, kino və ya kinofilm – hərəkətli təsvirlərdən istifadə etməklə hekayələri, fikirləri, hisləri, gözəlliyi və müxtəlif düşüncələri bizə çatdıran vizual sənət sahəsidir. Buradakı təsvirlər səslə, çox nadir hallarda isə, digər vasitələrlə müşayiət olunur. Kinematoqrafiya sahəsinin qısaldılmış adı olan "sinema" sözü, tez-tez film çəkilişi və ya film sənayesi sahələrinə istinadən işlədilir. Dünya kino tarixində ilk film 1896-cı ildə Lümyer qardaşları tərəfindən çəkilmişdir. Azərbaycanda isə ilk filmlər 1898-ci ildə fotoqraf və nasir Aleksandr Mişon tərəfindən çəkilmişdir. Hazırda filmlər kinoteatr və televiziyalarda ağ-qara, rəngli, səssiz, səsli və musiqili şəkildə nümayiş olunur. == Filmləri hazırlanması və yayımlanması == Filmdəki hərəkətli təsvirlər bəzi vizual effektlər və ya bu kimi tekniki proseslərin birləşməsi nəticəsində CGI, kompüter animasiyası vasitəsilə ənənəvi animasiya üsulundan istifadə edərək yaradılır. Hazırlanmış miniatür təsvirlər və ya kinokamera vasitəsilə çəkilmiş şəkillər ardıcıl olaraq birləşdirilir və nəticədə hərəkətli illüstrasiyalar yaratmaq mümkün olur. Rəqəmsal istehsalın tətbiqindən əvvəl, film saniyədə 24 kadr və ya təsvir sürətlə çəkilmiş canlı hərəkətin bir sıra statik və ya hərəkətsiz şəkillərindən ibarət fiziki bir hərəkət zolağı idi. Buradakı şəkillərin ardıcıl hərəkəti nəticəsində şəkil illüstrasiyası yaranır.
Sinema binası
Sinema binası — Azərbaycanın Gəncə şəhərində tarixi bina. XIX əsrin ikinci yarısında tikilmişdir. Bina əvvəllər «modern sineması» adlandırılmışdır. Ünvan: Gəncə şəhəri, Adil İsgəndərov küçəsi, 60.
Stephania sinica
Çin stefaniyası (lat. Stephania sinica) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin menispermaceae fəsiləsinin stefaniya cinsinə aid bitki növü.
Sinema salonu
Kinoteatr kinofilmlərin göstərildiyi ictimai binadır. Kinoteatrın əsas binasında tamaşaçı zalı yerləşir. Bu zalda yerləşmiş böyük ekranlarda (30 m-ə qədər) bütün film növlərinə baxmaq mümkündür. Kinoteatr "kino" və "teatr" sözlərinin birləşməsindən yaranmışdır. Kino yunanca "Kinomotoqraf" sözünün qısaldılmış formasıdır, mənası "Hərkəti çəkmək" deməkdir. Müasir kinoteatrlarda bir neçə tamaşa zalı olur. Onlar kondensionerlərlə və xüsusi səs effekti yaradan texnika ilə təchiz olunurlar. Yüksək keyfiyyətli kinoteatr üçün dibarların və tavanın akusitik tərtibatlarla təchiz olunması səciyyəvidir. Keçmiş SSRİ-də olan kinotaetrlarda 2500–4000- yaxın tamaşaçı yeri nəzərdə tutulurdu. Müasir kiotetralrda isə tutumu 200–300 olan kiçik zallar olur.
Sinema teatrı
Kinoteatr kinofilmlərin göstərildiyi ictimai binadır. Kinoteatrın əsas binasında tamaşaçı zalı yerləşir. Bu zalda yerləşmiş böyük ekranlarda (30 m-ə qədər) bütün film növlərinə baxmaq mümkündür. Kinoteatr "kino" və "teatr" sözlərinin birləşməsindən yaranmışdır. Kino yunanca "Kinomotoqraf" sözünün qısaldılmış formasıdır, mənası "Hərkəti çəkmək" deməkdir. Müasir kinoteatrlarda bir neçə tamaşa zalı olur. Onlar kondensionerlərlə və xüsusi səs effekti yaradan texnika ilə təchiz olunurlar. Yüksək keyfiyyətli kinoteatr üçün dibarların və tavanın akusitik tərtibatlarla təchiz olunması səciyyəvidir. Keçmiş SSRİ-də olan kinotaetrlarda 2500–4000- yaxın tamaşaçı yeri nəzərdə tutulurdu. Müasir kiotetralrda isə tutumu 200–300 olan kiçik zallar olur.