Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Skeleton Knight in Another World
Skeleton Knight in Another World (azərb. Skelet cəngavəri başqa dünyada‎) və ya Yaponiyada tanınan adı ilə Gaikotsu Kishi-sama, Tadaima Isekai e Odekakechuu (骸骨騎士様、只今異世界へお出掛け中, azərb. Skelet cəngavəri paralel kainata gedir‎) – KeG-in rəssamlığı ilə Ennki Hakari tərəfindən yazılan ranobe seriyası. Alternativ kainata skelet cəngavər kimi düşən videooyunçudan bəhs edir. Hakari ranobeni Shōsetsuka ni Narō saytı vasitəsilə yayımlamağa başlamışdır. Overlap 2015-ci ilin oktyabrında ranobeni nəşr etməyə başlamışdır. İndiyə qədər 10 cildi buraxılmışdır. Akira Savanonun rəssamlığı ilə manqa adaptasiyası da istehsal olunmuşdur. Seven Seas Entertainment həm ranobeni, həm manqanı Şimali Amerika üçün lisenziyalaşdırmışdır. == Məzmun == Oyunun baş qəhrəmanı yapon videooyunçudur.
Skeletons (Dihaj mahnısı)
Skeletons (azərb. Skeletlər‎) - azərbaycanlı müğənni DiHaj tərəfindən ifa edilmiş mahnı. Müğənni bu mahnı ilə, Azərbaycanı Ukraynanın paytaxtı Kiyev şəhərində keçirilən 2017 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. 11 mart 2017-ci ildə təqdim edilən mahnı, 15 mart 2017-ci ildə rəqəmsal yükləməyə çıxarılmışdır. Mahnı, 2011-ci ildə Azərbaycana qələbə gətirmiş Running Scared mahnısının da müəllifləri olan İsa Məlikov və Sandra Byurman tərəfindən yazılmışdır. == Avroviziya Mahnı Müsabiqəsində == DiHajın Azərbaycanı 2017 Avroviziya Mahnı Müsabiqəsində təmsil edəcəyi 5 dekabr 2016-cı ildə təsdiqlənmişdir. 11 mart 2017-ci ildə DiHajın ifa etdiyi "Skeletons" mahnısının musiqi videosu təqdim edilmişdir. Müsabiqənin finalında Diana "Skeletons" mahnısı ilə 26 ölkə təmsilçisinin mübarizə apardığı şouda 120 xal toplayaraq, 14-cü yerdə qərarlaşmışdır.
Skelet
Skelet (qəfəsə, ələngə) — canlı orqanizmlədə dayağı təmin edən bioloji sistem. Daha geniş mənada qeyri bioloji sistemlərin də əsas dayağı ola bilər. Məsələn, körpülərdə və binalarda da skelet mövcuddur. == Növləri == Skeletlər əsasən 3 qrupa bölünür: xarici (ekzoskelet), daxili (endoskelet) və maye (hidroskelet).
İnsan skeleti
İnsan skeleti — insanın bədənində olan sümüklərin məcmusu. Bu sümüklər məcmusu skeleti (yun. skeleton – "qurumuş") təşkil edir. Skelet hərəkət aparatının passiv hissəsinə aid olub hərəkət, istinad və qoruyucu funksiya daşıyır. Bişofa görə hərəkət aparatı bədənin kütləsinin 72,45%-ni, skelet isə 1/3 və ya 1/7 hissəsini təşkil edir. Yerdə qalanı bağ aparatı və əzələlərin üzərinə düşür. Yetkin şəxsin skeletini təşkil edən sümüklərin ümumi sayı 200-dən artıqdır. == Skelet haqqında ümumi məlumat == Skeleti təşkil edən hər bir sümük – os tam mənada bir orqandır. O müəyyən formaya, ölçüyə, quruluşa və funksiyaya malikdir. Sümük başlıca olmayàraqsümük toxumasından təşkil olunmuşdur.
Dolabda skelet
Dolabda skelet - Şəxs haqda gün üzünə çıxması problemlər yarada biləcək faktları ifadə edən idiom. Məsələn, evdə gizli saxladığınız cəsəd o qədər müddət çürüməyə məruz qalıb ki artıq dolabı açdıqda onun sadəcə sümükləri ilə qarşılaşırsınız. Dolabda skelet ifadəsi ilk dəfə 1816-cı ildə aylıq olaraq nəşr edilən the eclectic review jurnalında işlədilmişdir.
Skelet (insan)

Şkafda skelet

Skelet gölü
Roopkund (yerlilər arasında Sirli göl və ya Skelet gölü kimi tanınır) — Hindistanın Uttarakhand əyalətinin Trisul massivində, yüksək hündürlükdə yerləşən buzlaq gölü. Himalay dağlarında yerləşən gölün ətrafında yaşayış yoxdur və təqribən 5020 metr (16,470 fut) hündürlükdə yerləşir. Buzlaqlarla örtülmüş qayalar və qarlı dağlarla əhatə olunmuşdur. Roopkund məşhur trekkinq yeridir. Gölün ölçüsü müxtəlif dövrlərdə əhəmiyyətli dərəcədə dəyişir, lakin onun diametri nadir hallarda 40 metrdən çox olur və həmçinin qışda donur. == İnsan skeletlətləri == Təxminən üç metr dərinliyi olan Roopkund gölü kənarında tapılan yüzlərlə insan skeleti ilə məşhurdur. Qar əriyəndə insan skeletlətlərinin qalıqları gölün dibində görünür. 2015-ci ildə 82 skelet qalığında aparılan genetik və bioloji analizlərdən məlum olub ki, fərdlərin əksəriyyəti eramızın 8-ci əsrində, qalanları isə 9-cu əsrdə yaşamış kişilərdir. Qarşılaşdırılmış genetik analizlər göstərdi ki, 8-ci əsrdə ölən fərdlər genetik cəhətdən iki fərqli qrupda aiddirlər. Əksəriyyət müasir Avropa və Yaxın Şərq populyasiyalarına genetik yaxınlıq göstərsə də, digər qrup isə Şimali Hindistan Himalaylarından olan Avstroasiya əhalisi ilə yaxın haploqrupları bölüşürdü.
Dana Rozmari Skellon
Dana Rozmari Skellon (ing. Dana Rosemary Scallon; 30 avqust 1951, London) — 1970 Avroviziya Mahnı Müsabiqəsində "All Kinds of Everything" mahnısı ilə İrlandiyanı təmsil edərək qalib gəlmişdir. 1997-ci ildən siyasətə qatılmışdır. Həmin il keçirilən İrlandiya prezident seçkilərində namizədliyini irəli sürmüş və 13,8% səs toplayaraq 3-cü olmuşdur. Təkrar olaraq, 27 oktyabr 2011-ci ildə keçirilən prezident seçkilərində namizədliyini irəli sürmüş və bu dəfə 2,9% səs toplayaraq altıncı olmuşdur..
Əzələ-skelet sistemi
Dayaq və hərəkət sistemi — İnsan skeletinin sümükləri birləşdirici toxumanin bir növü olan sümük toxumasından təşkil olunmuşdur. Sümük toxumasından sinirlər və qan damarları keçir. Onun hüceyrələrinin çıxıntıları vardır. Sümük toxumasının 2/3 hissəsi hüceyrəarası maddədən ibarətdir. O bərk və sıx olub xassəsinə görə daşa oxşayır. Sümük hüceyrələri və bunların çıxıntıları içərisində hüceyrəarası maye ilə dolmuş çox xırda "kanalciqlarla" əhatə olunmuşdur. Sümük hüceyrələri kanalcıqların hüceyrəarsı mayesi vasitəsilə qidalanır və tənəffüs edir. Dayaq hərəkət sistemini sümüklər və əzələlər təşkil edir. Əzələlər bu sistemin fəal hissəsi olub sümükləri hərəkətə gətirir. Sümüklər isə nisbətən passiv hissəsi olub daha cox dayaq funksiyası yerinə yetirir.
Ernest Şeklton
Ernest Şelkton, (ing. Ernest Shackleton; 15 fevral 1874[…] – 5 yanvar 1922[…], Qryotviken, Cənubi Georgiya) İyirminci yüzilliyin əvvəlləridə həyata keçirtdiyi Antarktidanın kəşfi ilə tanınan irlandiyalı,ingilis səyyah. == Gənclik illəri == Səkkizi qız və ikisi oğlan olmağla on uşaqlı bir ailənin ikinci övladı olaraq dünyaya gələn Şelkton 17 yaşında ticarət gəmisində işə başladı. Üç dirəkli yelkənli gəmi ilə bir çox səfərə çıxdı. 24 yaşında leytenant rütbəsi aldı. == Kəşflər == 1901-ci ildə səyyah Robert Skott və həkim Eduard Vilson ilə ilk kəşf səfərinə çıxdı. noyabr 1902-ci ildə o günə qədər gediləsi mümkün olan ən cənubdakı nöqtə rekordunu (82°16') qırdılar. Askorbik (C vitamini çatışmazlığı) xəstəliyinə tutulan Skott onu Londona geri göndərdi. Bu səfərində şöhrət qazanan Şelkton, bir sonrakı kəşfinə 7 avqust 1907-ci ildə çıxdı, 1908-ci ildə Antarktidaya ikinci dəfə ayaq basdı. Bir çox sınağdan sonra səyyah 88°23' paralelinə çataraq daha bir cənuba enmə rekordu qırdı, amma Cənub Qütbünə 180 km qalmış geri dönmək məcburiyyətində qaldılar.
Ernest Şelkton