Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Bedrix Smetana
Bedrix Smetana (çex. Bedřich Smetana [ˈbɛdr̝ɪx ˈsmɛtana], xaç suyuna salınarkən Fridrix adını alıb (alm. Friedrich‎); 2 mart 1824[…], Litomişl[d], Bohemiya krallığı, Avstriya imperiyası[…] – 12 may 1884[…], Praqa, Bohemiya krallığı, Avstriya-Macarıstan[…]) — çex bəstəkarı, pianoçusu və dirijoru, Çex milli bəstəkarlıq məktəbinin yaradıcısı.
Bedrjix Smetana
Bedrix Smetana (çex. Bedřich Smetana [ˈbɛdr̝ɪx ˈsmɛtana], xaç suyuna salınarkən Fridrix adını alıb (alm. Friedrich‎); 2 mart 1824[…], Litomişl[d], Bohemiya krallığı, Avstriya imperiyası[…] – 12 may 1884[…], Praqa, Bohemiya krallığı, Avstriya-Macarıstan[…]) — çex bəstəkarı, pianoçusu və dirijoru, Çex milli bəstəkarlıq məktəbinin yaradıcısı.
Meta
Meta — soyad. Ermal Meta — Alban mənşəli İtaliya müğənnisi və bəstəkarı. İlir Meta — alban siyasətçi.
Kray Sveta
Kray Sveta burnu — Rusiya, Saxalin vilayəti, Şikotan adasında yerləşən burun. Sakit okeanın daxilinə uzanan və 40-50 metr pilləvari şəkildə alçalan bir qayalı ərazidir.. XX əsrin ikini yarısında rəssam və turisrtlər arasında məşhurluq qazanmışdır. Burundan digər quru parçasına olan məsafə 5400 km-dir. Aydın havada Kunaşir və İturup adalarında olan vulkan və dağları görmək mümkündür. Burunun özünü isə adanın şərq nöqtəsində yerləşən Krab burnundan müşahidə etmək mümkündür. Burunun pillələri ilə hərəkər etmək üçün 10 km məsafə qət etmək lazım gəlir buruna bu adı bölgənin RSFSR tərkibinə keçdikdən sonra 1946-cı ildə adanı tətqiq etmiş Yuri Efremov vermişdir.
Ermal Meta
Ermal Meta (20 aprel 1981, Fieri[d]) — Alban mənşəli İtaliya müğənnisi və bəstəkarı. O, daha öncə İtaliyanın ən böyük musiqi hadisələrindən hesab olunan Sanremo musiqi festivalında Ameba4 və La Fame di Camilla qruplarının üzvü olaraq iştirak etmişdir. Meta bir neçə italyan müğənnisinə mahnı yazdıqdan sonra öz solo karyerasına başlamışdır. 2016 və 2017-ci illərdə ifaçının Umano və Vietato morire adlı iki studiya albomu işıq üzü görmüşdür. Sonuncu albom İtaliyada bir nömrə olmuşdur və albomun əsas mahnısı ilə Meta 2017 Sanremo musiqi festivalında üçüncü yerə layiq görülmüşdür. Meta Fabritsio Moro ilə duet şəklində ifa etdiyi "Non mi avete fatto niente" mahnısı ilə 2018 Sanremo musiqi festivalında qələbə qazanmışdır. Onlar həmin mahnı ilə İtaliyanı 2018 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmiş və nəticədə 5-ci yeri qazanmışdırlar. == Bioqrafiya == Ermal Meta 20 aprel 1981-ci ildə Albaniyanın Fieri şəhərində anadan olmuşdur. 13 yaşında ikən Meta ailəsi ilə birlikdə İtaliyanın Bari şəhərinə köçmüşdür. O, musiqi karyerasına Ameba4 qrupunun üzvü olaraq başlamışdır.
Meta-Viki
MetaWiki (Meta-Wikimedia) - İnternetdə viki-layihələrin əsas əlaqələndirmə komissiyasıdır. Vikipediya istifadəçiləri arasında Meta kimi tanınır. Sayt 2001-ci il noyabrında ing. Meta-Wikipedia kimi yaradılsa da, hazırda müxtəlif rollar oyanayır: Vikimediyanın bütün layihələrinin, xüsusilə də qaydaların müzakirə olunduğu sayt; Neytral nəzər-nöqtəsinə tabe olması vacib sayılmayan şəxsi esselərin yazıldığı forum; Əlavələrin təşkil olunduğu və hazırlandığı, dillərarası problemlərin müzakirə edildiyi yer. Təkmilləşdirmələrin koordinasiya olunduğu yer; MediaWikinin istifadəsi təlimatlarının öz əksini tapdığı sayt (bu təlimatların viki prinsiplər əsasında qurulan MediaWiki.org saytına köçürülməsinə hazırlıq işləri gedir).MetaViki hazırda vikimediyaçıların (o cümlədən vikipediyaçıların) əsas ünsiyyət və müzakirə məkanlarından biridir. Digər ünsiyyət vasitələri arasında elektron poçt vasitəsilə məlumatların göndərilməsini, IRC kanallarını, konkret məqalə və istifadəçi müzakirəsi səhifələrini göstərmək olar. IRC kanalları kimi MetaViki-də Vikipediyanın dil bölmələrinin qaydalarından fərqlənən öz şəxsi qaydalarına sahib müstəqil və avtonom layihədir. Vikipediyanın serveri ilə bağlı, müxtəlif şikayətlərlə və Vikipediyadakı idarəçilər tərəfindən həll oluna bilməyən problemlərlə bağlı çox zaman Metaya müraciət edilir. İstifadəçilər sual və təklifləri ilə də bu sayta müraciət edə bilərlər. Məsələn, http://www.meta.wikimedia.org/wiki/IRC_channels Arxivləşdirilib 2009-02-01 at the Wayback Machine saytına müraciət etməklə Fondla və onun layihələri ilə bağlı sualları müzakirə etmək mümkündür.
Meta (departament)
Meta (isp. Meta) — Kolumbiya departamentlərindən biri. Ərazi coğrafi mərkəzə yaxın, And dağlarının isə şərqində yerləşir. İnzibati mərkəzi Vilyavisensio şəhəridir. == İnzibati bölgüsü == Meta departamentinin ərazisi 4 region və 29 bələdiyyədən ibarətdir.
Meta (dəqiqləşdirmə)
Meta (departament) — Kolumbiya departamentlərindən biri. MetaViki — İnternetdə viki-layihələrin əsas əlaqələndirmə komissiyasıdır. Meta İnkoqnita yarımadası — Baffin Torpağının cənubunda yerləşən yarımada.
Meta Platforms
Meta Platforms, Inc., (ticarət adı Meta; əvvəllər Facebook, Inc.), Menlo Parkda, Kaliforniyada yerləşən Amerika çoxmillətli texnoloji konqlomerat holdinq şirkətidir. Şirkətin məhsullarına Facebook, Facebook Messenger, WhatsApp, Instagram, Facebook Watch, Facebook Portal, Oculus, Giphy, Mapillary və digərləri daxildir. O, dünyanın ən dəyərli şirkətlərindən biridir və Amazon, Alphabet ,Google, Apple və Microsoft ilə yanaşı Amerika Birləşmiş Ştatları-nın informasiya texnologiyaları sahəsində Big Tech şirkətlərindən biri hesab olunur. Şirkət öz gəlirinin əhəmiyyətli bir hissəsini marketoloqlara reklam yerlərinin satışından əldə edir. 2021-ci ilin oktyabrında media orqanları Facebook-un ana şirkətinin "Metaverse-ün qurulmasına diqqətini əks etdirmək" üçün adını dəyişməyi planlaşdırdığını bildirdi; həmin ayın sonunda – oktyabrın 28-də Meta olaraq rebrendinq edildi. "Meta" Qədim yunan dilindən gəlir və futuristik motivi ifadə edən "kənar" mənasını verir. == Tarixi == Facebook 1 yanvar 2012-ci ildə ilkin ictimai təklif (IPO) üçün müraciət etdi. İlkin prospektdə şirkətin 5 milyard dollar toplamaq istədiyi, aylıq 845 milyon aktiv istifadəçisi və gündəlik 2,7 milyard bəyənmə və şərh toplayan vebsaytı olduğu bildirilirdi. IPO-dan sonra Zukerberq Facebook-un 22% sahiblik payını saxlayaraq səsvermə hüququ olan səhmlərin 57%-nə sahib olacaqdı. Anderrayterlər səhmlərin hər birini 38 dollar dəyərində qiymətləndirərək, şirkəti 104 milyard dollar dəyərində qiymətləndiriblər ki, bu da yeni açıq şirkət üçün bu günə qədərki ən böyük qiymətləndirmədir.
Smet Kenesbayev
Smet Kenesbayeveviç Kenesbayev (qaz. Ісмет Кеңесбаев) (1907 - 1995)—qazax türkoloqu. == Həyatı == Smet Kenesbayev 1907-cı ildə anadan olmuşdur. 1944-cü ildə doktorluq dissertasiyasını müdafiə etmişdir Elmlər Akademiyasının təsisçilərindəndir. Akademiyanın müxbir üzvü və vitseprezidenti seçilmişdir. Qazax dilinin fonetikası, leksikası və frazeologiya əsərləri var. Bir neçə dərsliyin müəllifidir. Tərcümə nəzəriyyəsi, tətbiqi leksikoqrafiya adlı tədqiqatları var. Əsas elmi istiqaməti frazeologiyadır. 30 ildən artıq frazeologiya sahəsində çalışıb.
Tatsuhiko Seta
Tatsuhiko Seta (d. 15 yanvar 1952) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 25 oyun keçirib.
İlir Meta
İlir Rəcəb Meta (alb. Ilir Rexhep Meta; 24 mart 1969, Çorovoda[d], Berat vilayəti[d]) — 24 iyul 2017-ci ildən etibarən Albaniya Prezidenti vəzifəsində çalışan alban siyasətçi.Daha əvvəl 1999–2002-ci illərdə Baş nazir vəzifəsində çalışıb və 30 yaşında Albaniya tarixində I Zoqdan sonra ikinci gənc Baş nazir olub. Meta ayrıca 2002–2003 və 2009–2010-cu illər arasında yenidən Xarici İşlər Naziri vəzifəsində çalışıb. 2013–2017-ci illərdə Albaniya Respublikası Parlamentinin sədri olub. Bundan əvvəl Avropa İnteqrasiyası Parlament Komissiyasına rəhbərlik edib. Meta 2004-cü ildə Sosialist İnteqrasiya Hərəkatını qurub. 28 aprel 2017-ci il tarixdə 140 millət vəkilindən 87 səs alaraq Albaniya Prezidenti seçildi. Sosial mediada Seltik klubuna olan sevgisini tez-tez nümayiş etdirir. 2020-ci ilin iyul ayında Albaniyada ilk Seltik fan klubunu qurmuşdur. == Həyatı == İlir Meta 24 mart 1969-cu ildə Çorovoda şəhərində anadan olub.
Meta-krezol
Meta-krezol == Alınması == Meta –metilanilinin nitrat turşusu ilə reaksiyaya daxil olur və metakrezol əmələ gətirir Duzlarından spirt və fenolların sıxışdırılıb ayrılması Fenolyatların hidrolizi Turşuların parçalanması reaksiyası == Tədbiqi == Dərman maddələrində, əsasən ümumi dezinfeksiya üçün sabun məhlulları şəklində istifadə olunur . Aşağı qatılıqlarda bəzən inyeksiya üçün qoruyucu kimi istifadə olunur. Onlar papillomaların və bəzi digər dəri neoplazmalarının çıxarılmasında yerli nekrotik və mumiyalaşdırıcı vasitə kimi istifadə olunan Ferezol (tricresol) və Verrukacid (metacresol) preparatlarının bir hissəsidir. == Ədəbiyyat == 1. Tibbi ensiklopediya 2. Kузнецов Е. В., Прохорова И. П. Альбом технологических схем производства полимеров и пластических масс на их основе. Изд. 2-е. М., Химия, 1975. 74 с. 3. Кноп А., Шейб В. Фенольные смолы и материалы на их основе. М., Химия, 1983.279 с.
Meta İnkoqnita yarımadası
Meta İnkoqnita yarımadası (ing. Meta Incognita Peninsula) — Baffin Torpağının cənubunda yerləşən yarımada. Kanadanın Nunavut vilayəti ərazisinə daxildir. == Coğrafi yerləşmə == Yarımadanın sahilləri dağlıqdır. Maksimal hündürlüyü 853 metrdir.Cənub-qərb sahilində eskimoslara aid Kimmirut adlı kənd vardır. == Flora və fauna == Əsasən tundra bitkiləri yayılmışdır. Yarımada bütünlüklə bu bitkilərlə örtülüdür. Burada Cırtdan tozağacı, Bataqlıq ladan kolu kimi bitkilər yayılmışdır. Heyvanlar aləmindən Şimal maralı, Müşk öküzü, dovşan, arktika canavarı, tüklü, ağ ayı, morj, suiti, balınalar, su quşlarına rast gəlinir. == Ədəbiyyat == Quaternary geology of western Meta Incognita Peninsula and Iqaluit area, Baffin Island, Nunavut / D.A Hodgson.
Şveta Tivari
Şveta Tivari (4 oktyabr 1980) — hind kino aktrisası.
Ameka
Ameka - Zamua çarı (E.ə. IX əsrin I yarısı). Qaynaqlar onu "çar" adlandırır və paytaxtın – Zamri şəhəri olmağı haqqında məlumat verir. E.ə. 880-cı ildə Assuriya hökmdarı II Aşşurnasirapalın Zamuaya yürüşü zamanı döyüşdə məğlubiyyətə uğramış, ölkənin paytaxtı Zamrini tərk edərək öz qoşunu ilə Etini dağlarına çəkilmişdir. Kitabədən bəlli olur ki, Ameka imkan tapıb Sabua dağında yerini möhkəmlətmişdi. Aşşur qoşunu ölkəni talan etmiş, lakin Amekanı ələ keçirə bilməmişdir. Ameka bir müddət aşşurlara qarşı müqavimətini davam etdirmişdir. == Mənbə == Azərbaycan Milli Ensiklopediyası. I cild.
Asmera
Əsməra (tiqr. ኣስመራ, Asmera) — Eritreyanın paytaxtı və ən böyük şəhəri. Adı əvvəllər "Asmara" kimi tələffüz edilirdi. Toxuculuq, tikiş, ayaqqabı, yeyinti, keramika sənayesi müəssisələri vardır. Şəhərdə yerli universitet, aeroport və dəmiryol vağzalı vardır. Şəhər italyan memarlığı əsasında inşa olunduğu üçün "Kiçik Roma" ləqəbinə malikdir. == Əhalisi == Əhalisi 2009-cu ilin hesablamalarına görə 649 000 nəfərdir. Əsas etnik qruplar tiqrai (77 %) və tiqredir (15 %). Əhalinin 60 % Eritreya pravoslav kilsəsinin inancları, 15 % — katoliklər, 25 % — müsəlmanlardır (sünnülər). == Qardaşlaşmış şəhərlər == Fransa Never == Coğrafiyası == Dəniz səviyyəsindən hündürlüyü 2325 metrdir.
Axmeta
Axmeta (gürc. ახმეტა) – Gürcüstanda şəhər. Əhalisi 7105 nəfər təşkil edir (2014-ci il). Kaxetiya regionunda yerləşir.
Emesa
Hüms (ərəb. حمص‎) — Suriyada şəhər. Hüms mühafəzəsinin mərkəzidir. == Tarixi == Hüms bizim eradan əvvəl 2300-cü ilə aid salnamələrdə çəkilir. Şəhər Emesa adlanırdı. Bir müddət Roma imperiyasından asılı olmuşdu.
Kometa
Kometa və ya Quyruqlu ulduz (q.yun. κομήτης, komḗtēs, tərc. uzun saçlı) — Günəş Sisteminin kiçik cisimlərindən biri. Kosmik fəzada təsadüf edilən müxtəlif ölçülü cisimlər olub, toz və qazdan ibarət "quyruğa" malikdirlər. Çox zaman Günəş ətrafında fırlanırlar. Kometalar Günəş sisteminin kiçik cisimləridir. Onlar olduqca sıxılmış orbit boyunca hərəkət edirlər və Günəşə yaxınlaşdıqca formalarını kəskin dəyişirlər. Kometalar Günəşdən uzaq məsafədə olduqca dumanlı, zəif işıqlanan obyekt kimi görünürlər. Günəşə yaxınlaşdıqca əks tərəfə yönəlmiş "quyruğu" yaranır. Kometa yunanca "kometos" sözündən olub, "quyruqlu ulduz" deməkdir.
Metak
Metak — metal və plastik avadanlıqlar istehsal edən və satışını təşkil edən Azərbaycan şirkəti.Şirkət tikinti, binaların su-qaz təchizatı və isidilməsi, kanalizasiya sistemi kimi bir çox istiqamətlərdə istifadə olunan müxtəlif məhsulların istehsalı,satışı həmçinin yükdaşıma, kimyəvi analiz ilə məşğuldur. == Tarixi == Şirkət fəaliyyətə 1997-ci ildə ilkin olaraq polad boruların Azərbaycana idxalı və daxili bazarda satışı ilə başlamışdır. Ardınca polad döymə məmulatları, darvazalar və sifariş əsasında bütün bu tipdə qaynaq işləri ilə məşğul olan ilk sexini qurur. 2002-ci ildə hər növ tikinti işkələləri və inşaat dirəkləri istehsal etməklə bu sex artıq mini zavoda çevrilmişdir.2003 cü ildə Şirkət, 25mm-dən 325mm-dək müvafiq ölçülərdə polad dirsək və keçidlərin istehsalı ilə məşğul olmağa başlayır. 2017-ci ilin sonlarında şirkət Bakı Fond Birjasında istiqrazların buraxılmasına başlayır.2017-ci ildə Şirkət Balaxanı Sənaye Parkının rezidentlərindən biri olur.2017-ci ildə şirkət Sumqayıt Sənaye Zonasında 3 hektar sahədə şüşə-lifli polipropilen və bazalt lifi istehsalı zavodu tikəcəyini elan edir.2017-ci ili uğurlu keçirən şirkətə Avropa Yenidənqurma və İnkişaf Bankından (AYİB) 8 milyon avro ekvivalentində olan Azərbaycan manatı ilə kredit ayırır.2018-ci ildə fəaliyyət sahəsini genişləndirən şirkət meyvələr yığılan plastik qabların (viol) istehsalına başlayacağını elan edir. == Məhsullar == "METAK" Şirkəti Azərbaycan Respublikası ərazisində yüklərin daşınması üzrə nəqliyyat xidmətləri, metalların kimyəvi analizi üzrə xidmət, plastik boruların montajı və tikinti işləri üzrə xidmətlər göstərir.
Metal
Metal (lat. metallum, " şaxta " deməkdir) — temperaturun artması ilə azalan elektrik keçiriciliyinə, istilik keçiriciliyinə, deformasiya oluna bilmə və metalik parıltı kimi xassələri özündə əks etdirən təmiz materiallara deyilir. == Metalların ümumi xarakteristikası == Məlum olan 118 kimyəvi elementin 90-dan çoxu metaldır. Metalsız yer kürəsini təsəvvür etmək mümkün deyil. Belə ki, Yer kürəsinin nüvəsi, əsasən, dəmir və nikeldən, mantiyası alüminiumun birləşmələrindən, litosferi (Yer qabığı) isə bir çox metal birləşmələrindən ibarətdir. Beləliklə, metallar dövri sistemdə, əsasən, berilliumdan Be astatadək At çəkilmiş dioqnalın sol aşağı hissəsində yerləşir (dövri sistemdə I–III qrupun əsas yarımqruplarının (hidrogen və bordan başqa) və I–VIII qrupun əlavə yarımqrup elementlərinin hamısı, lantanoid və aktinoidlər də daxil olmaqla metallardır). == Metalların fiziki xassələri == Metalların əsas ümumi fiziki xassələri aşağıdakılardır: metal parıltısı; yüksək istilik və elektrik keçiriciliyi; plastiklik. === Metalların plastikliyi === Metalların plastikliyi — onların xarici qüvvənin təsiri ilə dağılmadan öz formasını dəyişmək qabiliyyətidir. === Metal parıltısı === Metal parıltısı metalın sərbəst elektronlarının işıq şüalarını güclü əks etdirməsi ilə əlaqədardır. Civə və gümüş ən yüksək parıltıya malik metallardır.
Metan
Metan qazı – kimyəvi formulu CH4 olan sadə karbohidrogen. Adi şəraitdə, yəni atmosfer təzyiqi altında və otaq temperaturunda rəngsiz, iysiz və mavi rənglə yanan qazdır. Suda az həll olur və havadan yüngüldür. Onun kritik parametrlərinə əsasən metanın maye halına çevrilməsi üçün nisbətən aşağı temperatur (−82 °C) tələb olunur. Metan təbii qazın əsas komponentidir, parafinlər və ya alkanlar adlanan doymuş alifatik karbohidrogenlərin homoloji sırasının birinci üzvüdür. Quruluşda C-C əlaqəsinin olmaması onu bu sıranın digər üzvlərindən fərqləndirir, o, ən dayanıqlı və nisbətən inert karbohidrogendir. Onun parçalanma temperaturu etanın parçalanma temperaturundan 200 °C yüksəkdir, eyni zamanda sıranın digər üzvləri arasındakı temperatur fərqi təxminən 25 °C təşkil edir. Azərbaycanda illik metan qazı istehsalı 40–45 mln. m3.qaya. == Metanın mənbələri == Metan Yer səthindən ayrılan qazların çoxunun əsas kütləsini təşkil edir.
Msxeta
Mtsxeta (gürc. მცხეთა) – Gürcüstanda şəhər. Tbilisinin 20 kilometr uzaqlığında, Araqvi çayının Kürə töküldüyü yerdə yerləşir. Gürcüstanın ən qədim şəhərlərindən biridir. V əsrə qədər İberiya çarlığının siyasi və iqtisadi mərkəzi olmuşdur.
Omega
Omega — Omega markası altında lüks saatlar istehsal edən İsveçrə saat şirkətidir. == Tarixi == Şirkət 1848-ci ildə İsveçrənin La Chaux-de-Fonds şəhərində sadə saatların yığılması emalatxanası kimi yaradılıb.
Omeqa
Omeqa (Ω ω) (yun: Ωμέγα, Omeqa) iyirmi dörd hərfli yunan əlifbasının sonuncu hərfidir. Azərbaycan dilindəki O səsi kimidir, lakin adətən Ö səsinə yaxın səs verir.
Pyeta
Pyeta — xristian incəsənətində, xüsusilə heykəltaraşlıqda istifadə olunan, Bakirə Məryəmi ölmüş oğlu İsanı qucağında tutarkən göstərən səhnə.
Seuta
Seuta (isp. Ceuta; ərəb. سبتة‎) - İspaniyanın Şimali Afrikada yerləşən ərazisi. İspaniya konstitusiyasına görə Melilya ilə birlikdə muxtar statusa malikdir. Mərakeş ilə sərhəd olan şəhərin ərazisi 19 km²'dir. Aralıq dənizi ilə 20 km, Mərakeş ilə 8 km sərhəd zonası mövcuddur. Pireney yarımadasına 14 km məsafədə yerləşir. Seuta 1995-ci ilin 14 mart tarixinə qədər Kadiz muxtar bölgəsinin tərkibində olmuş və həmin tarixdən sonra muxtar ərazi statusu almışdır. İspaniya Avropa İttifaqına daxil olmamışdan əvvəl Seuta, Melilya və Kanar adaları azad liman statusuna malik idi. 2011-ci ilin məlumatına əsasən 82 min nəfər əhalisi vardır.
Sarta
Sarta (fr. Sarthe, bret. Sarthe) — Fransanın qərbində yerləşən, Pei-de-la-Luar regionun departamentlərindən biri. Sıra nömrəsi — 72. İnzibati mərkəzi — Le-Man. Əhalisi — 579 497 nəfər (departamentlər arasında 46-cı yer, 2010-cu ilin məlumatları). == Coğrafiyası == Ərazisi — 6206 km². Departamentə 3 rayon, 40 kanton və 375 kommun daxildir. == Tarixi == Sarta — 1790-cı ilin mart ayında Böyük Fransa İnqilabı dövründə yaradılan ilk 83 departamentdən biridir. Keçmiş Men əyalətinin ərazisində yerləşir.