Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Samara
Samara (rus. Самара) — Rusiyanın Samara vilayətinin mərkəzi. Şəhər Volqanın sol sahilində yerləşir. Qala kimi 1586-da əsası qoyulmuşdur . 1935-dən 1991-ci ilə qədər şəhər Kuybışev adı daşıyırdı. Şəhərdə Rusiyanın ən uzun çay sahili və Avropada ən böyük dəmir yol vokzal binası yerləşir . Samarada İkinci dünya müharibəsi vaxtı bura paytaxı daşımaqa üçün infrastrukturu hazırlayırdılar . Əhali — 1,17 milyon insan (2011-ci il), Rusiyada əhalının sayına görə altıncı şəhərdir. Böyük iqtisadi mərkəz, nəqliyyat mərkəzi və elmi cəhətdən-maarifləndirici mərkəzdir. Əsas sənaye sahələri: maşınqayırma, neft emal etməsi və yeyinti sənayesi .
Soara
Siqor (yun. Σηγώρ), həmçinin Soar və ya Soara (q.yəh. צוער‎ ‎ “kiçik”; lat. Zoara, yun. Ζογορα) — Əhdi-ətiqdə Sodom pentapolunun beş şəhərindən biri. Əksər tərcüməçilərə görə, şəhər Ölü dənizin cənub-şərq ucunda, Kerek vadisində, Moav dövləti ilə sərhəddə yerləşir. Şəhər İosif Flavi, Ptolemey, Yevsevi və İyeronim tərəfindən xatırlanır. Şəhər Lut və qızları üçün sığınacaq olması və məqsədilə Sodom və Qomorranı məhv edən faciədən xilas edilmişdir. Şəhər əvvəllər Bela kimi də tanınırdı (ivr. ‏בלע‏‎) və kiçik bir dövlətin paytaxtı idi.
Samara Arena
Samara Solidarnost Arena (rus. Солидарность Самара Арена; əvvəlki adı Kosmos Arena ) – Rusiyanın Samara şəhərində yerləşən stadion. Arena 2018 FİFA Dünya Kubokuna ev sahibliyi etmiş stadionlardan biridir. Stadion Samara Arena adı ilə də bilinir. 44918 nəfər tamaşaçı tutumuna malikdir. Stadion 320 milyon $-a tikilmişdir. Stadionun meydançası: 27 ha Tamaşaçı tutumu: 44918 nəfər VİP tamaşaçı tutumu: 1125 nəfər Premium oturacaqlar: 75 ədəd Ümumi sahə: 160498,1 m² Hündürlük: 60 m İnşa edən şirkət: Sport-Engineering Dizayner: TerrNIIgrazhdanproekt Stadionun əsas arxitektural xüsusiyyəti onun kosmosa bənzəməsidir. Bütün stadionu əhatə edən, ulduz və ya bir kosmik cihaza bənzəyən ümumi siluet ilə aşağıdan kiriş kimi strukturlar tərəfindən dəstəklənir. Qübbənin minimal əyriliyi olsa da, bizə düz bir səth olaraq göyə yüksəlmiş görünüşünü verir. Stadionun ellipsə oxşayan bünövrəsi ikimərtəbəli oturacaqlarını daşımağa imkan verir.
Samara Vivinq
Samara Vivinq (ing. Samara Weaving; 23 fevral 1992, Adelaida) — avstraliyalı aktrisa və model. O, karyerasına öz ölkəsində "Mavidən kənar" (2008) adlı serialda rol alaraq başlamışdır. "Ev və uzaq" (2009–2013) adlı teleserialda canlandırdığı İndi Volker roluna görə 2011-ci ildə "Ən yaxşı qadın rol" başlığı altında Avstraliya İncəsənət Akademiyası mükafatına (AACTA) namizəd görülmüşdür. Vivinq 23 fevral 1992-ci ildə Cənubi Avstraliyanın Adelaida şəhərində ingilis ata Simon Vivinq və maltalı ana Helena Bezzinanın ailəsində dünyaya gəlmişdir. O, Sinqapur, Fici, Avstraliya və İndoneziyada böyümüşdür. Atası kinorejissor, Yeni Cənubi Uelsin Nyukastl şəhərində yerləşən Nyukastl Universitetində müəllim və həmçinin Kanberra Beynəlxalq Film Festivalının bədii rəhbəridir. Anası Nyukastl Universitetində muzeyşünaslıq dərsi keçən sənət terapevtidir. Kiçik bacısı Morqan da aktrisadır. Aktyor Huqo Vivinq əmisidir.
Samara bayrağı
Samara bayrağı — Samara şəhərinin bayrağı
Samara vilayəti
Samara vilayəti (rus. Самарская область) — Rusiya Federasiyasının subyektlərindən biri.
Samara çayı
Samara çayı (ukr. Сама́ра) — Ukraynada yerləşir və Dnepr çayının qollarından biridir. Samara və Dnepr çaylarının birləşdiyi yerdə Dnepr adlı bir şəhər yerləşir. Uzunluğu 300 km olan çayın 22,600 km²-lik su hövzəsi vardır. Çay əriyən qar suları ilə qidalandığı üçün su səviyyəsi nizamsızdır. Çayın eni 40 ilə 60 m arasında dəyişir. Samara Çayının ən böyük qolları Vovotsça və Byk çaylarıdır. Çay üzərində qurulmuş ən böyük şəhərlər Ternivka və Novomoskovsk şəhərləridir. Çayın uzunluğu 311 km-dir. Çayın maililiyi isə 0.33 m/km-dir.
Stavroula Samara
Stavroula Samara (d. 8 iyul 1994) — Yunanıstanı təmsil edən bədii gimnast. Stavroula Samara, 2012 və 2016-cı ildə Yunanıstanı Olimpiya Oyunlarında təmsil etdi. Stavroula Samara birinci dəfə Olimpiya Oyunlarına 2012-ci ildə qatıldı. Birləşmiş Krallığın London şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarının təsnifat mərhləsində o, komanda yoldaşları ilə birgə 51.875 xal topladı və 9-cu yeri tutaraq mübarizəni dayandırdı. Stavroula Samara 2016-cı ildə Yunanıstan bayrağı altında Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Yoanna Anaqnostopoulou, Yeleni Doika, Zoi Kontoqianni və Mixaela Metallidou ilə birgə təsnifat mərhələsində 30.416 xal topladı və 13-cü yeri tutaraq mübarizəni dayandırdı.
Samara Ortis
Samara Ortis — Deportivo La-Korunya FK klubunda müdafiəçi kimi çıxış edən futbolçudur. == Şəxsi həyat == Ortiz İspaniyada anadan olub. Onun əkiz bacısı Malena da futbolçudur. Futboldan kənarda o, Alkala Universitetində Ətraf Mühit Elmləri üzrə təhsil alıb. == Klub karyerası == Ortiz karyerasına əkiz bacısı ilə birlikdə Rayo Valyekano akademiyasında başlamışdır. Bacılar hər ikisi "CD Canillas" və sonra onun varisi CD Tacón klubunda oynayıb, hansıki daha sonra Real Madrin klubuna çevrildi. 2021-ci ilin yayında Samara Ortiz Danimarkanın Brøndby klubuna qoşuldu, yəni bacılar ilk dəfə ayrılmışdı. Danimarkadakı bir mövsümdən sonra Ortiz İspaniyaya qayıtmağı seçdi və 2022–23 mövsümü üçün Deportivo La Korunyaya qoşuldu. == Beynəlxalq karyera == Ortiz 2014-cü ildə Azərbaycan vətəndaşı olub və sentyabrın 13-də 19 yaşadək futbolçulardan ibarət komandanın heyətində Ukrayna ilə oyunda debüt edib.
Samara vilayəti bayrağı
Samara vilayəti bayrağı — Samara vilayətinin bayrağı
Samara Solidarnost Arena
Samara Solidarnost Arena (rus. Солидарность Самара Арена; əvvəlki adı Kosmos Arena ) – Rusiyanın Samara şəhərində yerləşən stadion. Arena 2018 FİFA Dünya Kubokuna ev sahibliyi etmiş stadionlardan biridir. Stadion Samara Arena adı ilə də bilinir. 44918 nəfər tamaşaçı tutumuna malikdir. Stadion 320 milyon $-a tikilmişdir. Stadionun meydançası: 27 ha Tamaşaçı tutumu: 44918 nəfər VİP tamaşaçı tutumu: 1125 nəfər Premium oturacaqlar: 75 ədəd Ümumi sahə: 160498,1 m² Hündürlük: 60 m İnşa edən şirkət: Sport-Engineering Dizayner: TerrNIIgrazhdanproekt Stadionun əsas arxitektural xüsusiyyəti onun kosmosa bənzəməsidir. Bütün stadionu əhatə edən, ulduz və ya bir kosmik cihaza bənzəyən ümumi siluet ilə aşağıdan kiriş kimi strukturlar tərəfindən dəstəklənir. Qübbənin minimal əyriliyi olsa da, bizə düz bir səth olaraq göyə yüksəlmiş görünüşünü verir. Stadionun ellipsə oxşayan bünövrəsi ikimərtəbəli oturacaqlarını daşımağa imkan verir.
Solidarnost Samara Arena
Solidarnost Samara Arena (rus. Солидарность Самара Арена; əvvəlki adı Kosmos Arena ) – Rusiyanın Samara şəhərində yerləşən stadion. Arena 2018 FİFA Dünya Kubokuna ev sahibliyi etmiş stadionlardan biridir. Stadion Samara Arena adı ilə də bilinir. 44918 nəfər tamaşaçı tutumuna malikdir. Stadion 320 milyon $-a tikilmişdir. == Təsvir == Stadionun meydançası: 27 ha Tamaşaçı tutumu: 44918 nəfər VİP tamaşaçı tutumu: 1125 nəfər Premium oturacaqlar: 75 ədəd Ümumi sahə: 160498,1 m² Hündürlük: 60 m İnşa edən şirkət: Sport-Engineering Dizayner: TerrNIIgrazhdanproekt Stadionun əsas arxitektural xüsusiyyəti onun kosmosa bənzəməsidir. Bütün stadionu əhatə edən, ulduz və ya bir kosmik cihaza bənzəyən ümumi siluet ilə aşağıdan kiriş kimi strukturlar tərəfindən dəstəklənir. Qübbənin minimal əyriliyi olsa da, bizə düz bir səth olaraq göyə yüksəlmiş görünüşünü verir. Stadionun ellipsə oxşayan bünövrəsi ikimərtəbəli oturacaqlarını daşımağa imkan verir.
Bık (Samara çayının qolu)
Bık — Ukraynada çay, Samara çayının sol qolu == Haqqında == Bık çayı - Donetsk vilayərinin şimal-qərbindən və Dnepropetrovsk vilayətinin şərqindən axır. Bık çayı şəhər tipli qəsəbə olan Petpopavlovka yaxınlığında Samara çayına tökülür. Çayın uzunluğu 108 km, hövzəsi 1430 kv. km.-dir. Bık çayı Samara-Dnepr-Qara dəniz su sisteminə daxildir. Çayın cənubunda və onun yuxarı hissəsində Dobropolye şəhəri yerləşir. Şəhər tipli qəsəbələr olan Svyatoqorovka, Petropavlovka qəsəbələri, Qanevka, Krivorojye, Slavyanka, Troitsa kəndləri Bık çayının sahillərində yerləşir.
Krılya Sovetov Samara FK
Krılya Sovetov FK (rus. Профессиональный футбольный клуб «Крылья Советов» Самара) – Rusiyanın Samara şəhərini təmsil edən futbol klubu . Klub hal-hazırda Rusiya Premyer liqasında çıxış edir. 2017/2018 mövsümündə Krılya Sovetov Rusiyanın I divziyonunda 2-ci yeri tutaraq ''Premyer liqada'' iştirak hüququ qazandı. Krılya Sovetov ev oyunlarını 44918 nəfər tutumlu ''Samaya'' Arenada keçirir. Krılya Sovetovun yüksək liqaya yüksəlməsində əsas pay sahibi 10 qol ilə rusiyalı futbolçu Sergey Kornilenko olmuşdur . == Tarixi == Krilya Sovetov Samaya klubu 1942-ci ildə yaranıb. Klub ilk rəsmi matçını 30 iyul 1944-cü ildə SSRİ kubokunda Lokomotiv Moskva FK qarşı keçirdi və 1-5 hesabı ilə məğlub oldu .SSRİ Çempionatında (ikinci qrup) ilk oyunu 4 iyun 1945-ci ildə Kuybyshev stadionunda, Lokomotivdə ''Qorkinin Torpedo'' komandasına qarşı keçirildi. Oyun 1-1 bərabərliklə başa çatdı. Onu da qeyd edək ki klubun ilk baş məşqçisi Viktor Novikov olmuşdur.
Fransisko Lopes de Qomara
Fransisko Lopes de Qomara (isp. Francisco López de Gómara; 2 fevral 1511[…] – 1564[…]) — İspaniya keşişi, humanisti, Amerikanın fəthi üzrə tarixşünas. Heç vaxt Yeni dünyada olmamışdır, lakin onun əsərləri çox təfərrüatlıdır. Qomara Kortesin etirafçısı idi və Meksikanın fəthində iştirak edənlərin çoxunu şəxsən tanıyırdı. Onun işi Bernal Diası ilhamlandırmışdır.
Bomarea
Bomarea (lat. Bomarea) — bitkilər aləminin zanbaqçiçəklilər dəstəsinin alströmeriyakimilər fəsiləsinə aid bitki cinsi. Bu bitki cinsi əsasən And dağları üçün səciyyəvi olsa da, bəzən Mərkəzi Amerika, Meksika və Qərbi Hindistanda da rast gəlinə bilər. Bomarea cinsinə aid bəzi növlər dekorativ bitki kimi yetişdirilir. Bu cinsin nümayəndələri eyni fəsiləyə aid Alstroemeria cinsinə bənzəyir. Bomarea cinsi dörd yarımcinsə bölünür: Baccata, Bomarea, Sphaerine və Wichuraea. Bunlardan ən böyüyü təxminən 70 növü olan Bomarea-dır. Cinsə təxminən 110-122 arası növ daxildir.
Dombra
Dombra (qaz. домбыра) — Qazax xalq çalğı aləti. Xalq arasında deyilir ki, hər iki Qazaxdan biri mütləq bir musiqi aləti çalmağı bacarır. Biz bu iddianı yumşaldaraq deyirik ki, Türkistan şəhərində hər ailədə mütləq bir nəfər musiqi aləti çalır və bu çalınan alət dombradır. "Qazaxı soruşsan, dombranın qolundadır". Bu yəqin ki, xalqla onun musiqisi arasındakı əlaqəni ifadə edən ən gözəl sözdür. Dombıra, iki telli musiqi aləti və bəlkə də Anadolu sazının atasıdır. Anadolu sazının da üç telli olduğu illər uzaqda deyildir. Sazda tel sayının çoxalması 80-100 illik məsələdir. Bəlkə daha əvvəl, o da dombıra kimi yalnız iki telli idi.
Domera
Domera (fr. Valigny) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Şimali-qərbi Monlyusoon kantonuna daxildir. Kommunanın dairəsi — Monlyuson. INSEE kodu — 03101. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 9004 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 5558 əmək qabiliyyətli insanlar arasında (15-64 yaş arasında) 3745 nəfər iqtisadi cəhətdən fəal, 1813 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 67,4%, 1999-cu ildə 67.0%). 3745 fəal 3444 nəfərdən (1776 kişi və 1668 qadın), 301 nəfəri işsiz (123 kişi və 178 qadın) idi. 1813 hərəkətsiz, 394 nəfər şagird və ya tələbə, 879 nəfər təqaüdçü, 540 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Gomaran
Gomaran (erm. Գոմարան) — Ermənistan Respublikasının cənubunda, Sünik mərzinin şərqində yerləşən Güdgüm (Geğanuş; erm. Գեղանուշ) kənd icmasına daxil olan kənd. Kənd Oxçuçayın sağ sahilində Qafan şəhərindən 3 km cənub-şərqdə yerləşir. 1930-1995-ci illərdə kənd Qafan rayonu inzibati-ərazi vahidinin tərkibinə daxil idi. == Mənbə == Musa Urud, «Zəngəzur», Bakı, "Nurlar", 2005. Əziz Ələkbərli, «Qədim türk-oğuz yurdu "Ermənistan"», Bakı, "Sabah", 1994. PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov.
Kamara
Kamara — Afrika ölkələrində daha çox işlədilən soyad. Məhəmməd Kamara — Liferinq klubunda çıxış edən Mali futbolçusu. Mahdi Kamara — Sent-Etyen klubunda çıxış edən Fransa futbolçusu. Boubakar Kamara — Marsel klubunda çıxış edən Fransa futbolçusu. Kader Kamara — Qvineya futbolçusu. Xuan Kamara — İspaniya futbolçusu. Titi Kamara — Qvineya futbolçusu. Anri Kamara — Seneqal futbolçusu. Laye Kamara — Qvineya yazıçısı. Babakar Kamara — Seneqal basketbolçusu.
Nomarx
Nomarx (q.yun. νομάρχης, q.misir ḥrj tp ꜥꜣ; mənası – Böyük rəis) — nomun hökmdarı. Çarın canişini olan nomarx öz nommu ərazisində inzibati aparata, məhkəməyə və orduya başçılıq edirdi. "The Nomes (provinces) of Ancient Egypt". Philae.nu. 2 iyun 2010 tarixində arxivləşdirilib.
Novara
Novara — (Piyemonte ləhcəsiylə: Noara və Lombardo ləhcəsiylə: Nüara) İtaliyada Piyemonte regionunda Milano şəhərinin qərbində olan eyni adı daşıyan Novara vilayətinin mərkəzi olan bir şəhəridir.
Saxara
Sahara, Səhra və ya Saxara (ərəb. صحراء‎, fr. Sahara), həmçinin Böyük Səhra — Afrikanın şimalında yerləşən dünyanın ən böyük tropik səhrası. Uzunluğu qərbdən şərqə (Atlantika okeanı sahillərindən Qırmızı dənizədək) qədər 5700 km, şimaldan cənuba (Atlas dağları və Aralıq dənizindən Sudan çöllərinədək) isə 1200–2000 km-dir. Sahəsi təqribən 8,6 mln km²-dir. Bu da Afrikanın ümumi sahəsinin 30%-i deməkdir. Saxaranın qərbi Atlantik okeanı sahillərilə, şimaldan Atlas dağları və Aralıq dənizi ilə, şərqdən isə Qırmızı dənizlə əhatə olunmuşdur. Mərakeş və Tunisin cənub vilayətlərini, Əlcəzair, Liviya, MAR və Mavritaniyanın çox hissəsini, Mali, Niger, Çad və Sudanın şimal vilayətlərini əhatə 31. Ərazidə yüksəkliyi 200–500 m olan düzənliklər üstünlük təşkil edir. Səhranın qərb və cənub kənarları alçaqdır.
Sofora
Sofora (lat. Sophora) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinə aid bitki cinsi.
Somali
Somali (somali: Soomaaliya; ərəb. الصومال‎), rəsmi adı Somali Federativ Respublikası — Şərqi Afrikada Afrika buynuzu deyilən coğrafi bölgədə olan bir ölkədir, faktiki olaraq vətəndaş müharibəsi və separatistlərin fəaliyyəti nəticəsində bir neçə hissəyə parçalanmışdır. Qərbində Cibuti, Efiopiya və Keniya, şərqində Hind okeanı vardır. Paytaxtı Mogadişu'dur. Sahə 637.657 km ², əhalisi 8.6 mln. nəfərdir. 20 sentyabr 1960-cı ildən BMT-nin üzvüdür. E.ə. III minilliyin ortalarında müasir Somalinin şimal sahillərinə dəniz vasitəsilə misirlilər gəldilər. Onlar bu ərazidən (Misirlilər bu ərazini Punt ölkəsi adlandırırdılar) öz ölkələrinə qızıl, qullar daşıyırdılar.
İzmara
İzmara — Azərbaycan Respublikasının Şabran rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 2 aprel 2010-cu il tarixli, 982-IIIQ saylı Qərarı ilə Dəvəçi rayonunun İzmara kəndi Pirəbədil kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, mərkəzi Qorğan kəndi olmaqla, Qorğan kənd inzibati ərazi dairəsi yaradılmış və Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilmişdir. Oykonim ərəb dilindəki izmi (sümüklər) və fars dilindəki ara (sakinləşmək) sözlərindən düzəlib, "sümüklülər sakin olduğu yer" mənasındadır. Sümüklülər və ya üstüxanlılar Azərbaycan ərazisində yayılmış tayfalardan birinin adıdır. Kənd dağətəyi ərazidə yerləşir.
Domari
Domari dili — Yaxın Şərq və Şimali Afrikaya səpələnmiş domların ana dili. Hind-Avropa dillərinin hind-ari qoluna aiddir. Dilin ədəbi forması və dialektləri yoxdur. Yazı üçün ərəb qrafikasından istifadə olunur. Bu dilin Azərbaycan qədər şimalda və mərkəzi Sudan, Türkiyə, İran, İraq, Fələstin, İsrail, İordaniya, Misir, Liviya, Tunis, Əlcəzair, Mərakeş, Suriya və Livanda qədər cənubda danışıldığı bildirilir. Səs dəyişikliklərinin sistemliliyinə əsaslanaraq, kifayət qədər əminliklə məlum olur ki, domari və romani adları hind-ari "dom" sözündən gəlir. Bununla belə, domari və qaraçı dilləri eyni əcdad idiomdan yaranmamışdır. Domari "Orta Şərq qaraçı dili", "çingənə dili", "luti dili" və ya "mehtar dili" kimi də tanınır. Standart yazılı forması yoxdur. Ərəb dünyasında bəzən ərəb qrafikası ilə yazılır, çoxlu ərəbcə və farsca alınma sözlərindən istifadə olunur.
Sahara
Sahara, Səhra və ya Saxara (ərəb. صحراء‎, fr. Sahara), həmçinin Böyük Səhra — Afrikanın şimalında yerləşən dünyanın ən böyük tropik səhrası. Uzunluğu qərbdən şərqə (Atlantika okeanı sahillərindən Qırmızı dənizədək) qədər 5700 km, şimaldan cənuba (Atlas dağları və Aralıq dənizindən Sudan çöllərinədək) isə 1200–2000 km-dir. Sahəsi təqribən 8,6 mln km²-dir. Bu da Afrikanın ümumi sahəsinin 30%-i deməkdir. Saxaranın qərbi Atlantik okeanı sahillərilə, şimaldan Atlas dağları və Aralıq dənizi ilə, şərqdən isə Qırmızı dənizlə əhatə olunmuşdur. Mərakeş və Tunisin cənub vilayətlərini, Əlcəzair, Liviya, MAR və Mavritaniyanın çox hissəsini, Mali, Niger, Çad və Sudanın şimal vilayətlərini əhatə 31. Ərazidə yüksəkliyi 200–500 m olan düzənliklər üstünlük təşkil edir. Səhranın qərb və cənub kənarları alçaqdır.
Komana
Dazı (lat. Hypericum) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin dazıkimilər fəsiləsinə aid bitki cinsi.
Sonata
Sonata (it. sonata, sonare) — İtalyan dilindən tərcümədə "səslənmək" mənasını verir. Kamera-instrumental musiqinin əsas janrlarından biri. Müasir anlayışda sonata bir və ya iki alət üçün silsilə sonata formasında yazılmış bir əsərdir.
Sonora
Sonora (isp. Sonora), rəsmi adı ilə Sonora Azad və Suveren Ştatı (isp. Estado Libre y Soberano de Sonora) — Meksikanın ştatı. Ştat 72 inzibati vahiddən ibarətdir. Paytaxtı və ən böyük şəhəri Ermesilodur.
Sımada
Sımada — Azərbaycan Respublikasının Saatlı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 19 may 1993-cü il tarixli, 611 saylı Qərarı ilə Saatlı rayonunun Sımada kəndi Azadkənd kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Sımada kənd Soveti yaradılmışdır. Miqrant toponimdir. İkinci Dünya müharibəsi illərində Gürcüstanın Adığün rayonunda möv­cud olmuş Böyük Smada və Kiçik Smada adlı kəndlərin türk əhalisi qanunsuz olaraq Özbəkistana sürgün edilmişdir. Həmin ailə­lərin bir qrupu 1965-ci ildə Azərbaycana gələrək Saatlı rayonu ərazisində məskunlaşmış və yeni salmış olduqlan yaşayış məntəqəsini öz ilk yurdlarının adı ilə adlandırmışdılar. Kənd Muğan düzündə yerləşir. Əhalisinin sayı 1752 nəfərdir.
Şadara
Şadara - taxılın həşəmdən təmizlənməsi üçün istifadə edilən alət. Bir üzünə tor çəkilmiş dairəvi taxtadan ibarət idi. Şadaranın toru nisbətən böyük gözlü olduğundan, taxıl əvvəl şadarada, sonra isə xəlbirdə təmizlənirdi.