Sımada

SımadaAzərbaycan Respublikasının Saatlı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 19 may 1993-cü il tarixli, 611 saylı Qərarı ilə Saatlı rayonunun Sımada kəndi Azadkənd kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Sımada kənd Soveti yaradılmışdır.[1]

Sımada
39°45′54″ şm. e. 48°39′30″ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Saat qurşağı
Xəritəni göstər/gizlə
Sımada xəritədə
Sımada
Sımada

Miqrant toponimdir. İkinci Dünya müharibəsi illərində Gürcüstanın Adığün rayonunda möv­cud olmuş Böyük Smada və Kiçik Smada adlı kəndlərin türk əhalisi qanunsuz olaraq Özbəkistana sürgün edilmişdir. Həmin ailə­lərin bir qrupu 1965-ci ildə Azərbaycana gələrək Saatlı rayonu ərazisində məskunlaşmış və yeni salmış olduqlan yaşayış məntəqəsini öz ilk yurdlarının adı ilə adlandırmışdılar.[2]

Coğrafiyası və iqlimi

[redaktə | mənbəni redaktə et]

Kənd Muğan düzündə yerləşir.

Əhalisinin sayı 1752 nəfərdir.[3]

  1. "Azərbaycan Respublikası Biləsuvar, Bərdə, Qusar, Yardımlı, Yevlax, Gədəbəy, Göyçay, Lənkəran, Masallı, Neftçala, Saatlı, Samux, Siyəzən və Xızı rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 may 1993-cü il tarixli, 611 saylı Qərarı". 29 August 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 August 2022.
  2. Sımada // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. II cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-156-0.
  3.  Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması 2009-cu il. I cild. Bakı - 2010.