Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Soyadı
Soyad — bir insanın ümumi əcdaddan başlayaraq bir nəslə, yaxud daha dar mənada bir ailəyə mənsubluğunu göstərən irsi ata adı. Hazırda Azərbaycan vətəndaşlarının çoxunun soyadı "ev,ov" və "yev" şəkilçiləri ilə bitir. Bəzi soyadlar -zadə sonluğu ilə bitir. "ev,ov" və "yev" rus mənşəli, "zadə" isə fars mənşəlidir. Soyadların araşdırılıb və təsdiq olunması dünyada nisbətən yeni haldır. İsveçdə soyadın mütləq olması 1901-ci ildə qərarlaşdırılıb. Avropada yalnız zadəgan ailələr soyadlarını təsdiqləyirdilər. Bunu ona görə edirdilər ki, miras yalnız soyadın davamçılarına qismət olsun. Rusiyada bu hərəkat təhkimçilik hüququnun ləğv olunmasından sonra başladı, 1861-ci ildə və XX əsrdə sona yetdi. Əvvəllər burada insanlar ad əvəzinə ləqəblərdən istifadə edirdilər, yerləşdiyi məkanın adlarını verirdilər, sahiblərinin adlarını, heyvanların, quşların, təbiət hallarının.
Qızlıq soyadı
Qızlıq soyadı — qadınlarda soyadın evlənmədən əvvəl ailəsindən qalmasına deyilir. Bir qadın evlənmədən əvvəl ailəsindən aldığı soyadı daşıyır. Evləndikdən sonra isə evləndiyi kişinin ailəsindən daşıdığı yeni soyadı alır. Köhnə soyada "qızlıq soyad" deyilir. Bəzi ölkələrdə isə qadınlar, istədiyi soyadı daşıyabilir.
Soyadı Qanunu (Türkiyə)
Soyad Qanunu (türk. Soyadı Kanunu) — hər bir Türk vətəndaşı üçün soyad daşımaq məcburiyyətini qoyan 2525 saylı qanundur. İsveçrədən alınaraq hazırlanan qanun 21 iyun 1934-cü ildə qəbul edilərək, 2 iyul 1934-cü ildə rəsmi qəzetdə dərc edilmişdir. Qanun 2 yanvar 1935-ci ildə qüvvəyə minib. Bu qanun qəbul edildikdən sonra soyadları, Türkiyə vətəndaşları şəxsiyyət vəsiqəsinin ayrılmaz hissəsinə çevrilib. Soyadı Qanununun qəbulu sosial sahədə gerçəkləşdirilmiş Atatürk islahatlarından biridir. Qanunun məqsədi, bu vaxta qədər soyad əvəzinə dini, sosial və ailə adlarının yaratdığı müsbət və ya mənfi ayrı-seçkiliyi, məktəb qeydiyyatı, işə qəbul, əgər xidmət, alqı-satqı işlərindəki qarışıqlığı aradan qaldırmaq idi. Bu qanunun davamı olaraq 26 noyabr çıxarılan 2590 saylı qanunla "ağa", "hacı", "hafiz", "hoca", "usta", "bəy əfəndi", "xanım", "paşa" "həzrət" kimi ad və ləqəblərin istifadəsi qadağan edildi. Qanuna görə deyərkən və yazarkən ad öndə soyad sonda istifadə edilməlidir. Ədəbə zidd və gülünc soyadların, qəbilələrin, yad irqlərin və millətlərin adlarını, rütbə və vəzifəni göstərən soyadları soyad kimi götürməyə icazə verilmir.
Soyad
Soyad — bir insanın ümumi əcdaddan başlayaraq bir nəslə, yaxud daha dar mənada bir ailəyə mənsubluğunu göstərən irsi ata adı. Hazırda Azərbaycan vətəndaşlarının çoxunun soyadı "ev,ov" və "yev" şəkilçiləri ilə bitir. Bəzi soyadlar -zadə sonluğu ilə bitir. "ev,ov" və "yev" rus mənşəli, "zadə" isə fars mənşəlidir. Soyadların araşdırılıb və təsdiq olunması dünyada nisbətən yeni haldır. İsveçdə soyadın mütləq olması 1901-ci ildə qərarlaşdırılıb. Avropada yalnız zadəgan ailələr soyadlarını təsdiqləyirdilər. Bunu ona görə edirdilər ki, miras yalnız soyadın davamçılarına qismət olsun. Rusiyada bu hərəkat təhkimçilik hüququnun ləğv olunmasından sonra başladı, 1861-ci ildə və XX əsrdə sona yetdi. Əvvəllər burada insanlar ad əvəzinə ləqəblərdən istifadə edirdilər, yerləşdiyi məkanın adlarını verirdilər, sahiblərinin adlarını, heyvanların, quşların, təbiət hallarının.
Erix (soyad)
Erix — soyad. Rafael Erix (1879–1946) — siyasətçi.
Gözəl (soyad)
Gözəl — Soyad. Abdulbari Gözəl — iş adamı, Azersun Holdinqin prezidenti. Həsən Cəlal Gözəl (1945–2018) — türk siyasətçisi və bürokrat. Tahir Gözəl (1972) — "Qarabağ" futbol klubunun Prezidenti.
Hacılı (soyad)
Hacılı — Azərbaycanda çox işlədilən soyad və təxəllüs. Bu soyadı olan tanınmış insanlar Arif Hacılı — Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri. Vəkil Hacılı — tənqidçi, ədəbiyyatşünas, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1970). Ramin Hacılı — azərbaycanlı siyasi-ictimai xadim. Bu təxəllüsü olan tanınmış insanlar Asif Hacılı — Bakı Slavyan Universitetinin rektoru.
Həsənli (soyad)
Həsənli — Azərbaycanda çox işlədilən soyad, təxəllüs. Bu soyadı olan tanınmış insanlar Alı Həsənli (1995–2020) — Vətən müharibəsi şəhidi. Amid Həsənli (1996–2020) — Vətən müharibəsi şəhidi. Cəmil Həsənli (d. 1952) — azərbaycanlı tarixçi; alim; ictimai-siyasi xadim. Elxan Həsənli (d. 1974) — Azərbaycan əsilli İsveçrə tarixçisi. Elçin Həsənli Elçin Həsənli (çavuş) (1998–2020) — Vətən müharibəsi şəhidi. Elçin Həsənli (əsgər) (1993–2020) — Vətən müharibəsi şəhidi. İntiqam Həsənli (d.
Kərimbəyli (soyad)
Kərimbəyli — Azərbaycanda daha çox işlədilən təxəllüs və soyad. Bu soyadı və təxəllüsü olan tanınmış insanlar Bəhram bəy Kərimbəyli — sərhəd komandiri, milis rəisi. Şirinxanım Kərimbəyli — şair-dramaturq, publisist.
Lomonosov (soyad)
Lomonosov — rus soyadı. Mixail Lomonosov — Dünya səviyyəli birinci rus alimi-təbiətşünası, ensiklopedist, kimyaçı, fizik. Sergey Lomonosov — Rusiya siyasətçisi. Yuri Lomonosov — Rus dəmir yolu mühəndisi, dünyanın ilk teplovozlarından birinin ixtiraçısı, sosial-demokrat, Rusiya Sosial Demokrat Fəhlə Partiyası Mərkəzi Komitəsi yanında Döyüş Texniki Qrupunun üzvü.
Milan (soyad)
Milan — soyad.
Osmanlı (soyad)
Osmanlı — Türkiyənin keçmiş adı; Osman adından yaranan soyad və təxəllüs. Natella Osmanlı — azərbaycanlı yazıçı, bloger, jurnalist Dəyanət Osmanlı — Erkin Osmanlı — Azərbaycan müğənnisi, bəstəkar-şairi, yazıçısı və aktyoru.
Rəsulzadə (soyad)
Rəsulzadə — Azərbaycan soyadı. Məhəmməd Əmin Rəsulzadə — Azərbaycanlı dövlət və ictimai xadimi, siyasətçi və publisist, Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən və Azərbaycan siyasi mühacirətinin liderlərindən biri. Ümbülbanu Rəsulzadə — Azərbaycanın birinci xanımı Məmməd Əli Rəsulzadə — ictimai xadim, Məhəmməd Əmin Rəsulzadənin əmisi oğlu Rəis Rəsulzadə — Azərbaycanın tanınmış rəssamı.Azərbaycan Rəssamlar İttifaqının üzvü.
Sela (soyad)
Sela (isp. Cela) – ispan soyadı. Bu soyada malik məşhur şəxslər: Pedro Pardo de Sela (1425–1483) – XV əsrdə Qalisiya qubernatoru, Xuan Nuns Pardonun oğlu Kamilo Xose Sela (1916–2002) – ispan yazıçı və publisist, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı.
Son (soyad)
Son — soyad. Son Ha-Rim — Cənubi Koreyanı təmsil edən həndbolçu. Son Ji-Hyun — Cənubi Koreyanı təmsil edən həndbolçu. Son Mi-Na — Cənubi Koreyanı təmsil edən həndbolçu.
Jukov (soyad)
Jukov — Soyad. Georgi Jukov — Sovet İttifaqı Marşalı. Nikolay Jukov — SSRİ xalq rəssamı.
Alekseev (soyad)
Alekseev — Rus soyadı. Alekseev — Ukrayna müğənnisi və bəstəkarı. L. S. Alekseev — səfir. A. E. Alekseev — Fitil kinojurnalının direktoru.
Ərdoğan (soyad)
Ərdoğan — türk soyadı.
Darvin (soyad)
Darvin — Dünyada işlədilən soyad. Çarlz Darvin — çağdaş təkamül təliminin təməlini qoymuş ingilis təbiətşünası. Erazm Darvin — ingilis həkimi, təbiətşünası, ixtiraçı və şairi.
Hitler (soyad)
Hitler — soyad.
Sarvan (soyad)
Sarvan — Azərbaycanda daha çox işlədilən ad və təxəllüs. Sarvan Şamiloğlu — Bu təxəllüsü olan tanınmış insanlar Salam Sarvan — Yazıçı, şair, publisist.
Stalin (soyad)
Stalin — soyad. Stalin — sovet siyasi, dövlət, hərbi və partiya xadimi. Sanciv Stalin — Hindistan futbolçusu. Rzauddin Stalin — Banqladeş şairi və televiziya xadimi. Cozef Stalin (həmkarlar ittifaqı üzvü) — Şri-Lanka həmkarlar ittifaqı üzvü. Muthuvel Karunanidhi Stalin — Hindistan siyasətçisi.
Yalçın (soyad)
Yalçın — soyad. Semih Yalçın — müəllim və siyasətçi; Yalçın Ayhan — türk keçmiş futbolçusu Güvən Yalçın — Türkiyə futbolçusu. Şənay Aybükə Yalçın — musiqi müəlliməsi.
Tramp (soyad)
Tramp — Dünyada tanınmış soyad. Donald Tramp — ABŞ milyarderi, ictimai və siyasi xadim, ABŞ Prezidenti. Fred Krist Tramp - ABŞ inşaatçısı və iş adamı. Biznesmen və siyasətçi,ABŞ prezidenti Donald Trampın və ABŞ Apelyasiya Məhkəməsinin hakimi Marianna Tramp Barrinin atası. Meri Enn Maklaud - ABŞ milliarderi və siyasətçisi və ABŞ prezidenti Donald Trampın anası. Marianna Tramp Barri - ABŞ Apelyasiya Məhkəməsinin hakimi, ABŞ iş adamı və siyasi xadimi Donald Trampın böyük bacısı. Melanya Tramp - ABŞ - 45-ci Prezidenti Donald Trampın həyat yoldaşı. Donald Tramp (kiçik) - amerikalı biznesmen, ABŞ-nin 45-ci prezidenti Donald Trampın böyük oğlu.
Bayramlı (soyad)
Bayramlı — Azərbaycanda daha çox işlədilən soyad və təxəllüs. Bu soyadı və təxəllüsü olan tanınmış insanlar Zəkulla Bayramlı — filologiya üzrə fəlsəfə doktoru, füzulişünas alim Cavid Bayramlı — kapitan, Vətən müharibəsinin iştirakçısı. Elmar Bayramlı — Azərbaycan Silahlı Qüvvələrinin leytenantı. Gözəl Bayramlı — azərbaycanlı ictimai və siyasi xadim. Tural Bayramlı Tural Bayramlı (əsgər) — Daxili Qoşunlarının əsgəri, Vətən müharibəsi şəhidi. Tural Bayramlı (futbolçu) — Azərbaycanlı futbolçu.
Boladı
Boladı — Azərbaycan Respublikasının Lənkəran rayonunun inzibati-ərazi vahidində kənd. Boladı çayının sahilində, Lənkəran ovalığındadır. Yerli tələffüz forması Bolədidir. Tədqiqatçılara görə, oykonim bol və Talış dilindəki di (kond) sözlərindən ibarət olub (-ə bitişdirici saitdir), "bolluq kəndi, varlı kənd" mənasındadır. Yaşayış məntəqəsi həqiqətən də rayonun ən varlı və böyük kəndlərindən biridir. == Tarixi == Mühüm yaşayış məntəqəsi kimi bu kəndin yaranması tarixi haqqında tam məlumat olmasa da , amma bir şey aydındır ki,ərazidə eramızdan əvvəl insanlar yaşayıb fəaliyyət göstərmişlər. Mühüm yaşayış məntəqəsi kimi bu kəndin yaranması tarixi haqqında tam məlumat olmasa da, amma bir şey aydındır ki,ərazidə eramızdan əvvəl insanlar yaşayıb fəaliyyət göstərmişlər. Bu, qədim yunan coğrafiyaşünası, tarixçi Strabonun "Coğrafiya" kitabında qeyd olunur. Müəllif öz əsərində Lənkaranın bir çox yaşayış məntəqələri sırasında Boladinin də adını çəkir. Mərhum tədqiqatçı-jurnalist Gülməmməd Məmmədzadə bu ərazidə yerləşən "Qarağac" ocağının 800 ildən çox yaşı olduğunu yazmışdır.
Sayadlı
Sayadlı — Xızı rayonunda kənd. Kənddə 1989-cu ildə Münəvvər Rzayevanın müəllifi olduğu "Mikayıl Müşfiqin monumental abidəsi" ucaldılmışdır.
Siyasi siyahı
Siyasi siyahı, partiya siyahısı və ya seçki siyahısı — adətən proporsional və ya qarışıq seçki sistemlərində, eyni zamanda bəzi çoxluqlu seçki sistemlərində olan seçki üçün namizədlər qrupu. Seçki siyahısı siyasi partiya tərəfindən qeydə alınır və ya müstəqil namizədlər qrupunu təşkil edilir. Siyahılar açıq ola bilər, bu halda seçicilər qalib namizədlərin reytinqinə müəyyən təsir göstərə bilər. Bu həmçinin, qapalı ola bilər ki, bu halda namizədlərin sırası siyahının qeydiyyatı zamanı müəyyən edilir. Seçilmiş nümayəndə öz yerini tərk edən zaman proporsional nümayəndəlik siyahı sistemindəki təsadüfi vakansiya adətən yerini tərk etmiş nümayəndənin siyahısında daha seçilməmiş ən yüksək səviyyəli namizəd tərəfindən doldurulur. Şəxsi və ya partiya-strateji səbəblərə görə, bu şəxs yerini aşağı səviyyəli həmkarına verməyi seçə bilər. Əvəzedici siyahılar bəzən tək ötürülə bilən səsli seçki sistemlərində təsadüfi vakant yerləri doldurmaq üçün istifadə olunur. Buna misal olaraq 1984-cü ildən İrlandiyada keçirilən Avropa Parlamentinə seçkiləri göstərmək olar.
Siyasi
Siyasət (qədim yunanca: Πολιτικά, politika — "şəhərlərin işləri") — sosial qruplarda qərarların qəbulu və ya fərdlər arasında güc münasibətlərinin digər formaları, məsələn, resursların və ya statusun bölüşdürülməsi ilə əlaqəli fəaliyyətlər məcmusu. Siyasəti və hökuməti öyrənən sosial elm sahəsinə siyasi elm — politologiya deyilir Siyasi fəaliyyət müxtəlif sosial qruplar, siniflər və dövlətlər arası münasibətlər üzərində qurulur. Hakimiyyət problemi ilə bağlı olan hər hansı bir fəaliyyət siyasi xarakter daşıyır. Siyasət cəmiyyətin inkişafının müəyyən mərhələsində yaranır və o xüsusi mülkiyyətə əsaslanan istehsal formalarının, sosial strukturun, mədəni mədəniyyətin formalaşdığı dövrdə təşəkkül tapmışdı. Müxtəlif sosial qruplar öz mənafelərini qoruyub saxlamaq üçün xüsusi idarəetmə aparatını yaradırlar. Siyasi hakimiyyət müxtəlif təsisat formaları vasitəsilə həyata keçirilir. "Siyasət" termini Azərbaycan dilinə ərəb dilindən keçib. Sözün ərəb dilindəki hərfi mənası "at təlimi" deməkdir. Bir çox qərb ölkələrində, məsələn, ingilisdilli ölkələrdə, "Politics", almandilli ölkələrdə isə "Politik" terminini istifadə edirlər. "Politics/Politik" sözü yunan sözü olan "Polis" sözündən götürülüb.
Somali
Somali (somali: Soomaaliya; ərəb. الصومال‎), rəsmi adı Somali Federativ Respublikası — Şərqi Afrikada Afrika buynuzu deyilən coğrafi bölgədə olan bir ölkədir, faktiki olaraq vətəndaş müharibəsi və separatistlərin fəaliyyəti nəticəsində bir neçə hissəyə parçalanmışdır. Qərbində Cibuti, Efiopiya və Keniya, şərqində Hind okeanı vardır. Paytaxtı Mogadişu'dur. Sahə 637.657 km ², əhalisi 8.6 mln. nəfərdir. 20 sentyabr 1960-cı ildən BMT-nin üzvüdür. E.ə. III minilliyin ortalarında müasir Somalinin şimal sahillərinə dəniz vasitəsilə misirlilər gəldilər. Onlar bu ərazidən (Misirlilər bu ərazini Punt ölkəsi adlandırırdılar) öz ölkələrinə qızıl, qullar daşıyırdılar.
Sorani
Soran dili- Kürd dilinin dialektlərindəndir ki İraq və İranda danışılır.
Toradi
Toradi — Azərbaycan Respublikasının Astara rayonunun Hamoşam kənd inzibati ərazi dairəsində kənd. Torə (tora) talış dilində "su mənbəyi", "kanal" və di "kənd" deməkdir.
Şotalı
Şotalı, Şotanlı - Yelizvetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Qafan rayonunda tarixi kənd. Oxçu çayının sağ sahilində yerləşmişdir. Erməni mənbələrində kəndin ilk adının Şatah olduğu göstərilir. Toponim «hunların varisi şato» etnoniminə mənsubluq bildirən -lı şəkilçisinin qoşulması ilə düzəlib, «şato tayfasına mənsub kənd» mənasını ifadə edir. Mənbələrdə qeyd edilən şato tayfasının adı toponimdə şata, şota fonetik formasında öz əksini tapmışdır ki, Azərbaycan dilində o~a səsəvəzlənməsi qanunauyğun haldır. Etnotoponimdir. Quruluşca düzəltmə toponimdir. Kənddə 1897-ci ildə 30 nəfər, 1922-ci ildə 25 nəfər, 1926-cı ildə 19 nəfər azərbaycanlı yaşamışdır. 1930 - cu illərdə kənd ləğv edilmişdir. İndi xaraba kənddir.