Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Spektr
Spektr (lat. spectrum lat. specter sözündən — görüntü, ruh) — fizikada işığın monoxromatik (bir rəngli) toplananları çoxluğu. İşıq haqqındakı elmi anlayışlar dərinləşdikcə, bu anlayış elektromaqnit spektrinə də aid edildi. Spektrlərin vizual müşahidəsi üçün istifadə edilən cihaza spektroskop, spektri təsvir edən cihaza isə spektroqraf deyilir. == Tarixi == Elmə bu termini İsaak Nyuton 1671—1672-ci illərdə işığın prizmada sınmasından alınan göy qurşağına oxşayan çoxrəngli zolağı təsvir etmək üçün gətirmişdir. == Ədəbiyyat == Вавилов С. И. Принципы и гипотезы оптики Ньютона. Собрание сочинений. том 3, Москва, Изд-во АН СССР, 1956. Gustav Kirchhoff, Robert Bunsen.
Kütlə spektri
Kütlə spektri- Üzvi maddənin molekul kütləsini və quruluşunu təyin etmək üçündür. == Kütlə spektri cihazının iş prinsipi == Kütlə spektri cihazının iş prinsipi tədqiq olunan maddənin həddindən artıq seyrəkləşdirilmiş buxarlarının güclü elektron seli ilə bombardman edilməsi zamanı əmələ gələn müsbət yüklü qəlpələrin (fraqmentlərin) öyrənilməsi əsaslanır. Elektron selinin təsirinə məruz qalan hər hansı üzvi maddə əmələ gəlməsi mümkün olan müsbət yüklü qəlpələrin hamsımı əmələ gətirir. Müsbət yüklü qəlpələr sürətləndirici lövhələr tərəfindən (onlar ənfi yüklü olur) sürətləndirilir və maqnit vasitəsilə analiz edən kameraya yönəldilir. Onların kütlələri elektrik siqnallarına çevrilib, özüyazan qurğu tərəfindən qeydə alınır. Kütlələlərinə görə alınan “qəlpələrin” təbiəti və onların toplanması ilə tədqiq olunan maddənin quruluşu təyin olunur. == Üstünlüyü == Kütlə spektində ən böyük “qəlpə” həmişə tədqiq olunan maddədən bir elektron qopardıqda əmələ gələn müsbət yüklü ion olur. Buna görə də kütlə spektri maddənin molekul kütləsini təyin etmək üçün ən dəqiq üsuldur. Elektronoqrafik metod da üzvi maddələrin quruluşu haqqında əhəmiyyətli məlumat almağa imkan verir. Bu üsuldan istifadə edərək, elektron dəstəsi vasitəsilə bəzi mürəkəb üzvi molekulların quruluşunu əks etdirmək, onların bir növ şəklini (fotosunu) çəkmək mümkün olmuşdur.
Tarsius spectrum
Tarsius tarsier (lat. Tarsius tarsier) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin primatlar dəstəsinin uzuntopuqlar fəsiləsinin uzuntopuq cinsinə aid heyvan növü.
Elektromaqnit spektr
Elektromaqnit spektr və ya optik spektr — elektromaqnit şüalanması tezliklərinin tam diapazonu. Nəzəri olaraq elektromaqnit spektrinin yuxarı və aşağı sərhədləri olmur. O, adətən, loqarifmik şkala vasitəsilə verilir. ITU elektromaqnit spektrində 30 Hs-dən 3000 GHs aralığında 12 diapazon seçdirib. Elektromaqnit spektr işığın analizi ilə alınır. İşığı təşkil edən tezliklər toplusunun tərkibindən asılı olaraq elektromaqnit spektr xətti (diskret), bütöv və mürəkkəb (bütöv oblastlar və onların daxilində yerləşən ayrı-ayrı spektr xətlərindən ibarət sistem) olur. Elektromaqnit spektrin xarakteri işıq mənbəyi və şüalanma mexanizmi ilə müəyyən edilir. İşıq mənbəyi atomdursa, alınan spektr xətti, malekuldursa zolaqlı olur. Qızdırılmış bərk cisim bütöv spektrli işıq şüalandırır. Bu zaman şüalanan işığın intensivliyinin tezliyə görə paylanması Plank düsturu ilə müəyyən olunur.
Optik spektr
Elektromaqnit spektr və ya optik spektr — elektromaqnit şüalanması tezliklərinin tam diapazonu. Nəzəri olaraq elektromaqnit spektrinin yuxarı və aşağı sərhədləri olmur. O, adətən, loqarifmik şkala vasitəsilə verilir. ITU elektromaqnit spektrində 30 Hs-dən 3000 GHs aralığında 12 diapazon seçdirib. Elektromaqnit spektr işığın analizi ilə alınır. İşığı təşkil edən tezliklər toplusunun tərkibindən asılı olaraq elektromaqnit spektr xətti (diskret), bütöv və mürəkkəb (bütöv oblastlar və onların daxilində yerləşən ayrı-ayrı spektr xətlərindən ibarət sistem) olur. Elektromaqnit spektrin xarakteri işıq mənbəyi və şüalanma mexanizmi ilə müəyyən edilir. İşıq mənbəyi atomdursa, alınan spektr xətti, malekuldursa zolaqlı olur. Qızdırılmış bərk cisim bütöv spektrli işıq şüalandırır. Bu zaman şüalanan işığın intensivliyinin tezliyə görə paylanması Plank düsturu ilə müəyyən olunur.
Vard Petre
Vard Petre (30 yanvar 1997) — Belçikalı şort-trekçi. Vard Petre Belçikanı 2018-ci ildə Cənubi Koreyada təşkil edilən XXIII Qış Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Vard Petre birinci dəfə Olimpiya Oyunlarına 2018-ci ildə qatıldı. O, Cənubi Koreyada baş tutan XXIII Qış Olimpiya Oyunlarında kişilər 1500 m məsafəyə şort-trek yarışlarında iştirak etdi. Petre 2:17.362 saniyəlik nəticəsi ilə öz cığırında 5-ci yeri tutdu və yarımfinala vəsiqə qazana bilmədi.
Avast Secure Browser
Avast Secure Browser (əvvəllər Avast! SafeZone) — 2016-cı ildən Avast Antivirus quraşdırıcısına əlavə quraşdırma üçün daxil edilmiş Avast proqram təminatının veb brauzeridir, lakin o, həm də onun saytında mövcuddur. O, açıq mənbəli Chromium layihəsinə əsaslanır. Microsoft Windows, macOS, iOS və Android üçün mövcuddur. Avast onlayn təhlükəsizlik Google Chrome, Microsoft Edge, Mozilla Firefox və Opera brauzerləri üçün Avast Secure Browser-ə oxşar xüsusiyyətlərə malik əlavədir. == Hadisələr == === 2016 === 24 mart 2016 – Avast Safezone Brauzeri işə salındı === 2018 === 6 aprel 2018 – Avast Secure Brauzeri işə salındı == Tarixi == Əvvəlcə Avast Secure Browser, Avast Antivirusun pullu versiyaları ilə birləşdirilmişdi. 2016-cı ilin mart ayında Avast onu pulsuz versiya ilə də yığmağa başladı.Avast Təhlükəsiz Brauzeri 2018-ci ilin əvvəlində yenidən işlənməmiş və "Avast Secure Brauzer" olaraq rebrendinq edilməmişdən əvvəl əvvəlcə "SafeZone" adlanırdı.Yeniləmə və adının dəyişdirilməsindən əvvəl SafeZone-un dizaynı Opera brauzerinin dizaynına bənzəyirdi. İstifadəçi onlayn əməliyyatlar aparmaq üçün maliyyə və ya alış-veriş saytlarını ziyarət etdikdə SafeZone avtomatik işə salındı.2015-ci ilin dekabrında Tavis Ormandy hakerlərə Avast SafeZone Brauzer istifadəçilərinin brauzerlərinə zərərli JavaScript kodu daxil etməyə imkan verə biləcək təhlükəsizlik zəifliyini müəyyən etdi. Avast tez bir zamanda müvəqqəti düzəliş tətbiq etdi və bir neçə gün sonra zəifliyi təmir etdi.
Agent 007: Spektr (film, 2015)
Agent 007: Spektr filmi rejissor Sem Mendes tərəfindən 2015-ci ildə ekranlaşdırılmışdır. Əsas rolları Deniel Kreyq, Kristof Valts və Lea Seydu ifa edirlər. == Məzmun == Keçmişdən gələn şifrəli mesaj nəticəsində Ceyms Bond əvvəlcə Mexikoya və sonra gözəl Lüsiya ilə tanış olacağı Romaya yollanır. Burada Bond "Spektr" adlı gizli bir təşkilatın varlığını aşkar edir. O, bu təşkilatın cinayətlərini üzə çıxarmaq üçün köhnə düşməni Mistr Vaytın qızı Madleni axtarır. Bond təşkilatın içində irəliyə doğru hərəkət etdikcə Frans Oberhauzer və onunlar bağlı heyrətamiz məqamların üstü açılır.
Ultrasəs dalğaları. Akustik siqnal və onun spektri.
Ultrasəs dalğaları — İnsan qulağının eşidə bildiyi 20 kHs tezlikdən böyük tezlikli səs və ya akustik dalğalar. Akustik dalğalar elastiki mühitin zərrəciklərinin yaratdığı rəqslərin mühitdə yayılması və enerji daşımasından ibarətdir. Akustik dalğalar bərk mühitdə, mayelərdə və həm də qazlarda yayılir. Bioloji toxumalar həm elastiki maye mühitə (yumşaq toxumalar), bərk (sümüklər) və qaz mühitlərinə uyğun gəlir (ağ ciyərlər, mədə, bağırsaq). Ona görə demək olar ki, akustik dalğalar tibbi diaqnostikada istifadə olunan bütün növ bioloji toxumalarda yayıla bilir. Akustik dalğalar digər fiziki təbiətə malik dalğalar, məsələn, elektromaqnit dalğaları kimi fəza və zamana görə dəyişən bir sıra xarakteristikalara malikdir. Akustik dalğalarda əsas dəyişən kəmiyyət rəqs zamanı elastiki mühitin yerdəyişməsi və təzyiqyin rəqsləridir. == Uzununa akustik dalğalar == Ultrasəs diaqnostikasında uzununa akustik dalğalardan istifadə olunur. Uzununa dalğalarda mühitin zərrəciklərinin tarazlıq vəziyyəti ətrafında yerdəyişməsi rəqsin yayılması istiqamətində baş verir. Sıxılma və seyrəkləşmə zonalarının mühitdə yayılma sürəti dalğanın sürətinə bərabərdir.
Autizm spektr pozuntulu uşaqlar üçün Bərpa Mərkəzi
Bakının Nizami rayonunda yerləşən Autizm spektr pozuntulu uşaqlar üçün Bərpa Mərkəzi Heydər Əliyev Fondu tərəfindən inşa edilib.. == Tarixi == Autizm spektr pozuntulu uşaqlar üçün Bərpa Mərkəzi 2013-cü ildən fəaliyyət göstərir. Lakin Mərkəzin özünün daimi yerləşdiyi binası olmayıb. 2021-ci il dekabrın 31-də Mərkəzin binası istifadəyə verilib. == Mərkəz haqqında == Bu autizm xəstəliyindən əziyyət çəkən uşaqların intensiv terapiya alması və onların asudə vaxtlarının səmərəli təşkili üçün Mərkəzdə lazımi şərait yaradılıb. Binada sinif, sakitləşdirici, valideyn və uşaqlar üçün psixoloq, yataq və loqoped otaqları, akt və idman zalları var. Qeyd edək ki, xüsusi qayğıya ehtiyacı olan uşaqların təlim-tərbiyəsi, təhsili, asudə vaxtlarının səmərəli təşkili hər zaman Heydər Əliyev Fondunun prioritet istiqamətlərindən olub. Bu gün istifadəyə verilən Mərkəz də bunun gözəl nümunələrindəndir. Mərkəz autizm spektr pozuntuları ilə üzləşmiş şəxslərə zəruri ünsiyyət və həyat bacarıqlarını öyrətmək, onları müstəqil həyata hazırlamaq üçün ailələr ilə işləmək, autizm sahəsində maarifləndirici layihələr həyata keçirmək istiqamətində fəaliyyət göstərir. Mərkəzdə 23 yaşınadək şəxslərin qayğısı ilə müvafiq təlim keçən mütəxəssislər məşğul olurlar.
Şəcərə
Nəsil şəcərəsi — qəbilə, nəsil, sülalə daxilində əcdadların özəkdə, nəsillərin isə budaqlarda göstərilməsi ilə qohumluq münasibətlərinin ağac şəklində təsviri.