Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Utilizasiya
Utilizasiya — məişət tullantılarının utilizasiyası — məişət tullantılarından qiymətli (əsasən metallar) və yanmayan (şüşə) komponentləri çıxarıldıqdan sonra üzvi maddələr yandırılaraq və ya qıcqırdılaraq enerji əldə etmək (bilavasitə və ya bioqaz almaqla) üçün, xammal isə tikinti materialı və kompost almaq üçün istifadə edilə bilər. Atmosferə atılan tullantıların utilizasiyası — sənaye qurğuları və binalar tərəfindən atmosferə atılan enerjidən və maddələrdən (qazşəkilli, toz halında, damcı halında) istifadə olunması. Məsələn: tərkibində kükürd olan qazlardan sulfat turşusunun alınması (əlvan metallurgiyada). Sənaye tullantılarının utilizasiyası — sənaye tullantılarından təkrar xammal, yanacaq, gübrə və s. məqsədlər üçün istifadə olunması. Çirkab sularının utilizasiyası — məişət, leysan və ya sənaye sularının tərkibindəki faydalı komponentlərdən (həll olunmuş və ya asılı halda olan) istifadə edilməsi və ya təmizləndikdən sonra bu sulardan tarlaların və ya yaşıllıqların suvarılmasında istifadəsi. Çıxan qazların istiliyinin utilizasiyası — atılan sənaye istiliyindən texnoloji proseslərdə və ya qızdırıcı kimi istifadə edilməsi.
Sivilizasiya
Sivilizasiya (lat. civilis — mülki, dövlət)– müəyyən sosial genotipə malik olan, sosial stereotip kimi çıxış edən, dünyada sabit yer tutan insanların sosial-tarixi və mədəni ümumiliyi. Sivilizasiya tarixin müəyyən bir mərhələsində bir neçə mədəniyyətin birləşməsini əks etdirir, elm və texnikanın təsiri nəticəsində həyat rifahının yaxşılaşdırılmasını səciyyələndirir. Bu termin ilk dəfə XVI əsrdə meydana gəlmişdir. Lakin ən qədim dövrlərdə də sivilizasiya mövcüd olmuşdur. Şumer, Misir, Roma, Azərbaycan, ərəb və s. son onminillikdə mövcud olmuş sivilizasiyalardan bir neçəsidir. Sivilizasiyalar hər şeydən əvvəl texniki-iqtisadi inkişaf dərəcəsinə görə; iqtisadi və sosial proseslərin sürəti, mənbələri, üzvilik mexanizmi və dərəcəsinə görə; hakim dini və dünyagörüşü xüsusiyyətlərinə və mədəni proseslərdə tutduqları yerə görə fərqlənirlər. Beləliklə, sivilizasiyalar nəzəriyyəsi tarixi prosesin fasiləsizliyinə, insan nəslinin vəhdətinə, ümumbəşəri nailiyyətlərin varisliyi və zənginləşdirilməsi ideyalarına üstünlük verir, onu üzə çıxarır. Tarixdə hələ ən qədim dövrlərdən şərq və qərb sivilizasiya tipləri daha çox diqqət çəkmiş və geniş yer almışdır.
Sterilizasiya
Sterilizasiya — dezinfeksiyanın mühüm komponentlərindən biri sayılır. Sterilizasiya zamanı maddələrin və əşyaların mikroorqanizmlərdən tam azad olması, yəni patogen və qeyri-patogen törədicilərin vegetativ və spor formaları məhv edilir. Adətən, sterilizasiyadan əvvəl sterilizasiyaönü işləmə aparlır ki, onu mexanikləşdirilmiş və ya əl üsulu ilə həyata keçirirlər. Mexanikləşdirilmiş yuma iynə, şpris, müxtəlif alətlər üçün nəzərdə tutulan xüsusi təyinatlı yuyucu maşınlarda, əl üsulu ilə yuma yuyucu vasitələrdən istifadə etməklə aparılır. Bu zaman əvvəlcə alət 0,5 dəqiqə axar su altında yuyulur, sonra yuyucu məhlulda 15 dəqiqə 50 °C-də isladılır (yuyucu məhlullar hidrogen peroksidlə birlikdə), pambıq-tənzif tamponla və ya şotka vasitəsilə yuyulur, axar su və distillə olunmuş suda yaxalayır, quruducu sterilizatorlarda isti hava ilə 80–85 °C-də rütubət tam itənə qədər qurudurlar. Sterilizasiyaönü işləmənin keyfiyyətini qiymətləndirmək məqsədilə 1 %-ə qədər məmulatlar qalıq qan (benzidin, ortolidin, amiidopirin sınağı) və yuyucu vasitələrin qalığma (fenoftalein sınağı) görə yoxlanılır. Sterilizasiyanın növü zərərsizləşdirilən obyektin keyfiyyətindən asılı olub, buxar, isti quru hava, kimyəvi maddələrin məhlulları, qazlar və ionlaşdırıcı şüalar vasitəsilə aparılır. Ağların, sarğı materiallarının, cərrahi alətlərin, korroziyaya davamlı metal və xəlitələrdən hazırlanmış alət və cihazların hissələrinin, üzərində 200 °C yazılmış şprislərin, şüşə qabların, rezin məmulatların (kateter, zond, borucuq, əlcəklər) işlənməsi üçün buxar sterilizatorlarından istifadə edilir. Sterilizasiyadan əvvəl cərrahi ağlar və alətlər, sarğı materialı bikslərdə sərbəst şəkildə yığılır. Cərrahi və ginekoloji alətlərin, cihaz və aparatların hissə və detallarının, o cümlədən korroziyaya davamsız materiallardan hazırlanmış, üzərində 220 °C yazılmış şprislərin, kəsici alətlərin zərərsizləşdirilməsi üçün hava sterilizatorlarından istifadə edilir.
Kolumbaqədərki sivilizasiya
Kolumbdaqədərki sivilizasiya — Şimali və Cənubi Amerika qitələrində mövcud olan və XV əsrdə Avropa kolonistlərinin regiona gəlməsindən əvvəl yoxa çıxan sivilizasiyalar. == Tarixi == Hinduların və eskimosların əcdadlarının 30-20 min il əvvəl Şimal-Şərqi Asiyadan Berinq dənizi və boğazı vasitəsilə Amerikaya köç etdiyi güman edilir. İlk köçkünlərin mədəniyyət səviyyəsi Köhnə dünyanın Son Paleolit ​​və Mezolit mədəniyyətlərinə uyğun gəlirdi. Hinduların hər iki qitədə məskunlaşması və onlar tərəfindən yeni torpaqların mənimsənilməsi minilliklər boyu davam etmişdir. Avropa müstəmləkəçiliyindən əvvəl (XVI əsrdə başlamışdır) Şimali və Cənubi Amerikanın əksər qəbilələri kommunal-qəbilə sisteminin müxtəlif mərhələlərində idi: bəzilərində ana qəbilə (irokezlər, muskoqi, hopi, Amazonkanın bir çox qəbilələri) üstünlük təşkil edirdi. çay hövzəsi və s.), başqaları ata qəbiləsini (Şimali Amerikanın şimal-qərb və cənub-qərbindəki tayfalar, Cənubi Amerikanın bir çox tayfaları) təşkil edirdi. Bəzi xalqlar ümumi cəmiyyətdən sinfi cəmiyyətə keçidin müxtəlif mərhələlərində olmuşlar. Mərkəzi və Cənubi Amerika hinduları (asteklər, mayyalar, inklər) artıq sinfi cəmiyyətlərdə yaşayırdılar. == Ədəbiyyat == Индейцы // Энциклопедический словарь Брокгауза и Ефрона: в 86 т. (82 т.
Məcburi sterilizasiya
Məcburi sterilizasiya şəxsin bioloji nəsilartırma qabiliyyətindən onun razılığı olmadan və tibbi müalicəvi səbəblərlə bəraət qazandırılmadan məhrum edilməsində ifadə olunur. Burada tibbi müalicəvi səbəblərlə bəraət qazandırılmadan şəxsin nəsilartırma qabiliyyətindən məhrum edilməsi onun hər hansı formada razılığı əsasında olmuş və bu razılıq aldatma formasında baş vermişdirsə, təbii ki, buna heç bir halda bəraət qazandırıla bilməz. Məcburi sterilizasiya Beynəlxalq Cinayət Məhkəməsinin Roma Əsasnaməsi 7-ci maddəsinin g) bəndində insanlıq əleyhinə cinayət kimi öz əksini tapmışdır. Statutun 8-ci maddəsində də məcburi sterilizasiyadan bəhs olunur, lakin insanlıq əleyhinə cinayət kimi yox, müharibə cinayəti kimi. Beynəlxalq Cinayət Məhkəməsinin Roma Əsasnaməsi 8-ci maddəsinin (2) a) bəndinin II variantında bioloji eksperimentlər də daxil olmaqla işgəncələr, yaxud qeyri-insani rəftar və 2-ci hissənin e) bəndinin VI variantında, o cümlədən 4 Cenevrə Konvensiyalarının konkret müddəalarının pozulması olan zorlama, seksual kölə kimi istifadə etmə, fahişəliyə məcburetmə, 7-ci maddənin 2 (1) bəndinə müəyyən edilmiş qaydada məcburi hamiləlik, məcburi sterilizasiya və bütün digər növ seksual zorakılıqlar müharibə cinayətləri kimi göstərilmişdir. Bu əməlin müharibə cinayəti kimi tövsif olunmasına əsas verən hallar BHH normalarının və Cenevrə Konvensiyalarının pozulmasıdır. Lakin burada məcburi sterilizasiya insanlıq əleyhinə cinayət kimi nəzərdən keçirilir. Odur ki, məcburi sterilizasiya həm müharibə dövründə, həm də dinc dövrdə genişmiqyaslı və ya sistematik hücumun tərkib hissəsi kimi mülki əhaliyə qarşı baş verdiyi halda insanlıq əleyhinə cinayət hesab olunur.
Sivilizasiya sərdabəsi
Sivilizasiya sərdabəsi (ing. Crypt of Civilization) – 1937-1940-cı illərdə ABŞ-nin Corciya ştatında yerləşən Oqltorp Universitetində tikilən möhürlü, havakeçirməz otaq. 57 m3 həcmə malik otaqda bir çox artifakt və sənəd saxlanılır və 8113-cü ildə açılması planlaşdırılır. Otağın yaradılma məqsədi hazırkı dövrün mədəniyyətini gələcək dövrlərə çatdırmaqdır. Sivilizasiya sərdabəsi gələcək nəslə mədəniyyəti çatdırmaq üçün edilən ən yaxşı cəhd kimi Ginnesin Rekordlar Kitabına düşmüşdür. == Tarixi == Zaman kapsulası funksiyası daşıyan otağı yaratmaq ideyası universitetin keçmiş rektoru Tornvell Yakobsa məxsusdur. T.Yakobs keçmiş mədəniyyətlərin gələcək nəsillərə çox az məlumat buraxdığından şikayətçi idi. Buna görə də bu cür otağın yaradılmasını çox istəyirdi. Otaq dünyada ilk zaman kapsulu hesab olunur.Yakobs bu işdə ona kömək etməsi üçün ABŞ kinematoqrafı, fotoqrafı və ixtiraçısı Tomas Pitersə müraciət etmişdir. Piters layihə arxivçisi və inşaat müdiri vəzifəsinə gətirildi.
Çibça (sivilizasiya)
Çibça (isp. Chibcha), Muiska və ya Moska — Cənubi Amerikada XII -XIV əsrlərə aid sivilizasiya. == Tarixi == Aralıq vilayətinin digər məşhur mədəniyyətindən biri Çibça sivilizasiyası (b.e.-nın 1200-1500) idi. Çibçanın iqtisadi əsasını təsərrüfatçılıq təşkil edirdi. Onlar qarğıdalı, kartof, lobya, pomidor, ananas, tütün əkib-becərirdilər. Əti yalnız ovçuluq yolu ilə əldə edirdilər. Təsərrüfatda mübadilə əsas rol oynayan vasitələrdən idi. Onun başlıca əşyası duz, kətan, zümrüd, qızıl idi. Bu qiymətli daşlar Çivore, sumundoki şaxtalarından çıxarılırdı. Bu ərazidə qızıl olmadığından onu uzaq yerlərdən gətirirdilər.
Sivilizasiya muzeyi (Kvebek)
Sivilizasiya muzeyi (fr. Musée de la civilisation à Québec) - Kanadanın Kvebek şəhərində yerləşən muzey. 19 dekabr 1988-ci ildə açılıb. Muzeyin binası Moşe Safdi tərəfindən tərtib edilib. Muzeydə əsasən tarixi və etnoloji eksponatlar üstünlük təşkil edir. Mövcud olduğu ilk 20 il ərzində Sivilizasiya muzeyi 13 milyon nəfər tərəfindən ziyarət edilib.