Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Samson
Samson (İvrit dilində: שִׁמְשׁוֹן, Ərəb dilində: شمسون Şəmsun, Müasir Yunan dilində: Σαμψών) qədim ibranilərin fövqəltəbii güclərə sahib olduğuna inanılan əfsanəvi qəhrəmanıdır və qədim dövr sirr dünyasında yaşamışdır. Əhdi-Ətiqdə "Hakimlərin vəsiyyətnaməsi" adlı kitabında 12 İbrani hakimin sonuncusu olduğu düşünülməkdədir. Aslanı parçalayarkən, bir eşşəyə aid çənə sümüyü ilə bir çox fələstinlini öldürdüyü və onları əksər müharibələrdə məğlub etdiyi qulaqdan qulağa və yazılı şəkildə dövrümüzə gəlmişdir. Samson uzun saçlarından güc alırdı. Dalilaya aşiq idi. Onun bu sevgisindən xəbər tutan Dalila Samson yuxuda olarkən onun saçlarını kəsir, gözlərini kor edir və fələstinlilərə təslim edir. Samsonun saçları təkrar uzanır və Daqon məbədindəki bir mərasim zamanı binanın sütunlarını qırır və beləliklə min bir fələstinli dağıntı altında qalır. Hakimlərin kitabına görə Samsonun valideynləri Dan tayfasından idi. Allah Qüds yaxınlığındakı Zorada əkinçilik edən Manoa adlı bir kişinin sonsuz qadınina mələklərindən birini göndərir. Mələk qadına sonsuz olduğunu, ancaq hamilə qalacağını və uşaq dünyaya gətirəcəyini söyləyir.
Siamon
I Siamon və ya Nekexeperra Setepenamon Siamon — e.ə. 977–958-ci illərdə hakimiyyətdə olmuş, XXI sülalədən olan Misir fironu. O, filistinlilərin Qəzza qalasını ələ keçirmiş, İsrail kralı Süleyman ilə əlaqələr qurmuşdur. Buna baxmayaraq, Misir yeni padşahlıq dövrü ilə müqayisədə son dərəcə zəif olaraq qalmışdır. Древний Восток и античность. // Правители Мира. Хронологическо-генеалогические таблицы по всемирной истории в 4 тт. / Автор-составитель В. В. Эрлихман. — Т. 1. Von Beckerath J. Handbuch der ägyptischen Königsnamen.
Kumamon
Kumamon (くまモン) – Yaponiyanın Kumamoto prefekturasının rəsmi talismanı. Kumamon qara rəngli, iki ayaq üstə gəzən, qırmızı yanaqlı ayıdır. 1,5 metr boyundadır. == Tarixi == Kumamonun yaradılma ideyası 2011-ci ildə Kyuşu şinkanseninin şimal sektorunun açılması zamanı yaranmışdır. Bu sektorun açılması ilə Kumamoto prefekturasının Osaka və Tokio kimi böyük şəhərlərlə birbaşa dəmiryolu əlaqəsi yaranmışdır. Bu isə prefekturada yeni turizm və biznes imkanlarına şərait yaratmışdır. Prefektura rəsmiləri Kumamotonu təbliğ etmək üçün işlərə başlamış və "Kumamoto sürprizi" kampaniyası başlatmışdırlar. Bu kampaniya çərçivəsində Kumamon yaradılmışdır. Kumamonun dizayneri Mizuno Manabu olmuşdur. Şinkansenin açılışı 12 martda baş tutduğu üçün bu tarix Kumamonun ad günü qəbul olunmuşdur.
Summit
Summit (superkompüter) Summit, Nyu Cersi Summit Entertainment — Birləşmiş Ştatlarda fəaliyyət göstərən kino şirkət GameSummit — Azərbaycanda keçirilən videooyun konvensiyası.
Semyon
Semyon — ad. Semyon Ayzenşteyn — Rusiya radiotexniki. Semyon Timoşenko — Sovet İttifaqı marşalı. Semyon Çuykov — Rusiya boyakarı. Semyon Budyonnı — Sovet İttifaqı marşalı. Semyon Sviqun — Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizlik Komitəsinin sədri Semyon Nadson — Rusiya şairi. Semyon Bretanitski — Azərbaycan skripkaçısı. Semyon Farada — Rusiya teatr və kino artisti.
Tumion
Torreya (lat. Torreya) — bitkilər aləminin çılpaqtoxumlular şöbəsinin i̇ynəyarpaqlılar sinfinin cupressales dəstəsinin qaraçöhrəkimilər fəsiləsinə aid bitki cinsi. == Sinonimləri == === Heterotipik sinonimləri === Caryotaxus Zucc. ex Henkel & W.Hochst. Foetataxus J.Nelson Struvea Rchb. Tumion Raf.
Ammon
Amon və yaxud Ammon, Amoun, Amun, Amen — qədim Misir dini-əfsanəsinə görə külək və bərəkət (məhsuldarlıq) tanrısı (ilahisi). Bu tanrı (allah) (ilahi) Ra — nın əlavə adı Ameni ilə səhv salınmamalıdır. == Mənşəyi == İlk olaraq Misirin mərkəzi əyalətində Amon tanrı kimi qəbul edilmişdir. XI sülalə dövründə Teben şəhərində əyalət tanrısı qəbul olunurdu. Hermontis ailəsi ölkə daxili çəkişməni öz xeyrinə həll etdikdən sonra Tebeni legitimləşdirir. XII sülalə düvründə yeni paytaxt Teben şimala köçürülür. Bundan sonra firon I Senusert Amon məbədi tikdirir. == Təsviri == Amon Amarna dövründən qabaq taclı və əsalı insan obrazında təsvir olunmuşdur. Ammarnadan sonrakı dövrdə isə mavi rəngdə olan tovuz quşu lələyindən ibarət olan qoşa tacla təsvir edilmişdir. Mavi dəri küləyi və yaranışı, lap qədim xalq inacına görə qoçu tərənnüm edirdi.
Somon
Somon, və ya Sum və ya Sumu və ya Sumon (Çin dilində 苏木 — (sumu), monqol dilində sum, tuva dilində sumon) — Çində və Monqolustanda, həmçinin Pusiyada çox da böyük olmayan inzibati ərazi bölgüsü. Çin Xalq Respublikasının yalnız Daxili Monqolustan adlanan hissəsində inzibati ərazi vahididir. ÇXR-da somonların ümumi sayı — 181-dir. Somon kənddən böyük, xoşundan kiçikdir. Etnik milli somon — (<in dilində 民族苏木, mintszu sumu) — Çin Xalq Respublikasında milli azlıqların üstünlük təşkil etdiyi somonlar üçün istifadə olunan termindir.2010-cu ilin məlumatına əsasən yalnız bir etnik milli simon — Evenk milli somonu mövcuddur.
Suvon
Suvon - Cənubi Koreyanın şəhəri. Müxtəlif tarixi abidələri ilə seçilən şəhərlərdən biri. Koreya müharibəsi zamanı bu şəhərə xeyli zərər dəymişdir. Samsung Electronics şirkətinin baş ofisi bu şəhərdə yerləşir. Kyung Hee Universitetinin bir kampusu bu şəhərdə yerləşir. Azərbaycan Respublikasının prezidenti, İlham Əliyev bu universitetin fəxri doktorudur.
Simon
Simon — ad. Simon Minyole — Belçikalı qapıçı. Simon Stevin — Holland riyaziyyatçısı və mühəndisidir; Simon Hoytvill — Norman əsilli Siciliya qrafı. Simon Bolivar – Simon Simonyan — yazıçı, publisist, müəllim. Simon Qerada — Avstraliyanı təmsil edən stolüstü tennisçi. Simon Canaşia — gürcü tarixçisi və ictimai xadimi. Simon Virsaladze — Sovet, gürcü və rus teatr sənətçisi. Simon Açıqgözyan — Qarabağ müharibəsi və Çaykənd əməliyyatında iştirak etmiş erməni əsilli terrorçu. Simon Riekhoff — İsveçrəli suya tullanan. Simon Baxmann — Seyşel adalarını təmsil edən üzgüçü.
Endless Summer
Endless Summer — Alman müğənni Okeana Malmannın "My House" (2012) adlı ikinci albomundan bir UEFA Avro 2012 -nin rəsmi mahnısı idi.Mahnının bir hissəsini UEFA Euro 2012 video oyununda eşitmək olar.
Herbert Saymon
Herbert Aleksandr Saymon (ing. Herbert Alexander Simon; 15 iyun 1916[…], Miluoki, Viskonsin – 9 fevral 2001[…], Pitsburq, Pensilvaniya) — amerikan iqtisadçısı. 1978-ci ildə İqtisadiyyat üzrə Nobel mükafatına layiq görülmüşdür. == Önəmli əsərləri == 1947 — İnzibati davranış: İnzibati təşkilatların qərar qəbul etmə proseslərini öyrənmək 1957 — İnsan modelləri 1958 — Təşkilatlar (Ceyms Merçlə birlikdə) 1969 — Süni elmlər 1972 — İnsan probleminin həlli (Elyen Nevellə birlikdə) 1977 — Kəşf modelləri: elm metodlarının digər mövzuları 1979 — Düşüncə modelləri. 2 cild 1982 — Məhdud səmərəliliyin modelləri 1983 — İnsanın işlərinin səbəbi 1991 — Mənim həyatımın modelləri (öz həyatı haqqında) 1996 — Süni elmlər 1987 — Elmi kəşflər: yaradıcı proseslərin hesablama tədqiqatları 1997 — Mikroiqtisadiyyatın emprik əsasları 1997 — Məhdud səmərəliliyin modelləri.
I Simeon
I Böyük Simeon (bolq. Симеон I Велики təq. 864, Pliska, Birinci Bulqar dövləti – 27 may 927, Preslav, Birinci Bulqar dövləti) — Birinci Bulqar dövlətinin XIX imperatoru == Həyatı == Simeon 893-cü ildə doğulmuşdu. Vladimir-Rasatedən fərqli olaraq bütün ömrü boyu xristian olmuşdur. 14 yaşında Konstantinopol Universitetinə getmişdi və arxiyepiskop olmaq istəyirdi. Lakin Vladimirin devrilməsi nəticəsində taxta çıxmalı oldu. Qavrilin yerinə niyə Simeonun seçildiyi məlum deyil. == Hakimiyyəti == === Bizans və Macarlarla əlaqələr === Simeonun taxta çıxdığı dövr Bizansla əlaqələrin pisləşdiyi dövr idi. VI Leo bolqar tacirlərin ticarət mərkəzini Konstantinopoldan Salonikiyə dəyişmiş, ağır vergilər qoymuşdu.Onlar Simeona, Simeon da Leoya şikayət etmişdi. İmperator bu şikayətləri qulaqardına vurdu.
Kammon boğazı
Kammon boğazı (yap. 関門海峡) — Kyuşu adası ilə Honşu adası arasında yerləşən boğaz. Bəzən Anato (yap. 穴戸海峡), Bakan (yap. 馬関海峡), Şimonoseki (yap. 下之関海峡). Bəzi hallarda ayrı-ayrı boğazlar şəbəkəsi olaraq qeyd edilir. == Əhali == Boğazın yerləşdiyi rayon ərazisində 1.3 milyon insan yaşayır. Boğazın Honsü adası sahillərində Şimonoseki, Kyuşu adası sahilində isə Kitakyuşu şəhəri yerləşir. Yaxınlıqdakı Kitakyusyu hava limanı 2006-cı ildə inşa edilmişdir.
Kim Sunmin
Kim Seung-min,(kor. 김승민;22 sentyabr 2000) səhnə adı ilə Seungmin, Cənubi Koreyanın Stray Kids oğlan qrupunun əsas vokalisti və rəqqasıdir. Koreya Musiqi Müəllif Hüquqları Assosiasiyasına (KOMCA) görə, onun adına 13 mahnı var. == Bioqrafiya == Kim Sunmin 22 sentyabr 2000-ci ildə Cənubi Koreyanın Seul şəhərində anadan olub. Ailənin ən kiçiyi olan Sunminin böyük bacısı var. Sunmin ibtidai və orta təhsilini Bonqeun məktəbində və liseyi isə Çondam liseyində bitirmişdir.9 yaşında ikən Kim peşəkar beysbol komandası olan "SK Wyverns" üçün açılış meydançasına çıxdı. O, bir neçə ay ailəsi ilə birlikdə ABŞ-də yaşayıb və bir müddət Los Ancelesdəki məktəbdə oxuduğu üçün ingilis dilində sərbəst danışır. O, orta məktəbdə uşaq xor müsabiqəsində qalib olub və peşəkar müğənni olmaq qərarına gəlib. O, 2017-ci ildə JYP Entertainment-in stajçısı oldu və bu, JYP Entertainment-in 13-cü dinləmələrində ikinci yeri tutduqdan sonra baş verdi. O, müsabiqədə Cənubi Koreyalı müğənni Kim Don Ryolun "Old Song" mahnısını ifa edib.2017-ci ildə JYP Entertainment yeni bir oğlan qrupu yaratmaq üçün oyun şousu keçirdikləri müsabiqəyə qatıldı.
Korali Simmons
Korali Simmons (d. 1 mart 1977) — Birləşmiş Ştatları təmsil edən su poloçusu. == Karyerası == Korali Simmons, ABŞ yığmasının heyətində 2000-ci ildə Avstraliyanın Sidney şəhərinin ev sahibliyində baş tutan XXVII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Final görüşündə Avstraliya yığmasına 4:5 hesabı ilə məğlub olan ABŞ yığması, Sidney Olimpiadasının gümüş medalına sahib oldu.
Meri Saymon
Meri Cinni Mey Saymon (ing. Mary Jeannie May Simon; fr. Mary Jeannie May Simon; 21 avqust 1947, Kangiksualucuak[d], Kvebek) — Kanadalı keçmiş aparıcı, dövlət qulluqçusu və 2021-ci ildən etibarən Kanadanın 30-cu general-qubernatoru vəzifəsində çalışan diplomat. Saymon Kvebekin Nunavik əyalətinin Kangiksualucuak şəhərində anadan olub. 1970-ci illərdə qısa müddətdə "CBC Northern Service"-də prodüser və diktor vəzifəsində çalışmış, daha sonra ictimai xidmətə başlamış, Şimali Kvebek İnuit Dərnəyinin idarə heyətində vəzifə almış və Şarlottaun danışıqlarında əsas rol oynamışdır. Saymon 1994–2004-cü illərdə Kanadanın Ətraf İşləri üzrə ilk səfiri, eyni zamanda Arktik Şurasının yaradılması üçün aparıcı danışıqçı idi. 1999–2002-ci illərdə Kanadanın Danimarkadakı səfiri vəzifəsini də icra etmişdir. 6 iyul 2021-ci ildə Baş nazir Castin Trüdo Saymonun Kanadanın növbəti general-qubernatoru olaraq Jyüli Peyettin yerinə təyin olunduğunu bildirdi. Meri Cinni Mey Saymon 21 avqust 1947-ci ildə Kvebekin Kangiksualucuak şəhərində, Manitobadan olan və ingilis əsilli Bob Mey və inuk olan Nensinin ailəsində anadan olub. Atası gəncliyində şimala köçdü və 1950-ci illərin əvvəllərində yerli Hudzon körfəzi şirkətinin meneceri oldu.
Met Selmon
Met Selmon Matthew James "Matt" Salmon (d. 21 yanvar 1958-ci il) — ABŞ Konqresində Arizona ştatından 5-ci rayondan seçilmiş konqresmen. 1995 - 2001-ci illərdə ştatın 1-ci rayonunu təmsil edirdi. 2002-ci il seçkilərində uduzub. 2012-ci il seçkilərində yenidən Konqresə üzv seçilib. Respublikaçılar Partiyasını təmsil edir. 29 yanvar 2014-cü ildə ABŞ Konqresindəki Azərbaycan üzrə İşçi qrupuna üzv olub. Bununla da İşçi qrupundakı konqresmenlərin sayı 60-a çatıb.
Richard Simmons
Milton Teagle Simmons (ing. Richard Simmons; 12 iyul 1948) — ABŞ aktyoru, "Oskar" mükafatı laureatı.
Riçard Simmons
Milton Teagle Simmons (ing. Richard Simmons; 12 iyul 1948) — ABŞ aktyoru, "Oskar" mükafatı laureatı.
Riçson Simeon
Riçson Simeon (5 oktyabr 1997) — Marşall adalarını təmsil edən atlet. Riçson Simeon Marşall adalarını 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. Riçson Simeon birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında 100 metr məsafəyə qaçış yarışlarında təsnifat mərhələsində 11.81 saniyəlik nəticə ilə 8-ci yeri tutdu və mübarizəni dayandırdı.
Samson Abioye
Samson Abioye (d. 25 mart 1991 – ö. 28 iyul 2017) — Nigeriya kompüter proqramçısı və internet sahibkarı. 2013-cü ildə o, Ladoke Akintola Universitetində təhsil alarkən müdafiə işi kimi tələbələrin ölkə səviyyəsindəki imtahanları üçün onlara praktiki kömək edən onlayn test platforması olan nı yaratmışdır. Ölümünə qədər pass.ng saytında baş icraçı direktor kimi fəaliyyət göstərmişdir. 2014-cü ildə Airtel Catapult-a-Startup müsabiqəsində pass.ng layihəsi ilə qalib gəlməzdən əvvəl müvəqqəti olaraq universitetdə İKT şöbəsində çalışmışdır. O, həmçinin, 2013-cü ildə Nigeriyada Kompüter Elmləri üzrə Milli İstehsalçılara təqdim olunan ən yaxşı proqramçı mükafatının qalibi olmuşdur. Abioye 28 iyul 2017-ci ildə səhər saatlarında vəfat etmişdir. Ölümündən sonra, Pulse Nigeria onun ölümünü "Nigeriyada texnologiya sahəsini şok edən" başlığı altında yayımlamışdır.
Samson Mkrtumov
Samson Movsesoviç Mkrtumov (əsl soyadı: Mkrtumyan; erm. Սամսոն Մովսեսի Մկրտումյան; rus. Самсо́н Мовсе́сович Мкрту́мов; 15 (28) iyul 1910, Brnakot, Zəngəzur qəzası – 1 noyabr 1943, Qomel) — erməni əsilli SSRİ hərbi pilotu, Sovet İttifaqı Qəhrəmanı, kapitan. Samson Mkrtumov 28 iyul 1910-cu il tarixində Rusiya imperiyası tərkibindəki Yelizavetpol quberniyasının Zəngəzur qəzasında yerləşən Brnakot kəndində anadan olmuşdur. O, 1928-ci ildə Bakıya köçmüş, Bibiheybət neft mədənində işləmişdir. Mkrtumov 1931-ci ildən Sovet İttifaqı Kommunist Partiyası üzvüdür. O, 1936-cı ildə Borisoqlebsk Təyyarəçilik Məktəbini bitirmidir. Mkrtumov 1939-cu ildən Sovet Ordusunda xidmət etmişdir. O, Sovet-Finlandiya müharibəsində iştirak etmişdir. Mkrtumov İkinci Dünya müharibəsində eksadrilya komandiri olan Mkrtumov 219 döyüş uçuşu keçirmişdir.
Samson Pirtsxalava
Samson Georgiyeviç Pirtsxalava (gürc. სამსონ გიორგის ძე ფირცხალავა, 3 yanvar 1872 – 26 iyul 1952, Tbilisi)) — gürcü siyasətçisi, Gürcüstan Təsis Məclisinin üzvü (1919–1921). Samson Pirtsxalava Georgi Pirtsxalava və Barbala Çirqadzenin ailəsində anadan olmuşdur. Oxumağı və yazmağı böyük qardaşlarından, sonra yerli kilsənin dekonundan öyrənmişdi. Xoni şəhərində iki illik məktəbi,1893-cü ildə Kutaisi klassik gimnaziyasını, 1898-ci ildə Sankt-Peterburq İmperator Universitetinin hüquq fakültəsini bitirib. Sankt-Peterburqda olarkən gürcü diasporunun fəalları İvane Cavaxişvili, Zurab Avalişvili, Qriqol Rtsxiladze, İosif Barataşvili, Arçil Djordjadze, İlya Nakaşidze və Luarsab Andronikaşvili ilə dostluq münasibətləri qurdu. 1893-cü ildən ədəbi yaradıcılıqla məşğul olur. 1901–1902-ci illərdə "İveriya" qəzeti ilə əməkdaşlıq etmişdir. Yazıları "Kalami" (qələm) və "Sitkva" (söz) təxəllüsləri ilə nəşr edilmişdir. Gürcüstan Sosialist-Federalist Partiyasının qurucularından biri (1901) və rəhbəri, "Qlexi" qəzetinin ("Krestianin", 1906) qurucularından və redaktorlarından biri idi.
Samson fəvvarəsi
Samson fəvvarəsi (alm. Simsonbrunnen‎) — İsveçrənin Bern şəhərinin Kramqasse döngəsində yerləşir. XVI əsrə aid məşhur Bern fəvvarələrindən biri sayılır və 1983-cü ildə Bern Köhnə şəhərinin tərkib hissəsi olaraq UNESCO-nun Dünya Mədəniyyət Mirasları siyahısına daxil edilmişdi. 1527-ci ildə Hans Ginq tərəfindən inşa olunmuş taxta fəvvarə 1544-cü ildə daşla əvəzlənmişdir. Fəvvarənin hovuzu səkkizbucaqlı formaya malikdir. Fəvvarə şirin ağzını yaran məşhur bibley qəhrəmanı Samsonu ifadə edir. XVI əsrdə Samson güc təcəssümü idi və qədim yunan mifologiyasında qəhrəman Herakl ilə eyniləşdirilirdi. Yəqin ki, bu fəvvarə qessab gildiyasının ianələri sayəsində inşa edilmişdir. Əvvəllər fəvvarə Şaalbrunnen adlanırdı (Bern ləhcəsində Schaal - sallaqxana deməkdir); 1687-ci ildə onun adı dəyişdirilərək "Qəssab" (alm. Metzgernbrunnen‎) qoyulmuş və yalnız 1827-ci ildə o özünün hazırkı adını qazanmışdır.
Ümman