Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Samson
Samson (İvrit dilində: שִׁמְשׁוֹן, Ərəb dilində: شمسون Şəmsun, Müasir Yunan dilində: Σαμψών) qədim ibranilərin fövqəltəbii güclərə sahib olduğuna inanılan əfsanəvi qəhrəmanıdır və qədim dövr sirr dünyasında yaşamışdır. Əhdi-Ətiqdə "Hakimlərin vəsiyyətnaməsi" adlı kitabında 12 İbrani hakimin sonuncusu olduğu düşünülməkdədir. Aslanı parçalayarkən, bir eşşəyə aid çənə sümüyü ilə bir çox fələstinlini öldürdüyü və onları əksər müharibələrdə məğlub etdiyi qulaqdan qulağa və yazılı şəkildə dövrümüzə gəlmişdir. Samson uzun saçlarından güc alırdı. Dalilaya aşiq idi. Onun bu sevgisindən xəbər tutan Dalila Samson yuxuda olarkən onun saçlarını kəsir, gözlərini kor edir və fələstinlilərə təslim edir. Samsonun saçları təkrar uzanır və Daqon məbədindəki bir mərasim zamanı binanın sütunlarını qırır və beləliklə min bir fələstinli dağıntı altında qalır. == Haqqında == Hakimlərin kitabına görə Samsonun valideynləri Dan tayfasından idi. Allah Qüds yaxınlığındakı Zorada əkinçilik edən Manoa adlı bir kişinin sonsuz qadınina mələklərindən birini göndərir. Mələk qadına sonsuz olduğunu, ancaq hamilə qalacağını və uşaq dünyaya gətirəcəyini söyləyir.
Siamon
I Siamon və ya Nekexeperra Setepenamon Siamon — e.ə. 977–958-ci illərdə hakimiyyətdə olmuş, XXI sülalədən olan Misir fironu. O, filistinlilərin Qəzza qalasını ələ keçirmiş, İsrail kralı Süleyman ilə əlaqələr qurmuşdur. Buna baxmayaraq, Misir yeni padşahlıq dövrü ilə müqayisədə son dərəcə zəif olaraq qalmışdır. == İstinadlar == == Əlavə ədəbiyyat == Древний Восток и античность. // Правители Мира. Хронологическо-генеалогические таблицы по всемирной истории в 4 тт. / Автор-составитель В. В. Эрлихман. — Т. 1. Von Beckerath J. Handbuch der ägyptischen Königsnamen.
Kumamon
Kumamon (くまモン) – Yaponiyanın Kumamoto prefekturasının rəsmi talismanı. Kumamon qara rəngli, iki ayaq üstə gəzən, qırmızı yanaqlı ayıdır. 1,5 metr boyundadır. == Tarixi == Kumamonun yaradılma ideyası 2011-ci ildə Kyuşu şinkanseninin şimal sektorunun açılması zamanı yaranmışdır. Bu sektorun açılması ilə Kumamoto prefekturasının Osaka və Tokio kimi böyük şəhərlərlə birbaşa dəmiryolu əlaqəsi yaranmışdır. Bu isə prefekturada yeni turizm və biznes imkanlarına şərait yaratmışdır. Prefektura rəsmiləri Kumamotonu təbliğ etmək üçün işlərə başlamış və "Kumamoto sürprizi" kampaniyası başlatmışdırlar. Bu kampaniya çərçivəsində Kumamon yaradılmışdır.Kumamonun dizayneri Mizuno Manabu olmuşdur. Şinkansenin açılışı 12 martda baş tutduğu üçün bu tarix Kumamonun ad günü qəbul olunmuşdur. Ona Kumamotonun satış meneceri və xoşbəxtlik meneceri kimi vəzifələr verilmişdir.
Ammon
Amon və yaxud Ammon, Amoun, Amun, Amen — qədim Misir dini-əfsanəsinə görə külək və bərəkət (məhsuldarlıq) tanrısı (ilahisi). Bu tanrı (allah) (ilahi) Ra — nın əlavə adı Ameni ilə səhv salınmamalıdır. == Mənşəyi == İlk olaraq Misirin mərkəzi əyalətində Amon tanrı kimi qəbul edilmişdir. XI sülalə dövründə Teben şəhərində əyalət tanrısı qəbul olunurdu. Hermontis ailəsi ölkə daxili çəkişməni öz xeyrinə həll etdikdən sonra Tebeni legitimləşdirir. XII sülalə düvründə yeni paytaxt Teben şimala köçürülür. Bundan sonra firon I Senusert Amon məbədi tikdirir. == Təsviri == Amon Amarna dövründən qabaq taclı və əsalı insan obrazında təsvir olunmuşdur. Ammarnadan sonrakı dövrdə isə mavi rəngdə olan tovuz quşu lələyindən ibarət olan qoşa tacla təsvir edilmişdir. Mavi dəri küləyi və yaranışı, lap qədim xalq inacına görə qoçu tərənnüm edirdi.
Somon
Somon, və ya Sum və ya Sumu və ya Sumon (Çin dilində 苏木 - (sumu), monqol dilində sum, tuva dilində sumon) - Çində və Monqolustanda, həmçinin Pusiyada çox da böyük olmayan inzibati ərazi bölgüsü. == Çin Xalq Respublikası == Çin Xalq Respublikasının yalnız Daxili Monqolustan adlanan hissəsində inzibati ərazi vahididir. ÇXR-da somonların ümumi sayı - 181-dir. Somon kənddən böyük, xoşundan kiçikdir. === Etnik somon === Etnik milli somon - (<in dilində 民族苏木, mintszu sumu) - Çin Xalq Respublikasında milli azlıqların üstünlük təşkil etdiyi somonlar üçün istifadə olunan termindir.2010-cu ilin məlumatına əsasən yalnız bir etnik milli simon - Evenk milli somonu mövcuddur.
Suvon
Suvon - Cənubi Koreyanın şəhəri. Müxtəlif tarixi abidələri ilə seçilən şəhərlərdən biri. Koreya müharibəsi zamanı bu şəhərə xeyli zərər dəymişdir. Samsung Electronics şirkətinin baş ofisi bu şəhərdə yerləşir. Kyung Hee Universitetinin bir kampusu bu şəhərdə yerləşir. Azərbaycan Respublikasının prezidenti, İlham Əliyev bu universitetin fəxri doktorudur.
Simon
Simon — ad. Simon Minyole — Belçikalı qapıçı. Simon Stevin — Holland riyaziyyatçısı və mühəndisidir; Simon Hoytvill — Norman əsilli Siciliya qrafı. Simon Bolivar – Simon Simonyan — yazıçı, publisist, müəllim. Simon Qerada — Avstraliyanı təmsil edən stolüstü tennisçi. Simon Canaşia — gürcü tarixçisi və ictimai xadimi. Simon Virsaladze — Sovet, gürcü və rus teatr sənətçisi. Simon Açıqgözyan — Qarabağ müharibəsi və Çaykənd əməliyyatında iştirak etmiş erməni əsilli terrorçu. Simon Riekhoff — İsveçrəli suya tullanan. Simon Baxmann — Seyşel adalarını təmsil edən üzgüçü.
Atış-Sumqan
Atış-Sumqan şəlaləsi (başq. Атышсумған) — Başqırdıstanın Beloret rayonu ərazisində yerləşən yeraltı şəlalə. Cənubi Uralın turistik ərazilərindən hesab edilir. Hündürlüyü 6 metrdir. == Coğrafiyası == Atış çayı üzərində yerləşir. Başqırd dilindən tərcümədə «Atış daldı» və ya «Atış çökdü» mənasını verir. Atış çayı kiçik bir arx şəklində 276 m hündürlükdə yerin dərinliyinə axır. Bura Atış-Sumqan şəlaləsi adlanır. Artıq 174 m hündürlükdə isə Atış şəlaləsi olaraq üzə çıxır. Bu hissəni də bəzən Atış-Sumqan adlandırırlar.
Aşıq Summani
Aşıq Summani (d. 1861 - ö. 1915) — Türk aşıq. == Həyatı == == Ailəsi == == Fəaliyyəti == == İstinadlar == == Xarici keçidlər == Anar. Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab (az.). Bakı: "Azərbaycan". 1999. 2017-07-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-07-08.
Den Simmons
Den Simmons (4 aprel 1948[…], Peoriya[d], İllinoys və ya ABŞ) — amerikan elmi-fantastik və qorxu yazıçısı.Simmons'un qarışıq janrda yazdığı "Kali mahnısı" (1985) Dünya Fantaziya Mükafatını qazanıb.
Endless Summer
Endless Summer — Alman müğənni Okeana Malmannın "My House" (2012) adlı ikinci albomundan bir UEFA Avro 2012 -nin rəsmi mahnısı idi.Mahnının bir hissəsini UEFA Euro 2012 video oyununda eşitmək olar.
Herbert Saymon
Herbert Aleksandr Saymon (ing. Herbert Alexander Simon; 15 iyun 1916[…], Miluoki, Viskonsin – 9 fevral 2001[…], Pitsburq, Pensilvaniya) — amerikan iqtisadçısı. 1978-ci ildə İqtisadiyyat üzrə Nobel mükafatına layiq görülmüşdür. == Önəmli əsərləri == 1947 — İnzibati davranış: İnzibati təşkilatların qərar qəbul etmə proseslərini öyrənmək 1957 — İnsan modelləri 1958 — Təşkilatlar (Ceyms Merçlə birlikdə) 1969 — Süni elmlər 1972 — İnsan probleminin həlli (Elyen Nevellə birlikdə) 1977 — Kəşf modelləri: elm metodlarının digər mövzuları 1979 — Düşüncə modelləri. 2 cild 1982 — Məhdud səmərəliliyin modelləri 1983 — İnsanın işlərinin səbəbi 1991 — Mənim həyatımın modelləri (öz həyatı haqqında) 1996 — Süni elmlər 1987 — Elmi kəşflər: yaradıcı proseslərin hesablama tədqiqatları 1997 — Mikroiqtisadiyyatın emprik əsasları 1997 — Məhdud səmərəliliyin modelləri.
I Simeon
I Böyük Simeon (bolq. Симеон I Велики təq. 864, Pliska, Birinci Bulqar dövləti – 27 may 927, Preslav, Birinci Bulqar dövləti) — Birinci Bulqar dövlətinin XIX imperatoru == Həyatı == Simeon 893-cü ildə doğulmuşdu. Vladimir-Rasatedən fərqli olaraq bütün ömrü boyu xristian olmuşdur. 14 yaşında Konstantinopol Universitetinə getmişdi və arxiyepiskop olmaq istəyirdi. Lakin Vladimirin devrilməsi nəticəsində taxta çıxmalı oldu. Qavrilin yerinə niyə Simeonun seçildiyi məlum deyil. == Hakimiyyəti == === Bizans və Macarlarla əlaqələr === Simeonun taxta çıxdığı dövr Bizansla əlaqələrin pisləşdiyi dövr idi. VI Leo bolqar tacirlərin ticarət mərkəzini Konstantinopoldan Salonikiyə dəyişmiş, ağır vergilər qoymuşdu.Onlar Simeona, Simeon da Leoya şikayət etmişdi. İmperator bu şikayətləri qulaqardına vurdu.
Kammon boğazı
Kammon boğazı (yap. 関門海峡) — Kyuşu adası ilə Honşu adası arasında yerləşən boğaz. Bəzən Anato (yap. 穴戸海峡), Bakan (yap. 馬関海峡), Şimonoseki (yap. 下之関海峡). Bəzi hallarda ayrı-ayrı boğazlar şəbəkəsi olaraq qeyd edilir. == Əhali == Boğazın yerləşdiyi rayon ərazisində 1.3 milyon insan yaşayır. Boğazın Honsü adası sahillərində Şimonoseki, Kyuşu adası sahilində isə Kitakyuşu şəhəri yerləşir. Yaxınlıqdakı Kitakyusyu hava limanı 2006-cı ildə inşa edilmişdir.
Kim Sunmin
Kim Seung-min,(kor. 김승민;22 sentyabr 2000) səhnə adı ilə Seungmin, Cənubi Koreyanın Stray Kids oğlan qrupunun əsas vokalisti və rəqqasıdir. Koreya Musiqi Müəllif Hüquqları Assosiasiyasına (KOMCA) görə, onun adına 13 mahnı var. == Bioqrafiya == Kim Sunmin 22 sentyabr 2000-ci ildə Cənubi Koreyanın Seul şəhərində anadan olub. Ailənin ən kiçiyi olan Sunminin böyük bacısı var. Sunmin ibtidai və orta təhsilini Bonqeun məktəbində və liseyi isə Çondam liseyində bitirmişdir.9 yaşında ikən Kim peşəkar beysbol komandası olan "SK Wyverns" üçün açılış meydançasına çıxdı. O, bir neçə ay ailəsi ilə birlikdə ABŞ-də yaşayıb və bir müddət Los Ancelesdəki məktəbdə oxuduğu üçün ingilis dilində sərbəst danışır. O, orta məktəbdə uşaq xor müsabiqəsində qalib olub və peşəkar müğənni olmaq qərarına gəlib. O, 2017-ci ildə JYP Entertainment-in stajçısı oldu və bu, JYP Entertainment-in 13-cü dinləmələrində ikinci yeri tutduqdan sonra baş verdi. O, müsabiqədə Cənubi Koreyalı müğənni Kim Don Ryolun "Old Song" mahnısını ifa edib.2017-ci ildə JYP Entertainment yeni bir oğlan qrupu yaratmaq üçün oyun şousu keçirdikləri müsabiqəyə qatıldı.
Korali Simmons
Korali Simmons (d. 1 mart 1977) — Birləşmiş Ştatları təmsil edən su poloçusu. == Karyerası == Korali Simmons, ABŞ yığmasının heyətində 2000-ci ildə Avstraliyanın Sidney şəhərinin ev sahibliyində baş tutan XXVII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Final görüşündə Avstraliya yığmasına 4:5 hesabı ilə məğlub olan ABŞ yığması, Sidney Olimpiadasının gümüş medalına sahib oldu.
Meri Saymon
Meri Cinni Mey Saymon (ing. Mary Jeannie May Simon; fr. Mary Jeannie May Simon; 21 avqust 1947, Kangiksualucuak[d], Kvebek) — Kanadalı keçmiş aparıcı, dövlət qulluqçusu və 2021-ci ildən etibarən Kanadanın 30-cu general-qubernatoru vəzifəsində çalışan diplomat. Saymon Kvebekin Nunavik əyalətinin Kangiksualucuak şəhərində anadan olub. 1970-ci illərdə qısa müddətdə "CBC Northern Service"-də prodüser və diktor vəzifəsində çalışmış, daha sonra ictimai xidmətə başlamış, Şimali Kvebek İnuit Dərnəyinin idarə heyətində vəzifə almış və Şarlottaun danışıqlarında əsas rol oynamışdır. Saymon 1994–2004-cü illərdə Kanadanın Ətraf İşləri üzrə ilk səfiri, eyni zamanda Arktik Şurasının yaradılması üçün aparıcı danışıqçı idi. 1999–2002-ci illərdə Kanadanın Danimarkadakı səfiri vəzifəsini də icra etmişdir. 6 iyul 2021-ci ildə Baş nazir Castin Trüdo Saymonun Kanadanın növbəti general-qubernatoru olaraq Jyüli Peyettin yerinə təyin olunduğunu bildirdi. == Həyatı == Meri Cinni Mey Saymon 21 avqust 1947-ci ildə Kvebekin Kangiksualucuak şəhərində, Manitobadan olan və ingilis əsilli Bob Mey və inuk olan Nensinin ailəsində anadan olub. Atası gəncliyində şimala köçdü və 1950-ci illərin əvvəllərində yerli Hudzon körfəzi şirkətinin meneceri oldu.
Met Selmon
Met Selmon Matthew James "Matt" Salmon (d. 21 yanvar 1958-ci il) — ABŞ Konqresində Arizona ştatından 5-ci rayondan seçilmiş konqresmen. 1995 - 2001-ci illərdə ştatın 1-ci rayonunu təmsil edirdi. 2002-ci il seçkilərində uduzub. 2012-ci il seçkilərində yenidən Konqresə üzv seçilib. Respublikaçılar Partiyasını təmsil edir. 29 yanvar 2014-cü ildə ABŞ Konqresindəki Azərbaycan üzrə İşçi qrupuna üzv olub. Bununla da İşçi qrupundakı konqresmenlərin sayı 60-a çatıb.
Richard Simmons
Milton Teagle Simmons (ing. Richard Simmons; 12 iyul 1948) — ABŞ aktyoru, "Oskar" mükafatı laureatı.
Riçard Simmons
Milton Teagle Simmons (ing. Richard Simmons; 12 iyul 1948) — ABŞ aktyoru, "Oskar" mükafatı laureatı.
Riçson Simeon
Riçson Simeon (5 oktyabr 1997) — Marşall adalarını təmsil edən atlet. Riçson Simeon Marşall adalarını 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Riçson Simeon birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında 100 metr məsafəyə qaçış yarışlarında təsnifat mərhələsində 11.81 saniyəlik nəticə ilə 8-ci yeri tutdu və mübarizəni dayandırdı.
Saymon Kuznes
Saymon Smit Kuznes (ing. Simon Smith Kuznets; emiqrasiyaya qədər Şimen (Semyon) Abramoviç Kuznes) (30 aprel 1901-8 iyul 1985) — ABŞ iqtisadçısı, statistik, demoqraf və iqtisadiyyat tarixçisi. İqtisadiyyat üzrə Nobel mükafatı laureatı 1971-ci il. İqtisadiyyatın emprik elm kimi formalaşması və iqtisadi tarixin kəmiyyətinin inkişafı Kuznesin adı ilə bağlıdır. == Həyatı == Atasından 15 il sonra 1922-ci ildə ABŞ-yə köçdü. Atası soyadını dəyişmişdi, amma gənc Kuznes bunu etmədi. Kolumbiya Universitetində təhsil alaraq 1926-cı ildə doktorluq disertasiyasını tamamladı. 1927-ci ildə Beynəlxalq İqtisadi Tədqiqatlar Bürosunda büronun qurucusu Uesli Mitçellə birlikdə işlədi. Həmin dövrdə ABŞ-nin milli gəliri ilə bağlı ilk araşdırmaları və iqtisadi zaman sıraları mövzusunda geniş tədqiqatlar apardı. İqtisadi artımla da bağlı geniş araşdırmalar apararaq tədqiqatını tamamladı.
Semyon Aralov
Semyon İvanoviç Aralov (tam adı: rus. Семён Иванович Аралов; 30 dekabr 1880, Moskva – 22 may 1969, Moskva) — Qızıl Ordu Baş Kəşfiyyat İdarəsinin ilk rəhbəri və SSRİ diplomatik xidmət əməkdaşı. == Həyatı == Aralov Moskvada varlı tacir ailəsində anadan olmuşdur. 1905-ci ildə Rusiya İmperator Ordusuna qoşulmuş və Birinci Dünya müharibəsi zamanı Hərbi Kəşfiyyat bölməsində mayor rütbəsinə yüksəlmişdi. O, Oktyabr inqilabında iştirak edib. Aralov Çekanın qurucu üzvlərindəndir. 1918-ci ilin yanvarında Moskva Hərbi Rayonunun rəhbəri təyin edilib. Daha sonra Trotski onu Çexoslovakiya legionu ilə danışıqlar aparması məqsədilə Sibirə göndərir. 1918-ci ilin sentyabrında Hərbi İnqilab Komitəsinə təyin edildi və girov götürülmə işlərinə görə cavabdeh oldu. Nəticədə Qırmızı Ordu sadiqliyinə şübhə edilən keçmiş çar məmurlarının ailə üzvlərini ələ keçirə bildi.
Semyon Ayzenşteyn
Semyon Moiseyeviç Ayzenşteyn (rus. Семён Моисеевич Айзенштейн; 13 (25) yanvar 1884, Kiyev – 3 sentyabr 1962, London) — Rusiya radiotexniki, yerli radioteleqrafiyanın qabaqcıllarından biri. == Həyatı == Semyon Ayzenşteyn 25 yanvar 1884-cü ildə Rusiya imperiyasında, Kiyev şəhərində anadan olmuşdur. O, 1907-ci ildə Simsiz Teleqraflar və Telefonlar Cəmiyyətini yaratmış və ona rəhbərlik etmişdir. Ayzenşteyn burada Moskva və Çarski Seloda radiostansiyaların tikintisi üçün layihələr hazırlamış, 1914–1917-ci illərdə ilk yerli radio boruları və radio avadanlıqlarını yaratmışdır. O, 1912–1914-cü illərdə rusca ilk radiotexnika jurnalı olan "Vestnik teleqrafii bez provodı"nı nəşr etdirmişdir. Ayzenşteyn 1922-ci ildən İngiltərədə yaşamışdır. == İstinadlar == == Əlavə ədəbiyyat == Русская энциклопедия. Т.2. 1912.
Semyon Bilmes
Semyon Bilmes (d. 29 avqust 1955) - Azərbaycan əsilli amerikalı rəssam, Eşlənd İncəsənət Akademiyasının qurucusu və müəllimlərindən biri. Bu incəsənətin ABŞ-nin Oreqon şttının Eşlənd şəhərində və Havayinin Maui şəhərində bölmələri vardır. Bilmes ABŞ səviyyəsində marketinq, redaktə və kitab rəssamlığı sahəsində tanınmışdır. O, AT&T, CBS, General Mills, Warner Lambert, Smirnoff Vodka, Citibank, Clairol, Western Union, Alaska Airlines və Philip Morris kimi şirkətlərin reklamları üçün rəsmlər çəkmişdir. O, kitablara və Reader's Digest, the The New York Times dövrü mətbuatlar üçün rəsmlər çəkmişdir. Bilmesin yağlı boya rəssamlığı nümunəsi olan "Qırmızı türbanda xanım" əsəri American Showcase tərəfindən hazırlanmış ilin ən yaxşı dizaynları və rəsmləri siyahısında yer almışdır. == Həyatı == Semyon Bilmes 1955-ci il 29 avqust tarixində Azərbaycan SSR-nın Bakı şəhərində anadan olmuşdur. O, ilk incəsənət təhsilini məktəbin ilk illərində almış, 16 yaşına çatdıqda isə Bakıda yerləşən Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbinda təhsilinə davam etmişdir. 1980-ci ildə Nyu-Yorka mühacirət etmiş, burada da Parlons Dizayn Məktəbindən məzun olmuşdur.O, ABŞ-də Bilmes İncəsənət Məktəbinin əsasını qoymuş, burada kommersiya məqsədləri ilə 10 il dərs demişdir.
Ümman
Ümman (ing. Umman) - Azərbaycanlı vokalist. Ümman pop və rok ifaçısıdır.