Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Duvaqlı doqquzdon
Duvaqlı doqquzdon (lat. Lonicera involucrata) — bitkilər aləminin fırçaotuçiçəklilər dəstəsinin doqquzdonkimilər fəsiləsinin doqquzdon cinsinə aid bitki növü.
Suvagil
Suvagil — Azərbaycan Respublikasının Zaqatala rayonunun inzibati ərazi vahidində kənd. Əhalinin əsas məşğuliyyəti taxılçılıq, tütünçülük, fındıqçılıq, tərəvəzçilik, bağçılıq və maldarlıqdır.
Suvagil (dəqiqləşdirmə)
Yeni Suvagil — Azərbaycanın Zaqatala rayonunda kənd. Suvagil — Azərbaycanın Zaqatala rayonunda kənd.
Yeni Suvagil
Yeni Suvagil (əvvəlki adı: Yeni Suvaqil) — Azərbaycan Respublikasının Zaqatala rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Zaqatala rayonunun Yeni Suvaqil kənd inzibati-ərazi vahidi tərkibindəki Yeni Suvaqil kəndi Yeni Suvagil kəndi, Yeni Suvaqil kənd inzibati-ərazi vahidi Yeni Suvagil kənd inzibati-ərazi vahidi adlandırılmışdır. Kənd 1953-cü ildə salınıb. Kənd rayon mərkəzindən 22 km cənubda, Alazan-Həftəran vadisində yerləşir. Rəsmi məlumatlara əsasən kənd əhalisinin əksəriyyətini (rəsmi məlumatlara əsasən təxminən 99 %-ni) saxurlar təşkil edir. Əhalinin əsas məşğuliyyəti taxılçılıq, tütünçülük, fındıqçılıq, tərəvəzçilik, bağçılıq və maldarlıqdır.
Bulaqlı
Bulaqlı (Sabirabad) — Azərbaycan Respublikasının Sabirabad rayonunun inzibati ərazi vahidində kənd. Bulaqlı (Zəngibasar) — İrəvan quberniyasının İrəvan qəzasında, indi Zəngibasar (Masis) rayonunda kənd. Bulaqlı — Borçalıda kənd.
Cuvarlı
Cuvarlı — Azərbaycan Respublikasının Füzuli rayonunun Cuvarlı kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Kənd 1993-cü ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub. 17 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Toponimikası == Dağətəyi ərazidədir. Etnotoponimdir. Azərbaycanlıların cuvarlı tayfasının adındandır. Keçmişdə Azərb.-da su bölgüsünə nəzarət edən şəxslər də cuvar (suçu) adlanırdı. Azərbaycanda Cuvarlı toponimindən və etnonimindən yaranmış Cuvarlı və Cuvarlinski familiyaları ilə bir çox tanınmış görkəmli şəxsiyyətlər olmuşdur. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyəti kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq olub.
Qavaqlı
Qavaqlı (Qoşaçay)
Sumaylı
Sumaylı — Azərbaycan Respublikasının Zaqatala rayonunun inzibati ərazi vahidində kənd. Əhalinin əsas məşğuliyyəti taxılçılıq, tütünçülük, fındıqçılıq, tərəvəzçilik, bağçılıq və maldarlıqdır.
Qavaqlı (Marağa)
Qavaqlı (fars. ‎‎‎قواقلو‎) — İranın Şərqi Azərbaycan ostanının Marağa şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 13 nəfər yaşayır (4 ailə).
Qavaqlı (Qoşaçay)
Qavaqlı (fars. قواقلو‎) — İranın Qərbi Azərbaycan ostanının Qoşaçay şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 31 nəfər yaşayır (11 ailə).
Qulaqlı bayquş
Qulaqlı bayquş (lat. Asio) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin bayquşkimilər dəstəsinin bayquşlar fəsiləsinə aid heyvan cinsi.
Qulaqlı kirpi
Qulaqlı kirpi (lat. Hemiechinus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin həşəratyeyənlər dəstəsinin kirpilər fəsiləsinə aid heyvan cinsi. Tikanlı zirehi gövdənin bel hissəsini tutaraq böyürlərə girir.Təpəsində “keçəli” yoxdur. İynələrində uzununa yastıqlardan başqa köndələn yastıqlarda vardır. Bədənin alt tərəfi və böyürlərin böyük hissəsi nisbətən gödək və yumuşaq tüklərlə örtülmüşdür. Uzun qulaqları səciyyəvidir. iynələrin rəngi nisbətən açıq olub müxtəlif, ancaq çox vaxt kürənvari qum rəngində olur. Böyürləri və bədənin alt tərəfi qonurumtul-boz və ya ağdır. Cinsin arealı cənub–şərqi Avropanı, Ön, Mərkəzi və Cənubi Asiyanı, Şimali Afrikanı əhatə edir. 5 növündən Qafqazda biri yaşayır.
Qulaqlı kirpilər
Qulaqlı qarabatdaq
Qulaqlı qarabatdaq (lat. Phalacrocorax auritus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sümsükquşukimilər dəstəsinin qarabatdaqlar fəsiləsinin qarabatdaq cinsinə aid heyvan növü.
Qulaqlı suiti
Qulaqlı suitilər (lat. Otariidae) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinə aid heyvan fəsiləsi.
Qulaqlı suitilər
Qulaqlı suitilər (lat. Otariidae) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinə aid heyvan fəsiləsi.
Saday Budaqlı
Saday Budaqlı (13 noyabr 1955, Qazax) — Azərbaycanlı yazıçı, tərcüməçi. Azərbaycan Yazıçılar Birliyinin Qazax şöbəsinin katibi (1989-1993), Azərbaycan Dövlət Radiosunda baş redaktor (1993-2009), Maksim Qorki adına Ümumittifaq Mükafatı, Moskvada nəşr edilən "Nedelya" həftəlik məcmuəsinin laureatı, "Drujba Narodov" jurnalının "İlin ən yaxşı hekayəsi" mükafatını alıb (1982). 2009-cu ildə Azərbaycan Mədəniyyət Nazirliyinin "Qızıl Kəlmə" mükafatına layiq görülüb. Saday İsmayıl oğlu Budaqlı 1955-ci il noyabrın 13-də Qazax rayonunda anadan olub. 1984-cü ildə M. Qorki adına Ədəbiyyat İnstitutunu bitirib. 1984-1989-cu illərdə "Yazıçı" nəşriyyatında redaktor işləyib. 1989-1993-cü illərdə Yazıçılar İttifaqının Qazax şöbəsinin katibi olub. 1993-2009-cu illərdə Azərbaycan Dövlət Radiosunda baş redaktor vəzifəsində çalışıb. Povest və hekayələrdən ibarət kitabları Bakıda və Moskvada Azərbaycan və rus dillərində çapdan çıxıb. Hekayələri ingilis, yapon, litva, türk və başqa dillərə də tərcümə olunub.
Saçaqlı meduzlar
Saçaqlı meduzalar (lat. Stauromedusae), dalayıcılar tipinin polipmeduzalar (Staurozoa) sinfinə aiddir. Bura 4 fəsilə aiddir. Bu qrupa daxil olan növlər adətən soyuq sularda sahil xəttinə yaxın yerlərdə rast gəlinir.
Saçaqlı pendir
Saçaqlı pendir, çeçil pendir və ya tel pendiri - Azərbaycan, Türkiyə, Ermənistan və Gürcüstan mətbəxlərində hazırlanan pendir növü. Saçaqlı pendir Ermənistan yaylasında hazırlanan pendir növlərindən biridir və husats adlandırılır. 1915-ci ildə Suriyaya köçən ermənilər bu pendir növünü buraya da gətirmişdirlər. Türkiyədə saçaqlı pendir əsasən Ərdəhan və Ərzurumda istehsal olunur. Türkiyədə çeçil adı ilə tanınır. Saçaqlı pendirin tərkibi yağsız inək südündən, turşumuş süddən və pendir mayasından ibarətdir. Saçaqlı pendirin hər 100 qramında 320 K kalori mövcuddur. Saçaqlı pendiri hazırlamaq üçün yağsız inək südünə turşumuş süd əlavə edilir və 10-18 saat gözlədilir. Bu müddətdən sonra südə maya əlavə edilərək isidilir. Südün üzərində yığılan şəffaf maye götürüldükdən sonra alınmış dələmə 0,5-1 saat gözlədilir və üzərinə duz əlavə olunur.
Saçaqlı tısbağa
Saçaqlı tısbağa və ya mata mata) (lat. Chelus fimbriatus) — Monotip Chelus cinsinə daxil olan Cənubi Amerika ilanboyunlu şirin su tısbağası. Son dərəcə qəribə və özünəməxsus bir görünüşə malikdir. Çanağının uzunluğu 40 sm-dir. Çanağın kəskin konusvari tüberklər tərəfindən əmələ gələn dişli kənarları var. Bu canlının üçbucaq başı və umşaq xortumu vardır. Uzun oynunun kənarlarında qəribə çıxıntılar vardır. buna bənzər çıxıntılar boğaz və yan nahiyələrəd belə vardır. Bu heyvan yaxşı maskalanmaq imkanı verir. Bu canlıların yetkinlərinin çəkisi 15 kq çatır.
Sivaslı Murad
Murad Sebastatsi (erm. Սեբաստացի Մուրադ) – erməni qulduru, dəstə başçısı, Ermənistanın milli qəhrəmanı. (1874 Sivas – 4 avqust 1918 Bakı). XIX əsrin sonunda Hnçak partiyasına qoşulur, ermənilərin Osmanlı hökumətinə qarşı keçirilən aksiyalarında iştrak edir. Sonradan Daşnaksütuna qoşulur. 1904-cü il Sasun üsyanı zamanı osmanlı ordusuna qarşı döyüşlərdə iştrak edir. Sasun üsyanı yatırıldıqdan sonra, öz dəstəsi ilə Van tərəfə çəkilir və Van ətrafındakı türk və kürd kəndlərinə basqınlar təşkil edir. 1905–1906-cı illərdə Zəngəzurda başına yığdığı ermənilərdən ibarət dəstə ilə Azərbaycan kəndlərinə hücum edir, kəndlər talan edilir, yandırılır, əhali kütləvi şəkildə qətlə yetirilir. 1908-ci il "gənc türklər inqlabından sonra erməni icmasının həyatında aktiv iştrak edir. 1916-cı ildə Ərzincanda erməni milli komitəsinə rəhbərlik edir.
Sucaqlıq zəravəndi
Sucaqlıq zəravəndi (lat. Aristolochia contorta) — zəravəndkimilər fəsiləsinin zəravənd cinsinə aid bitki növü.
Sudanlı Mehdi
Sudanlı Mehdi, əsl adı Məhəmməd Əhməd İbnüs Seyyid Abdullah (12 avqust 1844[…] – 22 iyun 1885[…], Xartum) — Qırmızı dənizdən Orta Afrikaya qədər uzanan böyük bir İslam dövlətinin və bir əsr boyunca Sudanda təsirini qoruyan Mehdilik hərəkətinin qurucusu. 1881-ci ildə mehdiliyini elan edərək Misir və İngilis müstəmləkə qüvvələrinə qarşı üsyan etmişdir. Günümüzdə hələ də izləyiciləri vardır. Atası, Nubiyanın Donqola bölgəsində gəmi yapımı işində çalışırdı; Məhəmməd doğulduqdan sonra Xartum yaxınlarındakı Kərari kəndinə daşındılar. Kiçik yaşda dinlə ilgilənən Məhəmməd əgəmən İslami görüşü mənimsəmədi. Qahirədəki Əl-Əzhər Universiteti kimi qurumlarda təhsil alıb, rəsmi hiyərarşi içində görəv almaq yerinə Sudanda qalarak təsəvvüfə yönəldi. Səmmaniyə təriqətinə qatıldı və hakim sinifdən bilinçli olaraq uzaq durdu. Bütün Sudanlı bir dinsəl çevrədə yetişərək gənc yaşda ətrafında çox sayda mürid topladı. 1870-ci ildə müridləriylə, Xartumun 280 km günəyində Ağ Nildəki Əbba adasında bir təkkəyə çəkildi. Dinsəl inanclarına çoşqulu bağlılığı və uzlaşmaz tövrü dünyəvi olmaqla tənqid etdiyi şeyxi ilə çatışmasına yol açdı.
Sutaylı oymağı
Sutaylı oymağı — Azərbaycan xalqının etnogenezisində iştirak etmiş tayfa. Elxan Qazan xanın komandiri Əmir Sutaydan gələn bir Türk_Monqol sülaləsidir. Cəlayirilər və Çobanilər kimi digər Elxanlılardan sonrakı Monqol imperiyası sülalələrindəndir, Börçigin sülaləsi ilə də evlilik yolu ilə qohumuydular. Emir Sutay Hülakü xanın oğlu Məngu Teymurun kürəkəni idi. Onların əsas hökmdarlıq sahəsi cənubda Cizirədən şimalda Ərzuruma qədər dəyişirdi. Sutaylı oymağı öz adını Əmir Sutay noyondan alıb. O, Elxanlı dövlətinin hakimi Sultan Əbu Səid Bahadur xanın əmiri idi. Qaratatar (Koin tatar) ulusuna mənsub idi. Sutaylı oymağı Barambaylı və Tuğaylı tayfalarına bölünürdü. Sutaylı oymağının nümayəndələri paytaxtı Diyarbəkir olmaqla bir bəylik yaratmışdılar.
Çingiz Cuvarlı
Çingiz Mehdi bəy oğlu Cuvarlı (1 may 1913, Yelizavetpol – 13 avqust 2000, Bakı) — akademik, əməkdar elm xadimi. XX əsr Azərbaycan Respublikasının görkəmli elm xadimi olan akademik Çingiz Mehdi oğlu Cuvarlı 1 may 1913-cü ildə Gəncə şəhərində, ziyalı ailəsində, anadan olmuş, Respublikamızın Sovet İttifaqına daxil olan dövründə təhsil alaraq, yaşamış-yaratmış və Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra o, yeni bir enerji ilə öz zəngin bilik və bacarığını müstəqil Respublikamızın möhkəmlənməsinə və inkişaf etməsinə sərf etmişdir. 1960-cı ildən 1962-ci ilədək Azərbaycan SSR EA-nın Energetika İnstitutunun direktoru olmuşdur. Akademik Çingiz Mehdi oğlunun həyat və elmi fəaliyyətinə həsr olunmuş monoqrafiyalarda və dövrü mətbuatda dərc olunan elmi-publisist məqalələrdə, geniş oxucu kütlələrinə-Ç. M. Cuvarlı portretinin bütün cizgiləri tam kaloriti ilə təqdim olunduğundan, respublikamızda və onun hüdudlarından kənarda bu böyük alimin çoxsaylı pərəstişkarları, onun haqqında olan hər yeni mə'lumatı, hər bir yeni yazını izləyir və onu böyük razılıq hissi ilə qəbul edirlər. Ç. M. Cuvarlı, öz mənalı həyatını energetika elminin sirrilərinin öyrənilməsi, öyrədilməsi, inkişafı, elmi nailiyyətlərin sənaye tətbiqi, energetkanın uyğun elm sahələri ilə vəhdətinin araşdırılması, yeni texnoloji proseslərin və texniki vəsaitlərin işlənilməsi, fundamental məsələlərin nəzəri və praktiki həlli, enerji sistemlərində mövcud olan prosesslərin fiziki-kimyəvi mahiyyətlərinin aşkar edilməsi, proseslərin idarə olunması, enerjinin istehsalı və istehlakında mövcud olan problemlərin həlli, enerji sistemlərinin dayanıqlı işləməsinin nəzəri əsaslarının işlənməsi və sairə mühüm problemlərin həllinə həsr edərək, gərgin əmək sərf etməklə, əldə etdiyi nailiyyətlər sayəsində dünya energitiklərinin arasında geniş tanınmışdır. Ç. M. Cuvarlı əməyinin nəticəsi olaraq, ifrat gərginlikdən mühafizə, rele mühafizəsi, qısa qapanma cərəyanlarının məhdudlaşdırılması və s. sahələrdə yaradılan yeni texniki tədbirlərin labaratoriya şəraitində hər tərəfli araşdırılmasında, mürəkkəb elektrik şəbəkələrində dalğa proseslərinin ədədi hesablanması üçün riyazi ifadələr alınmışdır. Bu ifadələr yerdə və məhtillərdə səth effekti, elektrik verilişi xətlərində taclanma prosesləri kimi dissipativ amilləri tam nəzərə almaqla paylanmış parametrli qeyri-xətti elektrik dövrələrinin nəzəriyyəsi sahəsində yerinə yetirilən ən əhəmiyyətli işlərdəndir. Yerlə qeyri-simmetrik qısa qapanma cərəyanlarının məhdudlaşdırılmasının nəzəri əsasları və texniki vasitələri işlənib hazırlanmışdır. Torpaqlayıcı dövrənin qeyri-xəttilik xassəsindən istifadə etməklə, qısa qapanma cərəyanın dəyişmə sürətinin azadılmasının və bu cərəyanın açılmasının asanlaşdırılması istiqamətində işlər inkişaf etdirilmişdir.
İsmayıl Budaqlı
Sentyabr döyüşlərində şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçuları — aşağıda 2022-ci ilin 12–15 sentyabr tarixlərində Ermənistan-Azərbaycan sərhədində Ermənistan və Azərbaycan silahlı qüvvələri arasında baş vermiş silahlı toqquşma zamanı həyatını itirən Azərbaycan Silahlı Qüvvələrinin 80 hərbi qulluqçusu barədə məlumat verilmişdir. Silahlı toqquşma zamanı Quru Qoşunlarının 33 hərbi qulluqçusu, Xüsusi Təyinatlı Qüvvələrin 24 hərbi qulluqçusu, Komando Briqadalarının 14 hərbi qulluqçusu və Dövlət Sərhəd Xidmətinin 9 hərbi qulluqçusu şəhid olmuşdur. Hərbi qulluqçuların 79-u hərbi əməliyyatlar zamanı, 1-isə döyüşlərdən sonra müalicə aldığı hospitalda şəhid olmuşdur. Şəhid olanların 14-ü zabit, 19-u gizir, 27-si müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (çavuş və ya əsgər), 20-si isə sıravi əsgər (çağırışçı) idi. Şəhid olanların 32-si 2020-ci ildə Qarabağ müharibəsi zamanı hərbi əməliyyatlarda olmuşdu və müxtəlif orden və ya medallarla təltif edilmişdi. Azərbaycan Prezidenti İlham Əliyevin 5 noyabr 2022-ci il tarixində Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Sərəncam imzaladı. Sərəncama əsasən Sentyabr döyüşləri zamanı şəhid olan 80 hərbi qulluqçusu "Vətən uğrunda" medalı ilə təltif edildi. Həmçinin həmin şəhidlərdən 30-u "Azərbaycan Bayrağı" ordeni, 18-i 3-cü dərəcəli "Rəşadət" ordeni, 32-si isə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi.
Saçaqlı meduzalar
Saçaqlı meduzalar (lat. Stauromedusae), dalayıcılar tipinin polipmeduzalar (Staurozoa) sinfinə aiddir. Bura 4 fəsilə aiddir. Bu qrupa daxil olan növlər adətən soyuq sularda sahil xəttinə yaxın yerlərdə rast gəlinir.
Duraqlı (Ağyaxa)
Duraqlı — Türkiyənin Qars vilayətinin Ağyaxa rayonunda kənd. Əhalisi 383 nəfərdir (2022).
Suvalki
Suvalki (pol. Suwałki) — Polşanın şimalında yerləşən şəhər. Əhalisinin sayı 69527 nəfərdir(2011). Şəhər statusunu 1715-ci ildə almışdır.
Süvari
Atlı qoşun, Süvarilər, Kavaleriya - (fr. cavalerie, it. cavaleria, от lat. caballus — at) - atlılar - döyüş əməliyyatlarının aparılması və yerdəyişmə üçün minik atlarından istifadə edilən qoşun növü. Sürətli və güclü zərbə ilə birlikdə, yüksək hərəkətliliyə və manevrliyə malik olan süvarilər, keçmişin bir çox döyüşlərində həlledici qüvvə idi. Öz qoşunlarından xeyli aralı məsafədə müstəqil hərəkət etmək bacarığı, qısa zaman ərzində böyük məsafələri qət etmək, rəqibin arxasında və cinahlarında qəflətən peyda olmaq, döyüş üçün çevik açılmaq həm atlı, həm də piyada sırada bir hərəkətlərdən başqasına çevik keçid bacarığı, süvarilər üçün çoxfunksional taktiki və strateji-əməliyyat imkanları yaradırdı. Süvarilərin əsas döyüş hərəkətlərindən birincisi, gedişində rəqibə saldırılan, cinahlarına zərbə endirilən, geri çəkiləndə isə onu qovan, hücum idi. Süvarilər həmçinin, öz qoşunlarının cinahlarını və geri çəkilməsini qorumaq, kəşfiyyat aparmaq və rəqibin arxasına reyd etmək və sairə əməliyyatlarda əsas qüvvə idi. Süvarilər qeyri-nizami atlı qoşun kimi Qədim Dünyanın, atların kütləvi yetişdirildiyi ölkələrində yaranmışdır. Qədim Misir, Hindistan, Çin və başqa ölkələrdə atlara qoşulmuş döyüş arabaları istifadə olunurdu.