Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Əmir Surğan Sulduz
Əmir Surğan Sulduz (1310-1344), Elxanlı əmiri, Əmir Çoban Sulduz və Sultan Satıbəy xatunun oğlu. Azərbaycan tarixində səhifə açmış şəxsiyyətlərdən biri də Əmir Çoban Sulduz (?-1328) idi. Əmir Çobanın doqquz oğlu vardı. Bunlardan biri Əmir Surğan ana tərəfdən Çingizoğulları uruğuna bağlı idi. Onun anası Satıbəy xatun Sultan Məhəmməd Xudabəndə Olcaytu xan Elxanın (1304–1316) qızıydı. Əmir Surğanın adı ilkin mənbələrdə Suyurqan kimi də yazılır. Əmir Surqan Sulduzun anası Satıbəy xatın 1339-cu ildən 1340-cı ilədək Azərbaycanın hakimi olmuşdu. Qardaş-qohumları isə elxanlılar dövlətinin ictimai-siyasi yaşamında mühüm rol oynamışdılar. Sulduz elinin, Çobanlı soyunun tarixi haqqında tariximizdə kifayət qədər bilgi olduğundan ətraflı söhbətdən yan keçib, Əmir Surğanın tarixçəsi ilə kifayətlənəcəyik. 1334-cü ildə Qarabağ hakimi Məhəmməd bəy Quşçu bir sıra əmirlərə ittifaqa girib Sultaniyyədə Əbu Səidə qarşı iğtişaş qaldırdı və son nəticədə tutularaq həbs olundu.
Sayaqan
Saya (və ya Sayaqan) - türk və altay xalq mədəniyyətində bərəkət mərasimi. Qoruyucu ruhu olan Saya xan adına təşkil edilər. Heyvandarlıqla məşğul olan cəmiyyətlərin bərəkəti artırmaq üçün təşkil etdikləri bir mərasimdir. Oyunu aparan adama "Sayacı" deyilir. Qoyunlar doğmağa başlayanda çobanlar kənd kənd ev ev gəzib saya toplayırlar. Sayacılar keçi dərisinə bürünərlər. Saya adı verilən qoşalar (maniler) oxuyarlar. Saya Xan ilə əlaqəli bir mərasimdir. Bundan başqa otlaq, mera kimi mənaları da vardır. Qoça, Saya, Payna, Paqta dördlü bir mərasim silsiləsi meydana gətirərlər.
Seyidan
Seyidan — Azərbaycan Respublikasının Salyan rayonunun inzibati ərazi vahidində kənd. Seyidan kəndi 2012. Arxivləşdirilib 2016-08-29 at the Wayback Machine 24 sentyabr 2017-cı il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Salyan rayonuna səfəri çərçivəsində Çuxanlı-Gəncəli-Piratman-Parça Xələc-Seyidan avtomobil yolunun açılışlarında iştirak etmişdır. 15 sentyabr 2016-cı il tarixində rayonun Seyidan kəndində 132 şagird yerlik ümumi orta məktəbinin açılış mərasimi keçirilmişdir.
Sufiyan
Sufiyan — İranın Şərqi Azərbaycan ostanının Şəbistər şəhristanının Sufiyan bəxşində yerləşən şəhər. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 8,733 nəfər və 2,427 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarətdir və azərbaycan dilində danışırlar. Şəhər qədim Güney mahalında yer alır.
Suriyan
Suriyan- İranın Fars ostanının şəhərlərindən və Bəvanat şəhristanının mərkəzidir.2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 9,645 nəfər və 2,638 ailədən ibarət idi.
Dariuş Şayeqan
Dariuş Şayeqan (fars. داریوش شایگان‎; 24 yanvar 1935, Tehran – 22 mart 2018, Tehran) — müasir İran və Yaxın Şərq mütəfəkkiri. Tehranda iranlı bir ata və bir gürcü anada anadan olub. Şayeqan Parisdəki Sorbonne Universitetində oxuyub. Tehran Universitetində Sanskrit və Hindistan dinlərinin professoru idi. Farsca əlavə, Şeyqan fransız və ingilis dillərində yazırdı və gürcü, rus və türk dillərində (həm Osmanlı, həm də Azərbaycan dilində) səlis danışırdı. İngiltərədəki bir internat məktəbində bir gənc ikən Şayegan təhsil aldığı müddətdə Cenevrədə yaşadı, burada Cenevrə Universitetində fransız ədəbiyyatı, fəlsəfəsi, Sanskrit və siyasi elmləri oxudu. Şayeqan, doktor Dr. Henry Corbenin rəhbərliyi ilə Sorbonnada doktorluq dərəcəsini (doktorluq dövrü) aldı, "İnsanlar və təsəvvüf arasındakı münasibətlər", "Məcma əl-Baqrain", Dara Şokux mövzularında dissertasiya müdafiə etdi. Şayeqan Şərq və Qərb mədəniyyətlərinin epistemoloji xüsusiyyətləri və aralarındakı dialoqun mümkünlüyünə dair bir çox qabaqcıl əsərlər yazmışdır.
Seyidan (İran)
Seyidan — İranın Fars ostanının Mərvdəşt şəhristanının Seyidan bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 7,555 nəfər və 1,954 ailədən ibarət idi.
Sufiyan (Urmiya)
Sufiyan (fars. صوفيان‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 732 nəfər yaşayır (112 ailə).
Sufiyan (dəqiqləşdirmə)
Sufiyan — Şərqi Azərbaycan ostanının Şəbistər şəhristanının Sufiyan bəxşində yerləşən şəhər.
Sufiyan (Üşnəviyyə)
Sufiyan (fars. صوفيان‎) — İranın Qərbi Azərbaycan ostanının Üşnəviyyə şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 975 nəfər yaşayır (159 ailə).
Sufiyan Povarisov
Sufiyan Şəmsətdin oğlu Povarisov (rus. Суфиян Шамсутдинович Поварисов, başq. Суфиян Шәмсетдин улы Поварисов; 29 avqust 1924, İleş rayonu – 3 iyul 2016, Ufa) — sovet və rus tatar yazıçısı, filologiya elmləri doktoru, professor, Başqırdıstan xalq yazıçısı (2011). Başqırdıstan Respublikası (1992) və Tatarıstan Respublikası (2004) əməkdar elm xadimi, Rusiya ali təhsili fəxri işçisi (1997). Böyük Vətən Müharibəsi iştirakçısı. Başqırdıstan və Rusiya Yazıçılar birliklərinin üzvü. O, İleş rayonunun Tupeyevo kəndində anadan olmuşdur. Məktəbdə yeddi sinfi bitirdikdən sonra kolxozda işləməyə başlamışdır. 1942-ci ilin avqust ayında Qırmızı Ordu sıralarına çağrılaraq 469-cu minaatan alayının hesablama komandiri kimi xidmət etmişdir. Alay ilə Ukrayna, Belarusiya, Rumıniya, Macarıstan, Çexoslovakiya, Almaniya ərazilərində döyüşlər aparmışdır.
Sufiyan döyüşü
Sufiyan döyüşü — Səfəvilər və Osmanlılar arasında Dekabrın 1605-ci ildə Təbriz Ətrafında Sufiyan Adlı Yerdə baş verən döyüş. I Abbas taxta çıxdıqdan sonra fəaliyyətinin əsas planını Osmanlı ilə müharibəyə həsr etmişdi. Orduda və dövlətin digər yerlərində islahaltarı etdikdən, özbəkləri məğlubiyyətə uğratdıqdan sonra o, Osmanlı ilə müharibəyə başladı. Müharibənin başlamasında Osmanlı sarayındakı qarışıqlıqlar, üsyanla və birbaşa Cənubi Azəraycan bölgəsindəki Osmanlı ordusu daxilindəki qarışıqlıqlar mühüm rol oynamışdı. Bu müharibənin birinci mərhələsinin həlledici döyüşü isə Sufiyan döyüşü oldu. Güclü formada dəstək aldıqdan sonra Sinan paşa yenidən hücuma keçdi və Azərbaycana yürüş etdi. Nəhayət iki ordu Təbriz yaxınlığında Sufiyan adlı yerdə üz-üzə gəldilər. Osmanlı ordusunun sayı 100 min nəfər, qızılbaş ordusunun sayı isə 60 mindən bir az artıq idi. Bu say fərqini nəzərə alan məğlub olacağı halda qazandığı hər şeyi itirəcəyini bilirdi və buna görə döyüşə girməkdən çəkinir, Təbrizə çəkilmək istəyirdi. O, özünün ən yaxın sərkərdələri ilə birlikdə Osmanlı əsgərlərinin həqiqi sayını müəyyənləşdirmək üçün təpəyə çıxdı və bəlli oldu ki, kəşfiyyatçıların dediyi rəqəm doğrudur.
Suriqao boğazı
Suriqao boğazı - (ing. Surigao Strait) Filippin arxipelaqına daxıl olan Mindanao adasını leyte adasından ayırır. Sakit okeanında Mindanao dənizini Filippin dənizi ilə birləşdirir. Uzunluğu 100 km, ən dar yerdə eni 22 km təşkil edir. Orta dərinliyi 25 - 54 kilometrdir. Cənub-qərbdə dərinliyi 1000 m təşkil edir. Burada axın gərb və cənub-qərbə doğru istiqamətlənir. Sürəti 50 sm/s çatır. Əsas liman Suriqaodur və Mindanao adasında yerləşir.
Çen Şuybyan
Çen Şuybyan - Tayvanın eks-prezidenti İki dəfə prezident postuna seçilən Çen Şuybyan xüsusi prezident fondundakı 3 milyard dolları xərcləməkdə, eləcə də 11 milyon dollar rüşvət almaqda ittiham olunurdu. Taybey dairə məhkəməsindəki proses 3 il davam edib. Məhkəməyə keçmiş prezidentin həyat yoldaşı, eləcə də onun çoxsaylı qohumları da cəlb edilib. Tayvan məhkəməsi ölkənin keçmiş prezidenti Çen Şuybyanı korrupsiyada günahkar bilib. 2009-cu ildə məhkəmə ona ömürlük həbs cəzası kəsib.
Atış-Sumqan
Atış-Sumqan şəlaləsi (başq. Атышсумған) — Başqırdıstanın Beloret rayonu ərazisində yerləşən yeraltı şəlalə. Cənubi Uralın turistik ərazilərindən hesab edilir. Hündürlüyü 6 metrdir. Atış çayı üzərində yerləşir. Başqırd dilindən tərcümədə «Atış daldı» və ya «Atış çökdü» mənasını verir. Atış çayı kiçik bir arx şəklində 276 m hündürlükdə yerin dərinliyinə axır. Bura Atış-Sumqan şəlaləsi adlanır. Artıq 174 m hündürlükdə isə Atış şəlaləsi olaraq üzə çıxır. Bu hissəni də bəzən Atış-Sumqan adlandırırlar.
Konstantin Şulqan
Konstantin Şulqan (belar. Канстанцін Канстанцінавіч Шульган; d. 11 iyul 1965, Bereza, Brest, Belarusiya SSR, SSRİ) — Belaruslu bürokrat və siyasətçi. Belarus Respublikasının rabitə və informasiyalaşdırma naziri (18 avqust 2018-ci ildən). Konstantin Şulqan 11 iyul 1965-ci ildə Belarusiya SSR-in Brest rayonunun Bereza şəhərində dünyaya gəlmişdir. 1989-cu ildə Minsk Ali Hava Hücumundan Müdafiə Mühəndisliyi Ali Məktəbini bitirmişdir. 1991-ci ildən 2008-ci ilədək Belarus Dövlət İnformasiya Təhlükəsizliyi Mərkəzində müxtəlif vəzifələrdə çalışmışdır. 2008-ci ildən 2018-ci ilədək Belarus Respublikasının Prezidenti yanında Əməliyyat Analitik Mərkəzində zabit vəzifədə xidmət etmiş, 2016-cı ildə həmin Mərkəzin sədr müavini vəzifəsinə təyin olunmuşdur. O, 18 avqust 2018-ci ildə Belarus Respublikasının rabitə və informasiyalaşdırma naziri vəzifəsinə təyin olunmuşdur.
Schinus huigan
Yumşaq şinus (lat. Schinus molle) — bitkilər aləminin sabunağacıçiçəklilər dəstəsinin sumaqkimilər fəsiləsinin şinus cinsinə aid bitki növü. Schinus angustifolia Sessé & Moc. Schinus bituminosus Salisb. Schinus huigan Molina Schinus molle var. argentifolius Marchand Schinus molle var. huigan (Molina) Marchand Schinus molle var. huyngan (Molina) March. Schinus molle var. molle Schinus occidentalis Sessé & Moc.
II Sufiyan döyüşü
Sufiyan döyüşü — Səfəvilər və Osmanlılar arasında Dekabrın 1605-ci ildə Təbriz Ətrafında Sufiyan Adlı Yerdə baş verən döyüş. I Abbas taxta çıxdıqdan sonra fəaliyyətinin əsas planını Osmanlı ilə müharibəyə həsr etmişdi. Orduda və dövlətin digər yerlərində islahaltarı etdikdən, özbəkləri məğlubiyyətə uğratdıqdan sonra o, Osmanlı ilə müharibəyə başladı. Müharibənin başlamasında Osmanlı sarayındakı qarışıqlıqlar, üsyanla və birbaşa Cənubi Azəraycan bölgəsindəki Osmanlı ordusu daxilindəki qarışıqlıqlar mühüm rol oynamışdı. Bu müharibənin birinci mərhələsinin həlledici döyüşü isə Sufiyan döyüşü oldu. Güclü formada dəstək aldıqdan sonra Sinan paşa yenidən hücuma keçdi və Azərbaycana yürüş etdi. Nəhayət iki ordu Təbriz yaxınlığında Sufiyan adlı yerdə üz-üzə gəldilər. Osmanlı ordusunun sayı 100 min nəfər, qızılbaş ordusunun sayı isə 60 mindən bir az artıq idi. Bu say fərqini nəzərə alan məğlub olacağı halda qazandığı hər şeyi itirəcəyini bilirdi və buna görə döyüşə girməkdən çəkinir, Təbrizə çəkilmək istəyirdi. O, özünün ən yaxın sərkərdələri ilə birlikdə Osmanlı əsgərlərinin həqiqi sayını müəyyənləşdirmək üçün təpəyə çıxdı və bəlli oldu ki, kəşfiyyatçıların dediyi rəqəm doğrudur.
İslam Monir Suliman
İslam Monir Suliman (17 dekabr 1990) — Sudanlı cüdoçu. İslam Monir Suliman Sudanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. İslam Monir Suliman birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər 90 kq çəkidə, 1/16 final mərhələsində ABŞ-nin nümayəndəsi Kolton Braun ilə üz-üzə gəldi. Həmin görüşdə İslam Monir Suliman rəqibinə 0:100 hesabı ilə uduzdu.
Suqan silsiləsi
Suqan silsiləsi — Mərkəzi Qafqazda, Kabardin-Balkariya və Şimali Osetiya ərazisində yerləşən dağ silsiləsi. Silsilə Çereka-Balkarriya hövzəninin qərbində, Urux hövzəsinin şərqindədir. Cənubdan isə silsiləni Karasu çayının hövzəsi əhatə edir. Dağ silsiləsinin ümumi uzunluğu 23 km-dir. Baş Qafqaz silsiləsinin şimalında yerləşən Yan silsilənin bir hissəsi hesab olunur. Silsilənin şimal yamacı Kabardin-Balkariya Respublikasının ərazisinə aiddir. Suqan zirvəsi və silsilənin cənub yamacı Şimali Osetiya ərazisinə daxildir. Baş Qafqaz silsiləsi Suqan silsiləsi ilə Ştulinski boyunu ilə birləşir. Bu ərazidən Qeze-Tau Baş Qafqaz silsiləsinə ayrılır. Silsilənin qərbindən şərqinə doğru zirvələrin hündürlüyü öncə qalxır, sonra isə enir:Gülçi-Tau (4447 m), Suqan (4487 m), Sunqabaşı (4481 m), Naxaşbita (4439 m), Suqatı (4300 m).
Şulqan Daş mağarası
Şulqan Daş (başq. Шүлгәнташ), həmçinin Kapova mağarası, Belskaya — Rusiyanın Başqırdıstan ərazisində yerləşən karst mağarası. Ağidel çayı sahilində, eyni adlı Şulqan Daş qoruğu ərazisində yerləşir. Mağara ibtidai icma quruluşu dövrünə aid (paleolit) qayaüstü rəsmləri ilə məşhurdur.. Şulqan Daş adı başqırd dili mənşəlidir. «Тaş» daş, Şulqan isə çay deməkdir. Məhs mağaranın girişi yaxınlığında Şulqan çayı var və Ağidelə birləşir. Bundan başqa Şulqan başqırd eposu olan Ural Batırda əsas qəhrəmanın qardaşıdır. Mağaranın digəri adı Kapovanı isə iki formada izah edirlər. Birincisi - su damcılarının səsi, və ikinci məna «kapişe» (məbəd) deməkdir.
Şulqan Daş qoruğu
Şulqan Daş qoruğu — Baçşqırdıstan əazisində yerləşən dövlət təbiəıt qoruğu. DFederal statusa sahibdir. Cənubi Uralın qərb ətəklərində, dağ-meşə zonasında, bütünlüklə Böryən rayonu ərsazisində yerləşir. Qoruğun sahəsi 22 531 ha-dır (225 km²). Qoruğun adı başqırdca «şulqan» («yoxa çıxmış») və «taş» («daş») sözlərinin birləşməsindən meydana gəlmişdir. Altın-Solok yasaqlığı ilə birlikdə Başqır Uralı adı altında YUNESKO-nun Rusiyada yerləşən Dünya İrsi siyahısına namizəddir. Qoruq 1958-ci il Başqırd qoruğunun bir filialı olaraq təşkil edilmişdir. 16 yanvar 1986-cı ildən isə müstəqil qoruğa çevrilmişdir.Qoruq yerli yaban arılarının mühafizə altına alındığı qoruqdur. Qoruqda orta ayılq temperatur −16° С, iyun və iyul ayları isə +16° С təşkil edir. İqlimi mülayim kontinentaldır.
Bavələ-i Seyidan (Piranşəhr)
Bavələ-i Seyidan (fars. ‎) - İranın Qərbi Azərbaycan ostanının Piranşəhr şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 98 nəfər yaşayır (17 ailə).
Schinus molle var. huyngan
Yumşaq şinus (lat. Schinus molle) — bitkilər aləminin sabunağacıçiçəklilər dəstəsinin sumaqkimilər fəsiləsinin şinus cinsinə aid bitki növü. Schinus angustifolia Sessé & Moc. Schinus bituminosus Salisb. Schinus huigan Molina Schinus molle var. argentifolius Marchand Schinus molle var. huigan (Molina) Marchand Schinus molle var. huyngan (Molina) March. Schinus molle var. molle Schinus occidentalis Sessé & Moc.
Uiqan Atletik FK
Viqan Atletik (ing. Wigan Athletic Football Club) — İngiltərənin Vigan şəhərini təmsil edən futbol klubudur. Komanda 1932-ci ildə yaradılmışdır. Ev oyunlarını 25.135 nəfər tamaşaçı tutumuna malik DV stadionunda keçirir.