Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Ameline swiftlet
Aerodramus amelis (lat. Aerodramus amelis) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin uzunqanadkimilər dəstəsinin uzunqanadlar fəsiləsinin aerodramus cinsinə aid heyvan növü.
Taylor Swift (albom)
Taylor Swift — amerikalı müğənni Teylor Sviftin ilk studiya albomu. 24 oktyabr 2006-cı ildə Big Machine Records tərəfindən buraxılıb.
Killing Me Softly With His Song
Killing Me Softly With His Song — bəstəkarı Çarlz Foks, söz müəllifi isə Norman Gimbel olan mahnısı. == Lori Liberman versiyası və mübahisəli mənşəyi == 1971-ci ildə ilk çıxan yazdırmasında mahnını ifa edən Lori Liberman iddia edir ki, orijinal şeiri Don Maklinin Empty Chairs mahnısının təsirində özü yazıb. Onun sözlərinə görə, sonra o, bu məlumatı Gimbela verib. O isə, duyğularını alıb, onlardan mahnı sözlərini yazmış. Bundan sonra isə Gimbel bu sözləri onların üçün musiqi yazan Foksa verib. Norman Gimbelın sözlərinə görə, o, bəstəkar Lalo Şifrin ilə tanış olduqdan sonra, onnan birlikdə Şifrinin müxtəlif filmləri üçün mahnıları yazmağa başlayıb. Gimbel ilə Şifrin birlikdə Brodvey üçün bir müzikl yazmağa istəyirdilər. Gimbeldə ideya yaratmaq üçün, Şifrin ona Xulio Kortasarın Xana-xana oyunu (isp. Rayuela) romanı oxumağa verib. Kitab heç vaxt müzikla çevirilməmişdi, lakin ikinci fəsilində rəvayətçi özünü bir barda oturub, Amerikan dostu olan pianoçunun kill us softly with some blues mahnısını qulaq asaraq təsvir edir.
SWIFT
SWIFT (ing. Society for Worldwide Interbank Financial Telecommunication) – Ümumdünya Banklararası Maliyyə Telekommunikasiya Cəmiyyəti məlumat ötürülməsi və ödənişlərin həyata keçirilməsi üçün beynəlxalq banklararası sistemdir. SWIFT 1973-cü ildən mövcuddur. Onun köməyi ilə ilk maliyyə əməliyyatı 19 oktyabr 1977-ci ildə Belçika şahzadəsi Albert tərəfindən həyata keçirilib. SWIFT – Belçika qanunvericiliyi tərəfindən yaradılmış kooperativ cəmiyyətdir və onun üzvlərinə – 209 ölkədə 9700-dən çox bank təşkilatı – məxsusdur. Bu təşkilat maliyyə aləmini birləşdirən alətləri birlikdə təqdim edir. Onun əsas xüsusiyyəti isə ondan ibarətdir ki, iştirakçı bank şəxsi unikal SWIFT şifrəyə sahib olur. Avropada ödənişlər həyata keçirmək üçün bankın SWIFT şifrəsini və alıcının IBAN şifrəsini bilmək kifayətdir.Bir gün ərzində SWIFT vasitəsilə pul köçürmələri, banklararası ödənişlər, qiymətli kağızlar, ümumi dəyəri milyard avrodan çox olan yol çekləri də daxil olmaqla milyondan çox tranzaksiya həyata keçirilir. Bu növ köçürmələr adətən əcnəbi valyuta, xüsusən də ABŞ dolları vasitəsilə həyata keçirilir.SWIFT demək olar ki, bütün qaydalarında beynəlxalq ISO standartlarından istifadə edir. Bu səbəbdən bəzi inkişaf etmiş ölkələr SWIFT standartları əsasın öz milli köçürmə sistemləri standartlarını yaradıblar.
Ümumdünya Banklararası Maliyyə Telekommunikasiya Cəmiyyəti (SWIFT)