Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Tükəzban İsmayılova
İsmayılova Tükəzban Məhərrəm qızı (21 dekabr 1923, Bakı – 24 mart 2008, Bakı) — Azərbaycan müğənnisi, Azərbaycanın xalq artisti (1993), Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, "Şöhrət" ordeni laureatı. Tükəzban Məhərrəm qızı İsmayılova 1923-cü il dekabrın 21-də Bakı şəhərində anadan olmuşdur. Erkən yaşlarından özünü büruzə verən musiqi istedadı onu bütün həyatı boyu muğam sənətinə bağlamışdır. O, 1939–1944-cü illərdə Asəf Zeynallı adına Musiqi Texnikumunda təhsil almış və peşəkar xanəndə kimi çıxış etməyə başlamışdır. Əmək fəaliyyətinə ilk əvvələr İkinci Dünya müharibəsi illərində təşviqat briqadasının tərkibində cəbhədə konsertlər vermişdir daha sonra 1944-cü ildə Azərbaycan Radio Komitəsinin xor kollektivində müğənni kimi başlayan(1946–1949) Tükəzban İsmayılova 1948–1956-cı illərdə Azərbaycan Dövlət Filarmoniyasının solisti olmuşdur(1939–1946, 1949–1978). Azərbaycan Dövlət Qastrol-Konsert Birliyinin (1978–2008) solisti olmuşdur.1994–2004-cü illərdə isə İncəsənət Gimnaziyasında pedaqoji fəaliyyət göstərmişdir. Milli musiqimizin böyük sənətkarlar nəslinin nümayəndəsi olmuş Tükəzban İsmayılova yüksək ifaçılıq qabiliyyəti və səhnə mədəniyyəti ilə fərqlənirdi. Ömrünün altmış ildən artıq bir dövrünü muğama həsr edən Tükəzban İsmayılova musiqimizin inkişafı naminə böyük əmək sərf etmişdir. Müğənninin oxuduğu klassik Azərbaycan muğamları və xalq mahnıları ifaçılıq sənəti tariximizə həmişəlik daxil olmuşdur. Repertuarında muğam, təsnif, xalq mahnıları ("Kürdün gözəli", "Yeri, dam üstə yeri", "Qarabağ şikəstəsi", "Qaragöz" və s.) və Azərbaycan bəstəkarlarının mahnıları əsas yer tutur.
Tukzar
Tuzkar — Əfqanıstanda şəhər.