DƏBDƏBƏLİ

DƏBDƏBƏLİ Gürcü zadəganlarından biri tulumbaşı seçildi, dəbdəbəli ziyafət başlandı (Çəmənzəminli); CAH-CALALLI Gecə xanın evində cah-calallı bir məclis qurulmuş, sazandalar öz yerlərini tutmuşdular (Ə.Məmmədxanlı); DƏM-DƏSGAHLI Sazandası, xanəndəsi, plovu, içkisi, məzəsi, cehizi, başlığı öz qaydasında dəm-dəsgahlı bir toydu (Mir Cəlal); DƏSGAHLI Heydərovla Səmayə... dəsgahlı bir toy elədilər (Mir Cəlal); EHTİŞAMLI Gecələrin zinətidir; Ehtişamlı axşamların; Bir dünyanın şöhrətidir, Göyündəki ağ şamların (H.Billuri); MÜTƏNTƏN (köhn.) [Cavad:] Məşhur fars şüərasının Qaaninin tar, rübab şeri bir ahəngi-digərinə təhziz etmiş həzin, mütəntən, mütərra, ahəngdar nəğmələr icad edər şeri musiqi ilə məzc edir (A.Şaiq); TƏMTƏRAQLI ..mədəniyyət sarayı.. təmtəraqlı bir kaşanə kimi ucalmışdı (S.Rəhimov); TƏNTƏNƏLİ Arvadının sualı Bahaduru sevindirdi, bu o demək idi ki, uşağın ad gününü təntənəli keçirmək fikri ilə yavaş-yavaş razılaşırdı (R.İbrahimbəyov).

DƏBDƏBƏ
DƏBƏ

Значение слова в других словарях

дек зенко́вка кого́рта колебну́ть трёхпро́бный чана́хи друи́ды железя́ка зави́дки берут назначе́ние подлете́ть правове́дение разбива́ть спозара́нку строкоотливно́й четырёхсторо́нний canescent eunuchize gig-mill true-blue миносбрасыватель панегирический разжалобить удваиваться штилевой