Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
TÜRKSOY
Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (türk. Uluslarası Türk Kültürü Teşkilatı, abr. TÜRKSOY) — Türk ölkələrinin mədəniyyət səylərini birləşdirən beynəlxalq təşkilat. Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı - Türkdilli ölkələrin mədəniyyət səylərini birləşdirən beynəlxalq təşkilatdır. Türk xalqları özlərinin qədim, çoxəsrlik tarixi boyu Avrasiya məkanının böyük hissəsində yaşayaraq dünya, bəşər mədəniyyətinə böyük töhfələr vermiş, onu zənginləşdirmişlər. Tarixin müxtəlif mərhələlərində türk xalqlarının həyatı cürbəcür, bəzən isə hətta onların varlığını təhlükə altına alan müharibələrlə, döyüşlərlə, təcavüzlərlə qarşılaşmışdır. Ancaq türk xalqlarının ulu tarixin dərinliklərindən keçib gələn zəngin kökləri, bir- birinə mənəvi bağlılığı onları bütün bu mərhələlərdə imtahanlardan, sınaqlardan mətanətlə çıxarmış və bugünkü günlərə gətirib çıxarmışdır. Bu xalqlar tarix boyu insan həyatının bütün sahələrində öz istedadını, biliyini, bacarığını göstərmiş, elmi ixtiraları, qəhrəmanlıq nümunələri, böyük tarixi-memarlıq abidələri və qiymətli bədii əsərləri, müsiqisi ilə onun parlaq səhifələrini yaratmışlar. Bütün bunlarla belə, yüz illərlə bir-birindən ayrı düşmüş, yaxud imperiyaların (Rusiya, Çin, İran) dövlət siyasəti səviyyəsində həyata keçirdikləri (çox vaxt, həm də hiylə və fitnələr hesabına) məkrli tədbirlər nəticəsində dövlətçilikdən məhrum edilmiş (Türkiyə istisna olmaqla), bəzən isə hətta bir-birinə qənim kəsilmiş türk xalqları yalnız XX əsrdə əsl mənada milli dirçəliş yoluna uğurla qədəm basmağa nail oldular. Bütün bunlarla belə, yüz illərlə bir-birindən ayrı düşmüş, yaxud imperiyaların (Rusiya, Çin, İran) dövlət siyasəti səviyyəsində həyata keçirdikləri (çox vaxt, həm də hiylə və fitnələr hesabına) məkrli tədbirlər nəticəsində dövlətçilikdən məhrum edilmiş (Türkiyə istisna olmaqla), bəzən isə hətta bir-birinə qənim kəsilmiş türk xalqları yalnız XX əsrdə əsl mənada milli dirçəliş yoluna uğurla qədəm basmağa nail oldular.
Türksat
Türksat (operator)
Semiha Berksoy
Semiha Berksoy (24 may 1910, Konstantinopol – 15 avqust 2004, İstanbul) — Türkiyə opera müğənnisi və rəssamı. Türkiyənin ilk opera müğənnisi sayılır. İstanbulun Çengelköy kvartalında anadan olmuşdur. Onun anası rəssam idi. Semiha musiqi və təsviri sənət üzrə İstanbul Konservatoriyasında oxumuşdur. Berksoy aktyorluq karyerasına 1931-ci ildə rejissor "İstanbul sokaklarında" adlı Muhsin Ertuğrulun çəkdiyi ilk səsli türk filmində Semiha rolu ilə başladı. Sonra İstanbul teatrlarında operettalarda oynayırdı. 1934-cü ildə "Özsoy" adlı ilk türk operasında rol aldı. Elə həmin il Almaniya və Portuqaliyada çıxış edərək beynəlxalq debüt etdi. 1939-cu ildə Rixard Ştrausun "Ariadne Naksosda" operasında Ariadne rolunu ifa etməklə o, Avropada çıxış edən ilk Türkiyə opera müğənnisi oldu.
Türksat 1A
Türksat 1A — Türkiyənin Türksat və Fransanın Aérospatiale şirkəti tərəfindən nəzarət edilən telekommunikasiya peyki. Türkiyənin ilk kosmik kosmik proqramı olan Türksat 1A, Arianespace tərəfindən, Ariane-44LP H10+ daşıyıcı raketi vasitəsilə, Fransız peyki Eutelsat 2F5 ilə birlikdə, 24 yanvar 1994-cü ildə saat 21:37-də Fransa Qvianasının Korou şəhərindəki Qviana Kosmos Mərkəzindən ELA-2 platformasından kosmosa göndərilmişdir. Qurğunun başlanğıcının son mərhələsindən 12 dəqiqə 12 saniyə sonra sonra okeana düşərək itdiyi məlum oldu. Eyni ildə Türksat Türksat 1B-ni uğurla kosmosa göndərdikdən sonra, Türksat 1A-nın vəzifəsi 1996-cı ildə orbitə yerləşdirilən Türksat 1C ilə əvəzləndi.
Türksat 1B
Türksat 1B Türkiyənin ilk uğurlu kosmosa çıxardılmış peyki olub 1994–2006-cı illər arasında aktiv fəaliyyət göstərmişdir. Türksat tərəfindən istifadə edilən süni bir əlaqə qurğusudur. 10 avqust 1994-cü il tarixində kosmosa çıxarılmışdır və 1994-cü ildə də istifadəyə verilmişdir. İstehsalı Alcaletl Alenia Space İndustries tərəfindən həyata keçirilmişdir.16 Ku trsanporder;6 geniş zolaq 72 MHs və 10 dar zolaq 36 MHslik əlaqə xüsusiyyətlərinə malikdir. Türkiyə , Avropa, Orta Asiyanı əhatə edən perk 12 illik vazifəsindən sonra 2006-cı ildə 31,3° Şərq uzunluğunda tapşırığını sona çatdırmışdır.
Türksat 1C
Türksat 1C — Türkiyənin Türksat və Fransanın Aérospatiale şirkəti tərəfindən nəzarət edilən telekommunikasiya peyki. Arianespace tərəfindən, Ariane-44LP H10-3 daşıyıcı raketi vasitəsilə, Ərəbistan peyki Arabsat 2A ilə birlikdə, 9 iyul 1996-cı ildə Fransa Qvianasının Korou şəhərindəki Qviana Kosmos Mərkəzindən ELA-2 platformasından kosmosa göndərilmişdir.
Türksat 2A
Türksat 2A — (Eurasiasat 1), 42 dərəcə şərq uzunluğu dairəsində fəaliyyət göstərmiş peyk. Türkiyə Cümhuriyyətinə məxsusdur. Türksat 3A ilə eyni uzunluq dairəsindədir. 10 yanvar 2001-ci il tarixində kosmosa göndərilmiş, 1 fevral 2001-ci ildən 42 dərəcə şərq uzunluğu dairəsində fəaliyyətə başlamışdır. Yerli xarici televiziya kanalları ilə digər peyk xidmətlərini göstərmişdir. Türksat tərəfindən idarə olunub. Türksat 2A fəaliyyətini 27 sentyabr 2016-cı il tarixində başa vurub.
Türksat 3A
Türksat 3A — Türkiyənin 13 iyul 2008-ci il tarixində kosmosa göndərdiyi yeni nəsil telekommunikasiya peykidir. Peyk Thales Alenia Space şirkəti tərəfindən istehsal olunmuşdur. 42 dərəcəlik şərq orbitində fəaliyyət göstərir.
Türksat 4A
Türksat 4A — hazırlanmasında türk texniki işçilərin də iştirak etdiyi, 14 fevral 2014-cü il tarixində saat 23.09-da kosmosa göndərilən xəbərləşmə peyki. Peyk "Japon Mitsubishi Electric" firmasının təkmilləşdirdiyi DS2000 platforması ilə hazırlanıb. Türksat 4A Qazaxıstanda yerləşən Baykonur Kosmik Bazasından Proton daşıyıcı raketi ilə kosmosa göndərilib. Təxminən 4 ay müddətində 50 dərəcəlik şərq orbitində sınaq müddəti keçib. 9 iyun 2014-cü il tarixində test orbitindən ayrılıb xidmətə başlaması planlaşdırılan 42 dərəcəlik şərq orbitində yerləşdirilmişdir. 2014-cü il İyun ayından xidmət göstərməyə başlamışdır. 15 iyul 2014-cü il tarixində icrası planlaşdırılan kanal keçidləri, Ramazan ayına görə tamaçılardan gələn çoxsaylı tələblərə görə müəyyən müddətə təxirə salınmışdır. Türksat 4A-ya keçid edəcək olan televiziya və radio yayımlarının tezlik dəyişiklikləri, 17 sentyabr 2014-cü il tarixini 18 sentyabr 2014-cü il tarixinə bağlayan gecə yarısı edilib.
Türksat 4B
Türksat 4B — Türkiyənin yeddinci süni peyki. Hazırlanmasında türk mühəndisləri də iştirak etmişdir. 2015-ci il oktyabrın 16-da Türkiyə vaxtı ilə saat 23:40-da Qazaxıstandakı Baykonur kosmodromundan orbitə buraxılmışdır.
Türksat 5A
Türksat 5A — 2020-ci ildə kosmosa göndərilməsi hədəflənən telekommunikasiya peyki. 2011-ci ilin sentyabrında imzalanmış müqaviləyə görə bu peyk Türksat və Turkish Aerospace Industries (TAI) əməkdaşlığı çərçivəsində reallaşdırılacaqdır. Türksat 5A Türkiyədə inşa edilən ilk geostasionar peyk olacaqdır. 2020-ci ilin sonlarında peykin işə salınması planlaşdırılır. Türksat 5A 31 dərəcəlik şərq uzunluğunda geosinxron orbitdə yerləşdirəcək.
Türksat 6A
Türksat 6A — türk telekommunikasiya peyki. Türksat 6A Türkiyənin yerli olaraq inkişaf etdirilməsi nəzərdə tutulan və bu sahədə Türkiyədəki bacarıqları daha da inkişaf etdirmək məqsədi daşıyan ilk telekommunikasiya peykidir. 1994-cü ildən bəri Türksatla bağlı fəaliyyət göstərən peyklərdən fərqli olaraq TÜBİTAK UZAY, RASAT və GÖKTÜRK-2 layihələrində qazanılan kosmik sahədəki təcrübələrdən faydalanılaraq layihə ortaqları TUSAŞ, ASELSAN və CTECH firmaları ilə birlikdə milli telekommunikasiya peyki platformasını daha da təkmilləşdirməkdədir. Türksat 6A layihəsinə 15 dekabr 2014-cü il tarixində başlanılıb. Layihənin ümumi müddəti 60 ay planlanlaşdırılmışdı. Layihədə orbitdə fəaliyyətə başlayacaq uçuş modelindən savayı yer sınaqlarında istifadə edlməklə sistem səviyyəsində əlavə modeller də təkmilləşdirilməkdədir. Türksat 6A layihəsinə TÜBİTAK və "Nəqliyyat, Dənizçilik və Rabitə Nazirliyi" tərəfindən maddi dəstək verilmişdir. Türksat A. Ş., orbitdə fəaliyyətə başlama prosesini uğurla başa vurduqdan sonra peykin istifadəçisi və sahibi olacaqdır.
Dilək Gürsoy
Dilək Gürsoy (türk. Dilək Gürsoy; 1976) — 1976-cı il təvəllüdlü türk əsilli Alman ürək cərrahı. 2012-ci ildə Avropada süni ürək implantasiyası edən ilk qadın cərrah. Dilək Gürsoy 1976-cı ildə Noysda, 1969-cu ildə qastarbayter olaraq Türkiyənin Ordu ilinin Fatsa şəhərindən Almaniyaya işləmək üçün mühacirət edən ailədə anadan olmuşdur. İki qardaşı var. On yaşında olanda atası ürək tutmasından vəfat edir. Anası Zeynep Pyerburq zavodunda montaj işçisi idi. Dilək Türkiyədə uşaq ikən məktəbə getməsinə icazə verilmədiyi üçün oxumağı və yazmağı özü öyrənmiş, anası tərəfindən böyüdülmüşdür. Məktəbəqədər uşaq baxçasında alman dilini öyrənir,ona Alman dünyası və məmləkətində bələdçilik edən bir ailə ilə tanış olur. İbtidai sinif üçün Martin-Lüter-Qrandskul məktəbinə getdi və sonra Noysdakı Kyurinias-Gimnaziyada orta məktəbi bitirdi.
Necat Toksoy
Necat Toksoy (22 fevral 1946, İstanbul - 9 iyul 2019, İstanbul), — Türk müğənnisi və musiqiçisi. Müğənni və musiqiçi Necat Toksoy 22 fevral 1946-cı ildə İstanbulda anadan olub. İstanbul kişi orta məktəbini bitirmişdir. 1964-cü ildə öz musiqiçi dostları, Çetin Yavuzdoğan, Metin Yavuzdoğan, Cihat Günaydın və Zamir Manisalı ilə birlikdə onların yaratdıqları "mavi işıqlar" musiqi qrupunun solisti oldu. 1965-ci ildə "Qızıl Mikrofon" musiqi müsabiqəsində onlar ilk dəfə qrup kimi iştirak etmiş, Tvist üslubunda ifa etdikləri "Halva Halva" treki ilə ikinci yeri tutmuşlar. Bir il sonra, eyni müsabiqədə, 1966-cı ildə, onlar yenidən qrup kimi rok-stil "Çəmən Çəmən Ot Geze" track ikinci sırada iştirak etdi. Toksoy karyerasını 1960-cı və 1970-ci illərdə qrupla davam etdirərək, müxtəlif təşkilatlarda səhnəyə çıxır və albom üzərində işləyir. Dekadent musiqi işinin dekindən sonra onlar 1990-cı ildən qrupun keçmiş üzvləri ilə yenidən birləşərək musiqi işi ilə məşğul oldular. Toksoy'un səsindən "Yaxşı düşün", "Halva Halva" və "Çəmən Çəmən Ot Geze" parçaları səs gətirdi. Toksoy 1969-cu ildə evləndiyi həyat yoldaşı Leyla Balabandan iki qızı doğurdu.
Osman Türkay
Osman Türkay (16 fevral 1927, Girnə[d] – 24 yanvar 2001, Şimali Kipr) — Əslən Kıbrısdan olan türk mühacir şairi, yazıçısı, tərcüməçisi və publisisti, Ədəbiyyat üzrə Nobel mükafatı nominantı (1988 və 1990) Osman Türkay 16 fevral 1927-ci ildə Kıbrısın Girne şəhərinin yaxınlığındakı əski adı Kazafona olan Ozanköy qəsəbəsində anadan olmuşdur. O, Mustafa Hasan və Emete Hasanın ailəsində doğulmuşdur. Uşaq ikən atasını itirdiyindən dayısının himayəsində böyümüşdür. 1939-cu ildə ibtidai təhsilini Kazafanada bitirmişdir. Daha sonra Lefkoşada Türk Kişi liseyində, Girnede özəl ingilis məktəbində təhsil almışdır. 1947–1951-ci illərdə "Hürr söz" qəzetində ədəbiyyat və mədəniyyət səhifəsinin aparıcısı olmuşdur. 1951-ci ildə Türkiyəyə gələrək Adanada – İncirlikdə NATO aeroportunda tərcüməçi kimi fəaliyyət göstərmişdir. Yaradıcılığa erkən başla sa da, 1953–1957-ci illərdə Londonda yaşayarkən şeir yazmağa ara verən müəllif, diqqətini dünya poeziyasına, xüsusən də ingilis şeirinə yönəltmişdir. Osman Türkay 1955-ci ildə Londonda Modern Dillər Məktəbinin jurnalistika bölümünü, 1957-ci ildə isə İqtisadi Elmlər Məktəbinin fəlsəfə bölümünü bitirmişdir. 1958-ci ilin sonlarında doğma vətəni Kıbrısa dönən müəllif Lefkoşa şəhərində iki yaxın dostu ilə birlikdə "Beşparmak", "Uyarı" ədəbiyyat dərgilərini çıxarmış, daha sonra "Kıbrıs Türk Sesi" (1962–1963) qəzetinin redaktoru olmuşdur.
Türkay Hüseynli
Türkay Nizami oğlu Hüseynli (25 noyabr 1990; Bakı, Azərbaycan SSR — 3 oktyabr 2020; Cəbrayıl rayonu, Azərbaycan) — Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının kapitanı, İkinci Qarabağ müharibəsi şəhidi. Türkay Hüseynli 1990-cı il noyabrın 25-də Bakı şəhərində anadan olub. Subay idi. Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının kapitanı olan Türkay Hüseynli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Türkay Hüseynli oktyabrın 3-də Cəbrayılın azad edilməsi zamanı şəhid olub. İkinci fəxri xiyabanda General Polad Həşimovla eyni sırada dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Türkay Hüseynli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Türkay Hüseynli ölümündən sonra 3-cü dərəcəli "Rəşadət" ordeni ilə təltif edildi. Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Türkay Hüseynli ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.
Nilufər Gürsoy
Nilüfər Gürsoy (1 iyun 1921, Bursa, Osmanlı imperiyası – 1 iyul 2024, İstanbul) — türk filoloq və siyasətçisi. Nilüfər Gürsoy, 1965-1969, 1973-1980-ci illərdə parlamentdə çalışıb. Türkiyənin üçüncü prezidenti Cəlal Bayarın qızıdır. Nilüfər Bayar ibtidai təhsilini evdə fərdi şəkildə alıb. Daha sonra orta və lisey təhsilini Maarif Kollecində (sonralar TED Ankara Kolleci) almış, 1939-cu ildə oranı bitirmişdir. Həmin il o, İstanbul Universitetində fəlsəfə təhsili alıb. Bir ildən sonra ailəsinin Ankaraya köçməsi ilə əlaqədar Ankara Universitetinin Dil və Tarix-Coğrafiya fakültəsinə daxil olub və klassik filologiya sahəsi üzrə təhsil alıb. Məzun olduqdan sonra 1949-cu ildə Qədim yunan dili kafedrasında assistent kimi çalışmağa başlayıb. O, “Evripidlərin siyasi baxışları” adlı doktorluq dissertasiyasını müdafiə edərək, 1954-cü ildə filologiya elmləri doktoru elmi dərəcəsi almışdır. 1960-cı il dövlət çevrilişindən sonra atası prezident Cəlal Bayar və həyat yoldaşı Demokrat Partiyasından Kütahya millət vəkili Əhməd İhsan Gürsoy, bir çox başqa dövlət rəsmiləri və siyasətçilərin xunta tərəfindən həbs edilməsi ilə universitetdən qovularaq, Ali Ədalət Məhkəməsində mühakimə olunması üçün İstanbul sahillərindəki kiçik bir ada olan Yassıa adasına göndərilib.
Turkey
Türkiyə (türk. Türkiye) və ya rəsmi adı ilə Türkiyə Respublikası (türk. Türkiye Cumhuriyeti) — torpaqlarının əsas hissəsi Qərbi Asiya regionunun Kiçik Asiya yarımadasında, çox kiçik bir hissəsi isə Balkan yarımadasında yerləşən qitələrarası ölkə. Şimal-qərbdən Bolqarıstan, qərbdən Yunanıstan, şimal-şərqdən Gürcüstan, şərqdən Azərbaycan (Naxçıvan Muxtar Respublikası), İran, Ermənistan, cənubdan isə İraq və Suriya ilə həmsərhəddir. Ölkə üç tərəfdən dənizlə əhatə olunmuşdur. Qərbdən Egey dənizi, şimaldan Qara dəniz, cənubdan isə Aralıq dənizi ilə əhatələnmişdir. Bosfor boğazı, Mərmərə dənizi və Dardanel boğazı ölkənin Avropa və Asiya hissələrini bir-birindən ayırır. Paytaxt Ankara şəhəri olsa da, ölkənin əsas mədəni və iqtisadi mərkəzi, həmçinin ən böyük şəhəri İstanbuldur. Əhalinin təqribən 90–91%-i özünü etnik türk hesab edir. Əhalinin 8%-ə yaxınını təşkil edən kürdlər ölkədə ən böyük etnik azlıq sayılır.
Karatay Turısov
Karatay Turısov (qaz. Каратай Турысов; 2 fevral 1934 – 1 avqust 2004, Astana) — dövlət xadimi, iqtisad elmləri doktoru (1993), Qazaxıstan Mühəndislik Elmləri Akademiyasının akademiki (1993). S.Ordjonikidze adına Moskva Geoloji Kəşfiyyat İnstitutunu, dağ mühəndisi-geoloq, Sov.İKP Mərkəzi Komitəsi yanında Ali Partiya Məktəbini, SSRİ Xalq Təsərrüfatı Akademiyasını (1978-80) bitirib, iqtisadçı, iqtisad elmləri doktoru . Qazaxıstan Respublikası Mühəndislik Akademiyasının akademiki. 1955-63 - geoloq, baş geoloq, Pavlodar və Karaqanda vilayətlərində kəşfiyyat partiyalarının rəhbəri; 1963-64 - Akçatau sənaye zonası üçün Partiya və Dövlət Nəzarət Komitəsinin sədri; 1964-71 - Qazaxıstan Kommunist Partiyası Karazhal şəhər komitəsinin ikinci, birinci katibi, Karaqanda vilayəti; 1971-74 - Qazaxıstan Kommunist Partiyası Mərkəzi Komitəsinin təşkilati və partiya işi şöbəsinin müfəttişi; 1974-78 - Qazaxıstan Kommunist Partiyası Turqay Regional Komitəsinin katibi; 1980-81 - Qazaxıstan SSR Sənayedə Təhlükəsiz İşlərə Nəzarət və Mədən Nəzarəti Dövlət Komitəsi Komitəsinin sədri; 1981-84 - Qazaxıstan Respublika Həmkarlar İttifaqları Şurasının sədri; 1984-86 - Qazaxıstan Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi; 1986-90 - Ümumittifaq Mərkəzi Həmkarlar İttifaqları Şurasının katibi May-dekabr 1990 - Qazaxıstan SSR Nazirlər Sovetinin sədr müavini; 1990-91 - Qazaxıstan SSR İqtisadi İslahatlar üzrə Dövlət Komissiyasının sədri; Dekabr 1990 - iyun 1991 - Qazaxıstan SSR-in sənaye, rabitə və rabitə üzrə dövlət müşaviri; İyun-avqust 1991 - Qazaxıstan SSR Baş nazirinin müavini; Avqust 1991 - Dekabr 1993 - Qazaxıstan Respublikasının Turizm, Bədən Tərbiyəsi və İdman Naziri; Dekabr 1993 - mart 1995 - Qazaxıstan Respublikası Mərkəzi Seçki Komissiyasının sədri; Aprel-dekabr 1995 - "Yassaui" Turizm üzrə Dövlət Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının sədri; SSRİ Ali Sovetinə deputat seçilmişdir. 9 dekabr 1995-ci ildən - birinci çağırış Qazaxıstan Respublikası Parlamenti Məclisi millət vəkili. 1996-cı ilin yanvarından - Məclisin İqtisadiyyat, Maliyyə və Büdcə Komitəsinin sədri. Cambul vilayətinin 26 saylı Kordai seçki dairəsindən 2-ci çağırış Qazaxıstan Respublikası Parlamenti Məclisi millət vəkili.
TurkSat-3USat
TurkSat-3USat — Türk nanopeyk kommunikasiyası. İstanbul Texniki Universitetinin "Kosmik Sistemlər Dizaynı və Sınaq Laboratoriyası ilə Radio Tezlik Elektronika Laboratoriyasında işlənib. Hazırlanmasında Türksat şirkəti və Türk Həvəskar Peyk Texnologiyaları şirkəti iştirak edib. TurkSat-3USat 26 aprel 2013-cü il tarixində saat 04:13:04-də Qobi səhrasında yerləşən Jiuquan Peyk buraxılış mərkəzindən kosmosa göndərilmişdir.
Tumsoy-Lam
Tumsoy-Lam (çeç. Tumsoyn lam) — Çeçenistan Respublikasının İtum-Kali və Şatoy rayonlarının sərhəddində Arqun vadisində yerləşən dağ zirvəsi. Böyük Qafqaz dağlarının şərq hissəsində Martan və Arqun çaylarının arasında yerləşən bu Tumsoy-Lam dəniz səviyyəsindən 2072 metr, digər məlumatlara görə 2074 metr yüksəklikdə yerləşir. Adının mənası Tumsoylular dağı kimi tərcümə olunur. Əsas vadinin əks tərəfində, yaylada və azmeylli yamaclarda şimala doğru Tumsoy-lam silsiləsindən şərqə doğru - Martan çayının mənbəyindən Arqun çayına qədər yerləşir. Silsilənin uzunluğu 11 km-dir. Şimal-şərqə doğru Borzoy, Tumsoy kəndləri, cənubda isə Enista, Xurika və Basxa kəndləri üzərində ucalır. Bu dağ "İmperator Rusiya Coğrafiya Cəmiyyəti"nin Qafqaz bölməsində xatırlanır: 3 avqust 1873-cü ildə Tumsoy-Lam dağından rus naturalist, statistik və etnoqraf N.K.Zeydlits yol salmışdır. Pagirevin göstəricisində Tumsoy aulu və Tumsoy-Lam dağının adı qeyd olunub. Tumsoy-Lam dağının yamacında yaşayış qülləsi var.
Turkey Top 20 Chart
Türkiye Top 20 — Türkiyədə tərtib edilən hit parad. Hit parad 2006-cı ildən etibarən "Billboard Türkiye" tərəfindən tərtib edilir.