Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Əhməd İhsan Tokgöz
Əhməd İhsan Tokgöz (türk. Ahmet İhsan Tokgöz; 1868, Ərzurum, Ərzurum vilayəti və ya Konstantinopol – 28 dekabr 1942, Dəyirməndərə[d], Kocaeli ili) — Türkiyə jurnalisti, tərcüməçisi, çapçısı, naşiri, siyasətçisi və idman idarəçisi. Tokgöz Türkiyə mətbuatı tarixinin ən uzunömürlü jurnallarından biri olan "Sərvət-i Fünun"un qurucusu olmuşdur. O, Jül Verni Türkiyədə tanıdan ilk yazıçı olmuş və buna görə də "Jül Vern mütərcimi" kimi məşhurlaşmışdır. Tokgöz Avropada çap texnologiyalarının Osmanlı imperiyasına gətirilməsinə və Türkiyədə çap fəaliyyətinin modernləşdirilməsinə öncülük etmişdir. O, Türkiyə Böyük Millət Məclisinin IV, V və VI çağırış Ordu vilayətindən millət vəkilidir. Əhməd İhsan Tokgöz 1868-ci ildə Ərzurumda anadan olmuşdur. O, əslən Kastamonun Daşkörpü qəzasındandır. Tokgözün atası Osmanlı imperiyasında dəftərdar və mühasib işləmiş Əhməd Xalid bəy idi. Onun atası Ərzurum, Priştina, Şkoder, Kastamonu, İstanbul, Dəməşq, Ankara və Bursada xəzinədar işlədiyi üçün uşaqlığı müxtəlif şəhərlərdə keçmişdir.
Təpəgöz
Təpəgöz – türk mifologiyasında mifik qəhrəman, türk əfsanə adı çəkilən tək gözlü nəhəngdir. Müxtəlif Türk dillərində Tübegöz, Töbököz, Töpekös olaraq da deyillər. Qaf dağında yaşayır. Anası alageyik donuna girə bilən bir pəridir. Bu pərinin bir çobanla birləşməsindən doğulmuşdur. Bəzən dişi, bəzən də kişi təpəgözlərə rast gəlinir. Barmağında cadulu bir üzük bağlıdır. Yalnız gözündən vurularaq öldürülər. Bədəninin digər qisimlərinə silah işləməz. Qaf dağında yaşayır.
Dorukhan Toköz
Dorukxan Toköz (türk. Dorukhan Toköz; 21 may 1996, Əskişəhər) — "Trabzonspor"da yarımmüdafiə mövqeyində çıxış edən türk futbolçu. == Klub karyerası == === Əskişəhərspor === Dorukxan futbola "Əskişəhərspor" klubunda başlamışdır. 2015-ci ilin yanvar ayında peşəkar karyerasına başlamışdır. 2014–2015-ci illər mövsümündə rəsmi qarşılaşmalarda forma geyinməmişdir. Klubunda ilk rəsmi oyununa 3 dekabr 2015-ci ildə Türkiyə kubokunda "Mənəmən Bələdiyyəspor" ilə oynadıqları qarşılaşmada çıxmışdır. Həmin qarşılaşma "Əskişəhərspor"un 1-0 üstünlüyü ilə başa çatmış, qolu da məhz Dorukxan vurmuşdur. Türkiyə Super Liqasında ilk oyununa isə 20 dekabr 2015-ci ildə 2-1 hesabı ilə məğlub olduqları "Başakşəhər" qarşılaşmasında çıxmışdır. 2016–2017-ci illər mövsümündə Türkiyə 1-ci Liqasına düşən "Əskişəhərspor"da daha çox forma geyinməyə başladı. Həmin mövsümdə 24 qarşılaşmada forma geyinmiş və 2 qol vurmağı bacarmışdır.
Dorukxan Toköz
Dorukxan Toköz (türk. Dorukhan Toköz; 21 may 1996, Əskişəhər) — "Trabzonspor"da yarımmüdafiə mövqeyində çıxış edən türk futbolçu. == Klub karyerası == === Əskişəhərspor === Dorukxan futbola "Əskişəhərspor" klubunda başlamışdır. 2015-ci ilin yanvar ayında peşəkar karyerasına başlamışdır. 2014–2015-ci illər mövsümündə rəsmi qarşılaşmalarda forma geyinməmişdir. Klubunda ilk rəsmi oyununa 3 dekabr 2015-ci ildə Türkiyə kubokunda "Mənəmən Bələdiyyəspor" ilə oynadıqları qarşılaşmada çıxmışdır. Həmin qarşılaşma "Əskişəhərspor"un 1-0 üstünlüyü ilə başa çatmış, qolu da məhz Dorukxan vurmuşdur. Türkiyə Super Liqasında ilk oyununa isə 20 dekabr 2015-ci ildə 2-1 hesabı ilə məğlub olduqları "Başakşəhər" qarşılaşmasında çıxmışdır. 2016–2017-ci illər mövsümündə Türkiyə 1-ci Liqasına düşən "Əskişəhərspor"da daha çox forma geyinməyə başladı. Həmin mövsümdə 24 qarşılaşmada forma geyinmiş və 2 qol vurmağı bacarmışdır.
Təpəgöz (Marvel Comics)
Skott Sammers (ing. Scott Summers) və ya Siklop (ing. Cyclops) — Marvel Comics tərəfindən yaradılmış və əsasən İks-adamlarla bağlı olan uydurma super qəhrəman. Yazıçı Sten Li və rəssam Ceyk Kyörbi tərəfindən yaradılan personaj ilk dəfə 1963-cü ildə nəşr olunmuş "İks-adamlar" komiksinin 1-ci buraxılışında peyda olmuşdur. Siklop qeyri-insani güclərlə dünyaya gələn xəyali mutantlardan biridir. O, gözlərindən güclü, yandırıcı enerji şüaları yayır. Xüsusi qoruyucu eynəkləri olmadan Siklop həmin şüaları idarə edə bilmir. O, mutantlar və insanların sülh və bərabərlik şəklində yaşaması üçün vuruşan İks-adamlar komandasının ilkin üzvlərindən biridir. 2006-cı ildə IGN veb-saytının hazırladığı "Top 25 İks-adamlar" siyahısında Marvelin ən məşhur personajlarından biri olan Siklop birinci yerə layiq görülmüşdür. 2011-ci ildə isə eyni veb-saytda Siklop 100 komiks superqəhrəmanları siyahısında 39-cu göstərilmişdir.
Kitabi Dədə Qorqud. Basat və Təpəgöz (2003)
Kitabi Dədə Qorqud. Basat və Təpəgöz — Arif Məhərrəmovun filmi. Bu animasiya filmi “Kitabi-Dədə Qorqud” eposunun motivləri əsasında çəkilib. == Məzmun == Köç zamanı oğlunu itirən Aruz bir gün yolda təpəsində bir gözü olan əcaib bir məxluq tapır, özüylə obaya gətirir və onu öz balası kimi böyüdür. İllər keçir Aruz itkin düşmüş oğlunu da tapır və Dədə Qorqud ona Basat adını qoyur. Artıq böyüyüb boya başa çatmış Təpəgöz bir gün insanları yeməyə başlayır. Bunu xəbər tutan el camaatı Təpəgözü obadan qovurlar. Təpəgözün anası pəri onu qır gölündə çimdirəndən sonra ona artıq heç silah təsir etmir və Təpəgöz camaatın qarşısında şərt kəsir ki, hər gün bir adam və 500 qoyun gətirməlidirlər. Yoxsa, hər yeri yerlə yeksan edəcək. Obanın belə bir çətin vəziyyətə düşdüyünü görən Dədə Qorqud "Çarə yalnız Basatdır" deyir.
Nekroz
Nekroz (νέκρωσις "ölüm") — otoliz nəticəsində canlı toxumalarda hüceyrələrin erkən ölümünə səbəb olan hüceyrə ziyanının bir formasıdır. Nekroz hüceyrə və ya toxuma xaricində olan, infeksiya və ya travma kimi amillər, hüceyrə komponentlərinin nizamsız həzminə səbəb olur. Əksinə, apoptoz hüceyrə ölümünün təbii, proqramlaşdırılmış və hədəflənmiş bir səbəbidir. Apoptoz tez-tez bədənə faydalı təsir göstərsə də, nekroz demək olar ki, həmişə zərərlidir və ölümcül ola bilər . Nekroza görə hüceyrə ölümü apoptotik siqnalın ötürülmə yolunu izləmir, əksinə müxtəlif reseptorları aktivləşdirir, bu da hüceyrə membranının bütövlüyünün itirilməsinə gətirib çıxarır və hüceyrə ölümü məhsullarının hüceyrə xaricindəki boşluğa nəzarətsiz buraxılması . Bu, ətrafdakı toxumada leykositləri və fagositoz yoluyla ölü hüceyrələri məhv edən yaxınlıqdakı faqositləri cəlb edən iltihablı bir reaksiyaya başlayır. Bununla birlikdə, leykositlər tərəfindən sərbəst buraxılan mikroblara zərər verən maddələr ətrafdakı toxumalarda kollateral zədələnməyə səbəb ola bilər. Bu artıq təminat ziyanı şəfa prosesini maneə törədir. Beləliklə, müalicə olunmayan nekroz hüceyrə ölümü yerində və ya yaxınlığında çürüyən ölü toxuma və hüceyrə zibillərinin yığılması ilə nəticələnir. Klassik bir nümunə qanqrenadır.
Tepegöz
Kitabi Dədə Qorqud. Basat və Təpəgöz (film, 2003)
Kitabi Dədə Qorqud. Basat və Təpəgöz — Arif Məhərrəmovun filmi. Bu animasiya filmi “Kitabi-Dədə Qorqud” eposunun motivləri əsasında çəkilib. == Məzmun == Köç zamanı oğlunu itirən Aruz bir gün yolda təpəsində bir gözü olan əcaib bir məxluq tapır, özüylə obaya gətirir və onu öz balası kimi böyüdür. İllər keçir Aruz itkin düşmüş oğlunu da tapır və Dədə Qorqud ona Basat adını qoyur. Artıq böyüyüb boya başa çatmış Təpəgöz bir gün insanları yeməyə başlayır. Bunu xəbər tutan el camaatı Təpəgözü obadan qovurlar. Təpəgözün anası pəri onu qır gölündə çimdirəndən sonra ona artıq heç silah təsir etmir və Təpəgöz camaatın qarşısında şərt kəsir ki, hər gün bir adam və 500 qoyun gətirməlidirlər. Yoxsa, hər yeri yerlə yeksan edəcək. Obanın belə bir çətin vəziyyətə düşdüyünü görən Dədə Qorqud "Çarə yalnız Basatdır" deyir.
Oq Tekyon
Ok Taec-yeon kor. 옥택연; 27 dekabr 1988, Busan),Taecyeon kimi tanınan Cənubi Koreyalı reper, müğənni, bəstəkar, aktyor və sahibkardır. O, Cənubi Koreyanın 2PM oğlan qrupunun əsas repçisidir. 2010-cu ildə Ok Koreyanın "Zoluşkanın bacısı" dramında aktyor kimi debüt etdi və o vaxtdan bəri "Dream High (2011)", "Sen kimsən? (2013)", "Gözəl günlər (2014)", "Məclis(2015)", "Gəlin döyüşək", "Ruh (2016)", "Məni xilas et (2017)", "Oyun: Sıfıra doğru (2020)", "Gizli Kral Müfəttişi və Sevinc (2021)" və "Vincenzo (2021)" kimi seriallarda rol alıb.Həmçinin "Mavi Nikah (2013)" və "İtkinlərin Evi (2017)" filmlərində çəkilib. Oq Cənubi Koreyanın Seul şəhərində anadan olub, lakin 10 yaşında valideynləri və böyük bacısı Cihyen ilə birlikdə Böyük Boston Bölgəsində yerləşən Massaçusets ştatının Bedford, kiçik şəhərciyinə köçüb. İnternetdə ikən təbliğatını fərq etdiyi JYP Entertainment dinləmələrində iştirak etməyə onu bacısı Cihyen inandırdı. İştirak etmək üçün könülsüz olsa da, sonra hər ikisi onun 17-ci ad günündə Nyu-Yorka yollandı. Bir həftə sonra o, final 35-ə seçildi və müsabiqədə daha da irəli getmək üçün Cənubi Koreyaya getməyə çağırış aldı. Oq əvvəlcə model olmaq üçün müraciət etsə də, münsiflər ona rəqs və mahnı oxumağı sınamağı təklif ediblər.
Tengiz Abuladze
Tengiz Yevgeniyeviç Abuladze(gürc. თენგიზ აბულაძე; 31 yanvar 1924[…], Kutaisi – 6 mart 1994[…], Tbilisi) — sovet kinorejissoru, pedaqoqu. SSRİ xalq artisti (1980). Tengiz Yevgeniyeviç Abuladze 31 yanvar 1924-cü ildə Gürcüstanın Kutaisi şəhərində anadan olmuşdu. Şota Rustaveli adına Tbilisi Teatr İnstitutunda oxumuşdu. Tengiz Abuladze Giorgi Leonidzenin eyni adlı hekayələr toplusu üzrə “Arzu ağacı” bədii filmini çəkmişdir. Yazıçı burada uşaqlıq dövrünün əhvalatlarını xatırlayır, böyüdüyü mühiti təsvir edir, özünə yaxın olan adamları hekayələrinin personajlarına çevirir. Tengiz Abuladze müxtəlif hekayələrinin (“Pupala”, “Tsitsikore”, “Marita” və s.) qəhrəmanlarının əhvalatlarını ümumiləşdirir, yeni personajlar daxil edir, bir çox epizodları dəyişdirir. Məsələn hekayədə kənddən didərgin düşmüş Marita dərd çəkməkdən ölür, filmdə isə rəhmsiz avam camaat onunla haqq-hesab çəkir. Lakin filmdə Leonidzenin əsərinin əsas fikir xətti saxlanmışdır.
Tengiz Siqua
Tengiz İppolitoviç Siqua (gürc. თენგიზ სიგუა; 9 noyabr 1934, Lentexi[d], Raça-Leçxumi və Aşağı Svaneti diyarı – 21 yanvar 2020, Tbilisi) — gürcü siyasi və dövlət xadimi, 1990—1991 və 1992—1993-cü illərdə Gürcüstan hökumətinə başçılıq edirdi. 1934-cü il noyabrın 9-da Gürcüstanın qərbində yerləşən Lentexi kəndində hərbçi ailəsində anadan olmuşdur. O, 1957-ci ildə metallurq mühəndisi ixtisası üzrə Gürcüstan Politexnik İnstitutunu bitirdi. Həmin ilin avqust ayında Siqua Rustavi metallurgiya zavodunda mühəndis işləyirdi, 1962-ci ildən isə baş elmi işçi, laboratoriya müdiri və Gürcüstan SSR Elmlər Akademiyasının Metallurgiya İnstitutunda direktor müavini vəzifələrində çalışmışdır, 1989-cu ildə isə institutun direktoru təyin edildi. 1982-ci ildən Yenidənqurmaya qədər Sov.İKP üzvü idi. Siqua Zviad Qamsaxurdiyanın hökumətində 1990-cı il noyabrın 15-dən 1991-ci il avqustun 18-dək Nazirlər Şurasının Sədri idi. Qamsaxurdiya devrildikdən sonra müvəqqəti olaraq baş nazirin vəzifələrini icra edicisi təyin edildi. Bu vəzifəsi 1992-ci il noyabrın 8-də yeni Parlament tərəfindən təsdiqləndi. 6 avqust 1993-cü ildə Parlament hökumətin təqdim etdiyi büdcəni rədd etdikdən sonra istefa vermişdi.
Tengiz gölü
Tenqiz gölü (qaz. Теңіз — "dəniz, böyük göl", Teniz, Denqiz) — Qazaxıstan alçaq təpəliyi, Tenqiz-Kurqal vadisində yerləşən tund-şor göl. Göl Qazaxıstanın Akmola vilayəti ilə Karağandı vilayəti arasında Korqaljın rayonu ərazisində yerləşir. Göl həmdə Korqaljın qoruğunun tərkibinə daxildir. Qoruq özü isə UNESCO-nun Ümumdünya irsi siyahısına daxildir. Tektonik çökəklikdə yerləşir. Gölün sahəsi 1590 km²; uzunluğu 74,4 km, eni isə 40,2 km təşkil edir. Maksimal dərinliyi 7,75 metrdir. Gölün orta dərinliyi 2,5 metr təşkil edir. Dənz səviyyəsindən 405 metr yüksəkliyə malikdir.
Tenqiz Kitovani
Tenqiz Turabov
Tengiz Kitovani
Tenqiz Kitovani (gürcü: თენგიზ კიტოვანი; 9 iyun 1938, Tbilisi, Gürcüstan SSR, SSRİ – 13 noyabr 2023) — təqaüdçü gürcü siyasətçi və hərbi komandirdir. 1990-cı illərin əvvəllərində Gürcüstan Milli Qvardiyasına komandanlıq edərkən və Müdafiəçi vəzifəsində çalışdığı zaman Gürcüstanda Vətəndaş Müharibəsində yüksək rolu ilə fərqlənmişdir. Kitovani və müttəfiqlərinin Prezident Zviad Qamsaxurdiyaya qarşı başlatdığı uğurlu çevrilişdən sonra ölkəyə rəhbərlik etməyə dəvət olunmuş Eduard Şevardnadze tərəfindən tədricən kənarda qaldı. == Erkən həyat və karyera == Tbilisidə anadan olan Kitovani Tbilisi İncəsənət Akademiyasını bitirib, Tetritskaro şəhərində internat məktəbində dərs demiş, sonra 1967–1969-cu illərdə Tbilisi Dövlət Reklam Bürosunda əsas rəssam işləmişdir. Kitovani milli siyasətə 1990-cı illərin əvvəllərində müstəqillik hərəkatının Sovet Gürcüstanında zirvəyə çatdığı zaman daxil oldu. Elə həmin il Gürcüstanın Ali Şurasına seçilən Kitovani, 1991-ci ildə Ali Şuranın Rəyasət Heyətinin sədri və nəticədə Gürcüstanın Prezidenti olmuş sovet dövrünün dissidenti Zviad Qamsaxurdiya ilə yaxından əlaqədə idi. 1990-cı ilin dekabrında Qamsaxurdiya Gürcüstan Milli Qvardiyasının yaradılması haqqında fərman verdi və Kitovanini başçı təyin etdi. Ancaq 1991-ci ilin avqustunda Qamsaxurdiya onu Milli Qvardiya komandiri vəzifəsindən uzaqlaşdırdı. Kitovani sonradan Qamsaxurdiyanın Milli Qvardiyasını ləğv etmək niyyətində olduğunu və Sovet İttifaqında qısa müddətdə hakimiyyəti ələ keçirmiş Moskva Putsçunun rəhbərləri tərəfindən buna əmr verildiyini iddia etdi, lakin bunu təsdiqləyən sənədləri təqdim etmədi. Kitovani onun işdən çıxarılmasını qəbul etmədi və Rkoni dərəsinə girmək üçün qoşunlarının çoxu ilə Tbilisidən ayrıldı.
Tekor kilsəsi
Tekor kilsəsi (həmçinin Müqəddəs Sarkis kilsəsi, Müqəddəs Təslis kilsəsi) - Türkiyə Cümhuriyyəti, Qars ilinin Ani şəhər xarabalığı yaxınlığında yerləşən Digor kəndi ərazisində V əsrdə aid edilən qədim bazilika. Kilsə, 1912-ci ilə kimi ilkin görünüşünü qoruya bilsə də, həmin il baş verən zəlzələ nəticəsində böyük bir hissəsi dağılaraq məhv olmuşdur. O dövrdə kilsənin qübbəsi, damı və Cənub divarı çökmüşdür. 1936 - cı ildə baş verən başqa bir zəlzələ isə binanın yrdə qalan hissəsinin dağılması ilə nəticələnmişdir. Dövrümüzə isə abidədən yalınız bəzi divar qalıntıları çatmışdır. Kilsənin Şimal girişi üzərindəki kitabədə binadan "Müqəddəs Sarkisin bu şəhidliyi" deyə bəhs edilməsi və şahzadə Sahak Kamsarakan tərəfindən inşa etdrilməsi məlumdur. Bu şahzadənin adnın çəilməsi binanın inşa tarixini 480-ci ilə qədər aparıb çıxarır. Kilsənin kitabəsi tarixdə məlum olan ən qədim erməni dilində olan yazı olub və anlaşılmaz bir şəkildə aşağıdan yuxarı yazılmışdır. Bina həmçinin bilinən ən qədim qübbəli erməni kilsəsidir. İlk öncə tədqiqatçılar binanın xristianlıqdan əvvəlki paqan dinlərə aid bir məbəd olduğunu, sonra isə apsis və qübbə əlavə edilərə kilsəyə çevrildiyini iddia edirdilər.
Tengiz bəy Rumlu
Tengiz bəy Rumlu (ö. 1613) — Səfəvilər dövründə yaşamış tacir. Rumlu tayfasından olub, Şah Abbasın səfiri kimi İspaniyaya göndərilmişdi. 1609-cu ildə Şah Abbas tərəfindən portuqal keşiş Antonio de Quvea ilə birlikdə İspaniyaya Osmanlı imperiyasına qarşı ittifaq yaratmaq üçün göndərilmişdi. İspaniya kralına satılmaq üçün 100 top ipəklə yola salınmışdı. 1611-ci ildə İspaniya kralı III Filippin sarayına çatanda böyük bir anlaşmazlıq yaranmışdı - deyilənə görə satış üçün nəzərdə tutulmuş ipəyin yarısından çoxunu yolda öz xeyrinə satmışdı. Keşiş de Quvea çıxış yolu tapmaq üçün qalan ipəyi krala hədiyyə vermişdi. Ticarət anlaşması əldə olunsa da, heç vaxt reallaşdırılmamışdı. Bununla belə Tengiz bəyin xahişi ilə Antonio de Quvea Kirenaika yepiskopu və İsfahandakı ermənilərin vikarı təyin edilmişdi. 1612-ci ilin martında Lissabondan hədiyyələrlə geri dönən Tengiz bəyə zireh və III Filippdən şəxsən xahiş etdiyi bir qılınc bağışlanmışdı.